Тёмный

DSX Akademiyasının 12-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir 

Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti
Подписаться 4,1 тыс.
Просмотров 18 тыс.
50% 1

May ayının 5-də Dövlət Sərhəd Xidməti Akademiyasının 12-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilmişdir.
Mərasim iştirakçıları Fəxri Xiyabanda Dahi Öndər Heydər Əliyevin məzarını ziyarət edərək Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad etmişlər.
Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilmiş təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və Döyüş Bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə “Sərhədçi zabit andı”nı qəbul etmişlər.
Məzunlar adından çıxış edən leytenant Qoşqar Mirzəyev Azərbaycanın sərhədçi zabitləri olaraq müqəddəs sərhədlərimizin keşiyində şərəflə dayanacaqlarından qürurlandıqlarını ifadə etmiş, sərhədçi peşəsinin sirlərinə dərindən yiyələnmələri, Akademiyanı uğurla başa vurmaqları üçün əməyini əsirgəməyən zabit və müəllim heyətinə dərin minnətdarlığını bildirmişdir.
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Azərbaycanın sərhədçi zabiti adına layiq görülmələri münasibətilə məzunları təbrik etmiş, Dövlət Sərhəd Xidmətinin gənc zabitləri sırasına daxil olduqları dövrün zəmanəmizin dahi şəxsiyyəti, müasir Azərbaycan dövlətinin qurucusu, milli sərhəd strategiyasının banisi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ərəfəsində baş tutması ilə əlamətdar olmasını qeyd etmişdir.
Azərbaycan tarixinin ən böyük sərkərdəsi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğu, müqəddəs savaşda Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, Azərbaycan sərhədçilərinin igidlik dastanı yazdıqları, Dövlət başçısının tapşırığı əsasında Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan 3 rəngli Dövlət bayrağımızın qaldırılması ilə sərhədlərimizin bütövlüyünün təmin edilməsi xüsusi vurğulanmışdır.
DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olaraq, Tacikistan sərhəd xidmətinin müraciəti əsasında ilk dəfə 6 kursantın 5 illik zabit hazırlığı uğurla başa çatdırılmışdır.
Milli dövlətçiliyimizə, Azərbaycan Respublikasının Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və tərbiyələndirilməsində DSX Akademiyasının komandir və pedaqoji heyətinin xüsusi rolu qeyd edilmişdir.
Gənc zabitlər tədbirin sonunda Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsinin və xalqımızın çoxəsrlik tarixinin təbliğinə töhfə verən muzey və sərgilərlə yaxından tanış olmuşlar.
Mərasim başa çatdıqdan sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev məzunların valideynləri ilə görüşərək onları təbrik etmiş, gənc sərhədçi-zabitlərlə xatirə fotoşəkli çəkdirmişdir.

Спорт

Опубликовано:

 

4 май 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 44   
@abbasmuhammed1
@abbasmuhammed1 Год назад
Gənc zabitlərə xidmətlərində uğurlar...
@TheBaxa949
@TheBaxa949 Год назад
Uğurlar olsun.Azərbaycanımızın qəhrəman oğulları!!!
@gulbnizjfrzade9760
@gulbnizjfrzade9760 Год назад
ALLAH DÖVLƏTİMİZİ ORDUMUZU CƏNQAVƏRLƏRİMİZİ DAİM VAR QÜCÜYLƏ QORUSUN UCALTSIN MÜZƏFƏR VƏ QALİB ETSİN 🤲🤲🤲💙❤️💚🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿 YAŞASIN BÖYÜK BÜTÖV AZƏRBAYCAN 💙❤️💚🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿🇦🇿💙❤️💚
@YasilMobile-xg9hb
@YasilMobile-xg9hb 6 дней назад
😢😢😊😢 1:39 1:39
@richbaku
@richbaku Год назад
İnşəAllah bu il biz gedirik akademiyaya😊
@turanlerikli6636
@turanlerikli6636 Год назад
İnşəallah qardaşım qarşilasariq inşəallah
@narminalakbar1290
@narminalakbar1290 Год назад
Ugurlar hər birinizə 🇦🇿👨🏻‍✈️♥️
@KarabakhTrap
@KarabakhTrap Год назад
❤❤
@zohrabeliyev5057
@zohrabeliyev5057 Год назад
Təbriklər genc zabitlərə uğurlar arzulayıram.
@azeriakif7388
@azeriakif7388 Год назад
Allah sizləri qorusun❤🤲
@aqsinmmmdov7510
@aqsinmmmdov7510 Год назад
Allah canınızı sağ,yolunuzu açıq etsin hərbçi balalarımız.Mənim balamla birlikdə.Balam da DS X nin 1 ci kurs tələbəsidir🤲
@noname-wj3wq
@noname-wj3wq Год назад
Kimdi bölük komandiri?
@aynuragayeva5349
@aynuragayeva5349 Год назад
Caaan mənim balam da bunların arasindadi... Allah haminizi qorusun igidlerimiz...
@kamalaeyyubova4958
@kamalaeyyubova4958 Год назад
Allah qorusun🙏
@senannesirov2163
@senannesirov2163 Год назад
Allah hər birinizi qorusun mənim balamda kursantdı
@zrifheydrova6975
@zrifheydrova6975 Год назад
Allah qorusun Amin inşallah
@perishkaqasimova713
@perishkaqasimova713 Год назад
Her birinize ugurlar vetenimizin igid ogullari. Her biriniz fexrimizsiniz❤
@natiqemrahov2037
@natiqemrahov2037 Год назад
Allah qorusun hər birinizi.İnşallah xeyirli və uğurlu olsun.
@pianobyco5512
@pianobyco5512 Год назад
MaşaAllah olsun.Allah qorusun🙏🏻
@hicranmahmudova2000
@hicranmahmudova2000 11 месяцев назад
Allah sizi qorusun Vətən övladları🇦🇿🇦🇿🇦🇿
@qdirqdirov9654
@qdirqdirov9654 Год назад
Qeyrətli oğlanlarımızlarla fəxr edirik🇦🇿
@afetmusayeva405
@afetmusayeva405 15 дней назад
Yolları aydın olsun❤❤❤
@rovsngozlov8310
@rovsngozlov8310 Год назад
Yolunuz uğurlu olsun, Allah qorusun.
@nasirqafarov8003
@nasirqafarov8003 Год назад
İnşallah 3 ildən sonra mənimdə oğlum məzun olacaq 🙏🙏🙏🙏🙏🙏
@asservis6355
@asservis6355 Год назад
Ugurlar cenab zabitler Allah sizleri var elesin. Cox gozel goruntuler.
@nofalmammadli6529
@nofalmammadli6529 Год назад
Qurur yerimiz, andimiz. ORDUMUZ 🇦🇿🇦🇿🇦🇿
@user-ki1bg8iz2m
@user-ki1bg8iz2m 10 месяцев назад
Roza xanim zabit ev melime sac usta duzelceyi
@ramilrsulov4425
@ramilrsulov4425 Год назад
Allah sizi qorusun
@user-qj2gy1jv2g
@user-qj2gy1jv2g Год назад
Ugurlar her birinize
@qarbaghesreti8379
@qarbaghesreti8379 Год назад
Allah qorusun amin
@user-kl5sg8zl6k
@user-kl5sg8zl6k 10 месяцев назад
bu neçənci qurupdadı
@beyrekmustafayev3420
@beyrekmustafayev3420 Год назад
🇦🇿🇦🇿🇦🇿
@elgungoyuszad8584
@elgungoyuszad8584 8 месяцев назад
Buranın balı nəqədərdi?
@isamemmedov7814
@isamemmedov7814 Год назад
DSX ugurlar
@sahidnerimanli272
@sahidnerimanli272 Год назад
basqa formada duranlar kimdi
@aslanbaxsov3701
@aslanbaxsov3701 Год назад
Hamisi DSX di
@noname-wj3wq
@noname-wj3wq Год назад
Başqa formada duranlar əcnəbi kursantlar
@aslanbaxsov3701
@aslanbaxsov3701 Год назад
@@noname-wj3wq ecnebi kyrsant nedi? Bawqa forma gormurem axi hamisi DSX dida
@noname-wj3wq
@noname-wj3wq Год назад
@@aslanbaxsov3701 tacikistandan gəliblər 6 nəfər kursant.indi gənc zabit adına layiq görülüblər.Oxuduğum illərdə onlar hələ 1ci kurs deyildi
@aslanbaxsov3701
@aslanbaxsov3701 Год назад
​@@noname-wj3wq qehveyi rengde olannar?
@user-se8to8py1z
@user-se8to8py1z Год назад
ЭЛДАР САНЫ КАХПА АХЗНА СОХЕМ САНЫ ДИЛНЫ СКЕМ . ЧАЛДРЕМ САНЫ ГОТ ПИДОРАЗ САНЫ НАХЧЕВАНДА ЕРМАНЛАР ЧАЛДРЫВЛАР. СЕМ САНЫ КАХПА АНАНУ АХЗНЫ. ГОРНЫ СКЕМ ГОРНЫ СЧЕМ СИЕМ ГОРНЫ. ГИЖ ДЛАХ СКЕМ САНЫ КАХПА ДОХАНЫ АХЗНЫ.
Далее
АСЛАН, АВИ, АНЯ
00:12
Просмотров 1,1 млн
Barry Policeman And His Son Vs Prisoners
00:26
Просмотров 991 тыс.
Polis Akademiyasında kursantların bir günü
3:10
Просмотров 82 тыс.
NAME THE EURO 2024 PLAYER OR SWIM 💦
0:35
Просмотров 16 млн