Тёмный
No video :(

Əli Fani | Kisa Hədisi | Tərcümə & Oxunuş 

Qırılmaz İp
Подписаться 8 тыс.
Просмотров 23 тыс.
50% 1

Bizi sosial mediada izləyin:
Facebook: / qirilmaz.ip
İnstagram: / qirilmaz.ip
Telegram: t.me/qirilmazip
Mətn:
Bağışlayan və mehriban Allahın adıyla! Cabir ibn Abdullah Ənsari Peyğəmbərin (s) qızı xanım
Fatimeyi-Zəhradan (s.ə) belə nəql edir:
Eşitdim ki, Fatimə (s.ə) dedi: Bir gün atam Rəsulullah mənim yanıma gəlib dedi: "Salam olsun sənə, ey Fatimə!" Mən dedim: "Sənə də salam olsun!" Buyurdu: "Bədənimdə zəiflik hiss edirəm." Dedim: "Atacan, bu zəiflikdən səni
Allahın pənahında qərar verirəm.“ Buyurdu: "Ey Fatimə, mənim üçün Yəmən əbasını gətir və onunla məni ört." Mən Yəmən əbasını gətirib onun üstünü örtdüm və sonra üzünə baxdım. Onun üzü on dörd gecəlik, bədrlənmiş ay kimi işıq saçırdı.
Bir saat keçməmişdi ki, oğlum Həsən yanıma gəlib dedi: "Anacan, salam olsun sənə!" Dedim: "Sənə də salam olsun, ey gözümün işığı və qəlbimin meyvəsi!" Dedi: "Anacan, səndən ətirli bir qoxu duyuram; elə bil, babam Rəsulullahın qoxusudur." Dedim: "Bəli, baban əbanın altındadır." Həsən əbaya tərəf gedib dedi: "Salam olsun sənə, ey babam, ey Rəsulullah! İcazə verirsənmi ki, mən də səninlə birgə əbanın altına daxil olum?" Həzrət buyurdu: "Salam olsun sənə, ey oğlum, ey (Kövsər) hovuzumun sahibi! Sənə icazə verdim." O, Rəsulullahla birgə əbanın altına girdi.
Bir saat keçməmişdi ki, oğlum Hüseyn yanıma gəlib dedi: "Anacan, salam olsun sənə!" Dedim: "Sənə də salam olsun, ey gözümün işığı və qəlbimin meyvəsi!" O dedi: "Anacan, səndən ətirli bir qoxu duyuram; elə bil, babam Rəsulullahın qoxusudur." Dedim: "Bəli, baban və qardaşın əbanın altındadır." Hüseyn əbaya yaxınlaşıb dedi: "Salam olsun sənə, ey babam! Salam olsun sənə, ey Allahın bəyənib-seçdiyi! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?" Həzrət buyurdu: "Salam olsun sənə, ey oğlum, ey ümmətimin şəfaətçisi! Sənə icazə verdim." O da onlarla birgə əbanın altına girdi.
Bu zaman Əbülhəsən Əli ibn Əbu Talib gəlib dedi: "Salam olsun sənə, ey Rəsulullahın qızı!" Dedim: "Salam olsun sənə, ey Əbülhəsən, ey Əmirəlmöminin!" Dedi: "Ey Fatimə, səndən ətirli bir qoxu duyuram; elə bil, qardaşım və əmim oğlu Rəsulullahın qoxusudur." Dedim: "Bəli, o sənin iki oğlunla birgə əbanın altındadır." Əli əbaya tərəf gedib dedi: "Salam olsun sənə, ey Rəsulullah! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?" Həzrət buyurdu: "Salam olsun sənə, ey qardaşım, canişinim, xəlifəm və bayraqdarım! Sənə icazə verdim." Əli də əbanın altına girdi.
Sonra mən də əbaya tərəf gedib dedim: "Salam olsun sənə, atacan, ey Allahın Rəsulu! İcazə verirsənmi ki, mən də sizinlə birgə əbanın altına daxil olum?" Həzrət buyurdu: "Salam olsun sənə, ey qızım, ey canımın parçası! Sənə də icazə verdim." Mən də əbanın altına girdim.
(Kisa Hədisinin tərcüməsinin dəvamını, həmçinin ərəbcə və oxunuşunu linkə daxil olaraq oxuya bilərsiniz: bit.ly/33mGunI)
Mənbə:
Məfatihul-cinan - Şeyx Abbas Qummi

Опубликовано:

 

27 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 24   
@haqqa_gel
@haqqa_gel 4 года назад
Allah razı olsun
@sahinhuseyn4735
@sahinhuseyn4735 Год назад
Hər səhər sevə sevə qulaq asdığım hədisikisa😊
@amidbagirova9419
@amidbagirova9419 4 года назад
Allah razı olsun inşallah Ali dərəcədə qəbul etsin inşallah
@mesiko4100
@mesiko4100 9 месяцев назад
Siniq qəlblərə məlhəmdir bu hədis.bu səs.Allah razi olsun.sanki gözüm önündə seyr etdim hadisəni..günlərdir dinləyirəm.göz yaşlari içində.halal olsun sizə.
@turaneqasimova9903
@turaneqasimova9903 7 месяцев назад
Cox gözəl hedisdi hazirlayandan Allah razı olsun
@MlahtDadashova
@MlahtDadashova 2 месяца назад
Allah cümləmizin duasını qəbul etsin Amin Amin Amin bu səsdən ayrılmaq olmur Allah can saglıgı versin sizə qardaşım
@humaymuradova3595
@humaymuradova3595 2 года назад
Günahla kirlənən ruhumuzun təmizlənməsi üçün dinlədiyim ilahi əsərə görə sizə təşəkkür edirəm.Allah sizdən razı olsun 🙏
@allahbizimle8034
@allahbizimle8034 Год назад
əhsən Allah razı olsun ruhum sakitləşir can Hüseyn ağam 😢😢🙏 lebbeyk ya Hüseyn canım feda olsun əhli beyte
@xanmhmidov2780
@xanmhmidov2780 9 месяцев назад
Allah razı olsun❤
@konulamiraslanova4018
@konulamiraslanova4018 2 года назад
Ne gozel bir ses 🤲🤲❤️ insanin ruhunu dinletir
@VTahir1
@VTahir1 3 года назад
Allah razi olsun , ne gozel hazirlamisiz ! Tercume ile ... Ehsen !!! Qardas da cox gozel oxuyur . Allah zehmeti kecen her kesden razi olsun ! Amin ... !
@bulesi
@bulesi Год назад
Amin İNŞAALLAH
@ArzuDilaverova-bf2wh
@ArzuDilaverova-bf2wh Год назад
ƏSSALAMU ƏLEYKƏ YA ƏBA ƏBDILLAH❤
@nilinvlogu
@nilinvlogu 2 месяца назад
Allahım işlərimizi yoluna qoy❤
@sahlaaxundov6689
@sahlaaxundov6689 9 месяцев назад
Əssalsmu Ələykə ya Əba Əbdillah
@leylarzayeva1995
@leylarzayeva1995 2 месяца назад
ALLAH sesinize caniniza bereket versin ne gozel ehdiyacim var idi 🤲🤲
@user-vj7em8xu4w
@user-vj7em8xu4w 2 месяца назад
Allah razi olsun.
@safuraabsova5224
@safuraabsova5224 4 месяца назад
Allah köməyiniz olsun❤❤❤
@resmiyyeqasimova5023
@resmiyyeqasimova5023 Год назад
nə gözəl 🤲🤲🤲👍👍👍👍sag olun minnətdaruq
@resmiyyeqasimova5023
@resmiyyeqasimova5023 Год назад
kisa hədisi Əhli beyt hər kəs bilməlidir bu kisa hədisin,,,hə kəs,,,
@mursr0
@mursr0 Год назад
🤲💚
@bulesi
@bulesi Год назад
ALLAH köməyiniz olsun
@bulesi
@bulesi Год назад
Ya ALLAH
@hesenli_
@hesenli_ 4 года назад
And olsun Kebenin Rebbine ki,ya Resulullah qelbim rahatlıg tapdı
Далее
Коротко о моей жизни:
01:00
Просмотров 435 тыс.
Kumeyl duası - Hacı Sirac
39:58
Просмотров 1,7 тыс.
Be Taha Be Yasin  1,2,3
14:04
Просмотров 767 тыс.
Kisa hədisi - Xəzər Süleymanlı (tərcümə)
9:28
Просмотров 2,7 тыс.
Kisa Hadisi  Hz Muhammad s  ve onun Ehlibeyti ailesi
9:55
Коротко о моей жизни:
01:00
Просмотров 435 тыс.