Тёмный

Cığatel İsaqızı "Yalvarasıyam" qiraət Zabir Əliyev ZABİRBAYCAN 

ZABİRBAYCAN
Подписаться 6 тыс.
Просмотров 76
50% 1

Vaxtınız xeyir, videonu izlədiyiniz üçün öncədən təşəkkür edirəm! Kanalıma abunə olsanız çox məmnun olaram. Lütfən, əməyimə dəyər olaraq bəyənmə düyməsini tıklamağı unutmayın.
Dərin Hörmətlə: Zabir Əliyev /ZABİRBAYCAN/
Yalvarasıyam.
El deyəni bu ellərə el yayıb,
Könül deyib, ayaq gəzib, dil yayıb.
Sevinc var ki, bircə şeir doğmayıb,
Kədər var, bir qəmə yalvarasıyam.
Sona gördüm, dolaşdığı gölü puç,
Gözəl gördüm, ağlı, huşu, dili puç,
Saz gördüm, yeddi, doqquz teli heç,
Saz gördüm, bir simə yalvarasıyam.
Zaman var, hər anı, dəmi qızıldan,
İnsan var, gözünün nəmi qızıldan.
Təamı zəhərdən, cəmi qızıldan,
Kef gördüm, zülümə yalvarasıyam.
Çörək var, külfənin kündəsi deyil,
Ürək var, döyünür, Haqq səsi deyil,
Dərd gördüm, dərdimin zərrəsi deyil,
Dərd gördüm, dərdimə yalvarasıyam.
Cığatel, taleyi sanma oyuncaq,
Yandırsa, yandırsın səni od-ocaq.
Yaşamaq gözəldir, bilirəm ancaq,
Həyat var, ölümə yalvarasıyam!

Опубликовано:

 

9 июн 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Ютуб был хороший...
00:52
Просмотров 210 тыс.
Как пронести Конфеты В ТЮРЬМУ
19:16
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
yiğma mersiyelər🏴🏴
24:27
Просмотров 122 тыс.
Bəhram Nəsibov Sevgi Həyatı
35:20
Просмотров 137 тыс.
Ютуб был хороший...
00:52
Просмотров 210 тыс.