Тёмный

Qızının başını soyuducuya soxdu, ona görə özünü asan qadının qardaşına ərə getdi 

1000 Production
Подписаться 156 тыс.
Просмотров 246 тыс.
50% 1

Azərbaycan musiqi tarixinin ən önəmli ismlərindən birini anırıq... Biri var idi, Parçalanmış vətənini parçalanmış üəryində, nalə kimi səsində yaşadan Rübabə Muradova...
Foto
Rübabə Muradova 1933-cü il martın 22-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sabirabad Dövlət Dram Teatrında işləyib. Aktyor Ələsgər Ələkbərov onu təsadüfən həmin teatrda görür və Bakıya Filarmoniyada işləməyə dəvət edib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.
Rübabə Muradovanın on altı yaşı olanda atası inqilab məhbusu kimi həbs olunur. Zindan rəisi işləyən Xəlilağaya yalvarır ki, onun ailəsini İrandan çıxartsın. Xəlilağa gecə ilə onun ailəsini Arazın bu tayına keçirir və özü də bu tayda qalır. Bir müddət sonra isə olduqca yaraşıqlı kişi olan Xəlilağa on altı yaşlı Rübabəyə aşiq olur. Rübabənin atası ailəsini ölümdən xilas etdiyi üçün qızını ona ərə verir.
Evlənəndən sonra Rübabə Muradovanın əri ali təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova isə Qulu Əsgərovla səhnəyə çıxıb oxumağa başlayır. Bundan qəzəblənən həyat yoldaşı bir övladları olandan sonra ona deyir: Rübabə, mənimlə səninki tutmayacaq. Mən müğənni arvad istəmirəm. Müğənnilik səbəbindən onun ailəsi dağılsa da, o, heç kimə qulaq asmayıb, hətta qardaşlarını da dinləmədən səhnələrə çıxmağa, oxumağa davam edir.
Xanəndə Bakıya gələndən sonra Tələt adlı bir tacirlə ailə qurur. Qızı Qəmər xanım müsahibələrinin birində belə deyir: “O kişidən bacım Şahnaz doğulub. Onların tanışlıq tarixçəsi bir az kədərli əhvalata söykənir; Tələt çox sərt adam olub. Onun bacısı bir dəfə anamın konsertinə gedib. Qardaşı da onu güdüb. Qayıdanda deyib, haradan gəlirsən? Cavab verib ki, Rübabənin konsertindən. O vaxtlar da "Kubinka"da, İçərişəhərdə belə şeylər ağır məsələlər idi. Tələt bacısına birinci dəfə xəbərdarlıq edib. İkinci dəfə getdiyindən xəbər tutanda isə onu döyüb. Bundan sarsılan bacısı özünü asıb. Tələt də deyib ki, Rübabənin üstündə oldu, onun vurğunu idi. Bundan sonra anama qarşı marağı yaranır, tanış olur və ona vurulur. Evlənib İçərişəhərdə qız qalasının yanında bir evdə qalırlar. Ancaq iş elə gətirir ki, nikahları uzun müddət çəkmir. İkinci həyat yoldaşı da çox qısqanc idi, səhnəyə çıxmasını, oxumasını istəmirdi. Belə olan halda anam ondan ayrılıb hökumətin ona bağışladığı evə köçüb.”
Ərdəbildəki evlərinin həsrətini çox çəkir, gələndən-gedəndən Ərdəbili, ordakı evlərini soruşurmuş. Bağında həyətini Ərdəbildəki evlərinin həyətinə bənzədir, ordakı ağaclardan həyətlərində əkdirir. Deyilənə görə bir dəfə Astaraya qastrola gedəndə, sərhəddin kənarından dayanıb o taya baxıb və birdən Qəfildən bir nalə çəkib, möhkəmdən ağlayır. Yaxınlıqdakı adamlar onu uzun müddət sakitləşdirə bilmirlər.
1975-ci ilin sonunda rejissor Mehdi Məmmədovun qurluşunda hazırlanan "Leyli və Məcnun" tamaşasındakı "Şam" səhnəsində Rübabə necə nalə çəkirsə, tamaşaçılar ağlayır. O, özü də onlara qoşulub ağlayır. Deyilənə görə Rübabə o qədər təbii oynayırdı ki onun ağlaması üçün heç bir kimyəvi vasitədən istifadə olunmurmuş...
Hindistandan məşhur "Cənab 420" adlı hind filminin yaradıcı heyəti Bakıya gələndə, Rübabəni görən hind aktyorları heyrətə gəlmişdi ki, necə gözəl qadındır. Onlar Rübabəni hind qızlarına oxşatmışdılar.
Şəkər xəstəsi olduğundan şirniyyata və şirin meyvələrə həsrət qalır. Ölənə yaxın dodaqları parça-parça olur, heç nə yeyə bilmir, ancaq su içir. Xanəndə ölümündən bir neçə ay əvvəl dəhşətli dərəcədə arıqlayır. Görənlər onu tanıya bilmir. 1983-cü il avqustun 28-də Rübabə Muradova 50 yaşında serroz xəstəliyindən dünyasını dəyişir.
Ölməzdən iki şey vəsiyyət edir. Ərdəbildən torpaq gətirib məzarına səpsinlər və dəfn olunanda Habil Əliyev onun məzarı üstünə ifa etsin. Habil Əliyev isə onun bu vəsiyyətini yerinə yetirmir. Bunun səbəbini ondan soruşanda isə deyir: Ürəyim gəlmədi, çala bilmədim.
Beləliklə, Rübabə Muradova Cənubi Azərbaycanla sərhədlərimizin dağıdıldığı o tarixi günü görmədən, dünyadan köçdü... Səsindəki o yanğı isə, musiqi tariximizi əbədi naləsi kimi bizimlə yaşayacaq...

Опубликовано:

 

29 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 367   
@umunagiyeva4825
@umunagiyeva4825 2 года назад
Allah rəhmət eləsin. Rübabə xanımın bütün ifalarını həmişə dinləyirəm. Heyf ki 50 il ömür yaşadı onun yanığlı səsi məni məndən alıb aparırdı.Qızı Şahnaz xalamla bir həyətdə yaşayırdı.Xalam qızının toyunda Rübabə xanım oxuyub Allah qəni qəni rəhmət eləsin. Sərdar bəy sizə TŞK edirəm
@tomirisbayil2784
@tomirisbayil2784 2 года назад
Şahnaz səhv etmirəmsə 8 ci sinifdən qoşulub qaçdı. Təzə Bazarın aşağısında 44 saylı məktəbdə
@kamrantagzade1406
@kamrantagzade1406 2 года назад
Telet Içerı Şeherde bızım gonşumuz ıdı. Çox şerefsız ınsan olub. Özü eledıyı cınayete göre menım boyuk emimin üzüne durub, emimi tutdurub. Allah rehmet elesin Rubabe xanıma, çox gözel sesı olub..
@zahramammadova6487
@zahramammadova6487 2 года назад
Allah rəhmət eləsin! Amin!
@meryemquliyeva4704
@meryemquliyeva4704 9 месяцев назад
Cox sevdiyim sənətkar .Allah rəhmət eləsin,heyif cavan ölub cox sag olun
@kalbinlesaklabeni7000
@kalbinlesaklabeni7000 2 года назад
Tesegür edrem bele gözel reportaj hazrlamlslz
@emin5883
@emin5883 Год назад
Oxuyanlar çoxdur,İ.Mənsum da oxuyur,X.Könül də oxuyur,amma rəhmətliklər Rübabə və Səxavətin səsləri ecazkar səslərdi gözəl səslərdi.
@azeriazeri2308
@azeriazeri2308 2 года назад
Cavan idi.Allah rəhmət Eləsin. Habil Əliev rəhmətlikdə cox kaprizzni insan olub .Ürəyim gəlmədi nə sözdü.Nə isə.
@afethuseynova1908
@afethuseynova1908 2 года назад
Allah Rübabə xanıma rəhmət eləsin.Həmişə ürəklə sevdiyim müğənni olub.Mahnılarıni həmişə zum-zümə etmişəm. 1981-ci il may ayı idi. Dərsdə tənəffüs idi. Tənəffüsdən sonra nəğmə dərsimiz olacaqdı. Sinifdə hamımız qızlar idik. Mən də Rübabə xanımın Qaragilə mahnısını oxuyurdum .Həmin gün nəğmə dərsini ədəbiyyat müəllimi keçəcəkdi. Zəng vurulmamisdan qabaq müəllimə sinifə yaxınlaşanda içəridən səs gəldiyini eşidib və qapıdan qulaq asıb. Birdən qapı açıldı, hamımız müəlliməni görüb öz yerlerimizə keçdik. Müəllimə soruşdu ki, oxuyan kim idi .Heç kimsəsini çıxarmadı. Mən utana -utana, mən idim dedim. Məni lövhəyə çıxarıb, o mahnını birdə oxu dedi. Sanki, müğənniyəm kimi oxudum. Səsin çox gözəldir, heç bilirsən hansı müğənninin səsinə oxşayır ? Mənə həmin vaxt elə gəldi ki, günah eləmişəm. Düzün deyim, bir az qorxdum da. Müəllimə dedi ki, Rübabə Muradovanın səsindən seçilmədi səsin, mənə elə gəldi ki, sinifdə radio var. Həmin gün nəğmə dərsindən 5qiymetdə aldım. Rübabə xanımın ölüm xəbərini də çox həyacanla qarşıladım. Amma hələ də onun mahnılarını sevə-sevə həm dinləyirəm, həm də özüm zümzümə edirəm. Kiminsə vaxtını aldimsa üzr istəyirəm .Millətimi çox sevirəm.
@ramalnovruzov6099
@ramalnovruzov6099 2 года назад
Ay xanim, madamki, milletini cox sevirsiz unutmayin ki, bu MILLETIN o sese boyuk ehtiyaci var
@mrsx483
@mrsx483 2 года назад
Cox gozel xatire paylawdiniz, Allah Rubabe xanima rehmet elesin, size can sagligi versin, herden xatireleri kimseynen boluwdurmek hevesi de Olur insan
@gulmuresadiqov7093
@gulmuresadiqov7093 2 года назад
2981ci il qelmeyib hele ay xanım 1981ci il olar duz yazin
@legend6304
@legend6304 2 года назад
Oxumaqla belə gOzeldi ellerinize sagliq
@РашидСибир
@РашидСибир 2 года назад
Ay necada xowdur manda Rubaba xanimin mahnisini zum zuma ediram hamiwa.bir qadin olaraq
@zeynalcaniyev7621
@zeynalcaniyev7621 2 года назад
Halal olsun size heç adamın ağlına gəlməyən unutduğu görəndə ürəyi isindiyi insanlar haqqında videolar hazırlamaq böyük işdir son olaraq Rübabə muradovanin qəbir daşı bir az köhnəlib dövlət tərəfindən düzəldilir yaxşı olar bacısında qəbri yanındadı
@rubabuibrahimova7480
@rubabuibrahimova7480 9 месяцев назад
ALLAH RƏHMƏT ELƏSİN SƏNƏ ADAŞ.GÖZƏL SƏNƏTKAR HEYİF İNDİ BELƏ OXUYANLAR AZDI.😢
@SjdudnRjdjdjd
@SjdudnRjdjdjd 6 месяцев назад
Ruhu şad olsun.
@ciciinglab2456
@ciciinglab2456 2 года назад
Allah rehed elesin rübabe xanimin sesine ses catmazdi ki
@huseynovazulfiyy5284
@huseynovazulfiyy5284 2 года назад
Çox acınacaqlı taledi.Lap ürəyim ağrıdı. Vətəndən uzaqda yaşamaq çətindi
@qarabagazrbaycandr8635
@qarabagazrbaycandr8635 2 года назад
Rübabə Muradova bir korifeydir Korifeylər heç bir vaxt unudulmayacak Dünya yeniləcək amma Şövkətlər Rübabələr Rəşidlər Müslümlər yaşayacaq O səsləri unutmaq olmaz
@samirhasanov741
@samirhasanov741 Год назад
Рубаба ханум жила и работала в Сальянах,а не Сабирабаде.И именно в Сальянах Алескер Акберов ее заметил там,и пригласил в Баку.И отец Рубабы ханум тоже жил в Сальянах,и его звали Халил.
@zirvebulud8622
@zirvebulud8622 2 года назад
Руба ханым ,она баранесса дейирдилер .Чох гезел иди ,чох гезел .Гезел сеси .Тойда гермушем ону,красавица ,едебли ,ерканлы .Гезел той апарырды .Аллах рехмет елесин ,гезел сенеткара .Башка шейлерин дейе билмерем ,чунки гермемишем .
@sevdaabdullayeva2585
@sevdaabdullayeva2585 2 года назад
Allah rehmet elesin indi bele ses yox 🙏
@samirhasanov741
@samirhasanov741 Год назад
Самая трагическая судьба среди наших певи ц это конечно судьба. Рубабы ханум..В отличие от других наших именитых певиц,которые как сыр в масле катались.Поэтому она была нерноой,разражительнойСтолько неудачных замужеств столько обид,,это были другие времена Очень жалко ,что она родилась под несчастливой судьбойНаверное ,в вине она находила покой .Жаль..Теперь в очередь встают ,чтобы стать любимым для известной певицы.Ценности изменились..Ведущий наверное не знает,что Рвдж Капур присуствовал на опере""Лейли и Меджнун",был проажен ее голосу,.Им устроили встречу,и они с тали общаться на фарси.Рвдж Капур даже внешне не был похож на индийца.Его предки,по слухам были изАфганистана.А отец из Пакистана.А сама Рубаба ханум никакого схрдства с индийскими женщинами,тем более того времени,не. имела Это все сказки ..Она была типичная азербайджанка ,с припухлыми тюрксими векам.Allah rəhmət eləsin,ruhi dincəlsin.
@zehram272
@zehram272 2 года назад
araq yixan evi hecnə yixmir
@alidasalmanova695
@alidasalmanova695 2 года назад
Меним рехмети втамда Эрдебилли олууб мен она гулаг асанда аглайирам
@elmarbugumov6875
@elmarbugumov6875 2 года назад
Süleyman rüstəmdən 1 qız doğub atıb deddoma. Bir sözlə
@albinaseyfullaeva7563
@albinaseyfullaeva7563 2 года назад
ЕВВЕЛ ЕВЛЕНИРЛЕР СЕХНЕ ГАДЫНЫ ИЛЕ СОНРА ДА ГЫСГАНЫРЛАР !!!
@hatrazayidova6637
@hatrazayidova6637 2 года назад
SEHNE.GADINI.DEYENDE.NE.DEMEK.ISTEYIRSINIZ
@АнарГулиев-щ5э
@АнарГулиев-щ5э 2 года назад
Xahis edirem Mahrux muradova haqqinda da melumat vererdiz.
@Osman......
@Osman...... Год назад
XARABAYA QALSIN BU SƏHNƏ.YƏNİ BELƏ VACİBDİR SƏHNƏ AİLƏDƏN, ÖVLADDAN,ƏRDƏN ?
@ZENGEZURUM
@ZENGEZURUM 2 года назад
HEYİF BELƏ İNSANLAR 😪😪😪
@qarabagazrbaycandr8635
@qarabagazrbaycandr8635 2 года назад
Rübabe içse de neynese de menim üçün indiki bir çox müğənnidən qat qat üstündür korifey senetkardir
@АлмасКадырова-ъ9ж
@АлмасКадырова-ъ9ж 2 месяца назад
Рубабе ичкини хестелийине горе ичирди. Агры езабларыны хисс етмемейчун ичирди
@kemalemikayilova342
@kemalemikayilova342 2 года назад
Səsə bax daaa..... çağlayır elə bil.Allah rəhmət etsin
@sadiqsalami9929
@sadiqsalami9929 2 года назад
Allah rəhmət eləsin, amma, vəfatından illər keçəndən sonra,xanım haqqında nahaq belə şeylər paylaşırsız,onun səsi, bənzərsiz ifaları yadımızdan çıxmaz,bir səhv edib, içib, indiki müğənnilər kimi lüt gəzmiyib.siz belə şeylər paylaşıb reytinq qazanmaq istəyirsiz,ayıb olsun.hər halda xanımın övladı, nəvə, nəticələri yaşayır,hər halda sizə çox sağ ol,deməyəcəklər
@dodoisuususu4346
@dodoisuususu4346 11 месяцев назад
Allah lənət eləsin bu böyük,əvəzolunmaz sənətkar haqqında danışdıqlarına görə.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 2 года назад
Sizə əhsən Sərdar bəy. Bu verilişlər təkrarsızdı. Sizə sonsuz təşəkkürlərimiz var. Sizi televiziyalarda görməyə səbirsizlənirik.
@gulyabagirova772
@gulyabagirova772 2 года назад
Хватит о ней говорить. Вы все врете. Не стыдно
@hevvaeliyeva282
@hevvaeliyeva282 2 года назад
978qgh
@qarayevaferide1418
@qarayevaferide1418 Год назад
​@@gulyabagirova772 ki kk no no no noq
@kemalemikayilova342
@kemalemikayilova342 2 года назад
Bütün məşhurların fərqli və qəmli həyat hekayəsi varmış
@Bakuasigi6558
@Bakuasigi6558 2 года назад
Bəzən öz həyatımızda çətinliklə rastlaşanda "mənim bəxtimnəndir" və bu kimi ifadələr işlədirik və zənn edirikki hərkəs həyatını xoş firavandır bir tək biz bədbəxtik. Bu cür tanınmış və öz zəhmətilə uğur qazanan insanlara baxıb həsəd aparanlar olur ama onların həyatda nələr yaşadığından xəbərimiz yoxdur. Allah Rübabə xanımın timsalında bütün dünyasını dəyişmiş sənət adamlarımıza rəhmət eləsin. Ruhları şad olsun. Məkanları cənnət olsun.
@ТахираБайрамова
@ТахираБайрамова 2 года назад
SALAM HÖRMƏTLİ APARICI. ALLAH RƏHMƏT EYLƏSİN RÜBABƏ XANIMA. MƏN QISA YAZACAM. RÜBABƏ XANIM TƏKRAR OLUNMAZ BİR SƏNƏTKARDIR .ONUN YANĞILI SƏSİ BULAQ KİMİ QAYNAYAN AŞIB DAŞAN SƏSİ HEÇ VAXT OLMAYACAQ . RÜBABƏ XANIMIN SAĞLIĞINDA ONUN PAXILLIĞINI ÇƏKƏN BİR NEÇƏ SƏNƏTKARLAR OLUB Kİ HƏMİŞƏ ONA LƏKƏ VURMAQ ONU GÖZDƏN SALMAQ İSTƏYİBLƏR AMMA BACARMAYIBLAR ELİN GÖZÜ TƏRƏZİDİR. ARAQ İÇƏN ADAM OXUYA BİLMƏZ ARAQ İÇƏN ADAM TOY APARA BİLMƏZ NƏ QƏDƏR DÜŞÜNCƏSİZ XAİN PAXIL İNSANLAR VAR HƏYATDA NİYƏ ÖLMÜRLƏR.RÜBABƏ XANIM ALLAHIN BƏXŞ ETDİYİ MÖCÜZƏ İDİ.ÇOX HEYİF ÇOX ERKƏN GETDİ.GÖRÜN NECƏ ALÇAQ ADAMLARDIR ÖLÜSÜNDƏN MƏZARINDAN DA ƏL ÇƏKMİRLƏR O DÜNYADA NƏ CAVAB VERƏCƏKLƏR. HƏR İTİ QURDU FAHİŞƏLƏRİ FƏXRİ XİYABANDA DƏFN EDİBLƏR FƏXRİ XİYABANIDA ONA ÇOX GÖRÜBLƏR. O O DÜNYADA CƏNNƏTDƏ YATANDA ONA LƏKƏ VURAN ONA TORBA TİKƏN FAHİŞƏLƏR CƏHƏNNƏMDƏ YANACAQLAR İNŞƏALLAR. QURU DİVARA PALÇIQ YAPIŞMAYAN KİMİ RÜBABƏ XANIMADA O LƏKƏLƏR YAPIŞMADI. XALQIMIZ ONU SEVİB YENƏDƏ SEVİR SEVƏCƏKDİR ONA GÖRƏKİ YALAN AYAQ TUTAR AMMA YERİMƏZ. ONA LƏKƏ VURAN MÜĞNİNİN BİRİDƏ QOCA QƏHBƏ AMERİADA YAŞAYIR HƏLƏ YAXŞI ZİBİL OLSAYDI ÇOXDAN ÖLÜB GEDƏRDİ.HƏMİŞƏ RÜBABƏ XANIMIN AYAĞININ ALTINI QAZIYIB ONA GÖRƏ Kİ ONUN SƏSİ KİMİ SƏSİ OLMAYIB ONUN ZƏNCULƏLƏRİ KİMİ ZƏNCULƏ EDƏ BİLMƏYİB İNDİDƏ ONUN PAXILLIĞINI ÇƏKİR HEÇ ONU DİNLƏYƏN YOXDUR SAĞLIĞINDA AMMA RÜBABƏ XANIMI İNDİDƏ DİNLƏYİRLƏR. ALLAH QƏNİ QƏNİ RƏHMƏT EYLƏSİN MƏKANI CƏNNƏT OLSUN QƏBRİ NURLANDOLSUN RUHU ŞAD OLSUN DAİMA İNŞƏALLAH.
@ozumozum6093
@ozumozum6093 9 месяцев назад
Mən sizinlə razıyam.
@merinabiyeva4685
@merinabiyeva4685 3 месяца назад
Düz deyirsiz 🙏🏻 Allah rəhmət eləsin
@tahirehuseynova7382
@tahirehuseynova7382 2 года назад
Həqiqətən gözəl sənətkar idi. Allah rəhmət eləsin.
@elcinhuseynov8153
@elcinhuseynov8153 2 года назад
Heyıf bele senetkar gelmez bır daha Allah qeni-qenı rehmet elesın mekanı cennet olsun
@qoncaaliyeva5770
@qoncaaliyeva5770 2 года назад
ALLAH RUS HÖKUMƏTİNƏ LƏNƏT ETSİN, YER ÜZÜNDƏN SİLİNİNİB YOX OLSUNLAR, DARMADAĞIN OLSUNLAR. AMİN YA ALLAH. ONLAR BİZİ BU GÜNƏ QOYDULAR. NİLLƏTİ , ÖLKƏNİ BÖLDÜLƏR, AYIRDILAR .
@_mmaviii19
@_mmaviii19 Год назад
Rusa niye lenet elesin savadslz danlwma o vaxdl qarbacuq idi ssri vaxdl qarbacuqda amerkanln adaml idi amerka orgetdi daqlt ssrini sora qacdl amerkaya amerka o vaxdan millete dovran oynadlb putin o vaxdl olsaydl suzme daqlllardl ssri
@sirvantv4314
@sirvantv4314 2 года назад
Rübabə Muradova Azərbaycan incəsənətinin böyük korifey sənətkar qızı idi Əsrlər keçsə də Rübabəni kim isə əvəz etmək istəsədə Rübabə olmayacaq Allah rəhmət eləsin məkanı cənnət olsun insallah
@azerbaijan_az
@azerbaijan_az 2 года назад
Öz gözəl səsinidə özü ilə apardı, leylini də özü ilə apardı, öz gözəlliyini də. Mən Ondan sonra ikinci Leyli görmədim. Allah sizi rəhmət etsin, gözəl xanım.
@user-dz6ly9pk6m
@user-dz6ly9pk6m 5 дней назад
Rübabə xanımdan sonra Leyli, Qulu Əsgərovdan sonra da Məcnun. ALLAH hər iki SƏNƏTKARA rəhmət eləsin.
@meridian2425
@meridian2425 2 года назад
Allah rehmet elesin...Bele senetkarlar evezolunmazdirlar....
@dilsadaliyeva986
@dilsadaliyeva986 2 года назад
Rübabə cox gozel müğənnidir. Mən dəfələrlə gözəl səsin tamaşaçısı olmuşam. MƏKANI CƏNNƏT OLSUN! NUR İÇİNDƏ YATSIN! AMİN!
@almazpashakizi6369
@almazpashakizi6369 2 года назад
Əvəzolunmaz müğənni, görkəmli sənətkar. Yeganə müğənni idi ki, canlı, fonoqrammasız oxuyurdu. ALLAH rəhmət eləsin.
@xumayberenq8283
@xumayberenq8283 2 года назад
АЛЛАН☝️🤲 РУБАБА🎼 ХАНЫМ🎶 МУРАДОВАЯ РЕНМЕТ☝️🤲 ЕЛЕСИН😥!😥!😥!
@hediyyebayramova5203
@hediyyebayramova5203 2 года назад
ALLAH SİZİ QORUSUN SƏRDAR BƏY.HƏQİQƏTƏN RÜBABƏ MURADOVA ƏVƏZOLUNMAZ SƏNƏTKAR İDİ.İLLƏR KEÇİB AMMA ONUN GÖZƏLLİYİ,GÖZƏL İFALARINI HEÇ VAXT UNUTMAMIŞAM.ALLAH SƏNƏ RƏHMƏT ELƏSİN BÖYÜK SƏNƏTKAR
@anarashumov5051
@anarashumov5051 2 года назад
Xahiw edirem bacisi Maxruda Muradova haqqinda melumat veresiz yada salasiz
@rinaazizov8074
@rinaazizov8074 2 года назад
Bacısı Mahruh Muradova yaxşı yadımdadır, onun da yaxşı sesi var idi, repertuarları da oxşar idi, özleri de oxşayırdılar bir birine… can, çox tez getdiler sahneden
@ebelmammadova2497
@ebelmammadova2497 2 года назад
Səsinin axarlığına,məlahətliliyinə heyran qaldığım sənətkarımız.nə qədər qulaq asıram ruhum dincəlir.Allah ona qəni qəni rəhmət eləsin.məkanı cənnət olsun.həyatı nakam sənətkarımız.Sərdar bəy sizlərə də çox minnətdarıq belə sənətkarları gündəmə gətirirsiz.işinizdə uğurlar...
@gioulzarkassoumova5678
@gioulzarkassoumova5678 2 года назад
ALLAH Rehmet elesin! Mekani Cennet olsun! Ruhu shad olsun Amin Ya Rebbim!!!!! 🤲🤲🤲🤲🤲🇦🇿🇹🇷🇵🇰🇦🇺
@natellaabdullayeva1828
@natellaabdullayeva1828 2 года назад
Loooijĺlpp
@vusalaliyev9810
@vusalaliyev9810 2 года назад
Allah rəhmət eləsin əvəzolunmaz sənətkara 50 yaşında dünyasını dəyişmiş imiş amma 70 yaş kimi görünürdü yazik
@aaaaaa-vg6gn
@aaaaaa-vg6gn 2 года назад
70ci illərin radio reportaj verilişini araşdırsaz dəqiq odur Allah rəhmət eləsin 🤲🙏dinlədikcə heyran oluram sənətkara🎤🎼
@zibaelesger2810
@zibaelesger2810 2 года назад
Talesiz olub rehmetlik cox gozel sesi var idi Yaniqli oxuyurdu
@СеваМуслим-заде
Vallah talehsiz olub diyende ki insan özü özüne edir ne edirse ! Az iceydi ! Qezeqenliq etmiyeydi ! Öz ailəsini dagitmiyeydi ! Allah ona sesi kimi gözel ailede qismət etmişdi ! Özü alkas həyatı secdi !
@ozumozum6093
@ozumozum6093 9 месяцев назад
Düz deyirsən
@mehribanzengiyeva6734
@mehribanzengiyeva6734 2 года назад
Rubabe Muradova Zaqatalali bir hekim vardi Bakida yawiyir oqlan telebe olanda Rubabe Muradovayla eyni binada eyni blokda yawiyiblar ve evlenibler. bu haqda niye bes qeyd elemirler?
@ozumozum6093
@ozumozum6093 10 месяцев назад
Doğrudur bunu qızıda deyirdi
@IsmatMamedov-us9cz
@IsmatMamedov-us9cz 20 дней назад
həmin həkimin adı İsmixandı,, -Zakataladan deyil -Kəlbəcərlidi, Məşhur həkim idi, Moskvada yaşayıb və işləyirdi, artıg 10 ildən çoxdur rəhmətə kedib. Moskovaya aspiranturaya oxumağa kedib və ordada Rima adlı rus gadınla ailə gurub,, həyat yoldaşıda həkimdir-professor, Oglu da həkimdir-Amerikada yaşayır,, Yəni atası razı olmayıb Rubabə ilə evlənməsınə,,
@vasifmdtov3357
@vasifmdtov3357 2 года назад
Teşekkürler size ugurlar
@adem3935
@adem3935 Год назад
Allah rəhmət eləsin gözəl səsi vardı .Rəhmətlik babamın xoşu gələrdi səsinnən qulaq asardı.
@zohreyusifova7793
@zohreyusifova7793 2 года назад
İnanin ki ureyim agridi ....bele bir sual yarandi mende goresen , mugenniler aktyor aktrisalar qeder bedbext insanlar varmi heyatdaa.. ?
@СеваМуслим-заде
Özleri özlerne edirlər ! Aile qurub ər qısqanan da efirə buraxmayanda ilan dili çıxarıb yola qetirirler sonrada basliyirlar təpik atmaqla evde söz söhbət yaratmaqa ayrılmaqa bəhanə axtarırlar Eləyə qalsa Zeynəb Xanlarovanın yaxşı ailesi olub uşaqlar böyudukden sonra eri rəhmətə qetdi oğulları anaların qayğıma qalırdı Sara Qədimova -Nesibe Zeynalova -Sofa Besirzade Etaye Əliyeva -Terane Vəlizadə - Züleyxa Mirismayilova - Melek xanım Eyyubova -Sekine İsmayılova - ne qeder muqennilermiz var ki gözel aileleri olub indide olanı var !
@mamedibrahimov1722
@mamedibrahimov1722 2 года назад
SƏNƏTKARLIĞINA. BÖYÜK. RƏĞBƏT. VƏ. HÖRMƏT. BƏSLƏDİYİM. SƏNƏTKARA. ALLAH. RƏHMƏT. ELƏSİN. QƏBRİ. NURLA. DOLSUN. ŞƏXSİ. HƏYATI. HAQQINDA. BİR. SÖZ. DEYƏ. BİLMƏRƏM
@hurueliyeva1868
@hurueliyeva1868 2 года назад
Rəhmətliyi nə öz dövründə ,nə də sonralar əvəz edə biləcək sənətkar görmədim ....(((
@qmrmmmdova4088
@qmrmmmdova4088 2 года назад
İllər sonra o cür sənətkarı biabır etdiyin üçün özünə reytik gazanirsan tutag ki həgigətən arag için bunu danişmag sadəcə təsüf hissi yaradir
@cmileqasimqizi5550
@cmileqasimqizi5550 2 года назад
Təşəkkürlər Sərdar bəy oğlum bizləri məşhurların həyatları haqqında bilmədiklərimizlə bilgiləndirdiyiniz üçün.Çox sağol
@heqiqethuseynova4886
@heqiqethuseynova4886 2 года назад
Allah rəhmət etsin.Bir gün televizorda Vətən daşı verlişinə baxırdım Bir oğlanın Yasamal qəbiristanlığında kiminsə məzarın axtardığın gördüm Ürəyimə damdiki bu.Rubabə xanımın məzarı olacaq.Elədə oldu Bu oğlan Rübabə xanımın bacısı oğlu idi ..Adı yadımda qalmayıb.O İrandan torpaq gətirmişdi.Məzarin üstünə torpağı səpdi.Rubaba xanımın bir arzusu yerinə getdi .Ovaxt sərhədlər yenicə açılmışdı Rübabə xanıma o günləri görmək qismət olmadı.Vaxtsiz əcəl onu apardı.Ruhu şad olsun.
@mominetehmedova858
@mominetehmedova858 2 года назад
Bu gözəl sənətkar haqqında verdiyiniz məlumata görə təşəkkürlər
@abbrashad1857
@abbrashad1857 2 года назад
Senatkar idi Allah rehmet etsin
@rehaurehau135
@rehaurehau135 2 года назад
Gözdən yaş çıxarmı, Ürək yanmasa Bu sözlər sanki məhz Rübabə xanıma aiddi.Bütün nəğmələrini xüsusi ürək yanğısı ilə oxuyurdu! Allah Rəhmət eləsin əvəzolunmaz,unudulmaz sənətkarımıza!🇦🇿🇦🇿
@DahiFuzuliasiqiym
@DahiFuzuliasiqiym 2 года назад
BÖYÜK İNSAN. ALLAH RƏHMƏT ELƏSİN. BİR NEÇƏ DƏFƏ BAXMIŞAM. YENƏ DƏ BAXIRAM. 🇦🇿☀ SƏSİ BİR ALOVDUR.. 🔥
@samgaxy2329
@samgaxy2329 2 года назад
Səsidə gözəldi, özü də mən də onun həm səsinin həm də gözəlliyinin vurğunu idim. Allah rəhmət etsin. Heyif səndən Rübabə xanım. Heyif. Əvəzsiz sənətkar.
@minayqaraisayeva973
@minayqaraisayeva973 2 года назад
Allah rəhmət eləsin əsil sənətkar idi
@NuranGamer1456
@NuranGamer1456 2 года назад
Təxminən 70-ci illərin əvvəli olardı. 6-7 yaşım var idi. Rübabə xanımı ilk və son dəfə kəndimizdəki Sevil adlı bir qohumun palatka toyunda gördüm. Payız idi. Bayırda yağış tökürdü. Əynində dəri kurtka var idi, eləcə də toyu idarə edirdi. Çox şık görünürdü. Allah rəhmət eləsin.
@unudulanxzin.3519
@unudulanxzin.3519 2 года назад
Emekdar artist olan əmim tez tez rayona qastrola gelirdi.O Əbulfet Əliyev , Tukezban İsmayílova , Sara Qedimova ,Rubabe Muradova ,Xaneli Ekberov ve adlarini unutdugum bir cox mugenniler tez tez bizim eve qonaq olurdular.Allah rehmet elesin hamisina.Gozel insan , gozel senetkarlar idi.
@aqwinmemmedzade1723
@aqwinmemmedzade1723 2 года назад
Bilmədimiz maraqlı hadisələr👍
@eminebayramova4147
@eminebayramova4147 2 года назад
Çan allah rəhmət etsin böyük sənətkardı .bu çür sənətkara neçə şaiələr cıxardilar .lal olmuşlar .yeri cənnət olsun
@sevdaabdullayeva7478
@sevdaabdullayeva7478 2 года назад
salyanda teatrda iwlayib kulwan qurbanovanin atasi onu bakiya katirir
@alisadastan9197
@alisadastan9197 2 года назад
Yüzlərlə minlərlə mügənni oxusa da Rübabə xanımın bir kəlmə;Ay daglar səndə gözüm var Ay məndə dərdə dözüm var deyişini heç bir kəs təkrar edə bilməz
@ozumozum6093
@ozumozum6093 9 месяцев назад
Düzdü
@ellababaeva3724
@ellababaeva3724 2 года назад
Azərbaycan operasinin yeganə LEYLİSİ. HEC KİM Rübabə xanim kimi ifa edə bilmədi bu obrazi. Allah rəhmət etsin.
@vefaceferova3126
@vefaceferova3126 2 года назад
allah rehmet eylesin xaiw edirem RUBABE. xanimin qohumu var idi MAHRUX MURADOVA haqqindabize melumat veresiniz önceden teşekkür edirem
@taranaaliyeva5771
@taranaaliyeva5771 2 года назад
Mənçə baçısıdır
@gozelquliyeva7899
@gozelquliyeva7899 Год назад
Mən irandan gələndə oranın torpağından gətirib onun qəbrinə səpdim Cox sevdiyim müğəni idi Allah onu qəni qəni rəhmət etsin😢😢
@samamammmdova8737
@samamammmdova8737 2 года назад
ALLAH rəhmət eləsin.Məkanı cənnət olsun .
@allahverdihuseynov2810
@allahverdihuseynov2810 2 года назад
f
@burhankerimli7990
@burhankerimli7990 2 года назад
Allah rehmet elesin Mekani cennet olsun. Dovrumuzun gozel Rubabasi.
@gulnarcavadova1033
@gulnarcavadova1033 2 года назад
Derd elinden icirdi o.Efire de kefli cixdigi vaxtlar olurdu Cox qeribedi internet dovru deyildi ama informasiya tez yayilirdi Butun bunlari o vaxti da bilirdiler Havan tv de oxuyurdu atam deyirdi piyandi
@gultakinvaliyeva801
@gultakinvaliyeva801 2 года назад
Allah rehmet elesin. Evezsiz senetkar Rubabe Muradova yaniqli ses sahibi.🥀🥀
@volodimirzelenski4801
@volodimirzelenski4801 2 года назад
Yalan deib, guya ureyi gelmeyib, sadece ozune sixisdirmayib, Elnare Abdullayeva ise sehidimizin mezari yaninda durub oxudu, onun arzusunu yerine yetirdi, halal olsun.
@TV8Azerbaijan_
@TV8Azerbaijan_ 2 года назад
Düz danişmirsan QULU Əsgərovla ilk dəfə Salyanda oxuyub.Hər ikisin allah rəhmət eləsin
@aygunaliyeva6089
@aygunaliyeva6089 2 года назад
Allah rehmet etsin🤲🤲
@ranaibrahimova1277
@ranaibrahimova1277 2 года назад
İsə xatırlamaq vacib deyil. Böyük sənətkar olub, Vətən həsrəti ilə yaşayıb və bu ayrılıq dərdi onun ömrünü qısaldıb. Allah rəhmət etsin.
@orxaneliyev5556
@orxaneliyev5556 2 года назад
senet ucun ailesini feda etmek ne derecede duzgundu????..
@zualv7661
@zualv7661 2 года назад
Sevimli müğənnim❤️ Heç kim süddən çıxmış ağ qaşıq deyil. Səsi 1 xəzinə idi. İnsanın bəxti gətirməyəndə gətitmir. Qadın böyük qüvvədir. Qısqanclıqla sevgi olmur, ölür o sevgi Allah sizə rəhmət etsin Rübübə Xanım🙏🙏🙏
@ИнгилабЮжный
@ИнгилабЮжный 2 года назад
Məncə, AYIBDIR, belə bir ğərkəmli sənətkara belə yanaşmaq...
@МилаМамедова-р3ч
@МилаМамедова-р3ч 2 года назад
Məkanı cənnət olsun...mən dəyərli İnsanların yaşadığı zamanı bölüşdüyümə görə ömürə minnətdaram...var olun Bəy...tanıyıb tanıtdıran əməyinizə sağlıq.
@sohrabeliyev3746
@sohrabeliyev3746 2 года назад
Bu sərdar bəyi bir o qədər tərifləməyin əvvala yazdıqlarının çoxu uydurmadı ikinci xalqa lazım olmayan qondarma yazılarla bir çox məşhurlarımızı təhqir edir İnşallah hər şeyə qadir allah tezliklə cəzasını verəcək bu qədər namərdlik olmaz
@IbrahimMemmedov-w7t
@IbrahimMemmedov-w7t Год назад
Allah rəhmət eləsin Amin
@NusabeHuseynova-op6zt
@NusabeHuseynova-op6zt Год назад
Allah rəhmət etsin məkanı cənnət olsun Bizim evimizdə əvvəlki illər vallar olardı bizikilədə hər axşam Rübbabə xanima qulaq asardılar kaş həmin günlər olsrdı
@ilxame
@ilxame 2 года назад
Cox gozel sese malik olub.evezolunmaz. Allah rehmet elesin.Ozu de gozel idi.
@elihesenzade2440
@elihesenzade2440 2 года назад
Qardash sag olun gozel verilishdi! Var olasiz. Allah rehmet elesin.
@dilareesgerova1542
@dilareesgerova1542 2 года назад
Mər rübabə muradovanı çox çox sevirdim onun səsinin özünün vurğunu idim yeganə müğənni idiki o dünyasını dəyişəndə mən hönkür hönkür ağlamışam hələdə onu çox sevirəm mən onu həyatda canlı görməmişəm yalnız ekranlarda və radio dalğalarında dinləmişəm onun səsi mənim mənəvi qidam olub hansı həyatı yaşayıb dəxli yoxdu mən onu hələdə böyük hörmət və məhəbbətlə anıram dinləyirəm allah rəhmət eyləsin hamımız gedəcəyik heç kəs bu dünyada qalmır
@ilhamequliyeva7082
@ilhamequliyeva7082 2 года назад
Çox sağ olun,Sərdar bəy.Allah Rübabə xanıma qəni qəni rəhmət eləsin.Bu təqdimatınızla incəsənətimizə böyük xidmət etmiş oldunuz.Var olun.
@dodoisuususu4346
@dodoisuususu4346 11 месяцев назад
Utanıb yerə girmirsən? İndi sənin danışdıqlarının nə mənası var? Sən indiki müğənnilərdən danış.Sənətləri olmayan fanaqramma müğənnilərindən danış.Mən indi də fəxr edirəm ki,mənim toyumda Rübabə xanım oxuyub.Allah rəhmət eləsin.
@minireeyyubova2343
@minireeyyubova2343 2 года назад
Rubabe xanımın sesindeki, yangı heç kimde yoxdu. Hind qızları heç de gözel deyiller. Yaglı, qoxulu ve edviyat qoxurlar. Habil Eliyev de her halda worxub ki, adın alarlar.
@renamemmedova898
@renamemmedova898 2 года назад
Çox sağ ol Həyatda ən çox vurğunu olduğum müğənni haqda məlumat verdiyinizə görə Allah rəhmət eləsin Rübabə Muradovaya nur içində yatsın
@narminarustamova9232
@narminarustamova9232 2 года назад
Allah rehmet elesin.😪😪
@akberfataliev7877
@akberfataliev7877 Год назад
Allah rəhmət eləsin gözəl sənətkar.
@cingizeliesger5046
@cingizeliesger5046 2 года назад
Ruhu şad olsun sından səsindən heç vaxt olmayacaq çox təssüf
@qoncaaliyeva5770
@qoncaaliyeva5770 2 года назад
Sabirabad yox Səlyan Mədənitət evində oxuyub işlıyirmiş. Ordada rəhmətlik QULU ƏSGƏROVLA tanış olur, onlar bir yerdə calışırnışlar. Mənim onları tanıyırdı, qonşuluğda kirayə evdə tutmuşdu Rubabə xanım. Sonra Bakiya köcdü dedilər Rübaba xanım.
@saadateyvazova4951
@saadateyvazova4951 2 года назад
Allah rəhmət eləsin Cavan rəhmətə getdi Amma onun paxıllığını çəkən müğənni qarğaya dönüb hələ də yaşayır Səsi Amerikadan gəlir Səhnənin Leylisi tək rəhmətlik idi Mən səhnədə o Leylidən görmədim
@evezsadqov4608
@evezsadqov4608 2 года назад
O qarğa ya dönən kimdi Xanim
@omrummenim9455
@omrummenim9455 2 года назад
Kimdi O Mugennniii?
@saadateyvazova4951
@saadateyvazova4951 2 года назад
Dərindən fikirləşsəniz taparsınız
@vtnimazrbaycan5083
@vtnimazrbaycan5083 2 года назад
@@evezsadqov4608 zeynəbi deyir...
@vtnimazrbaycan5083
@vtnimazrbaycan5083 2 года назад
Zeynəbin içkidi nəşə olmayıb bu günə kimi qarğa ya qaşqaldağ kimi yaşayır...bu qadın içki içirdu bunu hamı bilir və serrozdan da ökdü..bunu da hamı bilir..isyər qadın istər kişi toylarında olanlar görüblər necə konyak içdiyini və tüstülədiyini. Deməyək indikilər belədir,elə keçmişdkilərin həyatı bəllidir..
@ДЖАХИД-б1д
@ДЖАХИД-б1д Год назад
Allah rehmet elesin Rübabe muradova mekanı cennet olsun insaıah
@aideeliyeva2251
@aideeliyeva2251 2 года назад
Bizim dostumuz vardi qarmon ustasi Ehliman Zabit ogliu o qarmonda ifa edirdi oda ifa edirdi allah rehmet eylesin
@mayaabdulova3763
@mayaabdulova3763 2 года назад
Mənsizədə bu dünyanın işi keçərmış Əcəba nə üçün mən cahana gəldım. Deyən Rübabə. Sən cahanda həmişə var olacaqsan. Onun qəlbində bütün sevənlərın ah naləsı var.
Далее
Qəmər Muradovanın Etirafı
43:29
Просмотров 12 тыс.
pumpkins #shorts
00:39
Просмотров 14 млн
🦊🎀
00:16
Просмотров 235 тыс.
Rübabə Muradovanın son vəsiyyəti nə idi?
23:59
Просмотров 36 тыс.
Muradova Bacılarının Etirafı
45:53
Просмотров 17 тыс.
pumpkins #shorts
00:39
Просмотров 14 млн