Тёмный

Şərikli biznes necə qurulmalıdır ki, faydalı olsun? - ƏN ASAN YOL 

APA TV
Подписаться 348 тыс.
Просмотров 579
50% 1

#APATV #şəriklibiznes #biznes #rəsmi #müqavilə #iqtisad #hüquq #MülkiMəcəllə #asanyol #apagroup #apaxeber #apaxəbər #apatvxəbər #apaxeberler #xeberler #sonxeberler #gundemxeberler #xəbərlər #sonxəbərlər #xəbərlərbugün #xəbərlərdəbugün #gününxəbərləri #xəbərləryeni #sondeqiqe #gününəsasxəbərləri #sonxeberlerbugun2022 #canlıyayım #apacanlı #birbaşayayım #aparesmi
Şərikli biznes qurmaq və ya şərikli iş görmək heç də hər zaman xoş sonluqla nəticələnmir. Hətta belə bir atalar sözümüz də var ki, şərik yaxşı şey olsaydı, Allah özünə şərik yaradardı.
Bəs bizi bu qədər kəskin atalar sözləri yaratmağa məcbur edən amillər nələrdi? Nə etməliyik ki, sonda həm maddi, həm mənəvi zərərə uğramayaq? Bir sözlə, şərikli biznes necə qurulmalıdır?
Ekspertlər deyirlər ki, şərikli biznes quranlar əksər hallarda köhnə tanışlar olur. Buna görə də rəsmi müqavilə bağlamağı ayıb sayırlar.
İqtisadçı ekspert Xalid Kərimlinin sözlərinə görə, şəriklər bir çox hallarda şirkətin sürətlə böyüyəcəyinə, dövriyyənin artıb milyonlarla manata çatacağına o qədər də inanmırlar. Buna görə də rəsmi müqavilələrə önəm vermirlər: “Müqavilələrin rəsmi şəkildə olmaması irəlidə əlavə problemlərə yol açır. İlk başlardan insanlar bir-birlərinə etimad göstərib işlərini qururlar. Lakin müəyyən qərarlar qəbul edəndə, çətinliklər yarananda anlaşılmazlıqlar olur. Bu hal bəzən həmin biznesin dağılmasına gətirib çıxarır və ya tərəflər məhkəmələrə düşürlər. Əvvəl dost olmuş şəxslər bir-birlərini ittiham etməyə başlayırlar“.
Hüquqşünas Şamil Paşayev isə şərikli biznesin qurulmasında və idarə olunmasında “Mülki Məcəllə”nin müddəalarından çox məhdud formada istifadə edildiyini bildirir: “Hüquqi şəxslər şirkət yaradarkən şərikdirlərsə, bilməlidirlər ki, nizamnamə kapitalında olan pay qədər hissələri var. Yəni, qoyulan pulun hansı hissəsi kimə məxsusdur, bunu dəqiqləşdirilməlidir. Adətən şəxslər 50\50-yə şirkəti bölürlər, amma nəzərə almaq lazımdır ki, payçı kim olsa, əsas təsisçi odur”.
Hüquqşünas şərikli biznes quran və ya iri məbləğdə borc verən şəxslərə tövsiyə edir ki, hər bir halda rəsmi müqavilə bağlasınlar. Həmin sənəddə isə ilkin sərmayənin məbləği, gələcəkdə gəlir və xərclərin bölünməsi qaydaları, həmçinin hər bir şərikin üzərinə konkret hansı vəzifələrin düşəcəyi dəqiq göstərilməlidir. Əks halda yarnacaq anlaşılmazlıq zamanı bütün bunları sübut etmək mümkün olmayacaq: “Konkret olaraq şəxslər arasında heç bir sənəd, müqavilə yoxdursa, burada işin detallarına baxmaq lazımdır. Şərikli biznesdə bir şirkətin payçılarını müəyyən etmək məhkəmə predmetidir, amma bunu sübut etmək demək olar ki, qeyri-mümkündür. Xaricdə biznes açanda vətəndaş daha az vergi verir, ancaq xarici ölkənin vətəndaşı üçün bu hədd yüksək olur. Buna görə vətəndaşlar çalışırlar sənəd üzərində yerli vətəndaşın adına etsinlər. Bu da gələcəkdə payların bölgüsündə risklər yarada bilir”.
Mütəxəssislərin fikrincə, qanunvericilikdə ən müasir üsullar tətbiq olunsa da, vətəndaşların bu prosesə adaptasiya olunması hələ ki başa çatmayıb.
Belə bir atalar məsəli də var: “Şərikli qazan qaynamaz”. Amma mütəxəssislər deyirlər ki, hər şey qanunvericiliyə uyğun qurulsa, şərikli qazanın qaynamağına heç bir maneə qalmır. Aldadılmaq ehtimalı isə sıfıra düşür.
✅ Rəsmi saytımız: apa.tv
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
✅ Rəsmi youtube kanalımız: www.youtube.co...
Copyright © APA TV
Videolarda yazılan rəylərə görə kanal rəhbərliyi məsuliyyət daşımır.
REKLAM TƏKLİFİ ÜÇÜN (Contact) info@apa.tv

Опубликовано:

 

12 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@samir8215
@samir8215 2 года назад
👍
@aze-blink6620
@aze-blink6620 2 года назад
Əla mövzu halaldı xanıma
Далее
To mahh too🫰🍅 #abirzkitchen #tomato
01:00
Просмотров 5 млн
Rüfət Həsənov: Biznes riski sevir !
10:07
Просмотров 10 тыс.
Şərikli biznes yaxşıdırmı?
12:13
Просмотров 8 тыс.
2 min manatla necə biznes qurdu? Nadir Rzayev/4K
34:00