Тёмный

Dişisinə pis davranan tək heyvan insanoğludur - Cek London  

Rafael Mirzaev || BB Production
Подписаться 21 тыс.
Просмотров 249
50% 1

Salam əziz izləyicilər. Etdiyimiz işi bəyənirsinizsə, şərh yazın, dostlarınızla paylaşın və kanalımıza abunə olun !
Hörmətlə Black Box Production
Cek London (doğum adı Con Qriffit Çeyni; 12 yanvar 1876, San-Fransisko, Kaliforniya - 22 noyabr 1916, Qlen-Ellen, Kaliforniya) - ABŞ yazıçısı, daha çox sərgüzəştlərlə dolu hekayə və romanların müəllifi Cek Londonun anası Flora Velman spiritualist musiqi müəllimi idi. Təxminən Cekin atası olduğu düşünülünən Villiam Çaney isə astroloq idi. San Fransisko "Chronicle" qəzetinin 4 iyun 1875 tarixli nömrəsində çıxan bir xəbərə görə Flora Velman Çaneyin uşağın götürülməsini istədiyini, lakin bu tələbinə rədd cavabı aldığını göstərmişdir. Bundan sonra Flora özünü vurmağa çalışsa da ciddi bir yara almamış, keçici olaraq ağlını itirmişdir. Doğumdan sonra uşaq baxmaq üçün rəfiqəsi Virciniya Prentisə verilir. Beləliklə qaradərili Virciniya londonlular tərəfindən onun mənəvi anası kimi həmişə xatırlanır. Həmin ilin sonlarına doğru Flora Velman Con Londan ilə evlənir və sonradan Cek London adlandırılan Con da onlarla yaşamağa başladı. Cek ilk təhsilini Oklənddə almışdir[ 1897-ci ildə Berkley Universitetində tələbə ikən isə anasının intihar cəhdi və bioloji atası ilə bağlı qəzet xəbərlərini araşdırmağa başladı. Aldığı məlumatlardan sonra Çikaqoda yaşayarkən Viliam Çaneyə bir məktub yazdı. Çaneydən gələn cavab isə çox qəribə idi. Cekin atası olmasının mümkün olmayacağını, çünki iqtidarsız olduğunu söyləyən Çaney, Cekin anasının başqa bir adamla əlaqəsi olduğunu iddia edərək anasına uşağın götürülməsi barədə təkid etməsinin isə böhtandan başqa bir şey olmadığın demişdir.
Cek Qriffit Çeyni 1876-cı il 12 yanvar tarixində San-Fransisko şəhərində anadan olmuşdur. Conun heç bir yaşı tamam olmamış anası Con London adlı fermerlə evlənir. Ögey atası onu himayəsinə götürür və sonralar oğul Con atalığının soyadını qəbul edir.
Cek London çox kiçik yaşlarından ağır zəhmətə qatlaşmalı olur. Məktəbli illərində qəzetlər satır, on dörd yaşında isə konserv fabrikinə işə düzəlir, lakin işi çox ağır olduğundan buranı tərk etməli olur. Qadağan olunmasına baxmayaraq San-Fransisko limanında dəniz ilbizləri ovu ilə də məşğul olur. 1893-cü ildə Yaponiya sahillərinə və Berinq dənizinə dəniz pişiyi ovuna çıxan gəmiyə matros düzəlir. İlk dəniz səfəri Londonda olduqca böyük təəsüratlar oyatmaqla onun gələcək yaradıcılığına böyük təsir göstərir.
London yaradıcılığa "Yaponiya sahillərində tayfun" adlı oçerki ilə gəlir və bu gəliş kifayət qədər uğurlu olur. Belə ki, San-Fransisko qəzetlərindən biri gənc yazıçını mükafatlandırır.
Bir az sonra qələmə aldığı "Canavar oğlu" (Boston, 1900), "Atalarının tanrısı" (Çikaqo, 1901) "Şaxtanın övladları" (Nyu-York, 1902), "İnsana inam" (Nyu-York, 1904), "Ayüzlü" (Nyu-York, 1906), "İtirilmiş sima" (Nyu-York, 1910) hekayelərindən ibarət toplu, "Qarlar qızı" (1902), "Dəniz canavarı" (1904), "Martin İden" romanları yazıçıya böyük şöhrət gətirir.
Dəstək olmaq üçün: kofe.al/@blackboxproduction
@mail : black1boxx@gmail.com
İnstagram Black Box Production: / black_box_pro
İnstagram Rafael: / mirzaevrafael
Qüvvət elmdədir, başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
(Nizami Gəncəvi)

Опубликовано:

 

1 янв 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@BlackBoxProductionn
@BlackBoxProductionn 6 месяцев назад
Kanalımıza abunə olmağı unutmayın ❤
@sky_art9955
@sky_art9955 6 месяцев назад
😮😮😮
@elcinbalayev7466
@elcinbalayev7466 6 месяцев назад
Dişisinə pis davranan canli denən heyvan nədi 👎👎👎
Далее
Cek London - Seçilmiş hekayələr
1:28:03
Просмотров 5 тыс.
Send this to an artist… 😉 #shortsart
00:19
Просмотров 6 млн
아이스크림으로 체감되는 요즘 물가
00:16
Müdrik kəlamlar-5
4:46
Просмотров 12 тыс.
Cek London - "Həyat Eşqi"
1:11:16
Просмотров 17 тыс.
Söz mülkünün sahibi
3:21
Просмотров 1,1 тыс.
Send this to an artist… 😉 #shortsart
00:19
Просмотров 6 млн