Тёмный

ŞƏKƏRBURA AZƏRBAYCAN MİLLİ ŞİRNİYYATI 

ulvis_kitchen
Подписаться 6 тыс.
Просмотров 530
50% 1

ŞƏKƏRBURA🔹🔹
🔹ƏRZAQLAR🔹
🔹XƏMİR ÜÇÜN🔹
🔹Un - 1 kq
🔹Kərə yağı - 400 qr (otaq temperaturunda)
🔹Smetan - 200 qr (25%)
🔹Yumurta - 1 əd (bütöv)
🔹Yumurta sarısı - 2 əd
🔹Süd - 0,5 armudu stəkanı (ilıq)
🔹Quru maya - 4/1 çay qaşığı
🔹İlıq su - 1 yemək qaşığı
🔹Şəkər tozu - 1 yemək qaşığı
🔹Vanil - 1 paket
🔹Duz - bir çimdik
🔹İÇLİK ÜÇÜN🔹
🔹Fındıq - 500 qr
🔹Şəkər tozu - 400 qr
🔹Hil - 1 çay qaşığı
🔹Vanil - 1-2 paket
🔹HAZIRLANMASI🔹
İlk öncə xəmiri hazırlayırıq bunun üçün quru mayanın üzərinə ilıq suyu əlavə edib,qarışdırıb,kənara qoyaq. Yumurta, yumurta sarısı və smetanı mikserlə ağaranadək yaxşıca qarışdıraq və kənara qoyaq. Ələnmiş unun üzərinə şəkəri,vanili,duzu əlavə edib, qarışdıraq və üzərinə kərə yağını əlavə edib, umac hazırlayaq. Hazır umacın üzərinə hazırladığımız quru mayanı,yumurtalı smetanlı qarışımı və südün bir hissəsini əlavə edib xəmir yoğuraq. Xəmir çox bərk olsa istənilən yumuşaqlığı almaq üçün südü az az əlavə ediib yoğuraq. Sonra xəmiri 30 dəqiqə otaq temperaturunda dinləndirək. Və bu arada içliyi hazırlayaq.
Fındığı doğrayıcıdan keçirib,üzərinə şəkəri,vanili və hili əlavə edib,yaxşıca qarışdıraq və hazırdır.
Dinlənən xəmiri 40 qramlıq kündələrə gətirək. Sonra eyni ölçüdə yayıb içərisini içliklə doldurub,kənarlarını bükürük. Üzərinə naxış vurub, 30-40 dəqiqə üzəri açıq şəkildə quruduruq və iynə ilə deşdəkləyib,öncədən isidilmiş sobada 📌120 dərəcədə ALT rejimdə təxmini 30-33 dəqiqə altı qızarana kimi bişirək və hazırdır. Sobadan çıxan isti Şəkərburaları dəmir reşotkanın üzərinə düzüb tam soyumasını gözləyək daha sonra isə servis edə bilərik
🔹Nuş olsun😊
📌İnstagramda və Tiktokda izləməyi paylaşmağı və bəyənməyi unutmayın😊
📌İnstagram: / ulvis_kitchen
📌TikTok: www.tiktok.com/@ulvis_kitchen

Опубликовано:

 

28 фев 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 8   
@AghayevRashad
@AghayevRashad Год назад
👏👏👏👏
@UlviKitchen
@UlviKitchen Год назад
😊🙏
@onrnisa-mt8nx
@onrnisa-mt8nx Год назад
Salam .1kq undan necə dənə şəkərbura çıxır ??
@UlviKitchen
@UlviKitchen Год назад
Salam😊 1 kq undan ölçüyə görə 44-46 ədəd şəkərbura çıxır😊
@tunzalemusayeva3501
@tunzalemusayeva3501 Год назад
Salam mən tapa bilmədim harda yazmısız hardan aldığınızı zəhmət olmasa yazardiz
@UlviKitchen
@UlviKitchen Год назад
Salam😊 Siz yəqinki xəmir yayanı nəzərdə tutursunuz İnstagramda axtarış bölməsinə chef__terlan yazın həmin səhifədən almışam😊
@tunzalemusayeva3501
@tunzalemusayeva3501 Год назад
Salam bəli xəmir yayan mənim instaqramın yoxdu zəhmət olmasa yazardiz
@UlviKitchen
@UlviKitchen Год назад
0556199057 Salam😊Bu nömrə Chef Tərlanın nömrəsidir onunla əlaqə saxlayıb dəqiq ünvanı və qiymətini öyrənib əldə edə bilərsiniz😊
Далее
Incredible Wheel Restoration Process 🚙
01:00
Просмотров 792 тыс.
#chocolate cake made by Chef
12:22
Просмотров 26
MİNİ ŞƏKƏRBURALAR
18:32
Просмотров 93 тыс.
Incredible Wheel Restoration Process 🚙
01:00
Просмотров 792 тыс.