Тёмный

Ağdam məktəbliləri Şəhid əkiz qardaşların il dönümündə şeir dedilər 

Orxan Sirinli ŞO TV
Подписаться 240 тыс.
Просмотров 2,5 тыс.
50% 1

Ağdam məktəbliləri Şəhid əkiz qardaşların il dönümündə şeir dedilər
24 oktyabr Əkiz şəhid qardaşlar Nazir və Tacir Allahverdiyevlərin il dönümü Ağdamda qeyd olundu
Şəhidlərin yaşadığı evdən Çullu kənd qəbiristanlığına doğru böyük izdiham yürüş müşhidə olundu.
Yürüşdə şəhidin ailə üzvləri, yaxınları, şəhid ailələri, rayon sakinləri, qazilər Soltnput və Quzanlı qəsəbə tam ort məktəbinin şagird və müəllim kollektivi, Təhsil şöbəsinin müdürü və icra hakimiyyətinin nümayəndəliyi iştirak edirdi.
Şəhid ailələrinin övladları haqqında xatirələrini dinləyəndə həmişə eyni nöqtəyə gəlib çıxırsan:
Bu oğullar Vətəni canından da çox sevib, 10 canları olsaydı, 10-unu da qurban verərdilər. Bizi qürurlandıran məqam odur ki, yurdumuzun qəhrəman oğullarında milli qeyrət və vətənpərvərlik hissi həmişə yüksək olub və olacaq da!
Övladlarının doğum günündə hər kəs Şəhidlərin anası Nailə ananın ətrafına toplaşmışdı. Uzaq diyardan gələn qonaqlarda var idi.
Onlar arasında şəhidin yaxınları, Vətən savaşında döyüşən qazilər, şəhid anaları və şəhid ataları da var idi. Belə anda hamı bir nəfər kimi şəhid ailəsinə dəstək olmağa, igidlərin döyüş yolundan danışaraq bir birilərinə təskinlik verməyə gəlmişdi.
Rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov Şəhidin yaşadığı evə gələrək onun anasına dəstək oldu və ŞOTV-yə müsahibə verdi
Qeyd edək ki, Nazir və Tacir Allahverdiyev qardaşları 2001-ci il aprelin 20-də Ağdam rayonu Çullu kəndində anadan olublar. Onlar vətən müharibəsində birgə döyüşüb və birgə şəhid olublar.
Azərbaycan Ordusunun əsgəri olan Nazir Və Tacir Allahverdiyev qardaşları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıblar. Onlar oktyabrın 24-da Füzuli döyüşləri zamanı şəhid olub. Hər iki igidimiz Ağdam rayonunda Çullu qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdikləri üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir və Tacir Allahverdiyev qardaşları ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Nazir və Tacir Xasay oğlu Allahverdiyevə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif ediliblər.
Əkiz Şəhidlər Tacir və Nazir şəhidlik zirvəniz mübarək olsun. Allah sizə və sizin timslınızda bütün şəhidlərimizə rəhmət eləsin
Orxan Şirinli ŞOTV

Опубликовано:

 

5 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 12   
@eminehuseynova7017
@eminehuseynova7017 2 года назад
🙏🙏🙏Canım.Şehitler.Allah rehmet.eylesin🙏🙏🙏🇹🇷💚🇦🇿✊
@kenanceferov617
@kenanceferov617 2 года назад
Allah rehmet elesin Bacilarim Analarım 🥺🥺😢😢😢😥
@kenantelekom3717
@kenantelekom3717 2 года назад
Allah rəhmət eləsin
@РусланБагров-щ2у
@РусланБагров-щ2у 2 года назад
Mekanlari cennet olsun
@aytnvaqifli6186
@aytnvaqifli6186 2 года назад
Allah rəhmət etsin
@zeminequliyevannnsevdiyima2002
@zeminequliyevannnsevdiyima2002 2 года назад
Allah rəhmət eyləsin bütün Qarabağ Şəhidlərimizə Allah sebrlər versin analarına-bacılarina-atalarina deyirəm burdan mən xanımlarına dözümlü olmağı diləyirəm!
@zeminequliyevannnsevdiyima2002
@zeminequliyevannnsevdiyima2002 2 года назад
2-ci beyenme benden geldi bu sefer!!
@nargilmmmdova.1976
@nargilmmmdova.1976 2 года назад
Bugünki tedbiri niye vermirsiz ?..Orxan bəy
@OrxaNSirinliTv
@OrxaNSirinliTv 2 года назад
Yayımladım. İzləyə bilərsiz
@deniz...5261
@deniz...5261 2 года назад
@@OrxaNSirinliTv salam orxan şirinli
@OrxaNSirinliTv
@OrxaNSirinliTv 2 года назад
@@deniz...5261 Əleykim salam
@deniz...5261
@deniz...5261 2 года назад
@@OrxaNSirinliTv nece yaşın var
Далее
Women’s Goalkeepers + Men’s 🤯🧤
00:20
Просмотров 926 тыс.
Мои РОДИТЕЛИ - БОТАНЫ !
31:36
Просмотров 487 тыс.
Xankəndidə - ERMƏNİ İLƏ QARŞILAŞDIM
36:57
Просмотров 291 тыс.
What is happening in Southern Azerbaijan? | Documentary
18:53
Nazir və Tacir Allahverdiyev
2:53
Просмотров 2,5 тыс.