Heydar baba Türk edebiyat tarihinin baş yapıtların dan Türk'ün acısı tatlısı duygusu bu kadar mı güezel dile gelir Şehriyar usta şair Allah rurunu şadetsin Anlatacak kelime yok
Heydər Baba, səsim sənə çatmadı Bakı ginə arzusuna yetmədi Təbriz deyib, qan ağladı, yatmadı Heç bilməzdim, yaman olur ayrılıq Heç bilməzdim ilan olur ayrılıq -- Heydər baba, duman yordu yolları Qovuşmadım, ömrüm oldu bax yarı Quruyaydı kaş Arazın qolları Sən o tayda, mən bu tayda qəm yedux Ayrı düşdük bir birindən, incidux. -- Heydər Baba, Məhsa öldü yazıq qız Bir çiçəkdi, yazda soldu yazıq qız Saçlarını molla yoldu, yazıq qız Gün görmədi, bax yıxdılar küməsin Heç Allah da eşitmədi naləsin. --- Heydər baba, kim dayandı qəsdinə Yanıb, yanıb kor olmuşam tüstümə Savalanın qəmmi yağır üstünə Ona denən çox darıxma düzələr Qovuşarux, sağlıq olsun, gün gələr. --- Heydər baba, səni gec tez taparam Sızıldayan yaraların öpərəm Mən qoymaram düşman səni apara Heydərbaba, vətənimsən sən mənim Vətənimsən, vətənimsən, vətənim!!