Тёмный
No video :(

Nida. Nidanın növləri 

Video dərsliklər. Testlərin izahı. DİM. MİQ
Подписаться 7 тыс.
Просмотров 865
50% 1

Nida. Nidanın növləri. Qorxu narahatlıq bildirən nidalar. Şadlıq sevinc tərif bildirən nidalar. Qəm kədər bildirən nidalar. Çağırış yalvarış bildirən nidalar. Nifrət istehza bildirən nidalar. Təəccüb heyrət təəssüf bildirən nidalar. Ağrı bildirən nidalar. Azərbaycan dili. köməkçi nitq hissələri. sadə cümlələr. mürəkkəb cümlələr. vergülün qoyulması.
#nida #nidanınnövləri #azərbaycandili #testlər #muellimleriniseqebulu #qrammatika #muellim #dim #miq #muellim #miq #kurikulum #ibtidaisinif #test #sınaq #imtahan #onlinedərslər #onlayn #muellimleriniseqebulu #sertifikasiya #testlər
Danışanın müxtəlif hisslərini sevinc, qorxu, həyəcan, təəccüb, kədər və s. bildirən sözlər nida adlanır.
Nidaların leksik və qrammatik mənaları yoxdur. Nidaları mınaca, şərti olaraq, aşağıdakı qruplara bölmək olar:
1. Qorxu, narahatlıq bildirənlər: vay, oy, ox, ah, oh, uy, ax, of və s. Məsələn, Vay, yandım, mənə su…(Ə.H). Ah! mən onun yaxşılığı üçün nələır etmədim! Of, bilsəydim mən də onunla gedərdim.
2. Şadlıq, sevinc, tərif bilirənlər: bəh - bəh, oxqay, mərhaba, ay can, afərin, ura, oho, paho və s. Məsələn, Oho… Saat on biri keçir. Ura, biz qalib gəldik. Oho.. Lap vaxtında gəlmişsiniz. Paho, xudaya, bu uşaq niyə gedib yatmır!
3. Qəm, kədər bildirənlər: of, ah, eh, ox, uf, oy, vay və s. Məsələn, of, bilsəydim mən də onunla gedərdim. Ah, mən ora necə gedəcəyəm.
4. Çağırış, yalvarış bildirənlər: ey, hey, ay haray, ay aman, a, huyy, ehey, ədə, dədə, ay qız, ay oğlan, ya və s. Məsələn, Ay aman, kömək edin. Ay qız, sən nə danışdığını bilirsən?
5. Nifrət və və istehza bildirənlər: tfu, tüf, rədd ol, cəhənnəm ol, cəhənnəmə ki, lənətullax, xa-xa-xa, xux, bah, xox və s. Məsələn, Xa- xa-xa...Onlar bunu bacarmayacaq. Cəhənnəm ol, daha mən səni tanımıram.
6. Təəcceb, heyrət, təəssüf bildirənlər: əfsus, heyhat, bıy, paho, pah atonnan, yoxa, bəs belə, yox bir, ya səni, ay dədəm vay, əşi, əçç, heyif, can-can və s. Məsələn, Ay dədəm vay, biz bu işin içindən necə çıxacağıq? Əşi, fikir vermə.
7. Ağrı bildirənlər: uf, ay - vay, Allah - Allah, of-of, dəhşət və s. Məsələn, Of-of.. Başım çox ağrayır. Uf, ürəyim sıxılır.
8. Alqış məqamında işlənən nidalar: eşq olsun sağ ol, afərin, maşallah, barakallah və s. Məsələn, Afərin, sən dərsə yaxşı hazırlaşmısan. Eşq olsun, buradakı hər kəsə. Bun bölgü .ərtidir və eyni bir nida müxtəlif hissləri ifadə edə bilər. Nidalar sadə (ah, eh, ay, of, əşi və s.) və mürəkkəb (tərkibi) ay aman, ay can, xa-xa-xa, of-of, ay-vay) olur. Nidaların bir qrupu digər nitq hissələri ilə qrammatik omonimlik yarada bilir:
Ay- Həm isim ( Ay və Yer birlikdə Günəş ətrafında ildə bir tam dövr edirlər.), həm nida ( Ay kişi, daha bəsdir!) ola bilir.
Ox - Həm isim Artıq ox yayından çıxıb.), həm nida (Ox, necə yorulduğumu bir bilsən!) ola bilir.
Ax - Həm fel (Su kimi ax.), həm nida (Ax, o günlərim..) ola bilir
Oy - Həm fel (Taxtanı yaxşı oy), həm nida (Oy, sən nə danışırsan?) ola bilir.
Nidalar cümlənin əvvəlində, ortasında və axırında işlənə bilər. Bütün nidalar ayrı yazılır. Cümlənin əvvəlində işlənən nidalardan sonra istonasiyadan asılı olaraq nida (yüksək tonla deyilərsə) və ya vergül (adi tonla deyilərsə) işarəsi qoyulur. Cümlənin ortasında işlənən nidanın hər iki tərəfində vergül qoyulur. Cümlənin axırında işlənən nidalardan əvvəl vergül, sonra isə nida və ya üç nöqtə qoyulur.
Çağırış bildirən a, ay, ey nidalarından sonra vergül qoyulmur. Məsələn, Ay Bəyim, hardasan?
Ey nidası ismə qoşumadan özü çağırış bildirdikdə ondan sonra verğül qoyulur. Məsələn, Ey, bura bax.
Nidalar dildə söz yaradıcılığında da iştirak edir. Məsələn, ah nidası həm fel kimi (ah çəkmək), həm də substantivləşərək isim kimi (ahın dağlara) işlənir.
Nidalarla yamsılamaları (təqlidi sözlər) qarışdırmaq olmaz.
Teqlər.
Nida, Nidanın növləri, Qorxu narahatlıq bildirən nidalar, Şadlıq sevinc tərif bildirən nidalar, Qəm kədər bildirən nidalar, Çağırış yalvarış bildirən nidalar, Nifrət istehza bildirən nidalar, Təəccüb heyrət təəssüf bildirən nidalar, Ağrı bildirən nidalar, Azərbaycan dili, köməkçi nitq hissələri, sadə cümlələr, mürəkkəb cümlələr, vergülün qoyulması,
Nida, Nidanin novleri, Qorxu narahatliq bildiren nidalar, sadliq sevinc terif bildiren nidalar, Qem keder bildiren nidalar, cagiris yalvaris bildiren nidalar, Nifret istehza bildiren nidalar, Teeccub heyret teessuf bildiren nidalar, Agri bildiren nidalar, Azerbaycan dili, komekci nitq hisseleri, sade cumleler, murekkeb cumleler, vergulun qoyulmasi,

Опубликовано:

 

12 июн 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Modal sözlər
16:09
Просмотров 826
Ədat. Ədatın məna növləri
16:14
Просмотров 66 тыс.
IELTS Speaking Test band score 6.5 with feedback 2024
23:14
Azərbaycan dili.Nida və onun mənaca növləri.
8:26