Hər ifa edəndən Ədalət Nəsibov olmaz. Bunu ifa edən Ədalət Dəlidağlıdı. Düzdü oununda böyük sənəti var ancaq hər bir məlumatı düzgün vermək lazımdı. Ədalət Nəsibova rəhmət Ədalət Dəlidağlıya can sağlığı...
Men barmaqlari taniyiram Ifa eden Delidaglidir O da Nesibov mektebinin lsyiwli davamcididit Ancaq Nesiboov tekdir Delidaglida bele deyir o ustadina kem baxanlardan deyil Allshdan ustada rehmet Delidagliya can sagligi
Videonun başlığına və ortalara qədər saz alətinin yer üzündəki Allahı Ədalət Nəsibovun şəkilləri gedir, Sonra Bəxtiyar Vahabzadə, Bəhmən Vətən oğlu, Müasir Azərbaycan ədabiyyatının Ramiz Rövşəni. Şeiri deyən də, sazı çalan da Aşıq Ədalət (Dəlidağlı) Qaraşovdur.
bala calir,niye dedenin şekilini qoymusuz.söz yox bala Edalet dede Edaletden üstün senetkardi. bunun ifa terzii dede de yoxdu.ama da nagaraq. azerbaycanda adetdi. boyuye hormet etmeliyik..
@@huseynsemedov1975 senin ucun ele ola biler.cunki azerb boş başlara ele həkk olub .kim yaşlidi kim adini cixarib o olur karifey. ama Edalet Nesibov indiki senetkarlarin coxunan aşagiydi . hələ Ədalət Delidagliyla muqaisə oluna bilməz.
@@betulavshar4846 Bəli,mənim üçün belədi. Sənin üçün isə elə ola bilər. Boş başa gəldikdə, onu qarşı qarşıya oturub diskusiya aparsaq məlum olar ki,hansı baş boşdu! Sonra ,sizi bilmirəm,amma mənim evimdə saz həmişə olub,indidə var. Mənə məlum deyil siz Ədalət Dəlidağlını nə qədər tanıyırsız? Ancaq Dəlidağlı körpə ikən bir birimizi yaxından tanıyırıq və qonşu kəndliyik,yaxınlıq əlaqəmiz olub. Hətta desəm ki,Ədalət Dəlidağlıya ilk dəfə sazı mən vermişəm bəlkədə inanmarsız. Mən əsgərliyə gedirdim,köhnə sazım var idi,verdim ona. Ancaq bir həftədən sonra sazı qaytarıb gətirdi özümə . Mənim qonşum saz usdası idi(rəhmətlik Müzəffərdən ), ondan təzə saz aldı,həmin sazla uzun illər öyrəndi və ifa etdi. Mənim 17 yaşımdan indiyə kimi əlimdə sazım var. Gözümü açandan dasdanlar oxumuşam,sənətkarlar görmüşəm. Hərənin bir fanatı olar. Hər iki Ədalətlər gözəl saz sənətçisidirlər. Haqqı danmaq isə nadanlara və namərdlərə məxsusdu. Etika hər şeydən üstündür.
@@huseynsemedov1975 Hə indi mən deyim sen qulaq as. Mən de incesənət adamiyam.Defelernende rehmetlik aşiqla hemsöhbet olmuşam. 1.Rehmetlik Nəsibovu verlişlerin birne dəvət etmişdiler şəp şəpnən gelmişdi. sora bir toy meclisinede dəvət etmişdiler orada ag şəpitnen getmişdi. Aşiq bir nov bizim kişilik sinvolumuzdur. gerek geymine fikir vere.oadam cox saymaz yanaşirdi etrafa.2. O adam hecvaxt hecbir aşiga destek vermiyib hele imkani catan yerde mane olub.(üzde olan butun aşiqlar bunu bilir.demeselerde). özünen başqa heckimi beyenmiyib. 3.sənin o kelbecer şairlerin Sucayet Bəhmənlə Məmədaslanla bir goruş kecirdir. ordada şairlere usten aşagi danişiq terzi ve regyona yersiz bir söz soxur. (baxsan görersen) her yerde mən mən deyir. elinde olsa deyerdi Azerb sazi mən gətirmişəm. 4.hecvaxt insana uzune yasenetine baxib qiymət verme. insani keyfiyetlerini gor tani sora ona simpatya duy...
@@betulavshar4846 Bətül xanım,Allahın salamı olsun, ( adınızdan xanımsız) zizin saza bu qədər valeh olmağınıza görə zizə təşəkkür edirəm. 1.Gəncədə Kəlbəcər r- n İcra Hakimiyyətində keçirilən bir tədbirə rəhmətliyi dəvət etmişdilər. Tamda Siz dediyiniz geyimdə aparırlar başçının yanına. Başçı( Sahib Əkbərov idi) onun geyimini görür və bir nəfərə qoşub göndərir mağazaya,ona başdan ayağa geyim alıb sonra səhnəyə çıxardırlar. 2. Səhv deyiləmsə qazaxda,yada yevlaxda keçirilən Aşıq yarışmasında işlətdiyi nəlayiq söyüş,Qazaxda keçirilən yarışmada münsüfə yaramayan tərzdə Avdıya səs verin deməsi,.....və s. 3. Və digər pis vərdişləri və s. İndi gələk bizim müsahibəmizə. Mənə elə gəlir ki,Siz sənətkarla şəxsiyyəti , savadla mərifəti( ali cənablığı) qarışdırırsız. Sənətkar başqa məhvumdu,şəxsiyyət başqa məhvumdu.Adam var ki, İnsanlığın,mərifətin nə olduğunu bilmir,amma gözəl əl qabiliyyəti olur,əli ilə xaruqələr yaradır. Bu şəxsiyyət demək deyil. Adamda var ki,əlindən heç bir iş gəlmir,amma mərifətdə,qabiliyyətdə özünü idarə etməkdə alidir. Savada,cahilliyə gəldikdə isə,adam var ki,bir neçə diplomu var,savadı qıcqırıb daşır,ancaq insanlıqdan nəsibin almayıb. Adamda var ki,adını yaza bilmir,pis çıxmasın qoyun mal güdür,fəhləlik edir,lakin danışığı duruşu qabiliyyəti superdi. Xəsdə Qasım demiş; Adam var ki,adamların naxşıdı, Adam var ki,yonulmayıb naşıdı. Adam var ki,heyvan ondan yaxşıdı, Adam var,al geyər şalı bəyənməz. Nəhayət gələk sizlə mənim dialoqumuza. Mənim şəxsiyyətimlə,savadımla,dünya görüşümələ tanış olmadan hansısa səbəbdənsə mənədə başı boş dediniz. Bütün insanların başı tam dolu olmur,hərədə bir cürə boşluq olur. Mən rəhmətliyin şəxsiyyətindən yox,sənətindən bəhs etmişdim. Sənət başqa anlamdı,şəxsiyyət başqa anlamdı. Baş ağrısı oldumsa üzürlü hesab edərsiz.