Тёмный

Cənubi Azərbaycan xanlıqları. Urmiya xanlığı. Marağa xanlığı. Təbriz xanlığı. Ərdəbil xanlığı 

Video dərsliklər. Testlərin izahı. DİM. MİQ
Подписаться 7 тыс.
Просмотров 1,5 тыс.
50% 1

Cənubi Azərbaycan xanlıqları. 1747 il. Müstəqil xanlıqlar. Yarımmüstəqil xanlıqlar. Urmiya xanlığı. Marağa xanlığı. Təbriz xanlığı. Ərdəbil xanlığı. Maku xanlığı. Qaradağ xanlığı. Xoy xanlığı. Sərab xanlığı. Vahid mərkəzləşdirilmiş dövlət. Fətəli xan əfşar. 1759 cu il. 1763 il. Təbriz xanlığının əsası. Əmiraslan xan. Şahbaz xan Xoylu. Bədir xan. 1784 il. Kazım xan. 1782 il. Əli xan Şəqaqi. Ağa Məhəmməd şah Qacar. Azərbaycan xanlıqları.
Xanlıqlar dövrü
Güney Azərbaycanda yaranan xanlıqlar arasında Urmiya xanlığı mühüm yer tuturdu. Xanlığın əsasını Nadir şahın əmisi oğlu Fətəli xan Əfşar qoymuşdu.
Təbriz və Xoy xanlıqları Dunbuli tayfasından olan nəslin əlində idi. Çox da böyük ərazi və əhalisi olmayan Qaradağ xanlığının başında Qaradağ tayfalarına başçılıq edən Kazım xan (1747-1752) dururdu. Marağa xanlığı hələ Nadirin sağlığında burada hakim olan Əliqulu xan Müqəddəmin əlində idi. Ərdəbil xanlığını 1792-ci ilədək Nəzərəli xan Şahsevən idarə edib. 0, Ərdəbil, Xalxal və Muğandakı şahsevən tayfalarını birləşdirmiş, mahalların etibarlı idarəsini təşkil edə bilmişdi. Nəzərəli xandan sonra oğlu Nəsirəli xanlıq taxtına çıxdı.
Maku xanlığını Bayat boyundan olan Əhməd Soltan (1747-1778), Sərab xanlığını isə Şəqaqi boyundan olan Əli xan (1747-1786) yaratmışdır.
Güney Azərbaycan xanlıqları ictimai-siyasi və mədəniyyət mərkəzləri olan şəhərlər ətrafında yaranmışlar. Xanlar başlıca olaraq el-tayfa başçıları içərisindən çıxırdı.
Ərdəbil xanlığı
XVIII əsrin ortalarında yaranmış xanlıqlardan biri də Ərdəbil xanlığı olmuşdur. Lənkəran, Qaradağ, Qarabağ, Sərab və Gilan xanlıqları ilə həmsərhəd olan xanlığın mərkəzi Ərdəbil idi. Xanlığın əsasənı Şahsevən tayfasından olan Bədir xan qoymuş və dövləti siyasi cəhətcə möhkəmləndirmişdi. Xanlığı feodal əyanlarından ibarət divanxana idarə edirdi. Mahallarda idarəçilik işləri bəylər, naiblər, kəndlərdə kətxudalar tərəfindən aparılırdı. Xanlığın 3 min nəfərlik daimi qoşunu var idi. Bədir xanın oğlu Nəzərəli xan Şahsevənın dövründə (1747-1783) zəndlər və qacarlarla münasibət kəskinləşmişdi. Nəzərəli xan Şahsevən nikah diplomatiyası vasitəsilə qarabağlı İbrahim xanla dostluq əlaqələri yaratmişdi. Talış xanlığı ilə də mehriban qonşuluq münasibətində idi.
Qubalı Fətəli xan 1784-cü ilin mayında hücum edərək Ərdəbili və Meşkini tutdu. Bu hadisə Fətəli xanın düşmənlərinin, xüsusilə, Rusiyanın narazılığına səbəb oldu. Ona görə də Fətəli xan Ərdəbili tərk etməli oldu.
Nəzərəli xandan sonra hakimiyyətə gələn Nəsir xanın (1783-1808) dövründə, 1797-ci ildən etibarən xanlıq müstəqilliyini itirərək Qacarlardan asılı vəziyyətə düşmüşdü. Xanlığın fəaliyyətinə 1820-ci ildə Qacarlar sülaləsi tərəfindən son qoyulmuşdu.
Xanları
• Bədir xan Şahsevən (1747-1763)
• Nəzərəli xan Şahsevən (1763-1792)
• Nəsir xan Şahsevən (1793-1808)
Marağa xanlığı
Marağa torpaqlarını I Şah Abbasın ora köçürdüyü Qarabağın cavanşir elinin qolu olan müqəddəm tayfası idarə edirdi. XVIII yüzilin əvvəllərində Marağa əyalətini osmanlılar tuta bilmiş, lakin Nadirin köməyilə vəkil Həsənəli bəy əyaləti azad etmişdi. Tayfa başçısı Əbdürrəzaq ora hakim təyin olundu. O isə Nadirin siyasətindən ehtiyat edərək Bağdada qaçdığından xanlıq yenidən vəkil Həsənəli bəyə həvalə olundu. Onun oğlu Əliqulu xanın dövründə Nadirin ölümündən sonra xanlıq müstəqilləşdi. Marağa xanlığı XIX yüzilin 20-ci illərində ləğv olundu.
Xanları
• Əliqulu xan Müqəddəm
• Hacı Əliməhəmməd xan Müqəddəm
• Əhməd xan Müqəddəm, 1763-1797
• Cəfərqulu xan Müqəddəm, 1797-1811
Maku xanlığı
Maku əyaləti Səfəvi hökmranlığı dövründə Çuxur Səd bəylərbəyliyinə daxil olan yarımmüstəqil sultanlıqdan ibarət idi. Onu bayat tayfasından olan nəsli hakimlər idarə edirdi.
Xanlığın banisi Bayat tayfasından Əhməd Sultan idi. O, xanlığın idarəsi və möhkəmləndirilməsi üçün bəzi tədbirlər gördü. Vaxtilə Nadir Şahın ...
Tam melumat: az.wikipedia.org/wiki/C%C9%99...
Teqlər.
Cənubi Azərbaycan xanlıqları, 1747 il, müstəqil xanlıqlar, yarımmüstəqil xanlıqlar, Urmiya xanlığı, marağa xanlığı, Təbriz xanlığı, Ərdəbil xanlığı, maku xanlığı, Qaradağ xanlığı, xoy xanlığı, sərab xanlığı, vahid mərkəzləşdirilmiş dövlət, Fətəli xan əfşar, 1759 il, 1763 il, Təbriz xanlığının əsası, Əmiraslan xan, Şahbaz xan Xoylu, Bədir xan, 1784 il, Kazım xan, 1782 il, Əli xan Şəqaqi, Ağa Məhəmməd şah Qacar, Azərbaycan xanlıqları,
Cenubi Azerbaycan xanliqlari, 1747 il, musteqil xanliqlar, yarimmusteqil xanliqlar, Urmiya xanligi, maraga xanligi, Tebriz xanligi, erdebil xanligi, maku xanligi, Qaradag xanligi, xoy xanligi, serab xanligi, vahid merkezlesdirilmis dovlet, Feteli xan efsar, 1759 il, 1763 il, Tebriz xanliginin esasi, emiraslan xan, sahbaz xan Xoylu, Bedir xan, 1784 il, Kazim xan, 1782 il, eli xan seqaqi, Aga Mehemmed sah Qacar, Azerbaycan xanliqlari,

Опубликовано:

 

21 июн 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Nida. Nidanın növləri
10:07
Просмотров 852
Суши из арбуза?!
00:34
Просмотров 502 тыс.
324-Azərbaycan xanlıqların yaranması
18:34
Просмотров 14 тыс.
Cənub xanlıqları-Urmiya xanlığı
15:41
Просмотров 3,5 тыс.
Cənub xanlıqları və Şəki xanlığı.
13:28
Просмотров 44 тыс.
Şəki xanlığı. Emil Ağayev ilə Tarix
12:46
Просмотров 3 тыс.
Xanlıqlar son hissə sual-cavab    2022 -12- 14
1:40:42
Просмотров 1,7 тыс.
Суши из арбуза?!
00:34
Просмотров 502 тыс.