Тёмный

Baba Vəziroğlu - Gecdi daha 

biraddimla YOL
Подписаться 3,8 тыс.
Просмотров 448
50% 1

Şeir: Baba Vəziroğlu - Gecdi daha
Səsləndirmə: Nailə İslamzadə
Musiqi: Bəhrəm Nəsibov - Qal sənə qurban (Piano: Fuad İbrahimli)
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
BABA VƏZİROĞLU - GECDİ DAHA
Yadındamı onda dünya gözəl idi,
O məhəbbət hər sevgidən əzəl idi.
Keçdi şirin çağlar,
Soldu yaşıl bağlar,
Xatirələr ağlar,
Gecdi daha...
Yadındamı o məhəbbət dəniz idi,
O duyğular hər duyğudan təmiz idi.
Soyuq yellər əsdi,
İllər yolu kəsdi,
Xatırladıq, bəsdi,
Gecdir daha...
O arzular sənsiz heçdi daha,
O günlərə dönmək gecdi daha,
Xatirələr ne istəyir bizdən,
Olan oldu bizə, keçdi daha...
Xatirələr çağırsa da, hara gedim?
Yadındamı mən səninlə xoşbəxt idim.
Olan oldu, keçdi,
Bu xəyallar heçdi,
Bir də sevmek gecdi,
Gecdi daha...
Nailə İslamzadə 2 noyabr 1961-ci ildə Balakən rayonunda anadan olub. Evin sonbeşiyi olan Nailənin özündən başqa dörd böyük qardaşı olub. Orta məktəbi bitirəndən sonra sənədlərini Rus dili və Ədəbiyyatı İnstitutuna verir və qəbul olunur.
Nailə tələbəlik illərində rəfiqələrinin təkidi ilə diktorluq müsabiqəsinə qatılır və müsabiqə yolu ilə dörd yüz nəfərin içərisindən seçilərək Azərbaycan Dövlət Televiziyasında işə qəbul olunur.
O, 1998-ci ildə Azərbaycanın əməkdar artisti adına layiq görülüb. Uzun müddət Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Multimedia Mərkəzinin rəisi vəzifəsində işləyib. Eyni zamanda Türkiyənin “TRT AVAZ” kanalında yayımlanan “İş’te kadın” proqramının aparıcısı olub. 2019-cu ilin sentyabr ayından etibarən İTV-də çalışır. Hazırda Saleh Bağırovla birlikdə “Ötən günlər” proqramının aparıcısıdır.
Nailə İslamzadə:
“Özümü uğurlu qadın hesab edirəm. İstər ailəmdə, istərsə də işimdə mən öz vəzifəmi yerinə yetirmişəmsə, demək uğurlu sayıla bilərəm. Məncə insanın uğuru onun vəzifəsi, işi ilə ölçülməməlidir. Elə vəzifəli, zəngin insanlar var ki, özlərini uğurlu hesab etmirlər. Uğur insanın daxili harmoniyasıdır. Əgər insan etdikləri ilə özünü xoşbəxt sayırsa, özünü uğurlu saya bilər.
Uğur qazanmaq üçün ilk növbədə fədakar və məqsədli olmaq lazımdır. Əgər məqsədin varsa, nə istədiyini bilirsənsə və sən o məqsədə doğru gedirsənsə, bu uğurun yarısıdır. Çünki həyatdan nə istədiyini konkret olaraq bilirsən. Uğur qazanmaq üçün ailədə də fədakar olmaq lazımdır. Etdiyin işlə kiməsə xeyir vermək lazımdır, təkcə özünü düşünməməlisən.
Mənim özümə gəldikdə isə deyə bilərəm ki, çox şeydən keçmişəm. Gecəmi gündüzümə qatmışam. Tamilla Ələkbərova ilə qonşu idik və o deyirdi ki, gecələr nə zaman oyanıramsa, sizin mətbəxin işığı yanır. Gecələr oturub, tamaşaçı məktublarını oxuyub, ssenari yazırdım. Bax uğur belə başlayır. Özünü mütləq fəda edib, çox işləməlisən. Lazım gəldikdə kimisə yola verməyi də bacarmalısan”.
#babavəziroğlu #gecdidaha #nailəislamzadə #babaveziroglu #naileislamzade #babavəziroğluşeirləri #bəhramnəsibov #qalsənəqurban #miryusifmanaflı #fuadibrahimli #şeir #şair #poeziya #ədəbiyyat #musiqi #biraddimla #biraddımlayol

Опубликовано:

 

28 фев 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@fikretefendiyev
@fikretefendiyev 4 месяца назад
Ehh... Bir də sevmək gecdir daha...
Далее
Ötən günlər - Vaqif Səmədoğlu - 05.06.2021
1:46:55
▼ЧЁРНАЯ МАГИЯ 🔮
31:15
Просмотров 520 тыс.
치토스로 체감되는 요즘 물가
00:16
Просмотров 4,2 млн
I Built a SECRET Soccer Field in My Room!
24:15
Просмотров 13 млн
Zolf زلف
6:02
Просмотров 1,5 млн
Baba Vəziroğlu - Xatirədir
0:59
Просмотров 558
Məmməd Araz ucalığı
2:25
Просмотров 3,9 тыс.
Gecdir Daha
2:36
Просмотров 167 тыс.
Məhəbbət Kazımov bu gün dəfn olunacaq
7:41
Просмотров 185 тыс.
İfritə | 2-ci seriya
18:47
Просмотров 225 тыс.
▼ЧЁРНАЯ МАГИЯ 🔮
31:15
Просмотров 520 тыс.