Тёмный

“İnsan” görürəm, amma “insanlığı” görmürəm - Antisfen  

Rafael Mirzaev || BB Production
Подписаться 21 тыс.
Просмотров 280
50% 1

Salam əziz izləyicilər. Etdiyimiz işi bəyənirsinizsə, şərh yazın, dostlarınızla paylaşın və kanalımıza abunə olun !
Hörmətlə Black Box Production
Antisfen (yun. Ἀντισθένης) - qədim yunan filosofu; Kinik məktəbinin yaradıcısı, Diogenin müəllimi.
Antisfen Afinalı əvvəl Qorgiasın, sonra isə Sokratın şagirdi və ən sadiq dostu olmuşdur. Sokrat təlimini inkişaf etdirən və yalnız tək fərdi şeylər haqqındakı biliyi həqiqət sayan kinik (Kiniklər) məktəbinin banisi Antisfen etikaya, siyasətə, idrak nəzəriyyəsinə, dil fəlsəfəsinə, ritorikaya, ədəbi tənqidə aid əsərlər yazmışdır. Sokratın vəfatından sonra Kinosarqda (kasıb ailələrin uşaqları oxuduğu gimnaziyada) öz məktəbini açmış və ellin mənbələrinə əsasən Sinoplu Dioqenin müəllimi olmuşdur.
Antisfen fəlsəfəsində ümumi anlayışların mövcudluğu inkar edilir. O hesab edirdi ki, yalnız fərdi şeylər vardır. Antisfen deyirdi: "Mən atı görürəm, atlığı yox"[1] və iddia edirdi ki, insanı görmək mümkündür, insanlığı yox. Hər bir fərdi şey haqqında demək olar ki, o vardır. Məsələn, "at atdır", "fil fildir". Ümumi şeylər isə yoxdur, onlar yalnız insan düşüncəsindədir[2]. Bu baxımdan Antisfeni ilk nominalist (ümumi anlayışların mövcud olmasını inkar edən fəlsəfi cərəyan) adlandırmaq mümkündür. Bu problem sonralar orta əsr fəlsəfəsinin əsas mövzularından biri olmuşdur.
Antisfenə görə fəlsəfənin vəzifəsi insanın iç aləminin araşdırılmasından ibarətdir. Ərdəmə (xeyrə doğru yönəlmə) çatmaq, xeyirlə həyat sürmək həyatın mənasıdır ki, buna da abidliklə çatmaq mümkündür[3].
İnsan öz təbiətinə uyğun yaşamalı, şəxsi maraqlarını cəmiyyətin maraqlarından üstün saymalıdır.
Heyvanların (özəlliklə də itlərin) həyatı insanlar üçün təbii yaşamın nümunəsi olmalıdır. Ona görə də, Antisfenə "İt" (yun. κῠνικοί - kinik) ləqəbini vermişdirlər[4]. Bu səbəbdən sonralar onun bütün ardıcılları kinik adlandırılmışdır. Ancaq başqa bir məlumata görə məktəbin adı Antisfenin dərs dediyi yerin adı ilə bağlıdır.
Eyni zamanda, Antisfen özünü hansısa dövlətin deyil, bütün dünyanın vətəndaşı elan etmişdir. Dini və ictimai qanunlar da onun tərəfindən inkar olunurdu.
Antisfen kiniklərdən fərqli olaraq təəccübləndirici "utanmazlığı" təbliğ etməyərək və Platonla polemika apararaq stoik etikasının ritorik istiqamətinə təsir göstərmişdir. Xoşbəxtlik üçün ləyaqət (əxlaqi mükəmməllik) tək və kifayət şərt tanıyaraq, cah-calal və kef-səfaya nifrət etmiş ("bir dəfə kef çekməkdənsə ağlını itirmək yaxşıdır"), əzab çəkməyi səadət hesab edərək, Sokratın daxili azadlıq idealını təbliğ etmiş, afina cəmiyyətini, o cümlədən mövcud quldarlıq institutunu və qadınların cəmiyyətdə hüquq bərabərsizliyini tənqid etmiş, politeizmi ("təbiətən bir allah mövcuddur") rədd etmişdir. Antisfen etika, məntiq və epistomologiya üzərində işləyərək müəyyənlik nəzəriyyəsini təklif etmişdir.
Səsləndirən: Rafael Mirzaev
Hazırladı: Rafael Mirzaev
@mail : black1boxx@gmail.com
İnstagram Black Box Production: / black_box_pro
İnstagram Rafael: / mirzaevrafael
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
(Nizami Gəncəvi)
#sitatlar #aforizmlar #azərbaycan #keşfet #aforizmlər #kəlamlar #sözler #deyimler #kəlamlar

Опубликовано:

 

29 дек 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 4   
@BlackBoxProductionn
@BlackBoxProductionn 6 месяцев назад
Kanalımıza abunə olmağı unutmayın ❤
@sky_art9955
@sky_art9955 6 месяцев назад
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@gulsaraumarova9510
@gulsaraumarova9510 6 месяцев назад
Çox sagolun. Həm gısa,həmdə faydalı
@user-ox4zk2oj5m
@user-ox4zk2oj5m 6 месяцев назад
Hərkəsə Salamlar çox marağlıdır sözlərdir. mən bu filosofların sözlərini oxuya oxuya axırda bir şeyi öyrəndim ki mən heçnə bilmirəm bizim ehtiyacı olduğumuz bir şey var oda bilgidir gəlin biz də oxuyaq və faydalı insanlardan olaq.
Далее
Ichimizdeki tenbel ve ishguzar adam
11:44
Просмотров 98 тыс.
Who has won ?? 😀 #shortvideo #lizzyisaeva
00:24
SƏSLİ: Mövlana Cəlaləddin Rumi kim idi?
7:00
Просмотров 1,7 тыс.