Тёмный

Aşıq Məhəmməd Sadaxlının ifasında saz havası və aşıq mahnıları 

პირველი არხი Georgian Public Broadcaster
Просмотров 27 тыс.
50% 1

Aşıq Məhəmməd 1930-cu ildə Cürcüstan Respublikasının Sadaxlı elinə bağlı Mollaoğlu kəndində dünyaya göz açmışdır. Həmin kənddə ibtidai, sonralar isə 7 illik təhsil almışdır. Uşaqlıqdan əkinçilik və heyvandarlıqla məşğul olan aşıq həyatı boyu doğulduğu kənddə yaşamışdır.
Məktəb illərindən aşıq sənaəınə həvəs göstərməsi onu öz üzərində çalışmağa, aşıq şeirini, xalq dastanlarını və aşıq havalarını dərindən öyrənməyə sövq etmişdir.
1950-ci illərdən ifaçılıq sənətini daha dərindən mənimsəmək və bu sahədə biliklərini daha da artırmaq istəyən Məhəmməd ustad yanına gedərək sənətin sirlərini öyrənmiş, saz havalarının bir çox variantlarını mənimsəmiş, digər tərəfdən aşıq şeirinin bütün növlərindən istifadə etməklə onları saz havalarında oxumağı öyrənməyə çalışmışdır. Həyatının ilk illəri ötən yüzilliyin repressiyaları, İkinci Dünya savaşına. Aclıq illərinə təsadüf etməsi, onun özünü bir insan kimi formalaşdırmış, mətin və dəyanətli şəxs kimi yetkinləşməsinə yol açmışdır. Məşhur Borçalı aşığı Xındı Məhəmmədin şagirdi olması, onunla məclislərə getməsi, Sadaxlı Məhəmmədin klassik və milli ənənələrə bağlı aşıq kimi yetişməsinə böyük təsir göstərmişdir. Məhəmməd göz açdığı bölgədə və Borçalının bütün ərazilərində aşıqlığın çox böyük, məsuliyyətli və ağır bir iş olduğunu da anlamışdı. Burada aşıq kimi yetişmək yalnız saz çalıb oxumaqla, düyünlərdə və məclislərdə insanlarlı əyləndirmək işi deyildir. O da aydın dərk edirdi ki, aşıq bir şəxsiyyət kimi yaşından asılı olmayaraq həm muəllim, həm də el ağsaqqalı kimi tanınır. Aşıq xalq arasında dolaşıq işləri həll edən, yeri gəldikdə xalq hakimi kimi anlaşılmazlıqlara aydınlıq gətirən, küsülüləri barışdıran, ailə məsələlərini, bəzən də dövlət və xalq arasındakı problemləri çözən, siyasi msələlərə aydınlıq gətirən bir “vəzifə” sahibidir. Ona görə Aşıq Məhəmməd Sadaxlı da ustadlarında gördüyü bu keyfiyyətləri mənimsəmək üçün daha dərindən çalışmalı, hər bir ağır işə qatlanmalı olmuşdur.
Aşığın Gürcüstanda Azərbaycan səfirliyinin dəstəyi ilə 80 və 85 illik yubileyləri keçirilmişdir. Məhəmməd Sadaxlı həmçinin "Şərəf" ordeni ilə təltif olunmuşdur. Ustad aşıq 25 mart 2016-cı ildə 85 yaşında vəfat etmişdir
Borçalının digər aşıqları ilə yanaşı onun da səsi 60-cı illərdə Gürcüstan radiosu tərəfindən lentə alınmışdır.Gürcüstan radiosu bağlandıqdan sonra onun səsi Gürcüstan radiosunun Qızıl fondunda, eləcə də mənim şəxsi arxivimdə qorunub saxlanılır. İndi Aşıq Məhəmmədin ifasında bir neçə saz havasını və aşıq mahnısını pərəstişkarlarının marağını nəzərə alaraq öz sayrtımıza yerləşdirirəm.
Hörmətlə: Mirzə Məmmədoğlu

Опубликовано:

 

30 янв 2017

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 14   
@defnewss0
@defnewss0 2 года назад
Allah rəhmət etsin Məhəmməd əmi.
@elfanfeyziyev7120
@elfanfeyziyev7120 5 лет назад
Hemise rok pop musiqisine qulaq asmisam amma indi niyese saz havalari meni daha ozune cox celb edir, saz havalarindaki dambadurum zurna oldusa hecne lezzet elemir, amma saz havasinda sazin yalniz ozu ve ifa olanda en esasda bucur senetkar oxuyanda super ifa alinir. ALLAH SENE REHMET ELESIN SENETKAR ITIREN ASIQ SOZ SENETI OLDU SEN ITIRMEDIN BIZ ITIRDIK SENI!!!
@mucahitelfaruki1159
@mucahitelfaruki1159 2 года назад
Saz bizim tariximizdir, qanımızdır, ruhumuzdur, zəfərimiz qələbəmizdir. Aşıq Ədalət deyirdi ki bu üç şey Türkün müqəddəs nişanıdır: - buxara Papaq, Bayraq və Saz. Sazı sevməyənlər utansın. Biz ölənə qədər saza bağlı qalacağıq.
@mucahitelfaruki1159
@mucahitelfaruki1159 2 года назад
Baş Sarıteli eyni rəhmətlik Hüseyn Saraçlı kimi çalıb və oxuyub. Allah rəhmət eləsin ustad
@defnewss0
@defnewss0 2 года назад
Yaşasın Sadaxlı🇦🇿🇬🇪✊
@totoadam76
@totoadam76 Год назад
Allah rehmet elesin
@user-lx7zy7bt4q
@user-lx7zy7bt4q 3 года назад
АЛЛАХ СИЗЛАРИ РАХМАТ ЕЛАСИН САНАТКАЛАР ОЛМУР ОНЛАР ГАЛБЛАРДА ЙАШАЙЫРЛАР ИЛАХИ АМИН РАББАЛАЛАМН.
@rsadesqi8703
@rsadesqi8703 4 года назад
Allah rəhmət eləsin🤲ustad qoxhumma
@cahangirhaciyev1267
@cahangirhaciyev1267 5 лет назад
Ruhun şad olsun ustad aşıq. Əhsən Səni yetirən elə.
@sesbes6028
@sesbes6028 5 лет назад
Allah rəhmət eləsin aşıq belə oxuyar yoxsa indikilər kimi yox doymaq olmur
@senanqarayev3334
@senanqarayev3334 4 года назад
Şeş Beş
@defnewss0
@defnewss0 2 года назад
Udyadlara rəhmət
@kamilsafarov7087
@kamilsafarov7087 6 лет назад
allah rehmet elesin asiq mehemmed gozel saz ifacisi olub
@srdarxankisiyev9389
@srdarxankisiyev9389 5 лет назад
Saĝ olun
Далее
Кто то встречал их на улице?
00:59
ШОКОЛАДКА МИСТЕРА БИСТА
00:44
Просмотров 516 тыс.
Is it impossible to cut off so much?💀🍗
00:14
Просмотров 949 тыс.
Asiq Mehemmed Sadaxli
1:06:07
Просмотров 23 тыс.
Gulaga nagara Ceyhun Nagara
43:45
Просмотров 84 тыс.
Ruhani. Ustad Aşıq Hüseyn Saraçlı
5:20
Просмотров 39 тыс.
Aşıq Məhəmməd sadaxlı (başxanım)
3:31
Просмотров 10 тыс.
Qoca Qartal
4:49
Просмотров 2,6 млн