Тёмный

Əhmədbəyli-Füzuli-Şuşa yolundan yeni görüntülər 

İCTİMAİ TV
Подписаться 1,3 млн
Просмотров 35 тыс.
50% 1

Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, 81.7 km uzunluğa malik Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihələndirilməsi və tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən beynəlxalq magistral normalarına uyğun sürətlə və uğurla davam etdirilir.
Bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, I texniki dərəcəyə malik yolun ilk 48 km-i - 6, qalan 33.7 km-i isə 4 hərəkət zolaqdan ibarət olmaqla inşa olunur. Müvafiq olaraq yol yatağının eni 29.5 m və 21.5 m təşkil edir:
Yolun uzunluğu - 81.74 km;
Yolun texniki dərəcəsi - I;
Hərəkət zolaqlarının sayı - 4-6 ədəd;
Hərəkət zolağının eni - 3.5 m;
Torpaq yatağının eni - 21.5-29.5 m;
Hərəkət hissəsinin eni - 14-21 m;
Yol çiyinlərinin eni - 1.5-2 m;
Ayrıcı zolağın eni - 2 m.
Yol boyu müxtəlif diametrli 194 suötürücü boru, 38 yeraltı keçid, 11 körpü, 7 tunel və 9 viaduk inşa edilir. Körpülərin ümumi uzunluğu 1557 metr, viadukların uzunluğu 1965 metr, tunellərin ümumi uzunluğu isə bir istiqamət üzrə 6450 metrə yaxındır:
194 müxtəlif diametrli suötürücü boru - 9 700 p/m;
38 yeraltı keçid - 1520 m;
11 avtomobil körpüsü - 1557 p/m;
7 avtomobil tuneli - 6349.7 m sol tərəf, 6341 m sağ tərəf;
9 viaduk - 1965 m.
Layihə üzrə tikintisi nəzərdə tutulmuş 9 viadukun 8-də inşaat işləri tamamlanıb. 1-nin tikintisi isə davam edir. Viadukların 3-nün tikintisi zamanı Azərbaycanda ilk dəfə olaraq aşırım qəliblərin üfüqi sürüşdürülməsi üsulu ilə betonlama işləri yerinə yetirilib:
1-ci viaduk - 57 km-də, 185 m;
2-ci viaduk - 61.6 km-də, 250 m;
3-cü viaduk - 62.5 km-də, 295 m;
4-cü viaduk - 65.1 km-də, 146 m;
5-ci viaduk - 69.67 km-də, 118 m;
6-cı viaduk - 70.2 km-də, ortalama 140 m (sol-70 m, sağ-210 m);
7-ci viaduk - 78.7 km-də, 295 m;
8-ci viaduk - 79.3 km-də, 158 m;
9-cu viaduk - 79.7 km-də, ortalama 378 m (sol-410 m, sağ-350 m).
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12.7 km təşkil edən 7 avtomobil tunelindən 6-da qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir. Qeyd edək ki, tunellərdə qaya qruntlardan ibarət hissələrin kənarlaşdırılması qazma, partlatma və qırıcı üsullarla aparılıb:
1-ci Tunel - 53.9 km-də, ortalama 3302 m (sol 3275 m, sağ 3330 m);
2-ci Tunel - 69.9 km-də, ortalama 322.4 m (sol 351.6 m, sağ 293.2 m);
3-cü Tunel - 71.55 km-də, ortalama 532.9 m (sol 515.6 m, sağ 550.2 m);
4-cü Tunel - 73.7 km-də, ortalama 680.2 m (sol 679.8 m, sağ 680.6 m);
5-ci Tunel - 77.7 km-də, ortalama 540.1 m (sol 570 m, sağ 510.2 m);
6-cı Tunel - 78.35 km-də, ortalama 454.2 m (sol 431 m, sağ 477.4 m);
7-ci Tunel - 80.6 km-də, ortalama 512.6 m (sol 525.8 m, sağ 499.4 m),
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi layihəsi çərçivəsində hazırda müəyyən hissələr üzrə qazma və dolğu işləri, yol yatağı və yol əsasının inşası işləri davam etdirilir. Yol əsası hazır olan hissələrə isə asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur. Bundan başqa, yol boyu müxtəlif mühəndisi qurğuların (daş və dəmir-beton divar, geodivar və küvetlər) tikintisi də aparılır.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, agentliyin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika səfərbər olunub.
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarını birləşdirir.
Bizi İzləyin:
Whatsapp: whatsapp.com/c...
Facebook: / ictimai.tv
Instagram: / ictimaitv.official
Teleqram: t.me/tvictimai
Sayt: itv.az/
Copyright © İCTİMAİ TV
#itv #ictimaitv #video #televiziya #baku #videolar #sondakika #video #gündem #news #sondeqiqe #sondəqiqə #gündem #news #keşfet

Опубликовано:

 

4 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 64   
@zemazema5221
@zemazema5221 5 месяцев назад
Bu yolun muhəndislərindən biriylə söhbət etmisdim. Möhtəşəm işləri haqqinda çox fəxrlə danışmısdi. Amma bu qədər əzəmətli olduğunu təsəvvür etməmisdim. Şəhid qardaşlarımıza rəhmət qazilərə əsgərlərə can sağlığı arzulayıram. Vətən üçün çalışan hər kəs qarşısında baş əyirəm❤
@mmmdhacyev665
@mmmdhacyev665 5 месяцев назад
Vidiyonun 1:20 dəqiqəsi, Məngələnata yüksəkliyinin sol tərəfi. 13 oktyabr 2020-ci ildə o hissədə köhnə Füzuliş, Şuşa yolunun ordan keçən hissəsində mükəmmlə pusqu tapşırığı icra etdik. Düşmənin 6 təminat avtomobilini (Ural, kamaz) bir minik avtomobilini şəxsiyyətini məhv etməklə daşıdıqları təminat ilə birlikdə ələ keçirdik. Düşmənin 30 canlı qüvvəsini məhv etdik. Ən əsası isə Füzulidə düşmənin can damarlarından birini kəsdik. Bu gün isə bu vidiyoları izləyəndə böyük qürur hissi duyuram. Allah Şəhid qardaşlarıma rəhmət eləsin.
@a.sabitoglu9633
@a.sabitoglu9633 5 месяцев назад
Senin kimi oğulların sayesindedi. Belke yaşda menen balacasan ama ellerinnen öpürem. Var olun.
@ismaysam.05.08
@ismaysam.05.08 4 месяца назад
Yaşasın Azərbaycan!🇦🇿❤️🇦🇿 Allah şəhidlərimizə rəhmət eləsin,ruhları şad olsun, qazilərimizə şəfa versin..Eşq olsun Azərbaycana👊💪Qarabağ Azərbaycandır! 🇦🇿🇦🇿❤️❤️🇦🇿🇦🇿
@abidqasimov1903
@abidqasimov1903 5 месяцев назад
Allah Şəhidlərimizə rəhmət eləsin. Bu yollarda əziyyəti olan bütün əməkçilərə, mühəndislərə təşəkkürlər
@mehmetozdemir9163
@mehmetozdemir9163 5 месяцев назад
Hayırlı Uğurlu olsun....birisi zahmet olmassa bu videoyu paşinyana yollasın...yol nasıl çekiliyormuş görsün..
@cavid.hzadeh
@cavid.hzadeh 5 месяцев назад
Onun yaptığı yolu cehenneme yolladık ya, artık mezarlık işinde kendini geliştirse iyi olur😅
@XalidQuliyev_09
@XalidQuliyev_09 5 месяцев назад
Möhtəşəm. İnşəAllah bu yolla evimizə rahat gedərik. Əməyi olan hər kəsə təşəkkürlər. Allah şəhidlərimizə rəhmət eləsin.
@SeideRzayeva-b8j
@SeideRzayeva-b8j 3 месяца назад
CANIM VƏTƏNİM QARABAĞIM ŞUŞAM 🇦🇿İNŞALLAH TEZ BİR ZAMANDA VƏTƏNİMİZƏ KÖÇÜB YAŞAMAQ ÜMİDİYLƏ 🙏ALLAH BÜTÜN ŞƏHİD QARDAŞLARIMIZA RƏHMƏT ELƏSİN ONLARIN CANI QANI BAHASINA ALINDI BU TORPAQLARIMIZ 🥀🇦🇿
@ServanFerhadov
@ServanFerhadov 5 месяцев назад
MaşaALLAH ALLAH xeyir versin Qarabağ da Zəngəzur da calşan ustalara güc qüvvət versin amin
@hemidhemzeyev6866
@hemidhemzeyev6866 5 месяцев назад
Möhteşemdir !Allah şəhidlerimizə rəhmət eləsin ,Çox gözeldi allah dövlətimizi qorusun
@cavid.hzadeh
@cavid.hzadeh 5 месяцев назад
Demək olar ki Qarabağa getmək üçün hər şərait yaradılıb. Bu təqdirəlayiqdir. Əməyi keçən hər kəsə başda müzəffər ordumuz olmaqla halal olsun.
@fuadamirguliyev3756
@fuadamirguliyev3756 5 месяцев назад
Yaxsi isleyibler👏👏 is ozu her seyi gosterir, soze ehtiyac yoxdur. Videonu cekenlerere ve ideya muellifleride ayrica sag olsunlar, qisa vaxt erzinde boyuk melumat teqdim etmeyi bacariblar.
@camalmmmdov7082
@camalmmmdov7082 5 месяцев назад
Allah sehidlerimize Rehmet Elesin Sehidlerimizin Ruhu Sad olsun
@orkhanazadli4929
@orkhanazadli4929 5 месяцев назад
Yolun girişindəki dairədən düz sərhədə qədər oradan da Biləsuvar yolunadək çəkib sərhədyanı yol təşkil eləsələr əla olardı. Ta dar və yararsız, yaşayış məntəqələrin çox olduğu Sabirabad yolunu görməzdik.
@Галагайын
@Галагайын 5 месяцев назад
Гой ерменилер янсын Аллах шехидлеримизе рехмет елесин амин
@ramilmemmedov1057
@ramilmemmedov1057 5 месяцев назад
Allah şəhidlərə rəhmət eləsin
@Elmar0011
@Elmar0011 5 месяцев назад
Xeyirli uğurlu olsun. Tez bir zamanda təmir işləri bitsin. Hamı öz yurduna dönsün. Bakı da insan azalsın
@SadikTemur
@SadikTemur 3 месяца назад
Şuşada arazi almak nasip olur inşallah bizede❤🇦🇿🇹🇷
@shabnurhacizade31
@shabnurhacizade31 4 месяца назад
ALLAHım müəyyən məsafələrdən bir yolun sağ və sol tərəflərində yolboyu Ağaclar əkilsə o gözəlliyi təsəvvür etmək belə məni həyəcanlandırır.İnşALLAH edərlər.
@elmirsamedzadeh7973
@elmirsamedzadeh7973 5 месяцев назад
Allah sehidlerimize rehmet elesin!
@bozokluoglu_
@bozokluoglu_ 4 месяца назад
Maşallah Azerbaycanlı kardeşlerimizin başarısını biz kendi başarımız gibi görür ve bundan gurur duyarız. İşgal sorunu halletmeniz ve bunun ardından çok hızlı bir şekilde bu bölgede imar faaliyetlerine başlamanız bizi çok mutlu ediyor. İnşallah zorlu günler artık geride kalır ve artık rahatça geleceğe ve gelişmeye odaklanırız hep beraber. Ermenistan ile de tüm tarafların içini feraha erdirecek bir barış anlaşması imzalamanız temennimizdir. Bu gerçekleştiğinde gerçek anlamda hep birlikte Kafkasya’yı huzur sükunet ve refah diyarına çevirebiliriz.
@SuracAliyev-fm6bz
@SuracAliyev-fm6bz 5 месяцев назад
Insallahhhhh naxcivana catar tezzzz
@philankes41
@philankes41 3 месяца назад
Bir az professionalligi artirsaydiniz normal bir track qoyardniz. Sessiz video harda gormusunuz, security kamerasindan?Gozel bir guitar melodisi, S.V.P.
@nazimqasimov22
@nazimqasimov22 3 месяца назад
Bir sözlə möhtəşəm!
@Game_over-nob
@Game_over-nob 5 месяцев назад
Maşallah xeyrli iğurlu olsun
@РафигМеждиев
@РафигМеждиев 4 месяца назад
Славу Богу достигли 💪мести , да здравствует Азербайджан
@rufet3220
@rufet3220 5 месяцев назад
Allah şəhidlərimizə rəhmət eləsin
@EmraslanEmraslanov
@EmraslanEmraslanov 4 месяца назад
Qarabağ boyuk Ezemet qazanmalidi Cünki Şehidlerimizin Qani var o torpaglarda Ruhlari var bir nov Ruhlaei sevinmelidi
@mikael7897
@mikael7897 4 месяца назад
Джаным Гарабах ❤
@zeyhum
@zeyhum 4 месяца назад
Ugurlar🎉🎉❤
@SadikTemur
@SadikTemur 3 месяца назад
Çok şükür ❤☝️🇹🇷🇹🇷🇦🇿🇦🇿
@Laniakea10
@Laniakea10 4 месяца назад
❤❤❤ یاشاسین
@nihadsuleymanzade6683
@nihadsuleymanzade6683 5 месяцев назад
MASALLAH
@makcvachenko2023
@makcvachenko2023 5 месяцев назад
🎉🎉🎉🎉Super
@liliabdul4604
@liliabdul4604 5 месяцев назад
mohteshem!!!
@umutselimbayr7837
@umutselimbayr7837 4 месяца назад
Muhteşem olmuş da, ne ara yaptınız bunları?
@anureli
@anureli 5 месяцев назад
Maşallah
@-afandiyevc5183
@-afandiyevc5183 5 месяцев назад
Salam Qubadan wamaxiya da birbasa yol cekilse ela olardi 10 il evvelin ITV cekilisleri var bir iki ile qeyd olunurdu tikilecek amma bugune kimi qalib
@aydinikramli6455
@aydinikramli6455 5 месяцев назад
Cox gozel islerdir. Amma torpaq qatinin cox hissesi ortuyu mehv olub . O hisseleri agaclandirma ederek berpa etmek olar 🇦🇿❤️🇹🇷
@philankes41
@philankes41 4 месяца назад
❤❤❤❤❤❤❤❤❤❤❣❣❣
@asgerovceyhun2702
@asgerovceyhun2702 5 месяцев назад
Zefer yolu ile Susaya getmiwem yorucudu bu yol yaxwi olar insallah
@aqilbayramov5548
@aqilbayramov5548 5 месяцев назад
HAYDI KOMANDAN IRƏLĪ. YORULMAYASAN ......❤❤❤❤❤
@elnurhasanov5131
@elnurhasanov5131 4 месяца назад
👍👍👍
@cagatay007
@cagatay007 4 месяца назад
Baku Qazak yolunun asfaltı yeninden çekilmeli. Ne pis halde
@Omar_Mahmudlu.
@Omar_Mahmudlu. 5 месяцев назад
MAŞALLAH.
@cick2748
@cick2748 Месяц назад
Nə vaxt istifadəyə veriləcək?
@НамигТагиев-н7к
@НамигТагиев-н7к 5 месяцев назад
MassAllah
@Beekeepingarıçılıq
@Beekeepingarıçılıq 5 месяцев назад
👍👌
@alihuseynov4559
@alihuseynov4559 5 месяцев назад
Gornus yaxsi ama keyfiyyət cox az!! Yaxin aylarda istifadədən sonra gorəciyik!!
@greywolf-vj1ni
@greywolf-vj1ni 5 месяцев назад
Onu kim deyir keyfiyyət azdır? Yol mühəndisliyindən başın çıxır? Hər şey mükəmməldir bu çəkilən yolda, işlər xüsusi nəzarətlə görülüb.
@kamran7255
@kamran7255 4 месяца назад
Boş boş danışmayın özüm o yollarda işləyirəm 12 ildir işlədiyim şirkətdi bu günə kimi tikdiyi yollarda heç bir prablem çıxmayıb və başqa Türk şirkətləridə var " AzVirt MMC "
@anaraliyev3789
@anaraliyev3789 5 месяцев назад
Isler ne zaman tam yekunlasir ?
@МухтарНасиров-т9ч
@МухтарНасиров-т9ч 4 месяца назад
Яша Азербайчан
@samirrehimov9687
@samirrehimov9687 5 месяцев назад
@РасимАлифагаОгли
@РасимАлифагаОгли 5 месяцев назад
❤❤❤❤❤
@ajdar883
@ajdar883 5 месяцев назад
İstanbula getmək Qarabağdan daha asandır
@kamran7255
@kamran7255 4 месяца назад
Niyə ?
@日の丸日本-d2j
@日の丸日本-d2j 5 месяцев назад
素晴らしい🛣️subarashi 🛣️------------🚙-💨-------------🛣️
@Anar_Kamal
@Anar_Kamal 5 месяцев назад
🇦🇿🙏
@elbrusceferov3023
@elbrusceferov3023 5 месяцев назад
🇦🇿🇦🇿🇦🇿👍👍👍👍🇦🇿🇦🇿🇦🇿
@Галагайын
@Галагайын 5 месяцев назад
Гой ерменилер янсын Аллах шехидлеримизе рехмет елесин амин
@Галагайын
@Галагайын 5 месяцев назад
Гой ерменилер янсын Аллах шехидлеримизе рехмет елесин амин
Далее
30 Yıl Öncesine Yolculuk; Azerbaycan/Şuşa!
22:19
Просмотров 235 тыс.
Mcdonalds cups and ball trick 🤯🥤 #shorts
00:25
Просмотров 150 тыс.
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 282 тыс.
Laçın - Şuşa yolu. Yeddi dolama
9:04
Просмотров 3,3 тыс.