Тёмный
No video :(

Biznes və gündəlik həyatımızda necə daha yaxşı qərarlar verə bilərik? ||  

Business Talks
Подписаться 17 тыс.
Просмотров 2,1 тыс.
50% 1

Oyunlar nəzəriyyəsi (game theory) iqtisadiyyatda ən maraqlı mövzulardan biridir .
Təsəvvür edəyin ki, bank soyğunçuluğu edən 2 nəfər şübhəli şəxslər kimi saxlanılır .Onların hər biri fərqli otaqlarda tutulur və bir-biri ilə əlaqə qurulmasına icazə verilmir. Əlində kifayət qədər sübüt olmayan Müstəntiq isə onların hər biri ilə fərdi söhbət aparır və hər birinə ayrı-ayrılıqda seçimlər verir. Onlara deyir ki: Əgər sən cinayəti etiraf etsən,digər şəxs isə inkar etsə, sənə 3 il həbs, ona isə iş düşməyəcək.Cinayəti o da sən də etiraf etsən , hərənizə 1 il , ikiniz də cinayəti inkar etsəniz hərənizə 2 il həbs.Yox əgər,sən inkar etsən o etiraf etsə , sən azadlığa buraxılacan , ona isə 3 il iş veriləcək.Sizcə, bu durumda onların hər biri hansı addımı atacaq? Burdan da gördüyümüz kimi, iki nəfərə ümumi baxanda ən yaxşı seçim hər iki şübhəli şəxsin əməli etiraf etmələridir.Bu halda onların hər birinə 1 il iş və ikisinə cəm olaraq 2 il həbs düşəcək. Ən pis seçim isə hər iki şəxsin cinayəti inkar edərək, hərəsinə 2 il iş düşməsidir.Bu halda isə iki nəfərin birlikdə həbsi 4 ildir.
bu sitiuasiyada onlar hansı seçimi etməyi qərar alır?! Deməli, hər ikisi bir - birinin qərarından xəbərsiz olduğuna görə, hər biri özünün istənilən halda daha az həbs olunması və ya həbs olunmaması haqda düşünür. Və beləliklə, hər biri düşünür ki, birinci senaridə: Əgər mən etiraf etsəm, o etiraf etməsə, o zaman mənə 3 il iş düşəcək, o isə azadlığa buraxılacaq, mən də etiraf etsəm o da etiraf etsə o zaman hər ikimizə 1 il iş düşəcək.Deməli mən onun qərarını bilmədiyim üçün cinayəti etiraf etməyim risklidir.
İkinci senaridə isə , yox əgər , mən etiraf etməsəm , o etiraf etsə mənə iş düşməyəcək ona isə 3 il iş düşəcək, mən də o da etiraf etməsək hər ikimizə 2 il iş düşəcək.
Bu baxımdan , bir-birinin seçimindən xəbəri olmayan hər iki şəxs düşünür ki, ikinci senarini seçim : “ Mən cinayəti inkar edim ki, o biri şəxs nə seçim edir etsin , mənim riskim az olsun, ya iş düşməsin ya da 2 il , əgər cinayəti qəbul etsəm ya 1 il ya 3 il iş düşəcək” . Burdan da gördüyümüz kimi , hər ikisi yalnız özünü düşündüyünə görə ümumi olaraq ,ən pis variantı seçirlər. Yəni , ikisi də inkar edir və hərəsinə 2 il həbs tətbiq olunur. Digər tərəfdən baxsaq, əgər onlar, bir-biri ilə müzakirə apara bilsəydilər , bu halda razılaşaraq, ikisi də cinayət törətdiklərini qəbul edəcək və hərəsinə 1 il iş düşəcəkdi.
Bu danışdığımız nəzəriyyə Oyunlar Nəzəriyyəsi adlanaraq ,1944-cü ildə Amerikan əsilli riyaziyyatçılar John von Neumann və onun həmkarı Oskar Morgenstren tərəfindən irəli sürülüb. Daha sonra isə , John Nash adlı digər bir riyaziyyatçı bu nəzəriyyəni daha da irəlilədərək , 1994-cü ildə isə Oyunlar Nəzəriyyəsində apardığı araşdırmalara görə Nobel mükafatına layiq görülüb.
John Nashin həyatına həsr olunmuş “A Beautiful Mind” adlı 1 film də var. Bu filimdə maraqlı bir epizod var ki, John Nash belə deyir: “Adam Simit yanlış deyirdi.Adam Simit irəli sürmüşdü ki, hər kəs özü üçün ən yaxşı qərarı verərsə bu ümumi cəmiyyət üçün ən yaxşı qərar olar”. Lakin oyunlar nəzəriyyəsindən də biz gördük ki, bank soyğunçuluğuna görə saxlanılan şəxslər özləri üçün ən yaxşı qərarı verdiklərini düşünsələr də ,əslində heç də bu ümumi optimal qərar deyildi.
Yeri gəlmişkən maraqlanan insanlar üçün həmin filmdə olan o qısa epizodun türkcə altyazı olan videosunun linkini də bu videonun aşağısında yerləşdirəcəm.
Biznes dünyasında bu strateji oyuna misalı kimi ,eyni bazarda fəaliyyət göstərən rəqiblərin bir -biri ilə yarışmasını deyə bilərik. Bank soyğunu misalından fərqli olaraq onların hər iki tərəf üçün optimal varinatı seçmək imkanı olur. Məsələn , onalar mövcüd bir vəziyyətdə , razılığa gəlib eyni strategiya ata bilərlər.
Türkcə altyazı: • Nash Dengesi - Oyun Te...
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Animasiyanın hazırlanmasında istifadə etdiyimiz proqram: tidd.ly/2PdkVCV
Bizim animasiya xidmətimiz üçün əlaqə: / businestalks
---------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Mətn və Səsləndirmə müəllifi : Kamran Tağıyev
Animasiya müəllifi : Ülkər Axundova

Опубликовано:

 

24 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 9   
@BusinessTalksAz
@BusinessTalksAz 2 года назад
Animasiya ilə maraqlanan şəxslər "Animators" şirkətinə müraciət edə bilərlər. ☎Əlaqə nömrəsi: 051 310 75 30 (WhatsApp, Tel) 🌐Sayt: animators.az
@BusinessTalksAz
@BusinessTalksAz 3 года назад
Animasiya ilə bağlı maraqlanan şəxslər videonun açıqlama bölməsində (videonun aşağısında) bu barədə məlumat əldə edə bilərlər.Təşəkkürlər.
@caspishah2214
@caspishah2214 2 года назад
Maraqlıdır ki jon neşə buna görəmi nobel verdilər. Oyinlar nəzəriyyəsini o sadəcə sistemləşdirmişdi.. normal insanlar onsuzda istəməyərəkdən də düsturlarsız da bunu öz həyatlarında tətbiq edirdilər və edirlər. Bu sadəcə riyazi hal aldı jon Neşdən sonra və adı oyun nəzəriyyəsi olaraq keçdi.
@ayselsadiqova2418
@ayselsadiqova2418 3 года назад
Çox maraqlı video idi. Təşəkkürlər
@BusinessTalksAz
@BusinessTalksAz 3 года назад
Təşəkkürlər!
@nurlanaaliyeva_
@nurlanaaliyeva_ 3 года назад
👍🏻👍🏻
@vadimmaksimov4337
@vadimmaksimov4337 2 года назад
Riyaziyyatçı ya Nobel mükafatı vermirlər
@username3979
@username3979 2 года назад
Dustaqlar dilemması
@BusinessTalksAz
@BusinessTalksAz 2 года назад
👍🏻
Далее
İş Həyatında Dəyişim || İmran Bağırov
12:07
Просмотров 1,8 тыс.
💀СЛОМАЛ Айфон за 5 СЕКУНД😱
00:26
C’est qui le plus fort 😂
00:18
Просмотров 1,8 млн
İqtisadi nəzəriyyələr | Əkinçi
4:11
Просмотров 10 тыс.
Oyun nəzəriyyəsi və Putin
6:41
Просмотров 591
💀СЛОМАЛ Айфон за 5 СЕКУНД😱
00:26