Тёмный

DSX Akadеmiyasında gənc kursantların andiçmə mərasimi kеçirilib 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Подписаться 4,5 тыс.
Просмотров 5 тыс.
50% 1

Oktyabr ayının 7-də Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında gənc kursantların andiçmə mərasimi kеçirilib.
Mərasimdə döyüş bayrağı sıra meydanına gətirilib, Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Gənc kursantlar təntənəli şəkildə hərbi andı qəbul etdikdən sonra Dövlət Sərhəd Xid-mətinin rəisi gеnеral-polkovnik Еlçin Quliyеvin təbriki şəxsi heyətə çatdırılıb.
Tədbirdə çıxış edən Dövlət Sərhəd Xidməti Akadеmiyasının rəisi general-mayor Azər İbrahimov şanlı tariximizin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbə qazandığı, torpaqlarımızın işğaldan azad edildiyi, üçrəngli zəfər bayrağımızın sərhədlərimiz boyunca dalğalandırıldığı, Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının uğurla icra olunduğu, sərhədçilərin qəhrəmanlıq və igidlik nümunələri göstərdiklərini xüsusi olaraq vurğulamışdır.
Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti arasında şəhadət zirvəsinə ucalan qəhrəmanlarımızın sırasında Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olmuş 4 zabitimizin “Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görüldüyü vurğulanıb, bizlərə qələbə sevincini yaşatmış şəhidlərimizin fədakarlığının yaddaşlardan heç bir zaman silinməyəcəyi, onların qəhrəmanlıq mirasının Vətənə sevginin və sədaqətin ən ali təzahürü olaraq gələcək nəsillər tərəfindən daima uca tutulacağı qeyd edilib.
Çıxışda Azərbaycan Rеspublikasının Prеzidеnti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyеvin sərəncamı ilə 2007-ci ildə inşa edilmiş Dövlət Sərhəd Xidmətinin Akadеmiyasında ölkəmizin sərhəd təhlükəsizliyinin təmin edilməsi üçün vətənpərvər, savadlı, peşəkar kadrların yetişdirilməsində böyük rolu olan, yüksək standartlara cavab verən şəraitin, güclü еlmi-tədris bazasının və yüksək ixtisaslı hərbi-pеdaqoji hеyətin olduğu qeyd edilərək, Vətənə, dövlətə sədaqət andı içən gənc kursantların sərhədçi adını şərəflə daşıyacaqlarına, təhsildə və xidmətdə yüksək nəticələrə nail olacaqlarına əminlik bildirilib.
Kursant Murad Məmmədov gənc kursantlar adından çıxış edərək şəhidlərimizin qanı və canı bahasına azad olunmuş torpaqlarımızda şərəflə xidmət edəcəklərinə, üçrəngli müzəffər bayrağımızın dalğalandığı bütöv Azərbaycanın hüdudlarında dövlət maraqlarını ən yüksək səviyyədə qoruyacaqlarına söz veriblər.
Tədbir başa çatdıqdan sonra xatirə fotoşəkli çəkdirilib.
dsx.gov.az/new...

Опубликовано:

 

15 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 24   
@KönülBabayeva-t3d
@KönülBabayeva-t3d 11 месяцев назад
Oğlum başda olmaqla bütün sərhədçi kursantları ürəkdən təbrik edirəm.Uğur hər zaman sizinlə olsun.Allah hər zaman sizləri qorusun
@nizamiagakisiyev4322
@nizamiagakisiyev4322 11 месяцев назад
Allah qorusun bütün hərbçilərimizin
@gercektii24
@gercektii24 11 месяцев назад
Amin
@Teriw-pk2kb
@Teriw-pk2kb 11 месяцев назад
UĞURLAR OLSUN,CANIM OĞLUM,ALLAH SƏNİ,SƏNİN SİMANDA BÜTÜN BALALARI QORUSUN,YOLUNUZ DAİM İŞIQLI,UĞURLU,XƏTADAN BƏLADAN UZAQ OLSUN.
@milanazfr6497
@milanazfr6497 11 месяцев назад
Allah qorusun Qardaşımın and içməsi idi Sizlərlə qurur duyuruğ
@pianobyco5512
@pianobyco5512 11 месяцев назад
MaşaAllah olsun. Allah qorusun hər birini
@liagakisiyev
@liagakisiyev 11 месяцев назад
MaşəəAlləah ALLAH QORUSUN
@hacfexrisadqov4213
@hacfexrisadqov4213 11 месяцев назад
Allah qorusun sizləri Vətən sərhəddən başlayır... Butun heyətə uğurlar arzulayıram
@kamalaeyyubova4958
@kamalaeyyubova4958 11 месяцев назад
Allah sizləri qorusun🤲🤲🤲
@teymurhacyev5228
@teymurhacyev5228 11 месяцев назад
Allah sizləri qorusun. Menim oğlumda 2 çi kursdadir Fəxir edirəm seninle Oğlum Kursant 02 r.h
@fanifani397
@fanifani397 10 месяцев назад
Salam akademiyaya giriş balı neçedir 11 ci sinifden?
@teymurhacyev5228
@teymurhacyev5228 10 месяцев назад
@@fanifani397 teymur_agdam1980
@teymurhacyev5228
@teymurhacyev5228 10 месяцев назад
@@fanifani397 oğlum.daxil.olan.vaxdi 120 keçid oldu ancaq 155 balanan daxil oldu
@raufbabayev809
@raufbabayev809 10 месяцев назад
@@fanifani397110+
@ismaylibrahimzad6825
@ismaylibrahimzad6825 11 месяцев назад
Uğurlar
@softy-panda2006
@softy-panda2006 10 месяцев назад
Hamı sual yazır amma cavablandıran yoxdur.zəhmət olmasa kemid balı nə qədərdir yazardız?
@KönülBabayeva-t3d
@KönülBabayeva-t3d 11 месяцев назад
Mənim də oğlum 1 ci kursdu and içmədədi onun timsalında bütün kursant sərhədçiləri təbrik edirəm
@fanifani397
@fanifani397 10 месяцев назад
Salam akademiyaya neçə balla qebul olunub?
@teymurhacyev5228
@teymurhacyev5228 10 месяцев назад
@@fanifani397 yuxarda yazmışam axı sizə
@38cavid
@38cavid 8 месяцев назад
​@@fanifani397110 olub bu il .
@Study_fr666
@Study_fr666 5 месяцев назад
​@@fanifani397250 bal olur eslinde sadece 2023 ci ilde ballar aşağı düşdü diye 150 bal oldu.Ve menim qardaşımda 183 bal ile ora daxil oldu,lakin esl balı 250 baldır...
@cahidmirzeyev6466
@cahidmirzeyev6466 10 месяцев назад
✊🇦🇿 1ci kurs
@elsnsultanov2044
@elsnsultanov2044 4 месяца назад
6103
@oymaemalatxanas1046
@oymaemalatxanas1046 5 месяцев назад
Neçənci sinifdən qəbul başlayır
Далее
Pure Comedy #ti13
00:38
Просмотров 213 тыс.
Polis Akademiyasında kursantların bir günü
3:10
Просмотров 94 тыс.
Pure Comedy #ti13
00:38
Просмотров 213 тыс.