Тёмный

Camaat Band - Şuşanın Dağları (Azərbaycan xalq mahnısı) | Rok versiya 

Camaat Band
Подписаться 161
Просмотров 177
50% 1

Camaat Band 2024-cü ildə Bakı şəhərində yaradılıb. Qrupun əsas fəaliyyət istiqaməti xalq mahnılarımızı və digər yerli musiqilərimizi yeni nəsilə uyğun pop rok, folk rok, alternativ rok və digər musiqi janrlarında ifa etməkdən ibarətdir.
Camaat Band-ın bu dəfəki ifası xanəndə Xan Şuşinskinin Şuşa şəhərinə həsr etdiyi vətənpərvər Azərbaycan xalq mahnısı olan "Şuşanın dağları" əsəridir.
Müəllif Xan Şuşinskinin sözlərinə əsasən, mahnıda Şuşa şəhərinin təbiəti gözəl qızla müqayisə edilir. Şuşa dağlarının başı dumanla örtüldüyü kimi, qadın da yaylıqla örtülüb. Dağların orta hissəsi lalə çiçəkləri ilə bol olması qızın qırmızı köynəkli olmasına işarə edir, dağın alt hissəsi isə onun yaşıl ətəyi ilə müqayisə edilməsidir. Müəllifin dediyi kimi, əgər bu sözlər dəyişdirilərsə, mahnının mənası da itər.
SÖZLƏRİ:
Şuşanın dağları başı dumanlı,
Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı yaşıl tumanlı,
Dərdindən ölməyə çoxdu gümanım.
Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da balam, barı gül.
Şuşada axşamlar yanar ulduzlar,
Onlardan gözəldi gəlinlər, qızlar,
Oturub yol üstə yarını gözlər.
Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da balam, barı gül.
Şuşanın hər yandan gəlir sorağı,
Tərifə layiqdir İsa bulağı,
Dağları, bağları, qızlar oylağı.
Ay qız, bu nə qaş göz, bu nə tel,
Ölərəm dərdindən, onu bil,
Danışmasan da balam, barı gül.
#CamaatBand #ŞuşanınDağları #FolkRok

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@sofiyacavadzade3327
@sofiyacavadzade3327 4 месяца назад
Далее
Təyyar Bayramov - Şuşanın Dağları | ATV
5:57
Просмотров 16 тыс.