Mənim bir arzum var, ömrümə qəm-kədər saldı, Mənim bir ağrım var, ağlamağıma səbəbkardır. Okean ortasında qayıq, külək aşırdı hər yelkəni, Yolun düz ortasındayıq. Gəl, yenidən tərk et məni. Yenidən öldür ruhumu, yenidən dolsun dəftərlərim, Gecələr qəlbimi yandıran həsrətin qədəmlərinin Səsi gəlmir… Vərəqlər qəhərlənir. Unutmusan deyəsən mənlə açdığın səhərləri. Mən sahib olmadığım hər şeyi borcluyam sənə, Sən yaşanılan hər yalnızlığın ən gözəl halısan. Boşdur cümlələr, sənə sərxoşdur bu bədən, Eşqin tilsimiylə əcəlimə baş qoşdum ölmədən. Aşağıda göydələn, üstündə bir cüt ayaq, Köndələn ipin zolaqlarının silüetində öldü kölgələr. Ağır qəm yüküm mənə, al apar dərdi, könülə gəl, Yadım silinib indi təmiz, yoxdur bir iz köhnədən. Görən nələr qalıbdır həyatın özgə səhifələrində? İllərdir intihar küləktək əsir pərdələrində. Otağımın havasını dəyişir hər dəfə fərqli ətirlər, Cənnət saydım onu bu dünyanın cəhənnəmində. Onun saçlarında basdırdım ruhumu bir gecə, Xəbəri belə olmadı, qollarımda yatmışdı necə. Öpdüm sakitcə, dodaqlarım yanağına söykənəndə Bir pıçıltı qopdu bağrımdan oyandım nəsə. Yuxumda yuxuya gedən sevdiyimin ətri üst-başımdan uçur, Onuncu mərtəbədən tərk eləyir pal-paltarımı. Bütün tənhalıqlarımın dərmanını aldı əlimdən Qadınım, çıxıb getdi, ən sonunda tək qaldım. Sən sardın hər yanımı, tüstüyə qarışıb, Əhvalım çaş-baş qalıb, dolaşıq qaşqabaq bulaşıb Üzümün cizgilərinə. Atmışam həyatın daşın, Bir də ayılanda gördüm ki, artıq altmış olub yaşım. Yavaş-yavaş yaxınlaşır, sonuncu dayanacaq, Müəmmalıdır ki, kim gedəcək, kim qalacaq. Üzümdən itib gülüş, kefim yoxdur bir balaca, Çün, bugünkü xoşbəxtliklər nəvaxtsa dərd olacaq. İkimiz ayrı-ayrı parçalarıyıq eyni cümlənin, Bizi birləşdirmək üçün bir söz bəsdir inan. Yeganə dərmanı qayğı idi bəzi xəstəliklərin, Mən özüm qayğıya möhtacam, sən də xəstələn bir az. Köhnə bəstələr dayaz qalıbdı dərinliyində, Dostların səni sevmir, saxtalığını tərifləyirlər. O gileylənir - deyirlər, - yalanlar ilə, şər ilə. Amma çalış uzaq saxla eyiblərini gəlinliyindən. Artıq nə inciyim mən? Peşman olub sözlərim, Səni son dəfə görəndə dolmuşdu bu korun gözləri. Yadında yadlara tay yoxluğa qərq oldum üstəlik, Sən bir gün getdin, mənsə yüz il yolunu gözlədim.
ses,fon musiqisi,track'in adı,sözlər,çekiliş,klip və Miri.Möhtəşəm və mükəmməl.Hər biriniz var olun.Fərman Bəşirlinin ən gözəl işlərinnən biridi.Əziyyəti olan hər kəsə minnətdaram!
• Əllərim də titrək olub bu aralar..Sənsizlikdəndir deyirəm..Çox yoruluram, hər şey üst-üstə gəlir bəzən. Mən yenə öhtəsindən gəlirəm amma sən olarkən sanki daha az acıdırdı hərşey..Arada səni görmək istəyim od üstündə yeriməklə bərabər hal alır. Fikirləşirəmki görəsən o'da düşünürmü arada da olsa? Arada açıb baxırmı şəkillərimə ya da səsimi duymağ istəyirmi? Bəzən də düşünürəmki ona yara'dan başqa birşey olmadınki sən..Kim qaşıyar bağlanan yaranı yenidən qanatmaq üçün. Amma canın sağ olsun sən də heç geri qalmadınki məndən.Düşüncələrimin əsiriyəm bu aralar səndə qaldım mən. Nə geri qaytara bilmirəm nədə yenidən özüm ola bilirəm. Gözəldirmi həyat düşündüyün kimi mənsiz? Bilmirəm. Sən çox yaxınımdasan hiss edirəm amma... Ammasından sonrası məndə deyil. Sonraları səndəmi saxladım? Alıb gəlsən deyirəm arada. Həyat davam edir deyirlər. Davam edirmi doğurdan? Gün boyu üzə çıxmayan həqiqətlər gecə yastığa başını qoyduğun zaman ortaya çıxarmış. Bir parçanın məndə qaldığını qəbul etmək vaxtı gəlmədimi səncədə?🍂🖤