Тёмный

Diş həkimliyini atdı, qardaşı şəhid oldu, ailəsi efirə çıxmasını istəmədi - Nanə haqqında 

1000 Production
Подписаться 154 тыс.
Просмотров 217 тыс.
50% 1

O, ali təhsilli həkimdir, müəyyən bilgiləri var, Azərbaycan dilində çox aparıcılardan daha yaxşı danışır, müsahibi ilə söhbəti qurmağı bacarır. Biri var. Tanınmış teleaparıcı Nanə Ağamalıyeva.
Nanə Fazil qızı Ağamalıyeva 1980-ci il fevralın 12-də Bakida anadan olub. Əsl adı Nənəxanımdır. Teleaparıcı məktəbdə, universitetdə oxuyan zaman aktivliyiylə seçilib. Məktəbdə keçirilən tədbirlərdə aparıcılıq da edirmiş. Hətta Nanə xanım müsahibələrinin birində deyib: "Mirzə Ələkbər Sabirin “Millət necə tarac olur olsun” şeirini əlimdə təsbeh, kişi paltarında söyləmişəm və məktəbin yarısından çoxu bilməyib ki, rolu oynayan mənəm."
Nanə xanım uşaqlıqda toxuculuğa, tikişə, şahmata, gimnastikaya, rəqsə gedib. Xüsusən də şahmatı çox sevib. Hətta indi də valideynlərinə irad tutur ki, niyə şahmatla peşəkar səviyyədə məşğul olmağı üçün ona təkid etməyiblər. Eyni zamanda Əminə Dilbazinin “Çinar” rəqs qrupunda 6 ilə yaxın rəqslə məşğul olub.
Universitet illərində baş vermiş hər hansı hadisəni şərh edəndə tələbə yoldaşları Nanə xanıma “aparıcı olmalısan” deyirmişlər. Amma özünün belə bir arzusu olmayıb. Hər zaman xarici ölkələrə səfərlər, səyahətlər edən bir iş xanımı olmaq istəyib. Amma necə deyərlər, sən saydığını say, gör fələk nə sayacaq. Belə ki, o 2005-ci ildə müsabiqə yolu ilə ATV telekanalına işə düzəlib. Əvvəl radioda çalışıb. Radiodakı fəaliyyəti bəyənilib, sonra isə televiziyada çalışıb.
O, Azərbaycan Dövlət Tibb Universitetini bitirib və həkim-stomatoloqdur. Televiziyaya gələnə qədər 2 saylı uşaq stomatoloji poliklinikasında stomatoloq işləyib. Hələ universitetin 2-ci kursunda oxuyandan həkim kimi çalışırmış. ATV-yə işə düzələndən sonra həm poliklinikada, həm də televiziyada işini davam etdirib. Radioda “Səhər” verilişinin aparıcısı olandan sonra isə iki yerdə işləməyi alınmayıb. Ora qaç, bura qaç. Sonradan teleaparıcını poliklinikadakı işindən azad ediblər.
Nanə Ağamalıyeva deyir ki, poliklinikada diş düzəldən zaman həyatının mənasız olduğunu hiss edirmiş. Maddi baxımdan hər şey əla olub, amma iş sarıdan xoşbəxt deyilmiş. ATV-yə işə qəbul olunandan sonra boşluğu doldurduğunu düşünür. 2005-ci ildə radioda iş elanı görüb və həyatını dəyişmək, maraq qatmaq üçün özünü sınamaq qərarına gəlib. Hətta zəng edən zaman ona deyiblər ki, “Sizin gözəl sənətiniz var. Nahaq yerə zəhmət çəkib gəlirsiniz. Poliklinikada işləyirsiniz, nə işiniz var burda?. Sizə burda iş olmayacaq”. O isə deyilənə qulaq asmayıb, müsabiqəyə gedib. 200 nəfərlik zalda son sırada oturubmuş. Münsiflər heyətində əyləşən Emin Musəvi üzünü zala tutub “rus dilində bilən varmı” deyib. Orta məktəbi 8-ci sinfə qədər rus bölməsində oxuyan Nanə xanım Əlini qaldırıb ki, mən bilirəm. Verilən suallara layiqli cavablar verib. Onu da vurğulayaq ki, şansının olmadığını düşündüyü üçün sınağa valideynlərindən xəbərsiz gedib. Qardaşı radioda çalışmağına razı olub, amma televiziyaya çıxmağını istəmirmiş. Sonradan məcbur qalaraq razılaşıb.
Onu da vurğulayaq ki, aparıcının qardaşı Qarabağ savaşında şəhid olub. O həmin hadisəni bu cür xatırlayır: "Heç bir söz bu ağrını, bu acını ifadə edə bilməz. Mənim qardaşım 6 əsgərlə birlikdə şəhid olmuşdu. Bu mənim ölənədək sağalmayan yaramdır.
Uşaqlıqdan Rafiq Hüseynovu çox sevirmiş. Özü aparıcı olsa da Nanə xanım ümumiyyətlə televiziyaya baxmadığını deyir. Amma məlum məsələdir ki, o, çox uğurlu teleaparıcıdır. Həmkarlarının 10 ilə əldə etdiyi uğuru 2 ilə qazanıb. Teleaparıcı işə yeni başladığı dövrləri bu cür xatırlayır: " İşə yeni başladığım vaxtlar səhər saat 6-da işdə olurdum və gecə saat 11-də evə qayıdırdım. Radioda “Səhər” proqramının aparıcısı olduğum üçün işə tez gedirdim.
Mənə deyirlər ki, aparıcısı olduğum “Gün keçir” verilişinin studiyası ilə Səba Tümərin studiyası eynidir. Bir növ plagiatlıqda ittiham edirlər. Səba Tümər də kimdənsə götürüb. Siz nəticəyə baxın.
Müsahibələrinin birində Nanə xanıma Niyə ailə qurmursunuz? sualını veriblər. O isə cavabında : "Hər bir insan həyatda məsuliyyət daşımalıdır. Əgər sənə inanıb, güvənirlərsə məsuliyyətli olmalısan. O məsuliyyəti hiss edəcək insan qarşıma çıxarsa ailə quraram."- deyib
Onu da qeyd etmək lazımdır ki, tanınmış aparıcı ədəbiyyatı çox sevir. Xüsusən də şeiriyyatı. Xaraktercə də romantik xanımdır. Amma son zamanlar mütaliə üçün elə də vaxt ayıra bilmir. O eyni zamanda gözəl səsə də sahibdir. Hətta bir neçə mahnı da ifa edib.
Aparıcının efirdən getdiyi ilə bağlı zaman-zaman şaiələr yayılır. Nanə xanım özü bu haqqda deyib: “Sənətçilərə motivasiya verənləri Allah qorusun. Bizi həvəsdən salan o qədər nüanslar var ki... Bir səbəb yetər ki, efirdən gedim. Xoş sözlər eşitmək insanı ruhlandırır. Öz işimi görürəm, heç kimin işinə qarışmıram. Hər kəs bir-birinə dəstək olsa, hər şey yaxşı olar”
Tanınmış aparıcıya sənət yolunda uğurlar arzu edirik!

Опубликовано:

 

25 июн 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 315   
@zeynalslimov
@zeynalslimov 5 месяцев назад
Nanə xanım musiqiyə yuksək dəyər verən 1nömrəli aparıcıdı.Allah şəhid qardaşına rəhmət eləsin .
@pervizabbasov4263
@pervizabbasov4263 11 месяцев назад
Nanə çox gözəl savadli xanimdi niyə düzün demirsiz xanim aparicilarin içində ən savadli aparici nanə xanimdi paxiliq eləmiyin sözün düzün deyin açiğ geyindi yersiz güldü sizə nə onun savadinan danişin allah hər şeyi görür qaldiki ailəyə neyniyir qurub düz eliyir allah xoşbəxt eləsin o buna layiqdi halaldi nanə sənə nanə kimi ətirlisən şirin qiz
@pervinabiyeva6198
@pervinabiyeva6198 5 месяцев назад
Leyla Quliyevadir en savadli
@jannataghayeva5527
@jannataghayeva5527 6 месяцев назад
Men bu xaimi çox sevirem. Çox savadli, medeni ve s. Ona xoşbextlik arzu edirem.
@EhedEhedov-vc3yg
@EhedEhedov-vc3yg 11 месяцев назад
Xahiş edirəm şəhidlərin adından istifadə etmeyin.Allah bütün şəhidlərimizə rəhmət etsin.Qəbirləri nurla dolsun!
@mayamustafabeyli7911
@mayamustafabeyli7911 6 месяцев назад
Qardaşi şehid olub,burda istifade ne var haqqina girmeyin hec kiimin
@user-sw8xi3rm3l
@user-sw8xi3rm3l 10 месяцев назад
ALLAH SƏHİD QARDASİNA ÖLMƏZ SƏHİDİMİZƏ RƏHMƏT ELƏSİN
@elmiraimanova9990
@elmiraimanova9990 Год назад
O nanə deyil,nənəxanimdir!,sonrada neynir əri yaşayirda özücün,ərə gedənlərin əli yaga batib,bununki bala batacag.Duz deyir gərək gedərdi şaxmat oynayardi efirdə gic gic gülüşünü görməzdik!😅🥹😀😃😆🥲😇😊😊
@hecemetkosayeva1290
@hecemetkosayeva1290 5 месяцев назад
😂
@HAZARD-p7o
@HAZARD-p7o 5 месяцев назад
Gözəl verliş aparır
@ilqar2064
@ilqar2064 Год назад
Hec vaxt qardaşının şəhid olmasınnı deməyib.Allah rəhmət eləsin Amin
@renasohbetova8506
@renasohbetova8506 Год назад
Butun burda deyilemleri hamsi deyilib efirde.Qardaainin sehid olmasinida.yasi ise 1979 cu ildir.
@lalehebibi6912
@lalehebibi6912 Год назад
​@@renasohbetova8506Fazilin ne vaxt deyilib ki şehid oğlu var
@idabahman5648
@idabahman5648 10 месяцев назад
Na
@qonc7916
@qonc7916 Год назад
Nanə xanım elə aparıcıdır ki, onun verilişində nə bayağı musiqi, nə də səsi olmayan səviyyəsiz müğənni görünmür Gözəl sənətkarlar iştirak edir, əsl Azərbaycan musiqisi səslənir Böyük sənətkarlarla bərabər istedadlı gəncləri də dəvət edir Allah sizi var eləsin, gözəl xanım ❤
@AyselMemmedzade-qi9bt
@AyselMemmedzade-qi9bt 11 месяцев назад
Beli
@user-ym9qb6ko2f
@user-ym9qb6ko2f 8 месяцев назад
Allah cemi şehidlerimize rehmet elesin😢
@user-cz2me8ro3i
@user-cz2me8ro3i 6 месяцев назад
Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin
@VAQIFRZAYEV-be2zv
@VAQIFRZAYEV-be2zv 6 месяцев назад
Allah rehmet etsin. Cemi şehidlerimize AMIN. İNŞƏALLAH.
@bellakelbiyeva9101
@bellakelbiyeva9101 6 месяцев назад
Allah butun şəhidlərimizi rahmat etsin Amin..😢😢😢Nanə xanim sizi mən cox isdiyirəm həmdə mənim qizima cooooox oxşayirsiz başdan ayağa canim qizim Allah sizi xöşbəxt etsin üözəl ailəniz olsun valideynlərini Allah qorusun sizin kimi hərtərəfli səxsiyət yetirib ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@erebciraqi7720
@erebciraqi7720 6 месяцев назад
Nane xanim verilisleri cox mükemmeldir.Musiqi sahesinde onun emeyi coxdur.bunu qiymetlendirmek lazimdir.Allahdan bu xanima qadin Xöşbextliyi ARZULAYIRAM ALLAHDAN.❤❤❤❤❤
@user-so9lo5rs1s
@user-so9lo5rs1s 5 месяцев назад
Heçnə o boyda şan şöhrət evlənməsi indi 45 yaşi var həyatı heçnə indidə olsa həcdə olsa Allah xoşbəxtliyi versin qardaşinada Allah rəhmət etsin
@ibrahimhasanov648
@ibrahimhasanov648 6 месяцев назад
Allah rəhmət eləsin səhidlərəmizə
@mayamustafayeva3387
@mayamustafayeva3387 Год назад
Çox bacarıqlıdır əsl jurnalistdirNanəli verilişi isə əvəzolunmazdır Sağ olsun ki müğənniləri canlı oxudur
@adileabishova1675
@adileabishova1675 10 месяцев назад
Allah şəhid qardaşına rəhmət eləsin
@gulyldz6092
@gulyldz6092 11 месяцев назад
Nanə Xanımı çox sevirik , O Türkiyədə bizim evin ən Mötəbər qonağı olub❤
@rehimexanmabdurehimova8584
@rehimexanmabdurehimova8584 11 месяцев назад
Öz millətimizin qızıdı.Nəsə öz milli qızlarımızda gördüyümüz qüsurları cox şişirdirik.Başqa millət ilə evlənəndə nə kecmişinə nə geyiminə baxmırıq.Nanə xanım qoy xoşbəxt olsun .
@arifeasgerova
@arifeasgerova 6 месяцев назад
Afərin, çox doğru...
@samkasamka5900
@samkasamka5900 Год назад
Normalda ölülər haqqında çəkirdiz. deyəsən ölülər qutardi dirilere keçdiz..... Gözəl alınıb əhsən ❤
@dr.cosmetologist
@dr.cosmetologist 11 месяцев назад
Gerek olerdi sonra cekerdiler?)) insana sagliqinda qiymet vermek lazimdi🎉❤
@samkasamka5900
@samkasamka5900 11 месяцев назад
@@dr.cosmetologist o da düzdü:) millət olaraq öyrəşmişik axi ölənen sonra dəyər verməyə 😀😀
@HedosBen-oz5pi
@HedosBen-oz5pi Год назад
Her kesin heyatı acılarla dolu Ne olsun ki efirde hemişe gülerek.aglayarax aparıp verlişi..onunla bile bir zirvede gedir . Qardasınada Allah rehmet elesin..🤲♥️😘🌹.
@RebbinNuru-xq2mr
@RebbinNuru-xq2mr 6 месяцев назад
Nane xanimin daniwiģ intanasiyasi,telefuzu,cox xowuma gelir.. Efirde bezen gozel gorsenir,bezende yox
@user-ui3fi4tx8l
@user-ui3fi4tx8l 5 месяцев назад
Gözel üreyi var Nane xanimin❤️ Allah ureyine gore versin🎉
@ismaylzadexyal7665
@ismaylzadexyal7665 Год назад
Diş həkimi olsaydı daha yaxşı olardı. Efirdə özünü yaxşı aparmır.
@tukazbankrimova9457
@tukazbankrimova9457 Год назад
Diş texnokomluğunda oxuyub həkim deyil
@teraneekberova8708
@teraneekberova8708 11 месяцев назад
​@@tukazbankrimova9457 Xeyr, sehv deyirsiz, tibb universitetini bitirib....
@asfqz7023
@asfqz7023 10 месяцев назад
Neyniyir ki,mayallaq aşır?Normal aparır
@vusal960
@vusal960 6 месяцев назад
Pis aparıb neynir ki, nalayiq sölər danışır, yoxsa neynir? Çox gözəl veriliş aparır, maraqlı ,baxımlı verlişləri var.
@quliyev8039
@quliyev8039 6 месяцев назад
Heee
@user-kk3ji5no9e
@user-kk3ji5no9e 5 месяцев назад
Gözəl muşiqimizi tərənñüm edən sənətkatları çağəfır,məmñun oluruq❤
@mtanetehmedova7788
@mtanetehmedova7788 10 месяцев назад
Bəziləri kimi şəhid adından istifadə etməyib allah bütün şəhidlərimizə rəhmət eləsin
@kapitankatani2686
@kapitankatani2686 6 месяцев назад
Salam cok duz ozu Wehid haqinda hec vaxt daniwmayib..❤
@lalehebibi6912
@lalehebibi6912 5 месяцев назад
Burda gör necə yaraşıqlıdı indi çox pis olub sifəti
@latafatagayeva6775
@latafatagayeva6775 10 месяцев назад
Allah qorusun🤲🤲
@sbinomrova8333
@sbinomrova8333 10 месяцев назад
Nane xanıma uğurlar arzulayiram❤
@reyhanbayramova6820
@reyhanbayramova6820 3 месяца назад
Nanə savadlı qızdır.Amma gülüşünü mən də sevmirəm.Hər gözəlin 1 eybi olar.Allah şəhid qardaşına rəhmət eləsin.Amin.
@kazimlixaver9053
@kazimlixaver9053 Год назад
Qardaşı şəhid olduğu barədə heçç danışmayıb.Allah rəhmət eləsin.
@talis9633
@talis9633 Год назад
Bəli heç danışmayıb. Çox təəssüf
@allintelallintel560
@allintelallintel560 11 месяцев назад
Eşiymişik.sen eşitmemisen.
@nergizinmetbexi4706
@nergizinmetbexi4706 11 месяцев назад
Q
@mahiramirzoeva4251
@mahiramirzoeva4251 11 месяцев назад
Müharibədə Şəhid zad olmayıb. avtomobil qəzası keçirib
@azerbaijan_az
@azerbaijan_az 11 месяцев назад
Amma mən bir dəfə eşitdim ki,dedi qardaşım dənizdə batıb. Çox gənc yaşlarında,gərək ki, heç 20 yaşı da olmayıb. Səhv etmirəmsə,belə bir şey danışdı. Necə iller bundan əvvəl. Allah rəhmət etsin.
@asyaazizili2855
@asyaazizili2855 11 месяцев назад
ZAURLA COOOX YARASARDİLAR AMMA YAZİ YAZAN BELƏ YAZMAYİB ALLAH NANƏYƏDƏ OZ URƏYİNCƏ BİR OGLAN QİSMƏT ETSİN
@user-fr4mk1kp5u
@user-fr4mk1kp5u 6 месяцев назад
AMİN GÖZƏL AİLƏ SƏADƏTİ ARZULAYIRAM ƏSMƏR XANIMLA BAHƏM .❤❤❤❤ SINIZ ...AMMA BELƏ SƏNƏTKARLAR ÖZLƏRİNƏ UYĞUNLA AİLƏ QURMALIDIRLAR HƏR YETƏNLƏ YOX..ALLAHIM XEYİRLİSİN QİSMƏT EYLƏ AMİN BU ŞİRİN MEHRİBAN QIZLARA ALLAHIM AMİN ❤❤
@user-zb5zl2eq6n
@user-zb5zl2eq6n Год назад
Besirin siz Allah ne yaxsiya qiymet vere bilirsiz ne de pise efsuslar olsun ki bu cur xanim bele qiymetlendirirsiz var olasiniz Nane xanim Sukur ki heyata bele xanimlarda var
@semsem7815
@semsem7815 10 месяцев назад
Mən yazacagdim, cox gözəl verilis aparirdi danisigi apariciligi fərgli idi heyifki getdi efirdən.
@user-tm9le7vc7y
@user-tm9le7vc7y Год назад
diş həkimi özünə belə diş saldırıbsa artıq sözüm yoxdu
@akaxa24
@akaxa24 Год назад
😂😂😂😂
@dr.cosmetologist
@dr.cosmetologist 11 месяцев назад
Ne etmelidi disi curul halda gezmeliydu😂😂
@resdovsamirgmailCOM
@resdovsamirgmailCOM 10 месяцев назад
Bu ne gic reylerdi
@CristinoRONALDO-ue1yl
@CristinoRONALDO-ue1yl 6 месяцев назад
​@@dr.cosmetologistdana dişləri yoxda day
@sahibqurbanli3778
@sahibqurbanli3778 6 месяцев назад
Bir az geyimlərinə nəzarət etsə daha yaxşı olar.Allah qardaşına və digər Şəhidlərimizə rəhmət eləsin. Nanə xanıma da daha böyük sənət ugurları, xoşbəxt ailə qurmasını arzu edirəm.
@etanetqasimova5947
@etanetqasimova5947 11 месяцев назад
Allah xoşbext eləsin yaxşı qızdı Artıq əskik yazmaq lazım deyil .Sevən baxsın sevməyən məcbur eləmirlər
@parvanasamedova4661
@parvanasamedova4661 5 месяцев назад
Allah qorusun!
@nahideelekberova5802
@nahideelekberova5802 5 месяцев назад
Sağalmayan yara cox çətindi allah özünü xöşbəxt etsin
@user-cb3ks8bn3t
@user-cb3ks8bn3t 11 месяцев назад
Хошбахт ол ❤
@user-vv7kn3bj5x
@user-vv7kn3bj5x Год назад
Аллах рахмат еласин😢😢
@mydestiny7675
@mydestiny7675 6 месяцев назад
Nane xanim,size uģurlar🌹🌹🌹
@mlahtmirzyeva5452
@mlahtmirzyeva5452 10 месяцев назад
Evlənməyib yox ərə getməyib.Kişilərlə qadınların yeri bu məsələdə də yerlərin dəyişib.
@truva0508
@truva0508 4 месяца назад
Çok səs-küylüdür bəzən pis geyinir çok kişi kimi!!!qadın qadın olmalıdır! həyatda çok güman ki,səmimi insandır!! bunu hiss edirəm
@xzr5188
@xzr5188 5 месяцев назад
Elə indi də nə qədər yersiz şit şaqqanaq vurur ❓🤗 Şəhid Qardaşına və bütün Şəhiidlərimizə Allah Rəhmət Eləsin 🙏
@user-ue6ry7cy6o
@user-ue6ry7cy6o 6 месяцев назад
Allah şəhidlərimizə rəhmət eləsin mənim qardaşımda şəhid olub
@user-nd2sd1ox1d
@user-nd2sd1ox1d 5 месяцев назад
allah rehmet elesin mekann cenet olsun😢🤲🏽😔
@renasohbetova8506
@renasohbetova8506 Год назад
Mende ele dusunurem.yas otsede sebir edirem.qarsina cixan en azi ozun qeder mesuliyyyetli olmalidir.yoxsa gosteris ucun aile lazim deyil.ekser ailelerde ancaq bunu goruruk.daxilde ise her kes oz kefinde..,
@user-qt4kc6fv9t
@user-qt4kc6fv9t 5 месяцев назад
Allah rəhmət eləsin😢
@mubarizhsnli6038
@mubarizhsnli6038 6 месяцев назад
Amin
@VAQIFRZAYEV-be2zv
@VAQIFRZAYEV-be2zv 6 месяцев назад
Atv telekanalinin aparicilari hamisi mesuliyyetli ve savadlidir.
@Maya-qi8mn
@Maya-qi8mn 6 месяцев назад
Nane cox savadli xanimdi hekimliyide ela qiymetlernen bitirib.Esli Astaradandi
@untrueworlddreams1989
@untrueworlddreams1989 6 месяцев назад
Üzümdə o qədər plastik əməliyyat etdirib ki, artıq sanki maska taxmış kimi görünür. Sifəti donuq bir hala düşüb!
@ilqar2064
@ilqar2064 Год назад
Hər halda ailə qurmaq ĺazımdır. Dünyaya uşaq gətirsin
@sebirecaniyeva2421
@sebirecaniyeva2421 Год назад
Her ayle qoran owag dunyaya geturir oda bir qismetddi ere gedenler olor yoxdo owag oda ele yawa getsin
@grommolniya3998
@grommolniya3998 11 месяцев назад
Sonsuzdu. NANE
@user-rj2gx9yz4x
@user-rj2gx9yz4x 11 месяцев назад
Qismet,utanın qınamayin
@MedineQuliyeva-xu2cr
@MedineQuliyeva-xu2cr Год назад
Bow bow gulmekden.uzucu sohbetden bawqa ne bilir k8?
@semadekor
@semadekor 11 месяцев назад
Nanəli verlişi superdi.
@user-xy3jh4od6d
@user-xy3jh4od6d 6 месяцев назад
Gozel kiz nane seni cox sevirem ❤ 🎉
@orxanesedollayev1372
@orxanesedollayev1372 Год назад
Bakıda yox astara rayonu şiakaran kəndində olub şəhid qardaşı yoxdur
@user-sh4eo4dz5n
@user-sh4eo4dz5n 6 месяцев назад
Bəli düz deyirsiniz
@meftuneibadova7058
@meftuneibadova7058 10 месяцев назад
Gozel aparicidi
@ilhamisrafilova5296
@ilhamisrafilova5296 6 месяцев назад
Her yerinde estetik var
@user-qf2zx7ms3f
@user-qf2zx7ms3f 6 месяцев назад
Qardaşı şehid olduğun indi bildik allah cemi şehidlere rehmet etsin
@user-hx9uj3iu5s
@user-hx9uj3iu5s 10 месяцев назад
Nane oz aleminde dir dir ele hey daniwir. Gelen qonaqlarini agzini acib daniwmaga imkan vermirki... Qiriq radio kimi menasizca daniwir. Qarwisindaki daniwani dinlemir...
@shlailyasova6452
@shlailyasova6452 Год назад
Menim Naneden xoşum gəlir ona göre ki o ,çox gözəl musiqini bilir.cox yaxşı aparlcldl. Afferin
@bexdiyarmemmedov
@bexdiyarmemmedov 6 месяцев назад
Alahremetelsin
@gulsnorucova9728
@gulsnorucova9728 5 месяцев назад
Mən heç bilmirdim ki,Nanə xanımın qardaşı şəhid olub.Allah bütün wehid qardaşlara rəhmət eləsin.🤲🤲🤲😔
@user-cn1nm3mu6l
@user-cn1nm3mu6l Год назад
Hec xosum gəlmirdə BUNAN cox gulur sozun dememis..
@RafiqMuradov-th2gw
@RafiqMuradov-th2gw 6 месяцев назад
Allahrehmetetsinamin
@azerbaijan_az
@azerbaijan_az 11 месяцев назад
Amma bir. Dəfə televiziyada səhv etmirəmsə belə bir musahibə veridi,orda soylədiki ki, qardaşı dənizdə batıb. Allah rəhmət etsin, yeri behişt olsun. Şəhid bacısı kimi daha çox hörmətim artdı. ❤❤❤
@gulnur9786
@gulnur9786 6 месяцев назад
Mən də elə eşitmişəm qardaşı dənizdə boğulub
@VAQIFRZAYEV-be2zv
@VAQIFRZAYEV-be2zv 6 месяцев назад
Atv Telekanalinin butun aparicilari eladir.
@lalehebibi6912
@lalehebibi6912 Год назад
Vaxtı keçir ere getseydi bir uşağı olardı
@narmintagiyeva
@narmintagiyeva 5 месяцев назад
Bizim cəmiyyət evliliyi ancaq uşaq yaratmaqda görür. Halbuki, uşaqsız da xoşbext evlilik həyatı yaşamaq olur. Evlilik iki bir-birini tamamlayan insanın bir həyatı paylaşmasıdır. Uşaqdan ötrü evlənmək nə dərəcə normaldır? Ürəyi uşaq istəyən üçün zaman,vaxt,yaş problem deyil. Uşaq evləri doludur ana həsrətində olan körpələrlə. İstəyən birini götürür övladlığa, olur ana. Ana olmaq istəyib uşaqları gerçəkdən, içdən sevən bir qadına, ya da kişiyə fərq etmir ki, o uşaq onun genindəndir,ya yox, çünki belə insanlarda eqo olmur.
@fuadmuradov1610
@fuadmuradov1610 10 месяцев назад
Nenexanim Fezail gizi Agamaliyeva Astara ray. SİYEKARAN KENDİ. GARDAŞİ avtomobil gezasinda rehmete gedib Yaşi 47. Bu dünya niye düzelmir ? Yalan danişirsiniz , verilşinden baş acmag olmur , hec baxmag bele adam istemir ,yalandan terif edirsiniz .Yazan anadir
@user-zc5py8io1l
@user-zc5py8io1l 6 месяцев назад
😢😢🙏🙏🙏🙏
@melahetteletova6369
@melahetteletova6369 11 месяцев назад
Zeylem qedir bundan..Sesi adami deli edir..
@user-ml1ud2wg8j
@user-ml1ud2wg8j 6 месяцев назад
❤❤❤
@arifezekiyeva4579
@arifezekiyeva4579 Год назад
Sani cox sevirem Nane❤
@zarifamahmudova1439
@zarifamahmudova1439 Год назад
Bundan xoshlanmiram. Yaxshi olar ki, Azerbaycanin unudulmush senetkarlari haqqinda verilish hazirlayasiniz. Meselen, Mecnun Hacibeyov,Sevil Xelilova,Mesume xanim,Ofeliya Memmedzade,Gulnar Salmanova,Ofeliya Aslan, Sefure Ibrahimova ve s. Onlar mene daha maraqlidir.
@mesumedashdemirova1973
@mesumedashdemirova1973 Год назад
Hansı Məsumə ?
@ferqanenecefova2032
@ferqanenecefova2032 11 месяцев назад
​@@mesumedashdemirova19733 ğəlindən biri...
@SebihSemedova-dp8ih
@SebihSemedova-dp8ih Год назад
Nane gozel xanimdi cox aevirem onu
@hxndnd4020
@hxndnd4020 6 месяцев назад
Nanənin heçbir verlişin bəyənmirəm səsidə başıma düşür
@arzuheydrovabalss5373
@arzuheydrovabalss5373 6 месяцев назад
Nanə xanım savadlı və gözəl səsli xanımdır, alternativsiz aparıcıdlr
@snan2777
@snan2777 6 месяцев назад
NANENIN DANIWIGI NOLL III EDE EDE DURUR GULMEKDEN HORMETLI TAMAWACILAR DEMEKDEN BAWQA HEC NE BILMIR
@xana6654
@xana6654 Год назад
Nanə xanım❤🌹🌹🌹
@muradrzayev525
@muradrzayev525 6 месяцев назад
Nanə.xanıma.səbir.diləyirəm.qardaşına.görə.Amma.bir.ata.olaraq.Nanə.xanıma.xşbəxtlik.arzu.edirəm.Ona.xoşbəxtlik.yaraşır.
@alidenesirova9423
@alidenesirova9423 6 месяцев назад
O qədər adam oxuyub diplom alib atir bir tərəfə Nənə xanimda olardan ,həkimlikdən başi cixmadiqindan😊
@UserUser-ji1gt
@UserUser-ji1gt 10 месяцев назад
Sey sey yazmiyin wehit bacisi olanda nolur gulmek her insana lazimdi unun dayda bawi ucadi sizder bizder ucun qardawi wehit olub xaiw edirem xowunuz gelmesede gic gic sozder yazmayin Nane xanim bir qadindi Ozde esil azerbaycan qadini namusinan oz heyatin yawayir
@Semaye869
@Semaye869 6 месяцев назад
Savadlıdı amma heç cür sevə bilmirəm çox rolçu gəlir soyqdu😊
@ramizzeynalov4234
@ramizzeynalov4234 Год назад
Çox qış qışqırır.Niyə qışqırdığını ona sual veriblər görəsən???
@salamsaqo660
@salamsaqo660 Год назад
ÇOX GÖZƏL DEDİNİZ
@yarasiqlioglan5280
@yarasiqlioglan5280 11 месяцев назад
😂😂😂😂😂
@seidemuradova9636
@seidemuradova9636 5 месяцев назад
1980 ci il ola bilmez men aglim kesenden onu efirde gormuwem
@K.pop_10
@K.pop_10 Год назад
Mən dəonun çox gülməyini xoşlmırdım, indi bir azda qıcıq oldum.Şəhid bacısı olduğunu öyrəndim.Yeri gəldi gəlmədi gülmək şəhid bacısına yaraşmır axı.Allah bütün şəhidlərimizə rəhmət eləsin.
@arzuyusifova1079
@arzuyusifova1079 11 месяцев назад
Beli teessuf ki, indi de bizleri harasa işe göturende ilk sual bu olur: rus dilini bilirsenmi?
@amilsefeyiv6941
@amilsefeyiv6941 6 месяцев назад
Hekimliyde soyna bilmiyecey axı zehlem gedir naneden dişderi çölde heç bilmir özün neter aparsın eri neynir ateve eridi hamsı döşün başın dişderin qoyur çölde efirde bilmir heç neter dursun qoca eşək kimi ele dişişderin agardır az terifle
@Genclik-pz8sc
@Genclik-pz8sc 5 месяцев назад
Nanə efirdə çox gülür,bərk danışır,səsi adamın başına düşür,və sürətli danışır,anlamaq olmur,bunu tək mən demirəm,çalışsın düzəliş etsin
@durdanliyeva
@durdanliyeva Год назад
Bir qarışqanı yarada bilmirik, bizə neyniyir? yaşasın da özü üçün.
@anar3361
@anar3361 Год назад
Quşda yuva qurur tək insan olar bunun qocalığı var
@user-fr4mk1kp5u
@user-fr4mk1kp5u 6 месяцев назад
Amin bütün şəhidlərimizi ALLAHIM RƏHMƏT EYLƏSİN NANƏ GOZƏL APARICIDIR ŞİRİN QIZDIR ❤❤❤❤❤
@mensurbalayev2054
@mensurbalayev2054 6 месяцев назад
Ay allah hamı Nananin soyunmağını görursuz aparıcılar hamsı çılpağdı mənə marağlıdı Nananın pis tərəflərini görən nə çoxdu elə bill aparacıla oturub durursuz sizcə ayb yada mədəniyətsizliy deyilmi hansısa xanımı tanımadan ona təqir yazmağ hərənin öz səhfi var heç kim mukəməl deyil
@zeynebsadigova494
@zeynebsadigova494 7 месяцев назад
Kecmişden indiye kimi cox deyişib ama yersiz baş ağrlsl gülüşünden başqa her söze hlrlldlylr👎👎👎
@ilhamisrafilova5296
@ilhamisrafilova5296 6 месяцев назад
Hec xowum.gelmirde bu xanimdan
@sebirecaniyeva2421
@sebirecaniyeva2421 Год назад
Nane Esli Astaradandi
@user-yd8gy4hh2u
@user-yd8gy4hh2u 6 месяцев назад
Ne bomba yerdi 😅
@lalmmmdova9473
@lalmmmdova9473 6 месяцев назад
Xoşum gəlmir çox saxta gəlir danışıgı davranışı hələ gülüşü çox bərbaddı
@dinozavr1370
@dinozavr1370 Год назад
İnşaallah ailə qursun. İşinə qaldıqda isə aparıcılıgını lap da çox bəyənmirəm. Nə deyim. Amma sadə qızdır. Danışıgı qərubədir. Teztez danışır. Elə bil qovurlar onu. Allah qabagına yaxşı insan çıxarsın. Övladı olsun. Səyyarə Səyyaf haqqında danışın. Çoox sevirəm onu.
@gulnaredadasova1639
@gulnaredadasova1639 Год назад
Bundan sonra gedəcək? Vaxtında Ana olmaq lazlmdı
@leylaleyla7059
@leylaleyla7059 Год назад
Nane Astara rayonu Şiyekaran kendinde doğulub bu 1.qardaşı cemi birayın esgeri olub ve aftomobil qezasinda 6 neferden tek o helak olub buda 2 .
@muradnovruzbekov1232
@muradnovruzbekov1232 Год назад
Təvəllüdü 1980-dır?
@xeyaleqasimova6153
@xeyaleqasimova6153 11 месяцев назад
​@muradnovruzbekov1232 81
@sevincrehimova4757
@sevincrehimova4757 11 месяцев назад
Neden yalan deyirler qardaşi şehid olub😡
@intizaraliyeva6838
@intizaraliyeva6838 Год назад
Tel.yaraşır,səsində yaxşıdı,amma çox yersiz qülür.Söz ehtiyatı azdı ona qörədə tez tez hmmm hmmm və boş qülüşlərdən istifadə edir.Allah xoşbəxt eləsin, Azərbaycan qızımızdı.Ümümiyyətlə mən tel.bax.ıram.😊😊
Далее
Nanənin əsl yaşı hamını şok etdi (Şou ATV)
15:32