Тёмный

Şabalıd Damarları Necə Təmizləyir? - MÖCÜZƏ TÜRKƏÇARƏ 

Bir Bax
Подписаться 646 тыс.
Просмотров 40 тыс.
50% 1

#BirBax #Azerbaycan #şabalıd
"Bir Bax" kanalı Rüfət və Xəyalə Xəlilovlara məxsusdur. Əməkdaşlıq üçün aşağıdakı nömrə ilə əlaqə saxlaya bilərsiniz:
(+994) 55-554-58-83
Ölkəmizdə şabalıd çərəz və aşqaranın əvəzolunmaz inqridienti kimi məşhurdur. Buna görə də, xüsusən, bayramqabağı şabalıdın faydalarından danışmağı məqsədəuyğun hesab etdim. Bu gün bir bax kanalında şabalıdın çox da bilinməyən faydaları barədə məlumat alacaqsınız. Diqqət ekrana.
-------------------------------
Şabalıd digər növ çərəzlərdən zəngin tərkibi ilə seçilir. C vitamini, karbohidratlar, fol turşusuna malik olsa da, şabalıdın yağ və kalori dəyəri aşağıdır. Şabalıdın faydaları Bunlardır:
Antioksidantdır. Artıq bilirik ki, sərbəst radikallar hüceyrələrdə oksidativ stressə səbəb olur. Oksidativ stress isə xərçəngin, erkən qocalmanın, DNT xəsarətinin, immun xəstəliklərin təməlində dayanan amillərdəndir. Şabalıdın tərkibindəki antioksidantlar sərbəst radikalların orqanizmə xəsarət vurmağına mane olur.
Şabalıd mislə də zəngindir. Orqanizmdə mis çatışmazlığı hüceyrələrdə sərbəst radikalların daha sürətli hərəkət etmələrinə yol açır. Eyni zamanda, misin istehsalına kömək edən antioksidantların mənimsənilməsini çətinləşdirir. Mis çatışmazlığı selen, dəmir kimi elementlərin səviyyələrinə təsir edir; bunların hamısı orqanizmdə antioksidant aktivliyinin artmasında önəmli rol oynayır.
Şabalıdın tərkibindəki antioksidantlardan biri də sinkdir. Sink qocalmanı ləngidir. A və C vitaminləri toxumaları sərbəst radikallardan qoruyur. Meyvə fenol turşuları ilə zəngindir. Aparılan sınaqlar nəticəsində məlum olub ki, bu turşular aktiv antioksidant kimi çıxış edə bilirlər. Şabalıdda DNT-dəki mutasiyaların qarşısını alan, mövcud mutasiyaların inkişafına mane olan taninlər də var. DNT mutasiyalarının faciəvi nəticələri haqqında, yəqin ki, çox eşitmisiniz. Meyvədəki turşular pis xolesterolun səviyyəsini aşağı salır. Qısacası, şabalıdın tərkibindəki antioksidantlar orqanizmin müdafiəsində dayanır...
Hamilələrin və uşaqların sağlamlığına faydalıdır. Tibbi araşdırmaların birində aşkar edilib ki, şabalıdın tərkibindəki maqnezium düşük ehtimalını azaldır. Belə ki, hamiləlik dönəmində rasiona şabalıd daxil etmək ana ilə bərabər, dölün sağlamlığını da dəstəkləyir. Hamilə qadınların məruz qaldığı maqnezium çatışmazlığı uşağın orqanizmində metabolik sindromla nəticələnir. Şabalıddakı mis yeni doğulan uşaqların zehni inkişafında və sümüklərinin böyüməsində olduqca önəmlidir.
Ürək və qan damar xəstəliklərin yaranmasına izn vermir. Kalsium qaynağı olan şabalıd ürək xəstəliklərin əmələgəlmə riskini azaldır, mövcud halda isə müalicəvi təsir göstərir. Aparılan araşdırmaların biri maraqlı nəticələrlə yadda qalıb. Məlum olub ki, pəhriz proqramı çərçivəsində kalsium əlavəsi qəbul edən qadınların əksəriyyəti klimaksdan sonrakı dövrdə ürəyin işemik xəstəliyinə tutulmur. Bundan əlavə, araşdırmalar zamanı o da aşkar edilib ki, kalsiumla zəngin qidaların, xüsusən, şabalıdın müntəzəm qəbul edilməsi orta yaşlı qadınlarda, həmçinin, kişilərdə damar xəstəlikləri ehtimalını sıfıra endirir.
Şabalıd sümüklərin sağlamlığına dəstək olur. Şabalıd kalsiumla zəngin olmaqla bərabər, digər qidalardakı kalsiumun da mənimsənilməsi, parçalarnması, orqanlara daşınması baxımından orqanizmin köməkçisidir. Səbəb isə onun tərkibindəki digər bir element-maqneziumdur. Yəni, maqnezium olmasaydı, orqanizm kalsiumdan faydalana bilməzdi.
Şəkərli diabetin nəzarətdə saxlanmasına kömək edir. Şabalıddakı maqnezium insulin ifrazında önəmli rol oynayır. Əgər orqanizmdə maqnezium çatışmazlığı olarsa, nəticədə insulin həssaslığı meydana çıxır. İnsulin həssaslığının ardınca isə orqanizmdə şəkərli diabet müşahidə edilir.
Tərkibində olan C vitamini və digər antioksidantlar immunitetin gücləndirilməsi üçün mükəmməldir. C vitamini ağ qan hüceyrələrinin yaranmasını dəstəkləməsindən əlavə, bədəndəki sərbəst radikalların təsirsiz hala gətirilməsində də önəmli rol oynayır. Bu da immunitet sisteminin güclənməsinə və xəstəliklərin qarşısının alınmasına yardımçı olur.
Şabalıdın tərkibində bol miqdarda olan lif bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Bu liflər, həmçinin, yediyimiz qidaların bədən tərəfindən yaxşı əmilməsini təmin edir.
Beyin funksiyalarını yaxşılaşdırır. Tərkibindəki B qrup vitaminləri, nevroloji inkişaf və funksiyalarla birbaşa bağlıdır. Onda olan potasium beyinə qan axımını artırır, sinir sisteminin sağlığını qoruyur, yaddaşı gücləndirir.
Şabalıd varikoz xəstəliyi olan insanlara çox böyük kömək edir. Şabalıd damarların divarlarını möhkəmləndirir, onları daha elastik edir. Adətən bu xüsusiyyət daha çox cır şabalıda aid edilir. Məhz bu səbəbdən cır şabalıdın əsasında varikoz xəstəliyi zamanı istifadə olunan və çox yaxşı müalicəvi effekt verən müxtəlif kremlər, qellər, həblər buraxılır. Şabalıdın qabıqları, yarpaqları, toxumları, şabalıd ağacının qabığı müalicəvi məqsədi ilə istifadə olunur.

Опубликовано:

 

2 мар 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 39   
@melekabbasova7270
@melekabbasova7270 Год назад
ALLAH SİZDƏN RAZI OLSUN AMİN COX SAGOLUN
@asifesgerov3284
@asifesgerov3284 Год назад
Insanlarln dərdinə melhem olan BIR-BAX yutub kanall .Əziyyeti olan her kese minnetdaram .
@dilareresulova4548
@dilareresulova4548 Год назад
Mən əvvəl şabalıd yemedim ama indi yerəm 🙂
@vusalnbiyeva5837
@vusalnbiyeva5837 Год назад
Salam.zəngin məlumatlar üçün təşəkkür edirik.
@mehemmedelizeynalov6791
Allah sizdən razı olsun
@sfhcfhhhiifyuffiv4224
@sfhcfhhhiifyuffiv4224 Год назад
Allah razı olsun sizdən gözəl insan Allah sənə uzun ömür can sağlığı versin
@sudabeceferova90
@sudabeceferova90 Год назад
Eşq olsun sizə.əla.🙏
@aidaxalilova4673
@aidaxalilova4673 Год назад
Ən çox sevdiyim bir çərəz direktoru şaballd. Aşqarasının əvəzolunmazdır. Amma qabıgının belə xeyirli olduğundan xəbərim yox idi. Sayənəzdə öyrəndim. Təşəkkürlər.
@vahidceferov8539
@vahidceferov8539 Год назад
Dilidə.şirin.özüdə.gözəl.apardıgı.verilişdəözü.kimi.həm.gözəl.həmdə.şirin.
@aiali6113
@aiali6113 Год назад
Çox sağ olun
@zemaseferli5056
Gozun faydalari
@leylaaliyeva28.12
Zehmet olmasa yer fistigininda terkibinden danishin 🥰
@muhammd2799
@muhammd2799 Год назад
Əs Sələəm Aləykum . Zəhmət olmasa musiqini ləğv edin. Mən rahat qulaq asa bilmirəm
@cicekibrahimli5271
@cicekibrahimli5271 Год назад
❤️
@ilqar.h6026
@ilqar.h6026 Год назад
əla çox sağolun 👍👍👍👍👍👍👍👍bunu eşidif alverçilər şabalıdın qiymətini lap çox qaldırajaxlar
@vtnqarabag6181
@vtnqarabag6181 Год назад
Qovrulmuş ya çiy vəziyyətdə faydalıdı zəhmət olmasa onuda deyin?
@firuzabbasov378
@firuzabbasov378 Год назад
🙏🙏🙏👍👍👍
@nisetahirova4100
@nisetahirova4100 Год назад
Təşəkkürlər maraqlıdı bişmiş ya çiy şabalıd yemək lazımdı həmdə neçə ədəd normadı?
@user-cq7nz3bs6b
@user-cq7nz3bs6b Год назад
Çox təəsüflər olsun ki istifadə edə bilmirəm bir 2 dəfə aldığım Azərbaycanda olan şabalıdınin dadı olmur tez xarab olur
@rasimxelilov3268
@rasimxelilov3268 Год назад
Mən sezon vaxtı gündə 1-2 kilo qovurub yeyirəm güclü enerji güc verir insana
Далее
РУБИН - ЗЕНИТ: ВСЕ ГОЛЫ
01:03
Просмотров 204 тыс.
ТРОЛЛИНГ СКАМЕРА СТАНДОФФ 2
00:59
УРА! Я КУПИЛ МЕЧТУ 😃
00:11
Просмотров 1 млн
Komedixana 92-ci Bölüm  16.05.2021
45:29
Просмотров 1,4 млн
Beş əlamət kimdə varsa Allah onu sevir deməkdir!!!
29:50
90% İnsan Xurmanın Bu Möcüzəsini Bilmir
10:23
Просмотров 53 тыс.
Bu 9 Qida QARACİYƏRİ Yavaş-Yavaş ÖLDÜRÜR!
8:56
Böyrəkləri Təmizləyən 12 Qida
9:13
Просмотров 97 тыс.
РУБИН - ЗЕНИТ: ВСЕ ГОЛЫ
01:03
Просмотров 204 тыс.