Тёмный

APA TV “Zəfərin izi ilə” Cəbrayılda - REPORTAJ 

APA TV
Подписаться 334 тыс.
Просмотров 21 тыс.
50% 1

Kiçik Qafqazın Cənub şərq hissəsində, Gəyən düzü və Qarabağ silsiləsində bir rayon yerləşir. Laylasını Araz çayının şaqraq səsindən, gücünü və tarixini isə Xudafərin körpüsünün min illik əzəmətindən alan Cəbrayıl rayonu...
APA televiziyasının çəkiliş qrupu “Zəfərin izi” layihəsi çərçivəsində Cəbrayıl rayonuna da səfər edib.
Cəbrayıl rayonu cənubdan İran İslam Respublikası ilə, cənub-qərbdən Zəngilan, Qubadlı və Xocavənd rayonları ilə həmsərhəddir. Rayonun öz adını Cəbrayıl atanın adından götürüldüyü deyilir. Bəzi mənbələrdə isə bu adın Allahın sevimli mələklərindən olan Cəbrayılın adı ilə əlaqəli olduğu əksini tapıb. Rayon kimi ilk dəfə 1930-cu ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilsə də, 1964-cü ildə yenidən rayon statusu alıb.
Rayon ərazisində saysız-hesabsız abidə, mağara, qala, məbəd qalıqlarının olması Cəbrayılın yaşının daha qədim olmasından xəbər verir. Tarixin müxtəlif dönəmlərində Azərbaycan ərazisində yaranan bütün dövlətlərin tərkibində Cəbrayıl rayonunun adı keçib. Rayon ərazisində 1-i şəhər, 4-ü qəsəbə, 92-si kənd olmaqla ümumilikdə 97 yaşayış məntəqəsi olub. Birinci Qarabağ müharibəsi vaxtı düşmənə qarşı qətiyyətli mübarizə aparan Cəbrayıl rayonu 400-ə yaxın şəhid verib. Rayon 1993-cü il avqustun 23-də Ermənistan tərəfindən işğal edilib. 2016-cı ilin Aprel döyüşləri zamanı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilib. 44 günlük Vətən Müharibəsi zamanı isə Cəbrayıl rayonu və ətraf kəndləri işğaldan tam şəkildə azad olunub.
İşğal edilən digər rayonlarımız kimi, Cəbrayılın da qəsəbə və kəndləri tamamilə dağıdılıb. Yerləşmə mövqeyi, yaşayış binaları, ictimai iaşə obyektlərinin çoxluğu baxımından əsl şəhər üslubunu özündə cəmləşdirən Cəbrayıl şəhərindən əsər əlamət qalmayıb.
İşğal nəticəsində rayona 13 milyard ABŞ dolları məbləğində zərər vurulub. Hazırda Cəbrayıl şəhərinin mərkəzi küçələrindən biri ilə addımlayırıq. Təəssüf hissi ilə deyə bilərəm ki, Füzuli və Cəbrayıl rayonlarında gördüyümüz mənzərələrin daha ağırını bu rayonda görməkdəyik. Bütün evlər və ictimai tikililər dağıdılıb, sökülərək aparılıb. Qarşımıza təsadüf tikililər çıxdı ki, oranı da donuz saxlamaq üçün istifadə ediblər. Şəhərin bütün yolları dağıdılıb. İşıq, su xətləri məhv edilib. Şəhərin bəzi hissələrində isə hərbi bazalar qurublar.
Cəbrayıl rayonu tarixi abidələrlə zəngin olub. Rayon ərazisində 16-cı və 19-cu əsrlərə aid 5 məscid, 20-dən çox tarix-memarlıq abidəsi mövcud olub. Ancaq erməni vəhşiliyi nəticəsində bu gün həmin abidələrin bəziləri yer üzündən silinib, qalanları isə dağıdılıb.
Şəhərin mərkəzində, Soltanməcid hamamının qarşısındayıq. Hamamın çöl hissələri dağıdılıb. Bir neçə otağını saxlayan ermənilər hamamın taxta qapısını söküb, lazım olmadığı halda qalın dəmirdən qapı qoyublar. Bu isə onu göstərir ki, buradan onlar saxlama yeri kimi istifadə ediblər. Yəni cəza verdikləri əsgərlərini gətirib, bu kiçik otaqlara salaraq cəzalandırıblar.
Düşmən həmçinin təbii bulaqları, bir zamanlar insanların asudə vaxtlarını keçirdiyi çay evlərini, buludlara boy verən çinar ağaclarını belə məhv edib.
Ermənilərin 30 ilə yaxındır xalqımıza vurduğu zərər təkcə şəhərlərin, tarixi abidələrin, yolların dağıdılması deyil, eyni zamanda xalqımıza, dövlətimizə qarşı ekoloji terrorun törədilməsidir. Bu gün biz ermənilərin xalqımıza qarşı törətdikləri ekoloji terrorun şahidi oluruq. Hazırda mənim dayandığım yerdə böyük su kəhrizi olub. Həm şəhəri su ilə təmin edib, eyni zamanda insanlar gəlib buradan su içiblər. Kəhrizin içərisini daş və digər əşyalarla dolduran ermənilər kəhrizin tam məhvinə çalışıblar.
✅ Rəsmi facebook səhifəmiz: / tvapaxeber
✅ Rəsmi instagram səhifəmiz: / apatvresmi
✅ Rəsmi twitter səhifəmiz: / apatvofficial
✅ Rəsmi teleqram səhifəmiz: t.me/apa_tv
apa tv apa group apa xeber apa xeberler xeberler son xeberler gundem gundem xeberler en son xeberler Xəbərlər son xəbərlər ən son xəbərlər yeni sərəncam xəbərlər bugün xəbərlərdə bugün günün xəbərləri xəbərlər yeni xeberler son deqiqe ən son xəbər son dəqiqə son deqiqe xeber xəbər xeberler yeni yeni xəbərlər bugünkü xəbərlər ən yeni xəbər son xeberler 2021 son xeberler bugun son xeberler bugun 2021 günün əsas xəbərləri azerbaijan azerbaycan siyaset baku baki bakı баку азербайджан новости xəbərlər ilham əliyev ilham aliyev mehriban əliyeva mehriban aliyeva xeberler cebhe dtx mtn prezident xalq azerbaycan xeberleri en yeni xeberler azerbaycanda neler bas verir cebheden xeberler qarabag azerbaycan qarabag azerbaycan en son xeberleri gunun xeberleri karabakh qarabağ əsirlər erməni əsir qarabağ döyüşləri qazi xtq xüsusi təyinatlı əsir şəhid bolgeler dunya olke olkeden xeberler hadise hadisə hadisələr iqtisadiyyat gundem canli birbasha
#apatv #apaxeber #apacanli

Опубликовано:

 

29 дек 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 32   
@sevincsevinc557
@sevincsevinc557 2 года назад
Cəbrayil çox gözəl yerdi cənnətdi cənnət nəinki Cəbrayil ümumilikdə Qarabagimiz cənnətdi bu yerləri dünyada heç nəyə dəyişmərəm Cəbrayil mənim həm Ata həm Ana yurdumdu uşas vaxti məktəb baglanan gübün səhəri gedirdik knaninki o qədər cənnət məkan yerdiki oralar biz ordan gəlmək istəmirdik havasi suyu təbiəti o qədər təmizdiki dünyanin heç bir yerində Qarabagimiz kimi təmiz hava su yoxdur bu ancaq bizdədi Rəbbim bu cənnət yerləri bizə bəxş edib çox səbirsizlənitəmki gedim Cəbrayila o təmiz havasini çəkim ciyərlərimə çox darixmişam çox Allah Şəhidlırimizə Rəhmət eləsin Qazilərimizə Şəfa can sagligi versin biz bu Şanli Qələbəmizi Qəhrəman Şəhidlərimizə Qazilərimizə borcluyuq haqq ədalət öz yerini tapdi bu torpaqlar həmişə bizim olub qədimdən və bundan sonrada bizim olacaq
@xatireveliyeva7622
@xatireveliyeva7622 3 года назад
Allah sizden razi olsun vetenimi torpagi xatirladim. Qurban olum vetenime qara dasima
@elsnvlixanov6143
@elsnvlixanov6143 3 года назад
Heyif çox heyif o gözəl Cəbrayıldan.Hər qarışı bir xatirədir.
@Ayladirkendisi
@Ayladirkendisi 3 года назад
Jurnalis qardaşdara təşəkkür edirəm cox sağolsunlar çəkiliş çəkiblər
@huseynovas9756
@huseynovas9756 3 года назад
Uwaqluqim gencliuim inşaAllah qayitmaq nesib olsun👐👐💚❤💙👐👐
@amirahmadov7013
@amirahmadov7013 2 года назад
Allah razı olsun.
@gudrtsfrov3160
@gudrtsfrov3160 3 года назад
Teşekür edirem cekib işiglandirirsiniz
@evlimutlucocuklu5875
@evlimutlucocuklu5875 2 года назад
Xala adini mene bexş eden xıdılımın xidmet etdiyi yer haqda melumat almaq isdedim .Rebbim sağ salamat qovuşdursun xalanin gözel oğlu EHMEDİM.
@ildirimmammadovcunkieslind6822
@ildirimmammadovcunkieslind6822 3 года назад
Sagolu duanizi Allah qebul elesin.
@tofiqabbasov9852
@tofiqabbasov9852 3 года назад
Allah sizdən razi olsunki elimi obami cəkib gösdərirsiz 😪😪😪
@Maminivkusnierecepti
@Maminivkusnierecepti 3 года назад
6:35 dəqiqədəki o abidədə Cəmil Əhmədovun büstü var idi və orda Cəmil Əhmədov adina orta məktəb də var idi. Cəmil Əhmədov 41-45 sovet itdifaqi qəhrəmani.
@Maminivkusnierecepti
@Maminivkusnierecepti 3 года назад
@nura memmedli ❤️❤️❤️
@mohubbetveliyev3459
@mohubbetveliyev3459 Год назад
qardaşım dostluq bulagı Huseynaga kəhrizidir
@sevincsevinc557
@sevincsevinc557 2 года назад
bəli düzdü durdugunuz yerdə 500 yaşi olan Çinar agaci var idi o qədər mphtəşəm bir Çinar agaci idiki heyif çox heyif Allah bəlanizi versin biz Cəbrayila gedəndə həmin Çinar agacinin yaninda düşüb çay içirdik Çitarin altinda çayxana var idi Çinarin yanindan kəhrizdə axirda yadimdadi hamisi heç yaddan çixmaz sonra orda hər cür meyvə agaclari var idi gilas ərik alça heyif hamisini məhv ediblər o torpaqlar çox bərəkətlidi nə əksən bir iki ilə bar vverir o torpaqlara agaclar əkiləcək bir söznən əvbəlki kimi cənnət olacaq həyat qayniyacaq İnşallah bubtoroaqlar öz dahiblırinə qayitdi Şükür Allahima sonsuz Şükarlər
@amirahmadov7013
@amirahmadov7013 2 года назад
İran daşıyıb hamısın.
@inamhyat2881
@inamhyat2881 3 года назад
Allah ermənilərə lənət eləsin, 10 yaşım olandan ordan məcburi köçkün kimi çıxdıq, xatirələr qaldı
@fsanqasmova0148
@fsanqasmova0148 2 года назад
Amin
@samirsalmanov9495
@samirsalmanov9495 2 года назад
Bu gedişinen 50lazımdı getdi
@mirhmzhacyev65
@mirhmzhacyev65 3 года назад
Salam . Cəbrayıl şəhərində çəkiliş etdiyiniz üçün , sizə minnətdarığımı bildirirəm ! Dediyiniz o çinar ağacının 850 yaşı olduğundan o vaxt , xüsusi olaraq dövlət və əhali tərəfindən qorunurdu . Altındanda Hüseyn ağa kəhrizi axırdı . Sonralar Dostluq bulağı adlandırılmış kəhrizin isə keçmişdə adı , Məhəmməd bəy kəhrizi idi və indi gördüyünüz yerdən , bir neçə yüz metr aşağıda , başqa bir çinar ağacının altından axırdı .
@Yuxu82
@Yuxu82 3 года назад
Qara dasin ustune nezir qoyurdular biz de gotururduk))) Cunki bilirdik ki bu sadece asteroiddi )))
@xezertalibzade8208
@xezertalibzade8208 3 года назад
Allah şukurun teze obyekdi qaradaş
@user-zs7do3wf7k
@user-zs7do3wf7k 3 года назад
usaqliqimizi gəncliyimizi xeyallarimizi yox ediblər. bu milləti dunyaya tanidib onlari yerlə yeksan etməliyik. sanki cox kecmis zamanlardan danisilir.😔
@metanetabbasova4199
@metanetabbasova4199 2 года назад
Sözün bitdiyi yer
@salehelizade804
@salehelizade804 3 года назад
HE QARA DAŞ DIYILEN YERDI BURA. UNVERSAM SAGDA IDI QARA DAŞ DUZ YOL SOLDA
@sevincsevinc557
@sevincsevinc557 2 года назад
bəli Cəbrayilda Haci Qaraman ziyarətgahi var çox güclü ocaqdi şərəfsiz alçaqlar oranida dagidib o Ocag onlara qənim olsun qənim
@narektonoyan6605
@narektonoyan6605 2 года назад
Чинар еч бир касмыйб о янды
@vagifsaleh2080
@vagifsaleh2080 3 года назад
Бу веhши гебилени кокунден кесиб атмаг вачибдир.
Далее
Каха и суп
00:39
Просмотров 2,7 млн
En TEHLUKELI  kendden  REPORTAJ
8:49
Просмотров 211 тыс.
REAL TV-nin çəkiliş qrupu Cəbrayılda
8:41
Просмотров 14 тыс.
Cəbrayıl şəhərinin baş planı təsdiqlənib
3:41
Azad Cəbrayıl yenidən bərpa edilir - BAKU TV
3:41