Тёмный

Şirvanşahlar dövləti. Yaranması. Süqutu. Calarilər. 

Dangerous Anumals and Beautiful nature
Подписаться 7 тыс.
Просмотров 9 тыс.
50% 1

Şirvanşahlar dövləti. Calarilər. Müstəqil xanlıqlar. Azərbaycan xanlıqları. Şamaxı. Şəddadilər. Azərbaycan tarixi. Dərbənd xanlığı. Şəki xanlığı. Şeybanilər. Məzyədlər. Şirvanşah dövlətinin paytaxtı. Dərbənd əmirliyi. Cəlcuqlar
#azərbaycantarixi #Şirvanşahlardövləti #muellim #dim #miq #muellim #miq #kurikulum #ibtidaisinif #test #sınaq #imtahan #onlinedərslər #onlayn #muellimleriniseqebulu #sertifikasiya #testlər
Azərbaycan feodal dövləti. Şirvanşahlar sülaləsi idarə edirdi. Әsasən, Şirvan tarixi vilayətini, ayrı-ayrı vaxtlarda isə şimalda Dərbənd, qərbdə Şəki-Gəncə, cənubda Beyləqan əyalətlərini, şərqdə isə Xəzər dənizi sahilindəki əraziləri əhatə edirdi.
Paytaxtı Şamaxı (bir müddət Bakı) ş. olmuşdur. Mühüm şəhərləri: Şama¬xı, Bakı, Dərbənd, Şabran və s. Şir¬van ərazisi neft, müxtəlif filiz yataqları, şor göllər və s. ilə zəngin idi. Ölkədə əkinçilik, maldarlıq, ipəkçilik, toxuculuq, sənətkarlıq və s. təsərrüfat sahələri inkişaf etmişdi. Şirvanşahlar dövləti 6 əsrin 1-ci yarısında Şabran və Gilgil çayları arasında Sasanilər tərəfindən yaradılmışdı. Sasani hökmdarı I Xosrov şm. sərhədlərini qorumaq üçün bir sıra tədbirlər həyata keçirdi. O, sərhəd boyunda yerləşən ayrı-ayrı əyalətlərə qohumlardan hakimlər təyin etdi. Şah titulu verilmiş bu hakimlər arasında Şirvanşah da var idi. Şirvanşahlar tarixini dörd dövrə bölmək olar; ilk Şirvanşahlar, Məzyədilər, elmi, ədəbiyyatda səhvən Kəsranilər adlandırılan 11-14 əsr Şirvanşahları və Dərbəndilər. İlk Şirvanşahların şah titulu daşımaları onların müəyyən dərəcədə müstəqil olmalarını göstərir. İlk Şirvanşahlar barədə məlumat yox dərəcəsindədir.
Әrəb işğalının (7 əsr) əvvəllərində ilk Şirvanşahlar hakimiyyətdə saxlanılmışdı. Lakin, ərəblər Cənubi Qafqazda möhkəmləndikdən (8 əsrin sonu) sonra Şirvanşahların hakimiyyəti ləğv olundu; Şirvanı ərəb hakimləri idarə etməyə başladı. 9 əsr ərəb tarixçisi Bəlazuri 797-798 illərdə Şirvan hakimi olmuş əş-Şəmax ibn Şücanın adını çəkir. 799 ildə Yəzid ibn Məzyəd əş-Şeybani Şirvan və Bab əl-Әbvabın (Dərbənd) hakimi təyin olundu. Xəlifə Mütəvəkkilin [841-861] ölümündən sonrakı qarışıqlıqlardan istifadə edən Şirvan hakimi Heysəm ibn Xalid ibn Yəzid Şirvanşah titulu qəbul edib müstəqil siyasət yürütməyə başladı. Beləliklə də Şirvanşahların Məzyədilər sülaləsinin əsası qoyuldu. Tədricən assimilyasiya olunan Məzyədilər sonralar öz ərəb mənşələrindən imtina etdilər.
Hələ Sasanilər dövründən Şirvanşahlara tabe olan Dərbəndi irsi mülkləri sayan Məzyədilər bir neçə dəfə onu ələ keçirsələr də orada möhkəmlənə bilmədilər. Dərbəndi Haşimi ərəb sülaləsi idarə edirdi. Sasa¬nilər kimi ərəblər də sərhəddə yerləşən Dərbəndə böyük əhəmiyyət verirdilər. Dərbənddə saxlanılan ərəb qarnizonuna xeyli vəsait sərf edilirdi. Bu xərc Abşeronun neft quyularının və şor göllərinin duzundan əldə edilən vəsait hesabına ödənilirdi. Şirvanşah Məhəmməd ibn Yəzidin dövründə Xursan və Dərbənd Şirvana birləşdirildi. Təbərsəran əyaləti də Şirvanşahların irsi mülkləri kimi Şirvanın tərkibinə daxil idi. İlk Məzyədilər dövrünə, islamın geniş yayılmadığı Dağıstanın bir sıra “kafir” xalqları üzərinə basqınlar edilmişdi. Şirvanşah Məhəmməd ibn Әhmədin dövründə [981- 991] Qəbələ, Bərdə və s. şəhərlər Şirvanşahlar dövlətinə qatıldı. 983 ildə Şabranın ətrafına müdafiə hasarı çəkildi. 1030 ildə gəmilərlə Xəzərdə üzən ruslar Abşerona gəlib çıxdılar. Bakı yaxınlığında ruslarla döyüşən Şirvanşah Mənuçöhr ibn Yəzid [1027-34] ağır məğlubiyyətə uğradı. 1031 ildə ruslar yenidən Xəzər sahillərində göründülər. Şəddadi hökmdarı Әbül Fəth Musa onları Bakı yaxınlığında məğlubiyyətə uğrada bildi. 1032 ildə sərirlilər və alanlar Yəzidiyyəni tutub ölkəni qarət etdilər. Lakin onlar geri qayıdarkən Dərbənd yaxınlığında əmir Mənsur tərəfindən darmadağın olundular.
9 əsrin 2 yarısından Abbasilər xilafətinin zəifləməsi, habelə mərkəzi hakimiyyətə tabe olmamaq meyllərinin güclənməsi nəticəsində bəzi əyalətlər müstəqil hökmdarlıqlara çevrilərək Xilafətdən ayrıldılar. Həmin dövrdə Şirvanda feodal torpaq mülkiyyəti möhkəmləndi. Şirvanşahların ilk müsəlman sülaləsi olan Məzyədilər əvvəllər Xilafətin Bərdədəki canişininə (əmirə) tabe idilər. Tam mülki və hərbi hakimiyyətə ma¬lik olan əmirlər yerli hakimlərin fəaliyyətinə, vergilərin (cizyə, xərac və s.) toplanılmasına nəzarət edirdilər. Lakin Şirvanşahlar tarix boyu, hətta bu və ya digər işğalçının hakimiyyəti altına düşüb vas¬sal kimi ona bac versələr də öz müstəqilliklərini saxlaya bilmişdilər.
Tam metn shamakhi-encycl...
Teqlər.
Şirvanşahlar dövləti, Calarilər, müstəqil xanlıqlar, azərbaycan xanlıqları, Şamaxı, şəddadilər, azərbaycan tarixi, dərbənd xanlığı, şəki xanlığı, şeybanilər, məzyədlər, şirvanşah dövlətinin paytaxtı, dərbənd əmirliyi, cəlcuqlar
sirvansahlar dovleti, Calariler, musteqil xanliqlar, azerbaycan xanliqlari, samaxi, seddadiler, azerbaycan tarixi, derbend xanligi, seki xanligi, seybaniler, mezyedler, sirvansah dovletinin paytaxti, derbend emirliyi, celcuqlar

Опубликовано:

 

10 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@turan._.abdullayeva9503
@turan._.abdullayeva9503 2 года назад
Cox gozel izah edirsiniz.
@no_name_12341
@no_name_12341 2 года назад
Super izah edirsiz😊👍
@mcpro190
@mcpro190 9 месяцев назад
Şirvanşahlar dovletinin yaranmasi sebebi ne idi
Далее
Şirvanşahlar sənədli filmi
26:06
Просмотров 43 тыс.
Introducing iPhone 16 | Apple
02:00
Просмотров 4,5 млн
Вопрос Ребром - Булкин
59:32
Просмотров 690 тыс.
Tarixin yadigarı - Şirvanşahlar sarayı
5:34
Просмотров 45 тыс.
Komedixana  384-cü Bölüm 07.09.2024
1:00:09
Просмотров 411 тыс.
Şirvanşahlar və Şəki Hakimliyi XIII-XV əsrlərdə
22:41