Тёмный

Baldızı özünü Rübabəyə görə asıb - O, vaxt Kubinkada belə şeylər qəbul olunmurdu - Şok faktlar 

TV11
Подписаться 46 тыс.
Просмотров 44 тыс.
50% 1

Toylara termosda özü üçün araq apardı, İllər sonra dilənçi qızı peyda oldu - Tanımadığınız Rübabə Muradova
Qızının başını soyuducuya soxdu, ona görə özünü asan qadının qardaşına ərə getdi
Rübabə Muradova 1933-cü il martın 22-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sabirabad Dövlət Dram Teatrında işləyib. Aktyor Ələsgər Ələkbərov onu təsadüfən həmin teatrda görür və Bakıya Filarmoniyada işləməyə dəvət edib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.
Rübabə Muradovanın on altı yaşı olanda atası inqilab məhbusu kimi həbs olunur. Zindan rəisi işləyən Xəlilağaya yalvarır ki, onun ailəsini İrandan çıxartsın. Xəlilağa gecə ilə onun ailəsini Arazın bu tayına keçirir və özü də bu tayda qalır. Bir müddət sonra isə olduqca yaraşıqlı kişi olan Xəlilağa on altı yaşlı Rübabəyə aşiq olur. Rübabənin atası ailəsini ölümdən xilas etdiyi üçün qızını ona ərə verir.
Evlənəndən sonra Rübabə Muradovanın əri ali təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova isə Qulu Əsgərovla səhnəyə çıxıb oxumağa başlayır. Bundan qəzəblənən həyat yoldaşı bir övladları olandan sonra ona deyir: Rübabə, mənimlə səninki tutmayacaq. Mən müğənni arvad istəmirəm. Müğənnilik səbəbindən onun ailəsi dağılsa da, o, heç kimə qulaq asmayıb, hətta qardaşlarını da dinləmədən səhnələrə çıxmağa, oxumağa davam edir.
Xanəndə Bakıya gələndən sonra Tələt adlı bir tacirlə ailə qurur. Qızı Qəmər xanım müsahibələrinin birində belə deyir: “O kişidən bacım Şahnaz doğulub. Onların tanışlıq tarixçəsi bir az kədərli əhvalata söykənir; Tələt çox sərt adam olub. Onun bacısı bir dəfə anamın konsertinə gedib. Qardaşı da onu güdüb. Qayıdanda deyib, haradan gəlirsən? Cavab verib ki, Rübabənin konsertindən. O vaxtlar da "Kubinka"da, İçərişəhərdə belə şeylər ağır məsələlər idi. Tələt bacısına birinci dəfə xəbərdarlıq edib. İkinci dəfə getdiyindən xəbər tutanda isə onu döyüb. Bundan sarsılan bacısı özünü asıb. Tələt də deyib ki, Rübabənin üstündə oldu, onun vurğunu idi. Bundan sonra anama qarşı marağı yaranır, tanış olur və ona vurulur. Evlənib İçərişəhərdə qız qalasının yanında bir evdə qalırlar. Ancaq iş elə gətirir ki, nikahları uzun müddət çəkmir. İkinci həyat yoldaşı da çox qısqanc idi, səhnəyə çıxmasını, oxumasını istəmirdi. Belə olan halda anam ondan ayrılıb hökumətin ona bağışladığı evə köçüb.”
Deyilənə görə sənət camiəsindən, yaxın insanlardan paxıllığını çəkənlər çox olub. Öz dövrünün qadın xanəndələri belə onun paxıllığını çəkir, ona qarşı nankorluq edirdilər. Hətta onun barəsində rəsmi orqanlara gizlin şikayətlər də olurmuş.
Bir neçə il əvvəl Bakı küçələrinin birində 55 yaşlı Nailə Muradova adlı dilənən qadın peyda olur. Həmin qadın özünü Rübabə Muradova və Süleyman Rüstəmin qızı kimi təqdim edir. Lakin, Rübabə xanımın ailəsi bu məsələnin heç bir həqiqətə uyğun olmadığını deyirlər.
Çox hirsli və əsəbi adam olub. Hətta bir dəfə böyük qızı Qəmərin Əlibaba Abdullayevin rəqs ansamblına yazılma xəbərini eşidəndə bərk əsəbiləşib. Qızı dərsdən evə gələndə onun saçından yolaraq başını soyuducuya soxub.
Rübabə xanımın hələ gəncliyində sevdiyi oğlanın olduğu deyilir. Hətta o müğənni olduğu üçün oğlanın ailəsi onu almaq istəməyib. Oğlan da ailəsindən acıq çıxmaq üçün heç vaxt evlənməyib. Ancaq xanəndənin qızlarının dediyinə görə bu söz-söhbətlər yazıçı Anarın Rübabə Muradovaya həsr etdiyi “Qaragilə” adlı əsərinin çapından sonra yaranmağa başlayıb. Əsərdə göstərilir ki, çayxanada oturan bir oğlan radionu yandırır və görür müğənni “Qaragilə” mahnısını oxuyur. Oxuyanı işarə edərək deyir, bu sevgilim olub, indi oxuyandır. Həmin əsər çap olunandan sonra Rübabə Muradova haqqında şayiələr yayılır.
Deyilənə görə spirtli içkilərə meylli adam olub. Toylara gedəndə özü ilə termosda xüsusi içki aparırmış. Lakin, övladları onun şərabı sevdiyini qeyd edərək, deyilənlərin yalan olduğunu vurğulayıblar.
Şəkər xəstəsi olduğundan şirniyyata və şirin meyvələrə həsrət qalır. Ölənə yaxın dodaqları parça-parça olur, heç nə yeyə bilmir, ancaq su içir. Xanəndə ölümündən bir neçə ay əvvəl dəhşətli dərəcədə arıqlayır. Görənlər onu tanıya bilmir. 1983-cü il avqustun 28-də Rübabə Muradova 50 yaşında serroz xəstəliyindən dünyasını dəyişir.
Ölməzdən iki şey vəsiyyət edir. Ərdəbildən torpaq gətirib məzarına səpsinlər və dəfn olunanda Habil Əliyev onun məzarı üstünə ifa etsin. Habil Əliyev isə onun bu vəsiyyətini yerinə yetirmir. Bunun səbəbini ondan soruşanda isə deyir: Ürəyim gəlmədi, çala bilmədim.
Beləliklə, Rübabə Muradova Cənubi Azərbaycanla sərhədlərimizin dağıdıldığı o tarixi günü görmədən, dünyadan köçdü... Səsindəki o yanğı isə, musiqi tariximizi əbədi naləsi kimi bizimlə yaşayacaq...

Опубликовано:

 

17 авг 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 80   
@t.a.a.q.7587
@t.a.a.q.7587 10 месяцев назад
Yanğılı səsiylə insanın ürəyini çıxarıb alan tək sənətkar idi Bir Güllü Muradovada o istedadı ala bildik
@nurmirzyeva4475
@nurmirzyeva4475 10 месяцев назад
Mən də tanıyırdım Naileni vasmoyda geyim bazarında oxuya-oxuya çay və ev bisintileri satirdi.sesi eyni Rubabeydi.cox kədərli ana merifütli qadındı.qelven cox yaraliydi dedikləri də doğrultdu.bacılarinin sərf etmədi deyə yenə qara xətt çəkdilər bextsiz Naileye.gunahlardan yaranmış günahsız qurbandi o qadın.çoxx tessuf
@royabsirova2429
@royabsirova2429 9 месяцев назад
Baxımayarag ki xərcəng xəsdəsiydi Rübadə xamim ürəy catişmamazlıgından dünyasın dəyişdi rəhmətə gedib Allah məkanın cənnət edsin
@stochmiroslav6383
@stochmiroslav6383 10 месяцев назад
Çox sag olun bizi məlumatlanditirsiniz
@patriotaze6196
@patriotaze6196 10 месяцев назад
ay oölan ayıbdı bunları dünyasını dəyişən kimi açlb tpkürsüz ayıbdı günaha gedirsiz. Bunu etməyin Qoyun rahat yatsın
@dilbr9286
@dilbr9286 10 месяцев назад
Ayıb olsun reytinq xatirinə ölkenin sənətkarlarının özel hayatını neden ,hansı hakla açıb tökürsüz
@urfanhaciyeva9562
@urfanhaciyeva9562 10 месяцев назад
Ölenlerin ruhlarını incitməyin olan olub kecen kecib
@user-hc4lw5gt9i
@user-hc4lw5gt9i 10 месяцев назад
@asifesgerov3284
@asifesgerov3284 10 месяцев назад
Biz cənubi Azerbaycanl gördūk nə etdik .Sadëcə dərd etdik
@malikester6655
@malikester6655 10 месяцев назад
Mütrüflərin aqibəti bərbad olur. Coxsu pozqun həyat qadınına cevrilir.
@gulyanaqsmdova9986
@gulyanaqsmdova9986 10 месяцев назад
Maraqlı məlumatlar üçün minnətdarıq.
@fedayelachin1744
@fedayelachin1744 10 месяцев назад
Ruhu şad olsun 🥀
@fehruznamazov1673
@fehruznamazov1673 10 месяцев назад
Ayıbdır rəhmətə getmiş xanımlar haqqında böhtan danışmayın,
@lacinabbasova7978
@lacinabbasova7978 10 месяцев назад
Xelil bizim ketde muelim iwliyirdi rubabe xelili werledib omurluk heps edirdi guya xelil muellim qizina satawib qizda uzune durdu tuturdu rubade cox iwler qariwdirib
@dodoisuususu4346
@dodoisuususu4346 10 месяцев назад
Sən indikilərin əməllərindən danış.Rübabə xanım qəlbimizdə əvəzolunmaz bir sənətkar kimi qalıb.Şəxsi həyatı özünə məxsusdur.Ona görə də get özünə iş- güc tap.
@Partizan-bh8oz
@Partizan-bh8oz 10 месяцев назад
Əla verilişdi.
@Sevdaaayahiyevaa0
@Sevdaaayahiyevaa0 10 месяцев назад
Erdebil inarnln terkibi Tebriz azerbaycandl
@Lankon1989
@Lankon1989 10 месяцев назад
Azərbaycan özü İrandır
@AnarAnar-se8ky
@AnarAnar-se8ky 9 месяцев назад
iran Azerbaycandi!!!
@safiyarmajnun6340
@safiyarmajnun6340 10 месяцев назад
@katykaty8447
@katykaty8447 10 месяцев назад
A yenə mərhumlardan əl çəkmirsən , a bəsdir da.
@kazimaliyev7827
@kazimaliyev7827 10 месяцев назад
Allah rehmet elesin
@nrmnrza7939
@nrmnrza7939 10 месяцев назад
❤❤
@sahibqurbanli3778
@sahibqurbanli3778 3 месяца назад
Allah rəhmət eləsin.Çox gözəl səsə malik bir sənətkar.
@saraorucova5367
@saraorucova5367 10 месяцев назад
Sağ ol Muğlan balam.
@turalsultanov638
@turalsultanov638 10 месяцев назад
Allah rehmet Elesin Yaxindan tandigmiz Ayledi.
@user-ks8cz8yp7s
@user-ks8cz8yp7s 10 месяцев назад
🎉🎉🎉
@TV11-azerbaijan
@TV11-azerbaijan 10 месяцев назад
Material diqqətinizi çəkirsə, kanala abunə olmağınızı təklif edirik.
@elcinsadiqov8623
@elcinsadiqov8623 10 месяцев назад
ÖLÜNÜN DALINCA DANİŞMAZLAR DÜŞÜNCƏSİZLƏR ONUN SƏNƏTİNƏ QİYMƏT VERİN , ÖZÜNÜZDƏN DANİŞİN ADAM OLUN ŞƏRƏFSİZ OLMAYİN
@ofeliyasamailova1572
@ofeliyasamailova1572 10 месяцев назад
Utanmırsəz onu gözü götürməyən insanların yaydığı şaiyələri yayırsız. Birdə ki, Süleyman Rüstəmin uşağı olmayıb. Öz bacısı oğlunu götürüb saxlayıb.
@nrmnrza7939
@nrmnrza7939 10 месяцев назад
😮🎉
@sadiqsalami9929
@sadiqsalami9929 10 месяцев назад
Bax, indi sizə nə düşüb ki, vəfatından illər sonra, xanım haqqında ağzınıza gələni danışırsız,hər halda belə yalan məlumatlar sizə şöhrət gətirməz,siz indiki müğənnilər haqqında yazın, bəlkə nəsə qazana bilərsiz,adamın nəvə, nəticələri yaşayır,siz heç,utanmaq da bilmirsiz
@malikester6655
@malikester6655 10 месяцев назад
Qoy xalq bilsində,kim nə yuvanın quşu olub.xeyr ola sən ört basdır edirsən.onsuzda, bütün tariximiz yalan və saxtakarlıqla doludu.
@user-hc4lw5gt9i
@user-hc4lw5gt9i 10 месяцев назад
Nece qözel sozler yazibsiz..Cox saq olun.
@user-hc4lw5gt9i
@user-hc4lw5gt9i 10 месяцев назад
@sadiqsalami9929
@sadiqsalami9929 10 месяцев назад
@@malikester6655 ,indiki müğənnilər nə işlə məşğuldur, ondan yazsalar daha yaxşı olardı,rəhtmətə getmiş adamın ruhunu narahat etmək günahdır,heç kim bilmir,başına nə gələcək?
@aqilnebiyev3311
@aqilnebiyev3311 10 месяцев назад
Nedi? Qehbe o vaxtda qehbe olub bu günde qehbedi? Sene ne dusub?
@vusalquliyeva2476
@vusalquliyeva2476 10 месяцев назад
🎉
@afaqqasimova021
@afaqqasimova021 9 месяцев назад
Rehmetlik Rübabe Dahi muğam ustasi idi . Onun kimi ikinci muğam ustasi yoxdu !!! O MUGAM DAHISI idi . Çox heyf onun SESINDEN 👑 . Rac Kapur Bakiya gelende onun Leyli Mecnununa baxib ağlamişdi . Hindistana qayidanda orginal nüsxeni özüle aparib . Lakin rehmetlik konyaki çox sevsede içki düşkünü idi . Heddinden artiq çox içirdi . Hetta yeni il gecesi oxuyanda sehnede yixildi . Bunu bütün respublika gördü . Verliş canli gedirdi . Ondan sonra yeni il şenliyin evvelden çekib hazirladilar . Indi onun qohumlari utanmasin . Bu onun pis verdişi idi . Senet yoldaşlari rehmetlik Əbülfet , Islam çox ona dediler atsin içkini müalice olunsun . Ama o el çeke bilmedi . Özünü de mehv etdi , DAHI SESINI DE ......🥀🥀🥀😔😔😔 4:25
@ozumozum6093
@ozumozum6093 7 месяцев назад
Maraqlı məlumata görə sağ olun.
@aaaaaa-vg6gn
@aaaaaa-vg6gn 10 месяцев назад
70ci illərin RADİO REPORTAJLARIN ARAŞDIRIN ÖZ DİLİNDƏ N ÇIXAN SÖZLƏRİ DİNLƏYİN KİM OLDUĞUNU BİLƏCƏKSİZ
@royabsirova2429
@royabsirova2429 9 месяцев назад
Salam xaiş edirəm məllumat və ya bir dahi sənətıkar qaında informasiya verəndə araşdırın
@ozumozum6093
@ozumozum6093 5 месяцев назад
Rubabədən dünyyaya bidə gəlməz.gözü götürmiyənlər boş boş danışır .bu sözıərin birin kim onun sağlığında deyə bilərdi.yandırıb külün sovurardı.üəlbimdə rübabədi....
@tomam.1962
@tomam.1962 10 месяцев назад
Səni məhkəməyə vermək lazimdi
@mayamehdili721
@mayamehdili721 10 месяцев назад
Allah rəhmət eləsin.
@oricelioruceli6847
@oricelioruceli6847 10 месяцев назад
Duzgun heqiqeti bilmirsiniz
@zumrudqurbanova3830
@zumrudqurbanova3830 2 месяца назад
KİTABI HARDAH ALMAQ OLARMI
@eleddinabbasov6669
@eleddinabbasov6669 10 месяцев назад
RUBABƏ MURADOVANİN BİR BAÇİSİ DA VAR İDİ MAHRUD MURADOVA O BİLİNMİR NEÇƏ OLDU
@ramilseferov6212
@ramilseferov6212 10 месяцев назад
Öldü
@alizaminaliyev6054
@alizaminaliyev6054 10 месяцев назад
Üç bacı olub
@user-vo4ev2ey1c
@user-vo4ev2ey1c 10 месяцев назад
Mahruq Qencede yasayirdi,.
@royabsirova2429
@royabsirova2429 9 месяцев назад
Deyəcəksizki bu məlumatlar mənə hardandi mən Rübabə xanımın nəvəsı Röya xanım Şahnaz xanımın qızı
@xaliq2926
@xaliq2926 4 месяца назад
Allah rəhmət eləsin Onu elə Ərdəbilli qızı kimi sevirəm Salam olsun Ərdəbilə !
@royabsirova2429
@royabsirova2429 9 месяцев назад
Rübabə xanım rəhmətə gedənə qədər yeməkdə yeyib meybədə yeyıb Rüdadə xamım xəsdə olsada əziyət cekmədən ve ani rəhmətə gedib
@elmantemirli4038
@elmantemirli4038 10 месяцев назад
Mütrülər hamisi q......
@zibeydeeleskerova3885
@zibeydeeleskerova3885 10 месяцев назад
Araq yox konyaki cox sevirdi rehmetlik
@xaliq2926
@xaliq2926 4 месяца назад
Hə nolsun sovet vaxtında hamı icirdi
@NerimanEliyev-rt8ed
@NerimanEliyev-rt8ed 10 месяцев назад
Mütrüflərin hamısının məskəni Cəhənnəmdi 😮😊
@Sevdaaayahiyevaa0
@Sevdaaayahiyevaa0 10 месяцев назад
Bilmey olmaz belke mollallq metaqllq bawln ortub min yola dini zerbe vuranardan yer olmeceyki cehenemde mutrufler ceneten duweceyler kime ne edrler
@insan235
@insan235 5 месяцев назад
Sənin yerin cənnət ya cəhənnəm olacaqını Allah bilir unutma
@NerimanEliyev-rt8ed
@NerimanEliyev-rt8ed 5 месяцев назад
@@insan235 Əməli bəlli olanların yeri elə bu dünyadan bəllidi. Yəqin rübabənin yerini bilərsən haradadı...
@N-Mustafa
@N-Mustafa 2 месяца назад
Bacını döyüb öldürüb sonra özü onunla evlenib əcəb adamlar var
@vefa_aliyeva
@vefa_aliyeva 10 месяцев назад
Kimdi kitab oxuyan ?qaldı keçmişdə
@vefa_aliyeva
@vefa_aliyeva 10 месяцев назад
Salam vallah düzmü deyirəm bir ölkənin ki yazanı elza ola
@t.m.m.6157
@t.m.m.6157 3 месяца назад
Sən tanıdığın Elza olmağına ölkə neyləsin ?! İbtidai icmadan çıxan kimi " danışırsan" .
@meherremceferov1852
@meherremceferov1852 10 месяцев назад
Harda anadan olub dediniz? Güney Azərbaycan haradir?...
@Partizan-bh8oz
@Partizan-bh8oz 10 месяцев назад
Güney Azərbaycanın Ərdəbil şəhərində
@turannuri6439
@turannuri6439 10 месяцев назад
Siz məktəb oxuduğunuza əminmisiniz? Heçmi güney və ya quzey sözünə rast gəlməyibsiniz ki, Güney Azərbaycan haradır?..deyə sual verirsiniz..o zaman cənub sözüdə sizə tanış deyil...ya da bu sualda başqa məqsəd var...əyər yoxsa o zaman sizə belə izah edim...güney- cənub...quzey- şimal...doğu- şərq...batı-qərb
@azerbaijan_az
@azerbaijan_az 10 месяцев назад
​@@turannuri6439özünü bicliyə vurub, qəsdən belə yazır
@Lankon1989
@Lankon1989 10 месяцев назад
​@@turannuri6439Azərbaycan özü İrandır nə Güney kuzey
@mahirnesibov8735
@mahirnesibov8735 10 месяцев назад
Güney AZƏRBAYCAN Bizim Ürəyimizdi ❤❤❤❤❤❤❤
@yaqutnovruzova2452
@yaqutnovruzova2452 10 месяцев назад
Səhv yazmısınız böyük səhv. R×babə xanım araq içməyib. Yeti düşəndə kanyak içərdi. Məclislərdə. Yalan məlumat yazmayın.
@Qamiaz-tr.commercial
@Qamiaz-tr.commercial 10 месяцев назад
özündən 27 yaş kiçik qadın bu keçəl süleymanda nə görübmüş görəsən,əgər bu doğrudusa?
@serdaramin1910
@serdaramin1910 10 месяцев назад
Далее
Would you help?!😳
00:32
Просмотров 4,2 млн
小天使和小丑离家出走#short #angel #clown
00:36
когда мучает жажда // EVA mash
00:58
Просмотров 989 тыс.
Rübabə Muradovanın son vəsiyyəti nə idi?
23:59
Просмотров 34 тыс.
RAFAEL DADAŞOV HAQQINDA ŞOK FAKTLAR
8:01
Просмотров 54 тыс.