Тёмный

Aşıq əkbər Cəfərovun ifasında iki mahnı 

პირველი არხი Georgian Public Broadcaster
Просмотров 116 тыс.
50% 1

Aşıq Əkbər Zərbalı oğlu Cəfərov 1933-cü ildə Tovuz rayonunun Bozalqanlı kəndində dünyaya göz açıb.Saza-sözə vurğun olan Əkbər bir çox böyük ustad sənətkarların - Aşıq Mirzə Bayramovun, Aşıq Məhəmməd Rzayevin, Aşıq Hüseyn Dəmirçinin, Aşıq Yusif Həsənovun, Aşıq Mikayıl Azaflının, Aşıq Yunis Həsənovun, Aşıq Vəli Qaraxanlının yanında şəyirdlikdən ustadlığa qədər yüksəlib. Əsas müəllimi isə aşıq dastanlarının mahir bilicisi, böyük ustad, Aşıq Hüseyn Bozalqanlının bacısı oğlu Aşıq Qədir İsmayılov olub.
Sazdan əvvəl balabanda, zurnada, tütəkdə əksər aşıq havalarını, el havalarını məharətlə ifa edən Aşıq Əkbər böyük ustad Mikayıl Azaflı və Yusif Yusifovun təkidi ilə cavanlığından sırf aşıqlığa keçərək, könlünü həmişəlik saza-sözə bağlayır.
Aşıqlar adətən zil, orta və bəm köklərdən birində oxuya bilirlər. Aşıq Əkbər isə hər üç kökdə böyük ustalıq və məharətlə oxuya bilirdi. El ona "Zilxan" təxəllüsünü boş yerə verməmişdi. Əkbərin əsas özəlliklərindən biri də ondan ibarətdir ki, aşıq musiqisi ilə yanaşı, muğam və təsniflərimizi də gözəl ifa edirdi. Oxuduğu "Heyratı", "Mənsuriyyə", "Dilkeş", "Zabul segah"ı ilə hər kəsi heyrətləndirərdi.
Gözəl saz çalmaq, dastanlar söyləməklə yanaşı, Aşıq Əkbər öz şeirləri ilə də ad-san qazanıb. Onun "Dağlar", "Bənövşələr", "Mənim", "Doymaq olmaz", "Sözüm olsun" və s. gəraylıları, ""Deyirəm", "Bizimdir", "Gözəl vətənim", "İstərəm", "Bəxtəvər" və s. qoşmaları, "Yaradar məni", "Yaralar məni", "Deyim", "Haqqı danısan" və s. təcnisləri, "Can demə", "Şaxtadır", "Düşmüşəm" və s. divaniləri, "Gəzirəm", "Çayçının qızı" müxəmməsləri, cığalı təcnisləri, dodaqdəyməz təcnisləri, deyişmələri oz dövrünün dillər əzbəri olmuşdu. O, həm də "Leyli və Məftun" dastanının müəllifidir.
Aşıq Əkbər vətənə, millətə, torpağa çox bağlı bir insan idi. "Vətən deyib dil-dil ötən, gümüş telli sazım var" - deyən ustadın yaradıcılığında vətənə məhəbbət, torpağa bağlılıq, millətə sədaqəthəmişə ön planda olub.
Aşıq Əkbər 1990-cı il avqustun 24-də vəfat edib.
Onun ifasında olan bu mahnılar Gürcüstan radiosunun fondunda qorunub saxlanılır. Aşıqsevərlərin marağını nəzərə alaraq fondumuzda olan onun iki mahnısını saytımıza yerləşdiririk.
Hörmətlə: Mirzə Məmmədoğlu

Опубликовано:

 

19 июн 2017

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 55   
@nrminmmmdova4220
@nrminmmmdova4220 3 года назад
böyük ustadımız ƏKBƏR CƏFƏROVUN səsi bal kimi şirindir.ƏKBƏR CƏFƏROVUN bütün ifaları gözəldir
@mrsismailmert4477
@mrsismailmert4477 Год назад
Mükemmel, helal olsun, ❤
@Simitenbiri
@Simitenbiri 8 месяцев назад
Aşıq əkbər Cəfərovun ruhu şad. Dünya yaşadıkca adın yaşasın
@resadismayilom4546
@resadismayilom4546 2 года назад
Asiqin.qaragòz.mahnisni.xahis.edirem
@gunstv2495
@gunstv2495 Год назад
Gözəl insanlar, gözəl şəxsiyyətlər insanı yaşadan hər bir hüceyrənin içində İşıq saçmaqla özlərinə yuva qururlar və daim insanlara dayaq olurlar
@elgizverdiyev4480
@elgizverdiyev4480 5 лет назад
Ustad Allah sənə rəhmət eləsin Əkbər əmi elə bir aşıxdı ki dünyada nəqədər aşıx varsa onlardan biri bəlkədə birincisi odu sazın zil pərdəsində zənguləsiynən çıragı yəni lənpəni yanan halda zənguləynən söndürürdü
@Mamed1965
@Mamed1965 6 лет назад
Mirze qardas,Allah sizden razi olsun!Cox necib bir is gorursuz...Hem de ustad asigimizin heyat ve yaradiciligindan cox genis ve ehateli melumat verirsiz .Allah sizin kimi vetenperver insanlari cox elesin eee,lap cox !!!
@darkerv2
@darkerv2 3 года назад
Sağolun paylaşanlar çox olsun
@emmaqahramanova947
@emmaqahramanova947 2 года назад
Aĺĺah rəhmət eləsin. Gözəl səs,gözəl də ifa !
@sakirbalayev8318
@sakirbalayev8318 5 лет назад
Təkrarsız səsi olan ustadımıza Allah rəhmət elesin
@darkerv2
@darkerv2 3 года назад
Sağolee Əkbər dayı sağol.ALLAH RAZI OLSUN ❤❤❤
@user-tu5vm5wy4v
@user-tu5vm5wy4v 3 месяца назад
Ruhun sad olsun avasiz sanatkar !!!
@mehemmedbehbudov1332
@mehemmedbehbudov1332 5 лет назад
Allah rehmet elesin. Gözəl ifa, gözəl səs və ləyaqətli davranış.
@EkbeCeferov
@EkbeCeferov 4 года назад
Çox sagolun yüklemisiz tanidirsiz yaşadirsiz Allah canizi sağ eləsin minnətdaram sizlərə mən özüm Aşıq Əkbər Cəfərovun oğul nəvəsiyəm əlimdən gələn qədər paylaşımlar edirəm Allah hər birinizdən razı olun
@user-vr9in6ve9i
@user-vr9in6ve9i 2 года назад
Qaqa sənin babanın səsi nuyorkda qizil fondda saxlanır əyər maraqlıdırsa tarixçəsini danışa bilərəm
@user-nr5vw4vi7n
@user-nr5vw4vi7n 2 года назад
@@user-vr9in6ve9i salam Əleykum. Zəhmət olmasa imkan varsa məlumat verin.
@mustafaahmedov9267
@mustafaahmedov9267 6 лет назад
Aşıqların dahilərinədən əlası.Allah rəhmət eləsin.Doğma Azərbaycanın yaşadıqda sən də yaşayacaqsan
@user-zg5gb8wm1j
@user-zg5gb8wm1j 3 года назад
Аллаh рэhмэт элэсин. 1974 дэ Кэлбэчэр тоюнда кордум. Ашыг Джавад устадлары илэ бирликдэ Элихан о вахты шакирд иди. Татарстан.
@darkerv2
@darkerv2 3 года назад
Allah sizdən razı olsun. O, bizə yetərdir. Ruhunuz şad olsun .Amin .Uşaqlığımı yadıma saldın ay vətən oğlu
@ehlimanmemmedov1186
@ehlimanmemmedov1186 5 лет назад
Ilahi bir ses hec doymaq olmur o olmeyib o yasaylr
@halaynadirov3062
@halaynadirov3062 6 лет назад
Meni ovsunlayan ilahi ses . Bilmirem niye , amma doymuram da bu sesden. Tanrl ustada qeni - qeni rehmet etsin. Fikirlesende ki , olub gedecem , birde bu lezzetli sesi dinliye bilmiyem bir teher oluram.
@sadayibrahimov2096
@sadayibrahimov2096 2 года назад
Yerin cənnət olsun SƏNƏTKAR .
@sakirbalayev8318
@sakirbalayev8318 4 года назад
Allah rəhmət eləsin.Belə səs dünyada yoxdur.
@vusalibrahimov7499
@vusalibrahimov7499 2 года назад
Allah rəhmət eləsin .
@rzayevtofiq538
@rzayevtofiq538 6 месяцев назад
Allah sənə qəni- qenirehmet elesin!
@nrminmmmdova4220
@nrminmmmdova4220 3 года назад
ALLAH RƏHMƏT ELƏSİN
@shahalijabiyev5067
@shahalijabiyev5067 2 года назад
Allah rehmet elesin ulu usdad
@selimselimov9610
@selimselimov9610 2 года назад
Allàh Rehmet.elesin
@user-pc1gy9wf8f
@user-pc1gy9wf8f 5 лет назад
АЛЛАХ.РАХМАТ.ЕЛАСИН.БОЙУК.УСДАДЫМЫЗА
@samsunqsamsunq874
@samsunqsamsunq874 2 года назад
Usdada allah rəhmət eləsin gözəl ifa təkrar olunmaz səs əsrin əfsanəsi
@ahmadismayilov1689
@ahmadismayilov1689 6 лет назад
Boyuk ustad allah sana qani qani rahmat elasin yerin cannat olsun
@darkerv2
@darkerv2 3 года назад
Allah rəhmət eləsin😥😥
@XeyalVerdiyev-cr9pv
@XeyalVerdiyev-cr9pv 10 месяцев назад
Yerin cennet olsun evezolunmaz senetkar
@anareliyev8815
@anareliyev8815 2 года назад
Ikici belə səs ioxdur!!!
@user-zf3bt5pq1q
@user-zf3bt5pq1q 2 года назад
Спасиба вам 1960 г мая свадбы играл пакойны
@Hgigt-ji2jv
@Hgigt-ji2jv 10 месяцев назад
❤CAN AY DƏDƏ SƏSİN GƏLSİN. 💖💞❤️💓🌹
@user-pr7em1py9b
@user-pr7em1py9b 6 лет назад
allah rəmət eləsin dönə-dönə haif ki sizi əvəd edən olmadi
@rasimhsnli7465
@rasimhsnli7465 17 дней назад
1926--dan çoxlu gözəl səsli Aşıxlarımız olub.Aşıx Əkbər Cəfərli indidə 1-ci yerdədi.Belə aşıx olmayacaq.
@qasimqasimov6385
@qasimqasimov6385 6 месяцев назад
❤❤❤❤❤
@abylaliev8123
@abylaliev8123 Год назад
Borçalı qardaş aşıqlar mahnı oxumurlar. Onlar aşıq musiqisi havası (havacatları) ustündə oxuyurlar.
@eldarmamedov9012
@eldarmamedov9012 4 года назад
Allah rəhmət eləsin xalqımızın ölməz sənətkarı hər an siz xalqımızın qəlbində yaşayırs
@slavaabdullov5968
@slavaabdullov5968 6 лет назад
Ilahi, tanrinin Azärbaycana bäxw etdiyi gözäl säsli mälahätli wäxsiyyät.sanki cännätin gapisindan insanlara säslänir
@arifbayramov5972
@arifbayramov5972 5 лет назад
Еввала Аллах сене рехмет елесин. евезолунмаз дахи ашыг Деде Горгуд, Деде Алескер йадикары ашыг Екбер Чеферов. Созум адыны ашыг гойуб сазы микрофон багламаг учун бир алет кими ишледенлереди, ашыг беле олар. Ела ифа ела сес, .Супер ифа. Бах будур Герб ашыг мектеби. Бу бутун дунйайа нумунедир. Дефелерле Дунйа ашыг фестифалларында Екбер буну субут ейледи, саглыгында. Горун нурла долсун дахи сенеткар.
@murvetyusifoglu4672
@murvetyusifoglu4672 4 года назад
Allah belə sənətkara rəhmət eləsin.
@yaqubxeber2890
@yaqubxeber2890 4 года назад
Ekber Imran evezolunmaz senetkardilar. Qaracope gelende men 6 7 yasim olardim babamin yaninda onlara qulaq asardim
@med3072
@med3072 18 дней назад
Tovuz aşıqlqrı deyəndə ilk yada düşən sənətkarAşıq Əkbər yada düşür.
@xezayilmammedov1410
@xezayilmammedov1410 3 года назад
Рухун шад олсун дейерли сенеткар 🥀🥀🥀🥀🥀🥀🥀🥀
@turkbaycanl504
@turkbaycanl504 4 года назад
Mahnı yox, HAVA
@user-zo3vn1ug5n
@user-zo3vn1ug5n 3 года назад
Allah rəhmət eləsin.
@user-fu2qt8oz4u
@user-fu2qt8oz4u Месяц назад
As;q Ekber oxuyanda .;kitab;n;n mwellifi Meherrem Hwseynlidir.Oxuyun qiymet qoyun/
Далее
Aşıq İmran Həsənov-Çoban Məhəmmədin Qars səfəri
1:17:47
Your bathroom needs this
00:58
Просмотров 12 млн
Asiq Ekber Ceferov.Secme Asiq havalari
26:52
Просмотров 6 тыс.
Aşıq Əmrah ilə aşıq Kamandarın deyişməsi
15:03
Aşıq Əkbər Cəfərov / Mirzəcanı,Cəlili,Misri
12:11
01.07.2023  -  Sazın aşıq Əkbər möcüzəsi.
1:18:40
Asiq Imran Hesenov, "Koroglu Dastani Bagdad Seferi"
42:19
Your bathroom needs this
00:58
Просмотров 12 млн