Тёмный

Baba Vəziroğlu - Xatirədir 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 604
50% 1

Şeir: Baba Vəziroğlu - Xatirədir
Səsləndirmə: Baba Vəziroğlu
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
BABA VƏZİROĞLU - XATİRƏDİR
Niyə yanır bu ocaq,
Yanıb, külü qalacaq.
Bilmirəm nə olacaq,
Olanı xatirədir...
Qar yağır narın-narın,
Üzü gülür dağların.
Bu yaşıl yarpaqların
Solanı xatirədir…
Ay çəmənin çiçəyi,
Niyə soldu ləçəyin?
Bu dünyanın gerçəyi,
Yalanı xatirədir...
Niyə çıxdıq yola biz,
Coşub-daşır bu dəniz.
Bir adadır sevgimiz,
Hər yanı xatirədir...
Xəyaldı, yoxsa yalan,
Gəlib keçdi nə zaman?
Sevginin ömrü bir an,
Qalanı xatirədir...
Baba Vəziroğlu:
“Mən daxili dünyası boş olan insanlarla ünsiyyət qurduqda yoruluram və özümə gələ bilmirəm. Mənim əsasən ünsiyyət qurduğum insanlar yaradıcı insanlardır. Mənim dostlarım rəhmətlik Rafiq Tağı və Kamal müəllimdir. Kamal müəlimlə bir-birimizi yarım kəlmədən də başa düşürük. İki sənətkar dostluq edəndə, xüsusi ilə də bir şairlə, bir bəstəkarın dostluğundan tamaşaçılar qazanır. Çünki gözəl mahnılar əmələ gəlir. Mənim mindən artıq şeirimə musiqi bəstələnib. Bunların da ən uğurluları Kamal müəllimlə işbirliyimizdən yaranıb. Çünki bizim zövqümüz, baxışlarımız uyğundur. Sən bəstəkarın yazdığı musiqinin poeziyasını duymalısan, ya da ki, bəstəkar şairin yazdığı şeirlərin ritmini duymalıdır. Bir də ki, musiqinin uğurunda onu təqdim edəcəyin ifaçının da rolu önəmlidir. Bəzən çox mahnıların şansı da ona görə gətirmir ki, ifaçısı düzgün seçilməyib. Bu baxımdan Kamal müəllimlə biz ifaçını dəqiq seçirik.
Bizim son zamanlar Alim Qasımov üçün yazdığımız “İlahi”, “Xatirədir”, Nəsibə xanımın ifasında “Səndən nigaranam” kimi mahnılar bütün dünyaya yayılıb. Bu da bizim dünyaya baxışlarımızın üst-üstə düşməsindən irəli gəlir. Fizikada buna tezliklər deyilir. Tezliklər bir-birinə uyğun gəlir.
Şeir mahnı oldusa o, artıq təkcə şairin əsəri deyil. Mahnı ən azı 3 müəllifin birgə əsəridir. Yazdığım “Xatirədir” şeiri də həmin mahnılardandır. Bu mahnının bəstəkarı Kamal müəllim, ifaçısı isə Azərbaycan musiqisinin dünyada vizit kartı olan Alim Qasımovdur. Və bu şeir insanlar tərəfindən rəğbət görürsə, bu mənim üçün çox xoşbəxt bir hadisədir.
“Xatirədir” mahnısı doğurdan da tez bir zamanda böyük uğur qazandı. Bu mahnı bir növ elə bil ki, insanı sakitləşdirir, həm də onu bu dünyaya daha möhkəm bağlayır. Bu mahnı dünyanın faniliyi haqqında deyil, əbədiliyi haqqındadır. Və elə ona görə də deyə bilərəm ki, bu mahnının musiqisini Avropa Psixoloqlar Assosiasiyası müalicə proqramına daxil edib. Bu haqda məni Alim Qasımovun ailəsi xəbərdar etdi. Adamlar bizə deyirdilər ki, səhəri bu mahnı ilə açıb, gecəni bununla qapadırıq. Əlbəttə, bu təriflər məni çox sevindirir”.
#babavəziroğlu #xatirədir #alimqasimov #kamal #kemaleddinheyderov #şeir #şair #poeziya #ədəbiyyat #biraddimla #biraddimlayol

Опубликовано:

 

2 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Teeth gadget every dentist should have 😬
00:20
Просмотров 1,6 млн
ŞUKUR EDƏNLƏR İZLƏSİN - Haci Şahin Həsənli
27:38
Baba Vəziroğlu kimdir?
4:53
Просмотров 18 тыс.
Alim Qasımov - Xatirədir
4:39
Просмотров 457 тыс.
Aygün Bəylər - Tut ağacım
5:59
Просмотров 162 тыс.