Тёмный

Arvadını atıb məşhur diktorla yaşadı, hər iki qadın ondan imtina etdi, meyiti 2 gün morqda qaldı 

1000 Production
Подписаться 154 тыс.
Просмотров 150 тыс.
50% 1

İnsanlar var ki, onlar bu dünyaya bahar kimi əlirlər. Kimlərinsə ömründə çiçək açdırır, ətirə qərq edir və xoş bir nəğmə kimi uzaqlaşıb gedir...
Ömrünü bahar kimi yaşayan sənətkarı anırıq... Biri var idi, heç bir fəxri titul almadan köçən, nəğmələri bu gün də ürəyimizin başına medal kimi sancılan Hüseynağa Hadıyev...
Hüseynağa Hadıyev 1946-cı ildə Bakıda anadan olub. Anası Törə xanım Cəfər Cabbarlının əmisi qızı olub. O, körpə olanda anası vəfat edir. Hüseynağaya bacısı baxır.
“Pionerlər” evində qarmon dərnəyinə gedən sənətçinin ali musiqi təhsili olmayıb. Ancaq sonradan İncəsənət universitetinə daxil olub.
1972- ci ildə o, Sveta adlı xanımla bir-birlərini sevib ailə qururlar. Elə həmin il də Hüseynağa universiteti fərqlənmə diplomu ilə başa vurub hərbi xidmətə yollanır. Xidmətdən geri qayıdanda onun Ceyhun adlı oğlu dünyaya gəlir.
O, elə 70-ci illərin əvvəllərindən başlayaraq Gülarə Əliyevanın dəvəti ilə “Dan ulduzu” ansamblında solist kimi fəaliyyətə başlayır. Ömrünün sonuna kimi də bu ansamblın solisti olur. “Mənim dünyam”, “Gecələr bulaq başı”, “Nərgizim”, “Bir xumar baxışla”, “unuda bilmirəm” mahnıları ilə böyük məşhurluq qazanır.
Dövlət televiziyasında çəkilişlərin birində AzTv-nin həmin dövr üçün məşhur diktorlarından olan Gülya Seyidbəyliyə aşiq olur. Həyat yoldaşı ilə rəsmi nikahda ola-ola ailəsini və evini tərk edib Gülya Seyidbəyli ilə vətəndaş nikahında yaşayıb.
Türk mahnılarının Azərbaycanda ilk ifaçısı olub. Fərqli stilə malik olan müğənni tez-tez ekranlarda görünsə də zaman-zaman geyim tərzləri onun efirə çıxmasına maneə yaradıb. Ondan səhnəyə kostyum geyinib çıxmasını tələb etsələr də, o, çox vaxt bu tələblərə qarşı çıxıb.
Sənətkar qızıl-zinət əşyalarının, xüsusilə də brilliant həvəskarı olub.
“Sovetski” məhəlləsində böyüyən müğənni “quşbaz” olub. Uşaqlıqdan sevdiyi bu məşğuliyyətindən sonralar da əl çəkə bilməyib.
Hər zaman fikri sevimli göyərçinlərinin yanında olan sənətçini günlərin bir günü qonşusu, qarmon ifaçısı, Əməkdar artist Faiq Əlibalayevi səhər saat 6-da yuxudan oyadır ki, bəs, dur, səninlə vacib işim var. Qəfil döyülən qapıya yuxudan qalxan Faiq Hüseynağanı görüb duruxur. Dostunun çaşqın baxışlarına məhəl qoymayan Hüseynağa deyir:
“Tez maşını işə sal, sür Sabunçu bazarına. Quşlarım acından öldü e, gedək dən alaq”.
Hələ uşaq yaşlarından vərəm xəstəsi olan Hüseynağa Hadıyev bunu ömrü boyu hamıdan gizlədib. Yalnız ömrünün son günlərində xəstəxanada ona baş çəkən sənət dostları bunu həkimlərdən öyrəniblər.
1992-ci ilin yanvar ayında onun səhhəti pisləşir “Səkkizinci kilometr”dəki vərəm dispanserinə köçürülür. O, həyat yoldaşının və oğlunun onu ziyarət etməsinə icazə verir. Digər xanımla da münasibəti bitən Hüseynağa Hadıyev 1992-ci il yanvarın 12-də dipanserdə dünyasını dəyişir.
Deyilənlərə görə, həmin vaxt həyatında olan hər iki qadın Hüseynağadan imtina edir və Hüseynağa Hadıyevin meyitini dünyasını dəyişəndən iki gün sonra bacısı morqdan çıxarıb dəfn edir.
Ömrünü sevgi içində, ürəyincə yaşayan Hüseynağa Hadıyev bəlkə də sonunun belə olacağını bilmirdi. Bəlkə də bilirdi, ancaq bu onu narahat etmirdi. Bütün bu söhbətləri bir yana qoyanda isə ortada bizə miras qoyduğu mirvar qalır - sinəsindən qopan həmin nəğmələr....

Опубликовано:

 

22 май 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 317   
@tamillaalizade2372
@tamillaalizade2372 2 года назад
Əsil sənətkar olub Hüseynaga Hadiyev. Bu səs adamin ruhunu oxşayir.Hardadir belə səs? ALLAH rəhmət eləsin.Böyük sənatkar olub. Hayif belə sənətkardan. İndikilər onun gölkəsi ola bilməzlər. Cox gözəl səsə malik olub. Hüseynaga Hadiyevi dəyərləndirmək lazimdir. Ay Mədəniyyət Naziri lütlərə soyunmuşlara dəyər verməyin belə sənətkara qiymət verin. Hüseynaga Hadiyev titul almasada XALQİN ÜRƏYİNDƏ ƏN BÖYÜK TİTUL TUTUB. XALQİN ARTİSTİ👍👍👍
@ilhamagakisiyev6563
@ilhamagakisiyev6563 2 года назад
Rehmetlik ozunu qozlemedi ailesi daqilannan sonra icqiye qurwandi bele deyirler ickide qara ciyerini korladi saqaldammadilar Allah rehmet etsin oqlu Ceyhun indi hardadi ne iwle mewquldur niye o atasinin yolunnan qedib muqenni olmadi ?
@hmdmmmdov5696
@hmdmmmdov5696 Год назад
​@@ilhamagakisiyev6563
@ilhamagakisiyev6563
@ilhamagakisiyev6563 Год назад
@@hmdmmmdov5696 Ehmed bey ne yazmisiz oxuya bilmedim
@mtantmmmdova4175
@mtantmmmdova4175 2 года назад
Yenə sevdiyimiz bir mügənni haqqında maraqlı məlumat ..var olun Sərdar müəllim 🙌 nə yaxşı ki varsız unudulmaz müğənnimizin ruhu şad məkanı cənnət olsun 🙏🙏🙏
@adlazmdeyil...4310
@adlazmdeyil...4310 2 года назад
Yəni doğrudan maraqlıdı Səhər saat 6-da quşa dən almağı?
@kh.ra.790
@kh.ra.790 2 года назад
Çox gözəl insan, çox sevimli müğənni kimi xatırladığım rəhmətliyin ruhu şad olsun, məkanı cənnət olsun ! ALLAH RƏHMƏT ELƏSİN !!! Siz çox sağ olun ki, bu gözəl insanı xatırlayıb xatırladırsınız !
@esgerhaqverdiyev8666
@esgerhaqverdiyev8666 2 года назад
ALLAH rəhmət eləsin unudulmayan səs gözəl ifa.Çox sağ olun ALLAH əməyinizin əvəzin versin...
@raisaquliyeva316
@raisaquliyeva316 2 года назад
Allah rəhmət eləsin çox sadə, mehriban, səmimi bir insan idi. Bir sinifdə oxumuşdum. Çox təəssüf ki, həyatı ilə tez vidalaşdı. O gözəl səsi, oxuduğu mahnilari ilə ürəkləri fəth etmiş, ürəklərdə daim yaşayacaqdır. Yerin cənnət olsun , ALLAH səni rəhmət eləsin. Amin
@New_sun57
@New_sun57 2 года назад
Ümumiyyətlə,70-80 ci illərin nə sənətkarların,nə də mahnılarına heç nə çatmaz .O ki,qaldı Hüseynağa,o doğrudan da əvəzedilməz bir sənətkar idi,Allah rəhmət eləsin,yatdığı yerdən inciməsin.
@SSSSSS-ks9qc
@SSSSSS-ks9qc 2 года назад
QADINLAR BİZİ KİŞİ BİLİB SEVİRLƏR.ONLARI YOLUN YARSINDA QOYMAQ GÜNAHDIR. KİM OLURSANSA OL İNSANLARI BİR BİRİNDƏN FƏRQLƏNDİRƏN CƏHƏTLƏRİN ƏN BİRİNCİSİ ONUN ƏXLAQIDIR.
@renasohbetova7866
@renasohbetova7866 2 года назад
İndi sevgi ucuzlasib hem qadinlar terefden hemde kisiler terefden...soz var...emel yoxdu amma...
@gencelibalasi6337
@gencelibalasi6337 2 года назад
дуз дейирсиз арвады душунуб ки аилесини кимин угрунда атыбса о да мейидине сахиб чыхсын дуз елейиб
@SSSSSS-ks9qc
@SSSSSS-ks9qc 2 года назад
@@gencelibalasi6337 DÜZ DEYİRSƏN QADAM. KÖRPƏ BALANI ATIB GETMƏK OLAR?
@SSSSSS-ks9qc
@SSSSSS-ks9qc 2 года назад
@@gencelibalasi6337 A GƏNCƏLİ BALASI O KƏRƏM NİYƏ O VAXTLAR HAYIXIB ERMƏNİ KEŞİŞİN QIZI ƏSLİYƏ TAMAH SALIB BİLMİRSƏN. ƏƏ YAXŞI Kİ KEŞİŞ QIZINI KƏRƏMƏ VERMİYİB YOXSA BURALAR ERMƏNİ ÇOŞKALARINNAN DOLARDI E.
@SSSSSS-ks9qc
@SSSSSS-ks9qc 2 года назад
@Baksell Baksell Nə bilim a başına dönüm həyatdı dəə.Mən çox yazılar oxudum ALIN YAZIMDAN BAŞQA.
@irade1971
@irade1971 2 года назад
Biz o dovurde onun yalniz sesini sevdik ve dinledik.Aile meseleleri hec uze cixmadi.Herenin bir taleyi var.Allah rehmet etsin
@naidazulfuqarova928
@naidazulfuqarova928 2 года назад
Səmimi , mərifətli, səsi kimi yumşaq xasiyyətli ....yerin behişt olsun...
@sefevi.6219
@sefevi.6219 2 года назад
Allah rəhmət eləsin. Gərək yaşayanda elə yaşayasan ki, arxanca ürəyi yanan ailən olsun.
@qazi7871
@qazi7871 2 года назад
Atam rehmetlik o vaxti heyetden olan alma armudmuzu Bakya teze bazara aparardi Huseynaqa Hadiyevin o bazardan meyve aldqni dansardi bir insan kimi cox necib aristokrat medeni bir insan olduqunu dsohbet ederdi rayondan gelen insanlara qarsi ozunu cox sade aparir dayanb sohbetlesermis . Allah rehmet elesin senetkara
@NargizShabanova
@NargizShabanova 11 месяцев назад
Allah rehmet elesin! Boyuk ve sevilen senetkaridi,Mekani nurla dolsun.
@sefa6585
@sefa6585 2 года назад
Kimləri yola salıb kimləri qarshiladi bu dünya Allah rəhmət eləsin amin 🇦🇿
@efruzekerimova4978
@efruzekerimova4978 2 года назад
Gözəl sənətkar,ölməz karifeylərimizdən Allah rəhmət eləsin .Həyat yoldaşı Sveta xanım 1985 ci ildə pedaqoji texnikomda müəlliməmiz olub.Gözəl xanım idi biz gənclər heyranlıqla baxardıq ona ,çünki bilirdik Hüseynağa Hadıyevin həyat yoldaşıdır .Ey həyat sən nə qəribəsən..........
@maestropiano7390
@maestropiano7390 2 года назад
Dùzdu mende o vaxtlar ona hesretle baxirdim Sari saçlari vardi. Karre.
@azerveliyev8914
@azerveliyev8914 2 года назад
Atam rəhmətlik deyərdi ki,Bakıda 3 sənətkar vardı o dövrdə.Hələm hələm ələ düşmürdülər toylara aparmağa.3ü də brend müğənni.3ü də bahalı restoranlarda,bahalı toyları oxuyarmış.Rəhmətlik Məmmədbağır Bağlrzadə,Hüseynağa Hadıyev və Akif İslamzadə.İndi hər kolun dalından bir müğənni çıxır deyir sənətkaram.Sənətkar o dahilər,şedevrlər idi.
@isabelabern5885
@isabelabern5885 2 года назад
👏👏👏👏👏
@seriyyeheyderova7105
@seriyyeheyderova7105 2 года назад
düzdü 👍👏👏❤ hörmətlə 1962-ci il
@nazamadatova1562
@nazamadatova1562 2 года назад
Akif İslamzadə toylara getmirdi,Əli Mirəliyev idi toylara gedən,novbə 1 il əvvəl yazilardi ....
@vusalaliyev9810
@vusalaliyev9810 2 года назад
@@nazamadatova1562 Allah can saqlıqı versin böyük,əvəzolunmaz sənətkarmiz Akif İslamzadəyə o toya getməzdi əzil sənətkardır heyif onun səsinnən
@user-bi5co2mg5s
@user-bi5co2mg5s 2 года назад
@@nazamadatova1562 xanım, Akif İslamzadə 70-ci illərin ikinci yarısı 1984-cü ildə səsi tutulanadək demək olar ki, hər gün toy aparırdı. Akifi şəxsən tanıyıram, şahidi olmuşam, çox gözəl toy aparmağı vardı. Hətta elə olurdu ki, bir gündə iki toy götürürdü, bir taksini əlində saxlayırdı, taksiyə gedib o biri toyda oxuyurdu, qayıdıb bu biri toyda oxuyurdu. Canlı şahidəm, özü də təsdiq edə bilər
@xanacc4000
@xanacc4000 2 года назад
Əvəzolunmaz sənətkar idi... ruhu şad olsun...
@aysumlk1709
@aysumlk1709 2 года назад
Səsin gözəlliyinə baxın. Aydın ifa, təmiz tələffüz.səs, musiqi qulağa süzülür, adamın ruhun oxşayır. İndi belə səs var, belə ifa var? Yoxdu. Heç vaxt da olmayacaq. Ümumiyyətlə yaxşı musiqi də, yaxşı ifaçı da, yaxşı bəstəkar da keçmişdə qaldı. Sənətkarlar da.
@ilhamagakisiyev6563
@ilhamagakisiyev6563 Год назад
Beli duzdur musiqiciye bilursuz ne lazimdi biraz et lazimdi biraz yaq lazimdi soyuducunu acanda demirem orda qara ikra olsun amma qara corekde olmasinda
@muradakhundov4719
@muradakhundov4719 2 года назад
Mekanin cennet olsun Dagli balasi🤲🤲
@elcinsxliyev8357
@elcinsxliyev8357 8 месяцев назад
Mezarı haradadi?
@HSMF-bb8lb
@HSMF-bb8lb 2 года назад
Allah rəhmət eləsin,çox gözəl,ürəyəyatımlı səsi var idi.
@safagalieva481
@safagalieva481 2 года назад
Allah rəhmət elĕsin. Bu gùn istenilen geyimde efirə çıxırlar ancaq mahnı bitenden sonra unudulurlar. Hùseynaģanın mahnıları əbədidir.
@fuadfataliyev7917
@fuadfataliyev7917 2 года назад
O muqenni kimi hec Kim oxuya bilmir, ondan birdene idi. Onun mahnilarini Eli Mireliyev oxuyanda men eseblewirem. Onun yerini hec Kim vere bilmez, heyif ondan. Allah rehmet elesin.
@metanetislamzade4469
@metanetislamzade4469 2 года назад
Allah rəhmət etsin. Indide səsi qulaqlarimizdadir məkanın cənnət olsun
@iradeabdullayeva2855
@iradeabdullayeva2855 2 года назад
Hayat yoldaşı sahib çıxmalıydı övladı xatir neiseee Allah rehmet etsin Məkani cənnət olsun Əvəz Olunmaz mükəmməl Sənətkarımız
@relaxman5159
@relaxman5159 Год назад
Həyat yoldaşı Svetlana Cabbarli ( Allah rəhmət eləsin) muellimemiz olub😢😢😢😢
@Sim-sim69
@Sim-sim69 2 года назад
Allah rəhmət eləsin!!Onun səsi həzin bir musiqi kimi idi.Yadimizdan çıxmayıb onun gözəl səsi!!İnsanın ruhun sakitləşdirdi..Çox sağ olun ki,yada salırsan belə nakam köçən ,istedadlı sənətkarları!!
@lalemuradiyeva2645
@lalemuradiyeva2645 2 года назад
Çoxgözəl oxuyurdu.Gəncliyimizin müğənnisi idi.Məkani cənnət olsun.Siz de sag olun ki unudulmağa qoymursunuz👏
@kmalsrfova1331
@kmalsrfova1331 11 месяцев назад
ALLAH rəhmət eləsin, məkanı cənnət olsun, çox sevdiyim bir sənətkar idi, bizim dövrümüzün məşhur müğənnilərindən idi...
@teymurabbasov1928
@teymurabbasov1928 2 года назад
Ən çox sevdiyim müğənni idi.Xanımı Sveta xanımla 80 cıildə kursda olmuşuq.O vaxt Ceyhun balaca idi.
@susannaabdullayeva5864
@susannaabdullayeva5864 2 года назад
Cox gozel senetkar idi.Amma onun haqqinda efirlerde danisilmir.Yad edilmir.Mahnilari oz ifasinda seslenmir.Isteyerdim yad edilsin.Onun mahnilarin cox sevirdim.O,oxuyanda hemise duygulanirdim.😢
@govhartaghiyeva7542
@govhartaghiyeva7542 2 года назад
Çox sevdiyim müğənnilərdən biri. Allah rəhmət eləsin. Amin.
@bangtanlyrics6728
@bangtanlyrics6728 2 года назад
Onu mən də bəyənırdım oxumağına söz olabılməz ancaq yoldaşını qoyub başqası ılə yaşayanda fıkırkəşərdı sonunu kım olur olsun aılənı müqəddəs mutmalıdır
@babat3lekom907
@babat3lekom907 2 года назад
Allah rəhmət eyləsin unudulmaz sənətkarımıza!Çox sevilirdi və hələ də məlahətli səsi ilə yaddaşlarda yaşayır!Ruhu şad oldun!👐
@dinarbabayeva8257
@dinarbabayeva8257 2 года назад
Allah rəhmət eləsin. Günahlarını bağışlasın Ailəmizdə hamı mərhum sənətkarımız oxuyanda cox sevinirdik. Təkrarolunmaz,əvəzssiz,məxmər kimi gözəl səsli sənətkarı hec kim əvəz edə bilməz. Xəstəliyiyini hamıdan gizlətddi, ifadəsi cox yersizdir. Şəxsi məsələsini aləmə car cəkmək cox gülüncdür. Bir daha yeri rahat olsun Allah günahlarını bağışlasın.......
@BSFATEH055
@BSFATEH055 2 года назад
Apariciya çox teşekkur edirem , dahileri taniyiriq yaxindan
@amilrzayev8414
@amilrzayev8414 2 года назад
Gözəl səsi var idi, onun bu qəmli taleyi ürək ağrıdır. Allah Gülara xanıma də rəhmət eləsin ki, bu cür istedadları cəlb edirdi, artıq ritmdən "Dan ulduz"u seçilir.
@etibarkarakaya5621
@etibarkarakaya5621 2 года назад
TEŞEKKÜRLER 1000 PRODUKTYON FİRMASINA. COX SAĞ OLUN. SENETKAR VE XADİMLERİMİZE SENEDLİ QISA METRAJLI FİLMLER CEYKİRSİNİZ.
@maryammemmedli9930
@maryammemmedli9930 2 года назад
Gözəl sənətkar idi,indidə mahnıları sevilir.Allah rəhmət eləsin,məkanı cənnət olsun.Çox sevilən sənətkardı,təkrarsız səsi var.
@vafakerimova204
@vafakerimova204 2 года назад
Çox istedadli bir sənətkar .Ağ ciyəri uşaqliqdan xəstə olan bir insanin məlahətli səsinə bir baxin.Allah rəhmət etsin.
@bakusakarya6205
@bakusakarya6205 2 года назад
O verem olmayib.Aparici melumati yanlis verir
@dina_rblx4796
@dina_rblx4796 2 года назад
Sveta xanımı qınaya bilmərik. Ailəsin atıb gedənlərin, hamısının sonu belə bitir. Allah rəhmət eləsin. Allah günahların bagışlasın. Ailə dagıdıb, uşaqları atadan edən qadınların cəzasın Allah versin.
@nusabehuseyinli8210
@nusabehuseyinli8210 2 года назад
Amin
@memmedovramiz2802
@memmedovramiz2802 2 года назад
qadini niye gunahlandirirsiz, gunah kishidediki hele o dovrde xanimini, ovladinin anasini bashqa qadina deyishib, problem kishide olub, aqilli kishi ele elemez, coxdaki yaxshi sesi var idi, esas ailedi
@memmedovramiz2802
@memmedovramiz2802 2 года назад
ailesini daqidan kishinin sonu bundan beter olmali idi
@qawkan8544
@qawkan8544 2 года назад
@@memmedovramiz2802 poxuvu ye Oğraş!!!! Sən niyə qərar verirsən başqasının yerinə! Oğraş!!! Otur poxuvu ye! Nə bilirsən, bəlkə arvadı həyasız idi! Matişkə oğraş, oturub kişilər əvəzinə danışma! Ged gir arvadların götünə!
@nrgizlbrdyi3302
@nrgizlbrdyi3302 2 года назад
Təsəvvür edirsinizmi ? Mən onun ölümünə inanmıram...Səsinin, oxuduğu mahnıların dəlisiyəm...Sevgidir insanı yaşadan...O da özünəməxsus evgi yaşayıb və bu sevginin yadigarları olan mahnıları onu bu gün də yaşadır...
@firengizennagiyeva9039
@firengizennagiyeva9039 2 года назад
Gözəl səssəs özü musiqidi məkanı cənnət olsun🤲🤲🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🖤💔🖤💔
@sdaqtabdullayeva9404
@sdaqtabdullayeva9404 Год назад
Allah rehmet eylesin,Huseynaqa hezin,bulaq kimi sesiyle ruhumuzu oxwayırdı,cox sevirdim bu senetkarımızı,etika,medeniyyet uzune vurmuwdu,evladının Anası onu tek son menzile yollamamalı idi.🙏🥀💐💖
@asiyaismayilova5885
@asiyaismayilova5885 2 года назад
AIIAH RƏHMƏT ELƏSİN DOGRU DEYİRSİNİZ ONUN SƏSİNƏ QULAQ ASANDA İNSAN ELƏ BİL İNSAN QANADLANİB UCUR
@azerveliyev8914
@azerveliyev8914 2 года назад
Allah rəhmət eləsin.Gözəl sənətkar olub...
@nazildadasova1200
@nazildadasova1200 2 года назад
Məlumatlar üçün sizə təşəkkür edirik
@proteltelekom5171
@proteltelekom5171 2 года назад
verdiyin məlumatlara cox sag ol
@user-zs5vu4tz8c
@user-zs5vu4tz8c 2 года назад
Allah rehmet elesin, tekrarolunmaz ses, temr, ifa
@sdaqtabdullayeva9404
@sdaqtabdullayeva9404 2 года назад
Cooox sevdiyim senetkar idi,uzunde kubarllıq var,Yerin cennet olsun senetkar!🥀🥀💖
@aios8629
@aios8629 2 года назад
Atamla çox yaxın olublar. Allah hər ikisinə Rəhmət eləsin.
@elcinsxliyev8357
@elcinsxliyev8357 8 месяцев назад
Mezarı haradadı?
@heckimhecneunudulmur6427
@heckimhecneunudulmur6427 2 года назад
Azerbaycanda kime qiymet verilibki onada verileydi? Allah rehmet elesin.
@gulzarlutfi2147
@gulzarlutfi2147 2 года назад
Allah rəhmət eləsin Allah onu böyüdən bacı saqdırsa çan saqlıqı versin Allah odünyasın versin
@nergizmikayilova271
@nergizmikayilova271 2 года назад
Cox sevirdim bu insani, həmdə oxumagini. Bəzən bu məlumatlar insani sarsidir. Heyf. Allah rəhmət etsin
@mominetehmedova858
@mominetehmedova858 2 года назад
Təşəkkürlər sərdar bər
@EdikBeatsZ
@EdikBeatsZ 2 года назад
Salam olsun size emeyinize saqliq
@yosertv1527
@yosertv1527 2 года назад
Ay Allah necədə Xatunun stilist qardaşına öxşuyur .
@bakcellofical4134
@bakcellofical4134 2 года назад
Evezolunmaz ses Allah rehmet elesin nur icinde yatsin
@kenanrustemzade5101
@kenanrustemzade5101 2 года назад
Melumat üçün teşekkürler. Allah rehmet elesin
@resadhuseynov7863
@resadhuseynov7863 2 года назад
Çox sağ olun ki, belə gözəl vidiyoları yaradır və yayirsiz
@nargizahmed8236
@nargizahmed8236 Год назад
Verilişlərinizi böyük məmnuniyyətlə izləyirəm. Çox səviyyəli verilişdir. Çox təşəkkür edirəm.
@phoneluxenicat5847
@phoneluxenicat5847 2 года назад
Arvadi Sveta xanim Baki məktəbəqədər texnikumda müellim idi, çox yaxsi qadin idi
@susannaabdullayeva5864
@susannaabdullayeva5864 2 года назад
Bes onun oglu Ceyhun hardadi.Bilmek isteyerdim.Atasina sahib cixmayib.
@user-ko7xx4ni6h
@user-ko7xx4ni6h 2 года назад
Allah rehmet elesin Senetkara nur icinde yatsin
@besireabbasova9348
@besireabbasova9348 2 года назад
Cox sağ olun maraqlı məlumat ücün.Allah rəhmət eləsin.
@sevinceliyeva8030
@sevinceliyeva8030 2 года назад
Aılah rəhmət eləsin əvəz olunmaz sənətkar cox sağ olun belə qaymaqları əsl muğəniıəri yada salırsız
@cavadazimov650
@cavadazimov650 2 года назад
Allah rəhmət etsin yaraşıqlı olubmuş
@vuqarislamov6584
@vuqarislamov6584 2 года назад
Müəllifə təşəkkürlər çox sağ olun 👍
@ferideliyev6936
@ferideliyev6936 2 года назад
Allah sene rehmet elesin Senetkar...Sizi wexsen gorduyum ucun xosbextem...
@sevincmmmdova6792
@sevincmmmdova6792 2 года назад
Allah rəhmət eləsin gözəl səsi var idi
@frhadmmmdov5623
@frhadmmmdov5623 2 года назад
Heyf cavan gerdi bu dünyadan qeyri adi sese malik olan ALLAH rəhmət eləsin unudulmaz sənətkar
@tunzalemayilova9985
@tunzalemayilova9985 2 года назад
Çox gözel hezin ses.Allah rehmet etsin
@restemrustemov2130
@restemrustemov2130 2 года назад
Eş yalan dünya Allah rəhmət eləsin qadınların ürəyi daş imiş sevgi ürəyləcrdə o qadınlarda yox imiş heyif kaş əsl qadın sevırfi onlarda qədrüvi biləydi
@hdhdhdxhxbx3428
@hdhdhdxhxbx3428 2 года назад
Men niwanliydim niwanlim menden soruwtu kimi isteyirsen toyumuza oxuyan getirey dedim Huseynaga Hadiyevi cox qozel wen toy aparirdi ifalari biri birinden gozel.Allah qeni qeni reh.et elesin gozel de i sanidi
@resmiyyeabasova6225
@resmiyyeabasova6225 2 года назад
Allah rəhmət eləsin gözəı sənətci idi
@bbkerimova9081
@bbkerimova9081 2 года назад
Rahmetlik yoldasimla Huseynaga yaxın idiker, ailelikce arabir toplanirdiq. O òlum ayaginda arvadini ve oglunu gormek istedi,yəni "Sveta ve Ceyhunun yanina gelmesine icaze verdi" cumlesi yanlişdir. Əksine- xeber gönderdi, baldizi yalvardi ki, ölùr, qoy balasini gorsun, - amma Sveta menim yanimda dedi ki, balasini isteyen atib getmezdi ve ora getmedi. Bu üzden Huseynaganin bacisi onlari bagişlamadi.. Sveta ömrunun sonun bacisinin yaninda kecirdi ve orada rehmete getdi, Son melumatima gore Ceyhun Qazaxistanda yaşayirdi..
@miareynolds1174
@miareynolds1174 2 года назад
Bizim mentalitetimiz ne vaxt duzelecek, ay Allahim?((( Niye bizde boshananda dushmen kimi ayrilirlar, ushaqlardan da bir intiqam vasitesi kimi istifade edirler?(((
@bbkerimova9081
@bbkerimova9081 2 года назад
@@miareynolds1174 ..Ilk cumleye diqqet etdiz? Arvadini atib getdi... Men, xeyanet o yana, ovladiyla birgə atilan, ve olende " ataliq" hissleri oyanan bir kişini bagişlaya bilecek birisini heç gormedim... O dörd divar arasinda neler olub, hec kim bilmir.Bagişlayib bsgişlamamagin ise, mental seviyyemizlə hec bir əlaqəsi yoxdur. Bu sırf , her bir ferdin òz seçimidir.
@efqanesgerzade3957
@efqanesgerzade3957 2 года назад
Düzdür.Ceyhun Özbəkistandadır.
@vuqarislamov6584
@vuqarislamov6584 2 года назад
gözəl səsi var idi Allah rəhmət eləsin ruhu şad olsun 🤲 Amma belə nəfsinin qulu olan adamın axırı belə olur Qadının ürəyini sindiranin axırı belə olur
@heqibabayeva6529
@heqibabayeva6529 2 года назад
Ola bilmez ki verem xesteliyi olsun.Yeqinki ag ciyerinde xercenk olub.Allah rehmet elesin .Gozel oxuyan mugenni idi.
@bakusakarya6205
@bakusakarya6205 2 года назад
Verem olmayib.Melumati aparici yanlis verir
@elviramemmedova9630
@elviramemmedova9630 2 года назад
Olub yalnis dryil
@bakusakarya6205
@bakusakarya6205 2 года назад
@@elviramemmedova9630 olmayib.Qonsumuzu mene tanidacaqsiz???
@komezmmc8312
@komezmmc8312 2 года назад
@@bakusakarya6205 hansi xestelikden rehmete gedib?
@bakusakarya6205
@bakusakarya6205 2 года назад
@@komezmmc8312 qara ciyer serrozu
@mirzehramemmedova3239
@mirzehramemmedova3239 2 года назад
Uzur isteyirem HUSEYNAQA HADIYEV YAZMAQ EVEZINE HUSEYNAQA SADIQOV YAZMIŞDIM O COX GÒZEL ÖZUDE COX YARAŞIQLI IDI REHMETLIYIN SESIDE COX ĢÖZEL IDI COX COX💋💋💋💋💋💋💋♥️♥️♥️♥️♥️♥️♥️😭😭😭😭😭👍😭😭
@fikretzeynalov7317
@fikretzeynalov7317 2 года назад
Аллах рахмат еласин,рахматлик чохяхшы инсан иди ,ери чаннатлик олсун.
@faiqadigozelov3606
@faiqadigozelov3606 2 года назад
Əsl sənətkar kimi əvəz olunmaz idi.Əslən Xızıdan olub.Dağlılarda həmişəki kimi ancaq professional olurlar.Allah rəhmət eləsin.
@ruhangizmusavi2891
@ruhangizmusavi2891 2 года назад
Аllah rehmet elesin.😪
@Roman-xt7oi
@Roman-xt7oi 2 года назад
Ay gagaş, Hüseynaĝa serrozdan rehmete ĝetdi. Hüseynaĝa Sovetskide yox,N.Narimanov heykelinin arxasında,daşlıg yolun saĝında olurdu.
@eliehmedli6559
@eliehmedli6559 2 года назад
Ne gozel oxuyurmuw
@Heyattd22
@Heyattd22 2 года назад
Allah rəhmət eləsin Amin çox gözəl sənətkar idi
@zahidxlilov2407
@zahidxlilov2407 2 года назад
Mənim ürəyimdə əvəzolunmaz yeri olan böyük sənətkar..
@solmazmuxtatova9714
@solmazmuxtatova9714 2 года назад
Allah ona qeni qeni rehmet etsin cox kozel sesi var idi heyif cox cavan dynyasini deyiwdi nyrlar icinde uyusun Amin
@nrgizlbrdyi3302
@nrgizlbrdyi3302 2 года назад
Ən çox sevdiyim..Hüseynağa Hadıyev...
@teymurabbasov1928
@teymurabbasov1928 2 года назад
Allah rəhmət eləsin.
@user-ti6gj3em5c
@user-ti6gj3em5c 2 года назад
чох сагулун аллах кечмишда олан охуйан ва диктуилармызы актуилармызы гсними рахмат ейласин даим амин амин амин
@ayyildiz3787
@ayyildiz3787 2 года назад
ONA TİTUL LAZIM DEYİL...ƏSİL QİYMƏTİ XALQ ONA VERİB...DAİM QƏLBLƏRDƏ YARAŞIQLI, XOŞ SƏSLİ, MƏDƏNİ BİR İNSAN KİMİ QALACAQ...
@mehemmed_qurbanov.
@mehemmed_qurbanov. 2 года назад
Allah rehmet elesin yaxwl sesi vardl ureyeyatan indi bele ses yoxdu hec kimde
@mirzehramemmedova3239
@mirzehramemmedova3239 2 года назад
ALLAH SENİ REHMET ETSİN HUSEYNAQA HADİYEV GÖZEL SESLİ GÖZEL MUQENNİ
@dilberbabayeva7466
@dilberbabayeva7466 2 года назад
АЛЛАХ РЕХМЕТ ЕЛЕСИН ЧОХ ШИРИН СЕСИ ВАРДЫ ИНДИ ЕЛЕ СЕСЛЕРЕ ХЕСРЕТ ГАЛМЫШЫГ АЛЛАХ СИЗДЕН РАЗЫ ОЛСУН РЕТРО МУГЕНЛИЛЕРИ ГОСТЕРИБ БИЗЛЕРИ О ИЛЛЕРЛЕ ЙАШАДЫРСЫЗ ВАР ОЛУН🙏🙏🙏
@user-bi5co2mg5s
@user-bi5co2mg5s 2 года назад
Qardaşım, Hüseynağanı şəxsən tanıyan bir adam kimi deyirəm ki, o 92-ci ildə yox 94-cü ildə dünyasını dəyişib.
@ferqanenecefova2032
@ferqanenecefova2032 2 года назад
Niyə faktları dəqiqləşdirmədən məlumat verirlər...
@umudlu4772
@umudlu4772 2 года назад
1994-də rəhmətə gedib.
@azerbaycanfm
@azerbaycanfm Год назад
Bəli, 94-cü ildə. Allah rəhmət eləsin Hüseynağaya, Nərimanov heykəlinin arxasında qalırdılar
@kamilnuri5104
@kamilnuri5104 2 года назад
ALLAH RƏHMƏT ELƏSİN .
@vugarsuleymanov7901
@vugarsuleymanov7901 2 года назад
Allah rəhmət eləsin ömrünü sevgi varliq içində yaşayıb gözəl mahnılara öz möhürünü vurub qəlblərdə yüz illərlə yaşayacaq bundan gözəl nə olarmı xoşbəxt olum gənc gözəl istedad fərqli dəbli geyim hamısı onda olub ruhu wad olsun amin
@user-zz9qs6pl3c
@user-zz9qs6pl3c Год назад
Kim deya biler ki man gunahsizam? Hec kes. Isa peygamber demisken: "Kimin gunahl yoxsa, birinci dasl o mene atsln" Cox yaxsl sanatkar idi, Allah rahmat elesin
@sevdabayrambeyova322
@sevdabayrambeyova322 2 года назад
Məkanın cənnət OLSUN Çox çox ÜZÜLDÜM
@servisreboot6318
@servisreboot6318 2 года назад
Allah REHMED eləsin heçkim bilmir bu dünyadan necə köçəcək herkes öz günahını savabını çiynində sorğu suala gedəcək Rəhimin hüzuruna
@agasemed7638
@agasemed7638 Год назад
Cox gozel layihefi
@samirajafarova5819
@samirajafarova5819 2 года назад
Allah rehmet elesin🙏🙏😪Cooix gozel ifasi var
@zibasaygili1371
@zibasaygili1371 2 года назад
Allah rəhmət eləsin. Gözəl sənətkarı. Sveta xanım BMPM də mənim müəlliməm olub. Çox sevirdim o xanımı. Hemde çox. Görəsən həyatdadi? Allah can sagligi versin. Bilən varsa lutfen yazsın. Yada mənimlə aynı vaxtda oxuyan varsa yazsin. 1983-1987 illər. Almanyadan salamlar
@maestropiano7390
@maestropiano7390 2 года назад
1984--1988 ilde musiqi şòbesinde oxumuwam Sveta x mende taniyirdim
@tahirismayilov4974
@tahirismayilov4974 2 года назад
Allah Sveta xanımada rəhmət eləsin..
@letifacavadova16
@letifacavadova16 2 года назад
Gozel senetkar idi,allah rehmet elesin, ancaq gerek cavanliginda ,pul qazananda onu duzgun yoneltmek lazim idi,ezizlerinin yaninda olmaliydi.Gerek sabahimizi,qocaligimizi dushunmeliyik.Cavanliq,gozellik,saglamliq,beside,var dovlet hech kime qalmir.Heyif ki,bele senetkarlarin choxunun sonu bele acinacaqli olur.
@afaqqasimova021
@afaqqasimova021 Год назад
ALLAH rehmet elesin . Hūseynağa yek idi . Super . Onun titulu Elitni mūğenni idi . Indiki , Eyub Yaqubov kimi . Mekani cennet olsun . Çox heyf nakam getdi 🥀🥀🥀
@ilhamagakisiyev6563
@ilhamagakisiyev6563 Год назад
Eyyub wanson muqennidi Huseynaqasa elitniy retro lirik mahnilar oxuyurdu
@ilhamagakisiyev6563
@ilhamagakisiyev6563 Год назад
Nakam qetdi beli men hemiwe demiwem kiwinin bir arvadi olmalidi iki arvadi olan senetcilerin ekseryeti nakam kocur dunyadan cunki axirda ikiside kiwini atir Huseynaqada bele heyat yawadi Allah rehmet etsin
Далее
Аминка ❤️
00:16
Просмотров 874 тыс.
31.07.2024 Söz birləşmələri
1:01:14
Просмотров 113
PRIMADONNA ILHAME QULIYEVA (Elcin Hemidov)
19:45
Просмотров 64 тыс.
Аминка ❤️
00:16
Просмотров 874 тыс.