Тёмный

Aslan Aşiq - Cövşəni-Kəbir duasına nəzirə. Yeni şeir 2021 

Aslan Ashiq
Подписаться 6 тыс.
Просмотров 1,3 тыс.
50% 1

Cövşəni-Kəbir duasına nəzirə
Sən ey əbədi, hər bir əzəldən əzəl Allah!
Nöqsandan uzaq, pak və münəzzəh gözəl Allah.
Ən ali sifət, ən gözəl adlar Sənə xasdır,
Məxsusi müqəddəs özəl adlar Sənə xasdır.
Ey hər şeyi yoxdan yaradan Xaliqi-Sübhan!
Xəlq etdiyin hər şey Səni zikr eyləyir hər an.
Sən gördüyün hər bir işi hikmətlə görənsən,
Fərq qoymadan insanlara bol ruzi verənsən.
Ey bəndələrin təqsirinin üstünü örtən!
Aləmdə bu mənada tapılmaz Sənə bir tən.
Ey mərhəməti sonsuz olan ən uca Məbud!
Ey tövbələri qəbul edən sevgili Mahmud!
Əfv etmisən hər dəfə biz etdikcə xətalar,
Yoxsa, bizi öz qoynuna almışdı bəlalar.
Hər kim nə zaman səsləsə, ol an eşidənsən,
İxlas ilə etdikdə dua, qəbul edənsən.
Sən son dərəcə bəndənə rəftarda mülayim,
Hər gizlini, aşkarı mükəmməl bilən Alim.
Kamil olan elminlə olur hər şey idarə,
Alimlərinin hər biri bir nurlu sitarə.
Sən lütfü geniş, həm də səxavətli, Kərimsən,
Əfvin də genişdir, - deyə Rəhman və Rəhimsən.
Məhşər günü Sənsən Rəhim Allah edən əlbət
Əmrində itaətkar olan kəslərə şəfqət.
Saleh əmələ ali mükafat verən Allah,
Bir yaxşılığa qarşılıq on qat verən Allah.
Sən hər cürə naz-nemət edibsən bizə ehsan,
Ya Rəbb, Sənə hərdəm necə həmd etməsin insan?!
Həm ruzi verən, həm bərəkət nazil edənsən,
Həm də bizi Öz Cənnətinə daxil edənsən.
Ey istədiyi bəndəni var eyləyən Allah!
Ey istədiyi kimsəni xar eyləyən Allah!
Sonsuz əzəmət, ali məqam sahibi Sənsən,
Qaliblərin ən güclüsü, ən qalibi Sənsən.
Ey möhkəm olan səltənətin sahibi Sultan!
Mülkünlə çatıb izzətə bir vaxtı Süleyman.
İzzətlilərin izzəti Səndəndir, İlahi!
Qüdrətlilərin qüdrəti Səndəndir, İlahi!
Aləm gecə-gündüz Sənə etməkdədi təzim,
Olmuş Sənə qüdrətlilərin hər biri təslim.
Yer-göy Sənin izninlə qərar tutmuş əzəldən,
Əmrindədir aləmdəki hər zərrə təməldən.
Ey bəndəyə hər möcüzə, hər ayəsi ibrət!
Təklikdə, böyüklükdə tapılmaz Sənə nisbət.
Heç bir şərikin yox, - deyə Vahidsən, İlahi!
Vaqe olan hər bir şeyə Şahidsən, İlahi.
Dərk etməyə acizdi zehinlər Səni, Ya Rəbb!
Tam qavraya bilməz ki, beyinlər Səni, Ya Rəbb!
Sənsən daha çox həmd edilən, tərifə layiq,
Əhdində vəfalı, sözünə, vədinə sadiq.
Qürbətdə olan kəsləri eylərsən himayə,
Yox Səndən əziz, Səndən uca bizlərə sayə.
Ey külli çətinlikləri asan edən Allah!
Möhtac olan insanlara ehsan edən Allah!
Yoxdur elə bir iş Sənə həlli ola müşkül,
Etsin nə üçün qeyrisinə bəndə təvəkkül?!
Sönmüş ümidin şöləsi, son nöqtəsi Sənsən,
Tənha dolanan kimsəsizin kimsəsi Sənsən.
Biçarə və məzlumlara daim kömək etdin,
Fəryad eləyən kəslərin imdadına yetdin.
Ey haqq ilə hökm eyləyən ən möhtərəm Hakim!
Vardırmı məgər Səndən ədalətli mühakim?!
Sənsən bizə hər halda kifayət edən Allah,
Dərd əhlinə lütfüylə şəfaət edən Allah.
Ey gördüyü işlərdə Lətif, hər işi incə!
Sənsən çevirən qüssə-qəmi, dərdi sevincə.
Sevdaya düşən könlümüzün zinəti Sənsən,
Qərq eyləyən aydınlığa hər zülməti Sənsən.
Öz nurunu Səndən götürüb göydə Günəş, Ay,
Əsla ola bilməz Sənə bənzər, Sənə həmtay.
Daim bizə düzgün yolu təlqin elədin Sən,
Düzgün yol üçün Quranı təyin elədin Sən.
Ol batili Haqdan ayıran şanlı Kitabın
Xatırladır hər an bəşərə ömrün hesabın.
Biz canlıların ömrünü Sənsən verən Allah,
Ölmək, yaşamaq əmrini Sənsən verən Allah.
Bir əmrinə dünya evinə göz yumarıq biz,
Hərçənd yaşamaqçün yenə də vaxt umarıq biz.
Sən ey bizə bizdən də yaxın, hər şeyə Qadir!
Zikr eylədiyim adlarının şəninə xatir!
Əfv et anamı, həm atamı ey Əziz Allah,
Qoyma utanaq həşridə qarşında biz, Allah.
Mömin və müsəlman olan hər bir kəsə rəhm et!
Yardım diləyən kəslərin imdadına Sən yet!
Ya Rəbb bizi böhtan və xətalardan uzaq tut,
Hər türlü müsibət və bəlalardan uzaq tut.
Haqq əhlinə müjdənlə kəramət nəsib eylə!
Dünyada və üqbada səadət nəsib eylə!
Son qoy çəkilən həsrətə, höccət tamam olsun.
Peyğəmbərə və əhlinə Səndən salam olsun!
Aslan sevinər, lütf eləsən Sən, Uca Rəbbim!
Yalnız Səni Səndən dilərəm mən, Uca Rəbbim!

Видеоклипы

Опубликовано:

 

12 май 2021

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 15   
@nerminimanova
@nerminimanova 3 года назад
Sönmüş ümidin şöləsi,son nöqtəsi Sənsən, Tənha dolanan kimsəsizin, kimsəsi Sənsən...
@ceyranbabazade7433
@ceyranbabazade7433 3 года назад
Çox gözəl bir şeir
@senuberxelilova3316
@senuberxelilova3316 3 года назад
Ehsen sene qardawim Allah seni qorusun.Dualarini ,orucunu qebul elesin
@ekberovarexsende2122
@ekberovarexsende2122 3 года назад
Var olun Əziz və dəyərli Müəllim 🙏
@nezrinimanova2034
@nezrinimanova2034 3 года назад
Hikmət çeşməsi qəlbində qaynayıb qələminə axan dəyərli müəllim,Allah elminizə bərəkət versin 🥰🌼
@elsnabdullazad366
@elsnabdullazad366 3 года назад
Bayramınız mübarək əziz və dəyərli Aslan müəllimimiz💚Allah sizi qorusun
@deliccerik3402
@deliccerik3402 3 года назад
Bayramınız mübarək,əziz müəllimimiz Aslan Xəlilov🤍
@gulichka1
@gulichka1 3 года назад
Ən gözəl insan, Ən gözəl müəllim. Allah var eləsin ✊❤
@eldenizsadiqov1710
@eldenizsadiqov1710 Год назад
Allah səni qorusun can sağlığı versin sənə Aslan bəy..☝👏👏
@firudinabdullajev5309
@firudinabdullajev5309 3 года назад
Əziz və dəyərli müəllimimiz❤️
@mehindunyamaliyeva7343
@mehindunyamaliyeva7343 3 года назад
Var olun əziz və dəyərli müəllimimiz🙏👍😍😍
@vusalnecefov4395
@vusalnecefov4395 2 года назад
Əziz dəyərli qardaşım! Allah elminə qüvvət versin.
@yusiffhuseynov
@yusiffhuseynov 3 года назад
Dəyərli Müəllimimiz ❤️
@hesenpenahov4086
@hesenpenahov4086 2 года назад
👍
@raminataby8473
@raminataby8473 3 года назад
Salam qardaş necesen netersen nevar ne yox sen mənimlə zəhmət olmasa əlaqə saxlaya bilersen qardaş ?
Далее
Sabah ölkə ərazisində hava necə olacaq?
16:14
Просмотров 3,1 тыс.
Xəyanət (187-ci Seriya)
54:13
Просмотров 40 тыс.
Komedixana  369-cu Bölüm 13.07.2024
59:40
Просмотров 413 тыс.
Aslan Aşiq - Əsmaül-hüsna
6:28
Просмотров 1,5 тыс.
Aşıq Aslan & Aşıq Nazim
7:32
Просмотров 20 тыс.
Aslan Ashiq - Imam Eli (e). Merac qrupu.
11:28
Просмотров 2,9 тыс.
Aslan Aşiq - Əli ibn Əbu Talib
3:03
Просмотров 6 тыс.
YULDUZ USMONOVA -AYAMAY(PREMYERA)#2024
3:17
Просмотров 776 тыс.
Arshavir Martirosyan - Voroshel em  chspasem
4:16
Просмотров 1,4 млн
OG Buda - Сделай Мне Приятно Щас
2:24
Malohat
3:35
Просмотров 378 тыс.