Тёмный

Editisiz danışaq | Serial | Kitab | Dizi, Kitap Tavsiyesi, Tükenmişlik 

LEYLA KHANAHMAD AZE
Подписаться 68 тыс.
Просмотров 17 тыс.
50% 1

GMAT Müəllimim Agil Müəllim: +994 50 325 22 32
It Didn't Start with You: How Inherited Family Trauma Shapes Who We Are and How to End the Cycle: amzn.to/43HMFQH
Another Self: www.imdb.com/t...
Music by Naomi - i miss you - thmatc.co/?l=C...

Опубликовано:

 

15 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 219   
@LEYLAKHANAHMADAZE
@LEYLAKHANAHMADAZE Год назад
Dostluqlar haqqında videom ru-vid.com/video/%D0%B2%D0%B8%D0%B4%D0%B5%D0%BE-jd2zGTvrUy4.html&ab_channel=LEYLAKHANAHMADAZE
@ilahlkprova3401
@ilahlkprova3401 Год назад
Salam Leyla həqiqətən çox motivasya və pozitiv enerji alıram sənin videolarından. 21 yaşındayam və 11 illik məktəb həyatımda çox kompleksli biri olduğum üçün dərsi bilsəm belə danışmırdım. Sonra zaman keçdi və artıq müəllimlər hazırsan mı sualını belə vermədilər. Və onlar məndən ümidlərini kəsmişdi. Mən 11 ci sinifdə hazırlığa riyaziyyat müəlliminin yanına gedəndə utanırdım ki 2 ci dəfə onnan necə soruşum bu sualı. Yəni yaşamışam bu hissi həm də daha ağır şəkildə
@nutellalidondurmacik1884
@nutellalidondurmacik1884 Год назад
Mən kiçik bir rayonda yaşayan, kiçik qəlbində dünyaları daşıyan bir qız... 3 il əvvəl səni izləməyə başlamışdım,Leyla . Motivasiyaya ən çox ehtiyacım olan abituriyent vaxtlarımda. Ailəmdə maddi durumumuz o qədər də ürəkaçan olmasa da, mən coğrafiya kaderdir fikrini inkar etməyə həmişə davam edirdim. Bütün zorluqlara, çətinliklərə, imkansızlıqlara rəğmən bu il universitetə qəbul oldum. Xəyalım , ailəmin xəyalını bütün ezmimle çin etdim . Region üzrə birincilik ...Özüdə tibb universitetinə yüksək balla və pulsuz... Yaşadığım kiçicik rayonda, maddi durumumda, "olmazlar", "bacarmazsanlar"da önümde engel olmadı, bundan sonra olmayacaq da. Çünki hamı eyni şərtlərdə həyata gəlmir. Hər kəsin ailəsi varlı, ona hər imkanı sunan, her istediyini maddiyat cəhətdən qıtlıq çəkməkdən alan olmur, Mən isə söz verirəm ki, bu imkanlari özüm üçün yaradacam. Anamin sözləri kimi "ayaqları üstə dura bilən" heç kimə nə maddi nə də mənəvi ehtiyacı olan " gənc qız olmaq yolunda ilk addımlarımı atıram. Mənə və mənim timsalımda yüzlərcə gence stimul verdiyin üçün bu yazını yazmaq istədim.İmza :Dr. N.
@ilaheniyazova9670
@ilaheniyazova9670 Год назад
Azərbaycan dilini o mühitdə bu şəkildə səlis danışmağın əladır, Leyla.❤
@aminhesenov8705
@aminhesenov8705 Год назад
Salam Leyla. Bir ara səni az-az görürdük darıxırdım. Bax, belə tez -tez görmək istəyirik səni.Mənə sənin videoların çox böyük motivasiya verir.Bu videolara baxa -baxa 3 uşaqdan sonra 30 yaşımda məndə özümdə cəsarət tapıb universitetə hazırlaşıb iş verdim.Hansıki mən orta məktəbi müəyyən səbəblərdən dolayı 9 dan tərk etmişdim.Eksternat qaydada müraciət edib imtahan verdim .Buraxılış balımın yaxşı olması və sənin videoların məni ruhlandırdı.Və mən blok imtahan da verdim .Özüm hazırlaşdığım üçün imtahan kitabçasını tanıdığım müəllimlərə göstərməyə utandım .Nəticədə 190 bal toplamışam. Amma qəbul olmasam da bu son deyil. İnşallah gələn il daha çox hazırlaşıb bir daha şansımı sınayacağam.Bu mənim arzum idi və etmədiyim üçün məni həmişə narahat edirdi.Amma indi mənim üçün ən çətin addımı atdım .Artıq bilirəm ki mən bu addımı atıb əlimdən gələni etdim .Alınmasa da bu bir qismətdi.
@LEYLAKHANAHMADAZE
@LEYLAKHANAHMADAZE Год назад
Hekayəniz məni ruhlandırdı!
@halfmoon3017
@halfmoon3017 Год назад
Sizin şərhiniz məni çox duyğulandırdı 🥺
@sabinashukurova1874
@sabinashukurova1874 Месяц назад
Halaldi size ❤
@mertaslan1515
@mertaslan1515 11 месяцев назад
Ben Türkiye'den izliyorum ve Azerbaycan Türkçesini çok seviyorum. Elbette sizin samimi sohbetinizi de seviyorum. Böyle devam edin. Azerbaycan'a da sevgiler!
@e.xedice
@e.xedice Год назад
Nə yaxşı ki mən bu platformada sənin kimi dəyərli dost tapdım.Bu aralar çox yalnızam və mən həm yalnızlığı sevirəm,həm də yalnızlıq məni depresiyaya salır.Sənin videolarında sanki səninlə dərdləşirəm.Bir izləyicin olaraq səni çox sevirəm,əziz Leyla!Hər zaman belə gözəl və qəlbi təmiz qal!Bizim üçün youtuba davam et!
@xeyalemehdieva
@xeyalemehdieva Год назад
Əzizi Leyla,o qədər içdən və sanki aynam kimi danışdınki....Həyatıma qatdıqların üçün sonsuz təşəkkürlər❤️
@guneljafarli9491
@guneljafarli9491 Год назад
coxsagolun, Leyla xanim. davam edin videolara, mükəmməl ve axıcı azərbaycan dilimizdə tam səmimi danışdığınız mövzular mənə çox yaxşı təsir edir. özümü yaxşı tanımağıma, düzgün heyat yolu çizməyimə, heyata baxışımın formalaşmasına yardım edir. sizin kimi bir refiqem(uşaqlıqda ilk refiqemin adı Leyla olub ve hal hazirda amerikada yasayir) olmasını çox istərəm. bu da evrene mesajımdır. her gün sizi dinlemek isteyirem. mütleq youtube videolarına davam edin, hetta gelen defe bakıya gelende görüş təşkil edin gelek)))))))))
@tofiqrhimov2932
@tofiqrhimov2932 Год назад
Bildiriş gələn kimi mən. Allah bütün işlərizi uğurlu və müvəffəq eləsin hörmətli Leyla xanım
@vidadiali4821
@vidadiali4821 Год назад
Hər şey çox gözəl, Leylanı izləyirsizsə, hər halda çox məntiqli, sadəliyi sevən biri olarsız deyən təxmin edirəm, amma profilinizə anlam verə bilmədim)🇦🇿❤️
@tofiqrhimov2932
@tofiqrhimov2932 Год назад
@@vidadiali4821 gözəl günüz olsun o profildəki bayrağ heç elə belə şeydi əsas bizim öz bayrağımız gözəldi 🇦🇿🇦🇿
@canazerbaycan4182
@canazerbaycan4182 Год назад
Ev turu çəkərsiniz sevinərik .insan zaman keçdikçə həmdə dahada həyatda olğunlaşır.❤
@a.e.5374
@a.e.5374 Год назад
Tükənmişlik hissini çox yaxşı anlayıram,bu hiss "mükəmməl" olma istəyini bir bədəldi və bu bədəl aylarla davam edir. Mən də bədənimdən, (duyğularımdan) əlaqə kəsmiş halda yaşayanda bu halı tez-tez yaşayırdım,amma indi bu hissi yaşayanda günahlandırma olmadan, pozitiv şəkildə özümü sorğulayıram,və bu vəziyyət çox az çəkir ,onda sevdiyim şeyləri edirəm təbiəti izləmək,və ondakı gözəlliyi görmək,dərindən nəfəs alıb vermək, təfəkkür etmək və s.Bunlar normal həyat şəraiti üçün lazımsız görsənsə də (bir vaxtlar mənə də elə gəlirdi) çox vacibdir. Bu mövzu haqqında belə editsiz bəhs etdiyin üçün təşəkkürlər,sanki qarşımda bir dost var imiş kimi,səni dinlədim, özü də heç nə etmək istəmədiyim halda. Kitab tövsiyəsi üçün xüsusi minnətdaram❤😊
@dilshadismayil3444
@dilshadismayil3444 Год назад
Çox gözəl söhbət idi. Eyni şeyləri və dönüşümləri yaşayıram. Səmimiyyət üçün təşəkkür edirəm. Var olun❤
@azeruss1
@azeruss1 Год назад
Salam, Leyla, cox xosdur sizi tez-tez gormek, yegane azerbaycanli blogersiniz ki, sizi boyuk zovqle izleyirem. "Zeytin agaci" serialini men de izlemisem, cox dusundururcudur heqiqeten. Size "токсичные родители" (Сьюзан Форвард ) kitabini da tovsiye ederdim, hal-hazirda oxudugum kitabdir, dusunurem size de mutleq bir faydasi toxunar, ugurlar size.
@aygun.asgarr
@aygun.asgarr Год назад
bacım olmasa da sən mənim sevimli və böyük bacımsan. hansı ki, daim inkişafıma səbəb olan, bir çox vəziyyətlərlə baş etməyimi öyrədən, çox amma çox şey öyrəndiyim və sevdiyim bacım. yaxşı ki, varsan, Leyla! :)💞
@yasemenfeteliyeva7512
@yasemenfeteliyeva7512 Год назад
Leyla , tez-tez videolar paylaş. Səni izləmək xoşdur ❤
@bucanin_kedileri
@bucanin_kedileri 10 месяцев назад
3,5 ay Bakü’de yaşadım canım Azerbaycan Türkçesi. Unutmamak için bol bol seni dinliyorum
@telefon287
@telefon287 Год назад
Çox comfort bir videodu, bu tərz videolariniza baxanda axırda ozumu çox rahat hiss edirem
@gunelr.maharramova5803
@gunelr.maharramova5803 Год назад
Leyla artıq 2019-dan bəri səni sevərək izliyirəm. Mən də Gəncədə yaşayan izləyicilərindənəm.) Əvvəllər də dediklərində haqlı tərəflər, faydalı paylaşımlar çox olsa da indiki videoların daha çox xoşuma gəlir. Çünki əvvəlkilərdə aqressivliyin hiss olunurdu, indikilərlə müqayisə etdikdə görürəm. Çox sevindim xüsusilə özünə şans verdiyin, istirahətinə, bədənini tanımağa vaxt ayırdığın üçün. Magistr hazırlığında da uğurlar! ☺️
@alakbarovah
@alakbarovah Год назад
Zeytin ağacına mütləq baxacam, qərarsız idim baxıb baxmamaq mövzusunda, artıq əmin oıdum, Leyla approved😅✅ yeni ev turunu mütləq çəkməlisən😍 hugs🫶🏻
@seramoon6144
@seramoon6144 Год назад
Danış Leyla danış. Saatlarla qulaq asa bilərəm sənə. ❤ Səni çox sevirəm
@Murreinn
@Murreinn Год назад
Bir sözlə, *möhtəşəm* !
@pelpelien
@pelpelien Год назад
Mən 14 yaşındayam və 3 il əvvəl bir videonuza baxmışdım. Danışıq tərziniz, hekayəniz, fikirləriniz mənim çox xoşuma gəlmişdi. İndi təkrar videonuzu gördüm və söhbətiniz çox maraqlı gəldi, tövsüyyələriniz də faydalı olacaq, təşəkkür edirəm. Mənə çox təsir edirsiniz. Gözəl idi🙂💕
@Annushka_2024
@Annushka_2024 7 месяцев назад
Leyla hanım Qazaxıstandan salam🇰🇿🙋‍♀️. Çox faydalı məlumatlar paylaşırsınız. Bu mənim üçün ikiqat faydalıdır, çünki sizin videonuz vasitəsilə Azərbaycan nitqini dinləyirəm. Dilimiz, mentalitetimiz çox oxşardır. 🇰🇿🇦🇿. Mən türk dilini iki aya öyrəndim və yaxın gələcəkdə Azərbaycan dilində danışmağı ümid edirəm🙏. Большое спасибо❤
@Alice-es4oy
@Alice-es4oy Год назад
Ən böyük rol modelimsiniz.Sizi çox örnək alıram❤
@nermis775
@nermis775 Год назад
İlk öncə yeni işində və yeni evinizdə xoş anlar arzu edirəm💗 Video o qədər mükemmeldirki bilmirəm necə ifadə edim. Danışdığın mövzular çox maraq doğurur, fikirlərin çox dərin, çox mentiqlidir. Və sən çox gözəl, səmimisən. İzləyərkən sanki bir doğmamızla söhbət edirik❤ Not: vlogların üçün darıxmışam😍
@nubar961
@nubar961 Год назад
Çox sağol Leyla bu video üçün. Həqiqətən mənim üçün relax vaxt oldu)) Sənin bu tip mövzulardaa olan videolarina baxıram təkrar təkrar və özümə götürdüyüm çox şeylər olur. Çox sağol ki vaxtini ayrib mövzu seçib çəkdin.Mən sirf belə mövzulara görə baxıram kanalına və Çox istəyərəm ki ardi gəlsin❤😊
@firengizmuradova7626
@firengizmuradova7626 Год назад
Leyla xanım bu videonuz editsiz olsada Azərbaycan dilində daha səlis danışmısız.Danışdığınız mövzuları isə çox bəyənirəm ❤
@zezivishlaghi515
@zezivishlaghi515 Год назад
Bedenle taniwligi, bedenle daniwmagi, ozumuzu tanimaq haqqinda pls next video da daniw. Sevilirsen ❤
@jalezeynalli4316
@jalezeynalli4316 Год назад
Business woman,I wish you success in life,you are a role model for young people like us.❤❤
@nazryn8496
@nazryn8496 Год назад
Ms Leyla,your video was received beautifully as usual👍🥰
@AsuJafar
@AsuJafar Год назад
Belə videoların çox daha yaxşıdı daha daha səmimi gəlir ilk dəfədi ki belə səmimi olduğunu düşündüm
@sama.hasanaliyeva5902
@sama.hasanaliyeva5902 Год назад
Gözəlim,həyat bizə çox şeyi ağır şəkildə öyrədir.Bəzən sən oradan danışarkən ruhum gəlib sənin ruhunu qucaqlayır.Mən də uzun müddət kiminsə neqativ fikirlərini özümə dərd etmişəm,amma sonra həmin insanların,dediklərinin incidici olduğunu belə anlamadığını gördüm.Anlamağım uzun müddətdən sonra oldu.Artıq bilirəm ki,problem mən deyiləm,siz deyilsiniz,o da deyil hətda.Ona bunun normal olduğunu yaşadaraq öyrədənlərdir.İnsan öz mənəviyyatı üçün bağışlayır o insanları.Allah üzünüzdəki təbəssümü,qəlbinizdəki sevinci böyütsün.Layiqsiniz ikiniz də.🥰
@aygun.asgarr
@aygun.asgarr Год назад
daha çox uzun videolar gözləyirəm. bu çox yaxşı təsir edir.💞
@vusalaaliyeva4840
@vusalaaliyeva4840 Год назад
COX BƏYƏNDIM👍DAVAMI GƏLSIN
@overrdose01
@overrdose01 Год назад
Nece ola bilerki ,birini tanimadan uzunu gormeden, bu qeder dogma hiss ede bilersen yaxin biri kimi bu qeder seversen.Heqiqeten videolardaki danisiq terzin ne istediyini bilmen bunun ucun illerdir sey gostermis olman ve helede davam etmen cox mukemmeldir.17 yasim var ve USA gelmek usaqliq arzumdur,seni izledikce sohbetlerine qulaq asdigca bu istek arzum daha da boyuyur , umid edirem bir gun mende senin kimi ora kocerem ve seninle tanisma fursetim olar.Sen Azerbaycan gencleri ucun cox gozel ugur hekayesisen Leyla!❤❤❤❤❤
@parvanateymurshah9645
@parvanateymurshah9645 Год назад
Salam 😊 Davamlı olaraq izlədiyim, bildiriş gələn kimi baxdığım yeganə youtube kanallarındadır, çox sağ olun faydalı dəyərli kontentlərə görə, ❤
@user-vy3sd2kh4x
@user-vy3sd2kh4x Год назад
Salam, adaşım Leyla sizin vidyolariniz menim ucun cox maraqlıdır ❤
@KikiKuku-s1r
@KikiKuku-s1r Год назад
Hi Leyla,me and my mom are watching your videos ,you are very inspiring and relatable !Each sentence was breathtaking and your videos also are suitable for teenagers like me and even adults like my mom.We both wish you luck and millions subscribers on RU-vid 😊❤We wait for more podcasts from you ))
@hrhbda_
@hrhbda_ Год назад
Yaxşı ki, varsan böyük bacımız
@hobbim6447
@hobbim6447 Год назад
Səni elə diqqətlə izləyirəm ki, sanki qarşı-qarşıya oturub söhbət edirik❤
@nafisadurdibayeva3684
@nafisadurdibayeva3684 Год назад
Özbəkistandan salamlar . Leyla səni çox sevirəm ❤️❤️
@AslanAltayBagirli
@AslanAltayBagirli Год назад
Cox gozel size qulaq asdiqca hem ozumu gordum hem size qulaq asmaq rahatlatdi meni cox yaxsi motivasiya verirsiz
@your.soulmate
@your.soulmate Год назад
Çox gözəl söhbət idi, bəzi məqamlarda siz danışarkən özümü də tapıram, sizin sayənizdə fərqindəliyim də artır.
@aysunbozduyeva
@aysunbozduyeva Год назад
Hər şey ən doğru zamanda gəlir həyatımıza, bu video da elə oldu mənim üçün, normalda rəy yazmıram heç bir videoya amma bugün yazmaq istədim. Son günlər heç bir şey etmək istəmzkən bu videoya başdan sona baxdım və məhz buna ehtiyacım var imiş, təşəkkür edirəm🙏 Həqiqətən də səmimiliyinizlə çoz gözəl bacarırsınız bu işi, uğurlar🤍
@Mamedovasebi
@Mamedovasebi Год назад
Ardı gəlsin❤
@alimagulieva7105
@alimagulieva7105 Год назад
Leyla həqiqətən özümdə düşünürəmki necə ola bilir ki səninlə eyni zaman dilimində eyni şeyləri izləyib və bənzər düşüncələrə sahib oluruq. Bu cür videolar çox super daha çox videoların olmasını istəyirəm. Əlavə olaraq ev vlogu da gözəl olar. "Heçnə etməyi də bacarmaq lazımdır' bunu necə edə bildin bu haqda da video gəlsə çox faydalı olar deyə düşünürəm. Mən bir gün nəsə etməyəndə vicdan əzabından yuxuya gedə bilmirəm.
@Girlfromcosmica
@Girlfromcosmica Год назад
gurcustandayn izleyirem seni. odaklanma surecim ne geder inse de senin videonu acanda cox odaklaniram.
@dinararustemzade1871
@dinararustemzade1871 Год назад
Çox soft danışırsan həqiqətən. Dinləyərkən dincəlirik 💗🤗
@leylamurselova4339
@leylamurselova4339 Год назад
Salam Leyla xanım sizin videonuza baxanda çox rahatlaşıram,sizin kimi gənclərimiz nə qədər çox olsa o qədər yaxşı olar
@gunelrza9711
@gunelrza9711 Год назад
Gözəl, bilgili və nə istədiyini bilən xanım! Uca Allah hər iki dünyada xoşbəxt etsin amin .Bütün gözəlliklərə layiqsiniz!
@m1sheel
@m1sheel Год назад
Leylaa🥹 bu söhbətin həqiqətən də çox xoş idi, öncəliklə vaxt ayırıb hisslərini, məsləhətlərini , təcrübələrini bizimlə paylaşdığın üçün çoxsağol, həqiqətən bir yolgöstərənsən, life coach, bunu da arxasında duraraq deyirəm çünki artıq illərdir səni izləyirəm və səndən öyrəndiyim o qədər çox şey olduki... birlikdə ağladıq birlikdə güldük, birlikdə öyrəndik, çalışdıq , birlikdə deyirəm çünki nədənsə attığın hər videoda 1 cümlə belə olsa faydalanacağım birşeylər olub həmişə, ele olub həyatimizin eyni yaşlarında bənzər hekayələri yaşamışıq deyə sən ağlayanda məndə ağlamışam, sən çox yaxşı birisən və həmişə sənin videolarini izləyib bitirdikden düsünmüsemki ümid edirem bu qiz heyatinin her aninda xosbext olar, cause she deserves it. 🫶🏻 normalda heeç ama heçvaxt comment atmiram üsengecliyimden ama yazmasam olmazdı bütün bu kanal üçün əziyətlərin üçün çoxxsağol , mənim kimi neçə min insan səndən faydalanır, nə qədər insana dəstək olursan, hələ məni yeniyetməlik yaşımda olgunlaşdırmağa, özümü dərk etməyə, tanımağa, idrak etməyə, həyatimdaki insanları tanımağa, qəbulıanmağa , bağışlayıb davam etməyi sən öyrətmisən bu bacarıqları həqiqətən səndən öyrənməsəydim indi mental cehetden bu qədər sağlam ola bilməzdim deyə düşünürəm , eyni videonu bir neçə dəfə izlədiklərim belə olub , qatqın həqiqətən böyükdür, ümid edirəm həmişə sağlam və mentally strong, stay happy qalasan ki həmişə və bizi unutmamağa, kanala video atmağa davam edəsən 🥹 sənin də dediyin kimi divana keçib saatlarla danışmağın söhbət etməyin belə bəsdir özəlliklə mövzu seçmə ehtiyaci belə olmadan🫶🏻 hər insanın həyatinda sənin kimi bir yaxinina ehtiyaci var , mən isə səni həmişə bacım kimi hiss eləmişəm🥹 böyük bacı✨ sevilirsən leyla, təkcə bir youtuber kimi deyildə, həmcinsim olaraq, sanal dəstəkçim(iz) olaraq, 2 tərəfli bir birimizi tanımasaq belə qəlbdən bağ yaratdığımız bir dostumuz olaraq çox sevirik səni ❤️ yaxşıki varsan biziim həyatımızda❤‍🩹 həyatinin hər anında xoşbəxt olman diləyiylə, i sending you hugeee hugsss 🫶🏻❤️🫀🫀✨✨🫶🏻
@ruhiyyeagamaliyev2587
@ruhiyyeagamaliyev2587 Год назад
Leyla deye müraciət edirem çünki doğma oldun mənə. Çox sağ ol, məni xəyallarımin arxasinca getmək üçün mübarizə aparmağa sövq etdiyin üçün. Yaxşiki tanidim seni❤❤❤
@sabinakarimli473
@sabinakarimli473 Год назад
Dostlar gəlin boynumuza alaq ki ,çoxumuzun həyatında olan dostluqlar Leyla kimi bizimlə dərdləşmir ,Leyla böyüyür və öz yolunu bizimlə bölüşür Mən Leylanın son videokarına baxanda istəmsizcə duyğusal oluram Onu izləyəndə həyatın həqiqətən də sadəcə bir yol olduğunu anlayıram Hamımızın bir axında olduğumuzun fərqində oluram Film kimi gəlir mənə hərşey Mən özüm də 21 yaşım olacaq amma hələdə bir axtarışdayam İstəyirəm mənim də Filmim maraqlı olsun Leyla səni çox sevirəm Böyük Bacımız Həyatında özün kimi gözəl olar ❤❤❤Bu Podcast tərzi videolar çox safe hiss etdirir
@guneladna3086
@guneladna3086 Год назад
Psixologiyaya toxunduğunuz videoları daha çox sevirəm. İmtahanınızda və ən əsası da həyatınızda uğurlar :)
@tamaramustafayeva1103
@tamaramustafayeva1103 Год назад
Əziz Leyla, səhəri sənin videonla açmaq çox xoş oldu. Əməyinə sağlıq ☺ Ancaq bir nüans mənə çox maraqlıdır, nəsildən ötürülən və miras kimi keçən travma məsələsini qətiyyən qəbul edə bilmirəm, yəni, necə olur ki, hansısa səhv rəftarların nəticəsində yaranan travmalar illər sonra gəlib bizi seçir, bu ədalətsizlik deyilmi? Əsla əlaqəmiz, bəlkə də tanışlığımız olmayan insanların travmalarını daşımaq və ömrümüz boyu onlarla mübarizə aparmaq, kodları açıb şəfalanmaq bizə haqsızlıq deyilmi?
@guneljafarli9491
@guneljafarli9491 Год назад
kim deyir ki dunya edaletli yerdir? menim fikrimce edaleti insan ozu yaratmalidir, kimse sene yardim etmez ozuden basqa.
@tamaramustafayeva1103
@tamaramustafayeva1103 Год назад
@@guneljafarli9491 mən də onu nəzərdə tuturam elə ki, özümüzə yardım etməyə çalışmaqla keçir həyatımız, bu ki, çox yorucudur. Olmaz ki, heç bir travma bizi seçməsin, onsuz heç kəs həyatı asan yaşamır, bir də bizimlə əlaqəsi olmayan şeylərlə yüklənməyimizi qəbul edə bilmirəm sadəcə.
@azizashahgaldiyeva
@azizashahgaldiyeva Год назад
​@@tamaramustafayeva1103Xanım heç bir tramva sizi seçməsə, onda nə baş verər? Heç bir yaşanmışlığınız olmaz. Yəni sizi siz edən yaşanmışlıqlarınızdır. Şəfalanıb həyatınıza davam etməkdi sadəcə sizin üzərinizə düşən. Bəzi şeyləri sorğulamaq lazım deyil. Həyatın bir hissəsi kimi qəbul etmək lazımdır. Sizə Leyla Qasımovanın "Yaşanmışlıqların ən qiymətli xəzinəndir" videosunu izləməyi tövsiyyə edirəm🌿
@tamaramustafayeva1103
@tamaramustafayeva1103 Год назад
@@azizashahgaldiyeva Aziza xanım, tövsiyəniz və vaxt ayırıb şərhimə cavab yazdığınız üçün təşəkkür edirəm 🌸 Ancaq mən 30 ildir mübarizə aparıb bir yerə çıxa bilməmişəm o travmalarla, travmasız yaşamağı istəyərdim, nəinki güclü və s olmaqdansa.
@azizashahgaldiyeva
@azizashahgaldiyeva Год назад
@@tamaramustafayeva1103 Buyurun🤍 Tramvasız yaşamaq mümkün deyil. Hər insanın mütləq ki, tramvası olur. Mübarizə aparmaq da lazım deyil. Sadəcə, bir mütəxəssis yardımı ilə öz üzərinizdə işləməlisiniz. O zaman hər şeyin get-gedə dəyişdiyinin fərqinə varacaqsınız
@UlkarMammadliii
@UlkarMammadliii Год назад
Köynəyinizlə evren”e mesaj ötürmüsüz🎉 Mən də birgün Harvard”da oxuyacam❤
@iamnarella
@iamnarella Год назад
Leyla xanım yenə çox düzgün situasiyalara toxunmusunuz xanımlarla bağlı və bu söz mənim həyatımda çox aktualdı. Nənənizin bədənində əslində 3 qadın yaşayırdı. Bəli çox düzgündü həyatımızın hər anlamda bənzədiyini deyə b ilmərəm təbii ki bu heç kimdə belə deyil ancaq çox məqamda onlara bənzədiyimi görürəm. Düşüncələrimiz böyüdüyümüz yerlər çox fərqli olsada bənzərlik var. Məncə bu mövzuda haqlısınız. Sizi və fikirlərinizi çox sevirəm❤
@vliyevakamala9044
@vliyevakamala9044 Год назад
Nə qəşəng söhbət oldu😍bu arada məndə "sənlə başlamadı"kitabını oxuyuram 🌞
@xanim159
@xanim159 Год назад
Leyla sadəcə onu demək istəyirəm ki, yaxşı ki varsan və youtube vasitəsilə də olsa sənin kimi birini tanımaq şansını əldə etmişəm.🤍💕
@gulnarkhalilova3333
@gulnarkhalilova3333 Год назад
Kitabı tez tez görürdün sonra alaram deyirdim ama adını eşidən kimi sifariş verdim sonra baxmağa devam etdim ☺️
@nargispan9164
@nargispan9164 Год назад
İlahiii öləcəm həyəcannan bu necə təsadüfdür belə?? Bu gün özümə GMAT müəllimi tapmaq üçün özümü məhv elədim az qala və fikrimi yayındırmaq üçün bu videoya click etdim və nəticə.🥹❤️ çox sağolun
@Elmirq794
@Elmirq794 Год назад
Leyla sen travmaların nesillere ötürülmesinden danışanda istedim kitabın adını yazım ve gördümki artıq kitabdan behs edirsen 2 gün önce bitirdim kitabı ve senin videonda tesadüfen qabagıma çıxdı
@your.soulmate
@your.soulmate Год назад
Siz səhərə qədər danışın mən sizi səhərə qədər dinləyərəm🫠❤Yaxşıki varsınız❤
@elnurisaqova6679
@elnurisaqova6679 Год назад
Bu gün bur dostla söhbət etməyə çooox ehtiyacım var idi.Təşəkkür edirəm
@emobunnyaleyna
@emobunnyaleyna Год назад
ayda tesadüfe baxe tamda Səninlə başlamadı kitabına başlamışdım, faydalı oldu dediyleriniz thannkss 😻
@fatyab7049
@fatyab7049 Год назад
Xoş gördük , ❤😊 Kitab tövsiyelerinizi dinlemek maraqlidir 😊
@fatyab7049
@fatyab7049 Год назад
Ürəyə görə təşəəkür Leyla xanım 😊❤️
@gulshanhuseynova8713
@gulshanhuseynova8713 Год назад
açıq söhbət üçün çox sağolun☺️relaks oldum əməlli) xeyli müsbət enerji aldım ❤️
@theartfulbaker
@theartfulbaker Год назад
Kitab tövsiyəsinə görə təşəkkürlər.🥰
@gulnazmammadova3923
@gulnazmammadova3923 Год назад
Ümumiyyətlə muellimin pesesi oyretmekdi mene qeribe gəlir bazası yaxshi olandan sonra o usagi oyretmeye ne varki bezi muellimler de indi canina eziyyet vermek istemir,mende 11ci sinifde hazirliga getdim gec idi muellim dedi zeifsen maddi imkan zeif oldugu ucun az bir muddetlik getmek isteyirdim,amma basga muellime tərəddüdsuz razılasdi,eynen mende cekinmisem bəzən ki,bu suali versem goresen mene gulmezler ki,indi yaxshi ki internetdə cox şey var.Tamara xaniminda maraqli videolari olurdu,uzun müddətdir ki, cekmir tessuf.Təşəkkürlər bele semimi video ucun,heyatiniz daha da ürəyinizce olsun bundan sonra da 😊
@MMMM-vh5qm
@MMMM-vh5qm Год назад
Leyla, tez tez videolar paylaşmağına çox sevinirəm, bu video isə əla idi 🫶
@user-wq5rd5vj6p
@user-wq5rd5vj6p Год назад
Saliqli yawayasiniz yeni evinizde. Yeni eviniz blokunu cek baxaq 🎉
@PeriMemmedova-wm3zc
@PeriMemmedova-wm3zc Год назад
Bu gün özümü həqiqətən tək hiss edirdim qarşıma sən cıxdın əziz dostum çox sağol❤
@vina473
@vina473 11 месяцев назад
Nənəm gənc yaşda dul qalıb ,anamla atam isə mən uşaq olanda boşanıblar... Leyla sən dedikdən sonra artıq bəzi şeyləri daha yaxşı başa düşdüm. Hər iki tərəfdən nəslimiz bərbad travmalarla doludu və niyə belə insanam indi başa düşürəm... Bütün varlığımla nifrət elədiyim anama, ged-gedə daha çox oxşamağa başladığımı hiss eliyirəm... Mən bunun necə qarşısın ala bilərəm bilmirəm... Çabaladıqca dahada batıram sanki...
@AysuGocayeva
@AysuGocayeva Год назад
Çox təşəkkürlər😍
@nigarovich.
@nigarovich. Год назад
So inspiring Leyla, sağol ❤
@huseynov4005
@huseynov4005 Год назад
Səninlə başlamadı kitabının pdf formasını tapdım bu gün və ağlıma ilk Leyla xanım gəldi ❤
@RLDiziMuzikleri
@RLDiziMuzikleri Год назад
:)🙏🏻
@gulnarrajably5338
@gulnarrajably5338 Год назад
nə yaxşıkı sizi bu platformada tanımışam Leyla💚
@aytekinmamedova6250
@aytekinmamedova6250 Год назад
Çox maraqlı və çox faydalı söhbət oldu Leyla həmişəki kimi😊.İnşallah magistrədə qəbul olarsan,uğurlar.Uğurlarını görmək,yaxşı olduğunu görmək məni sevindirir
@elseverekberzade288
@elseverekberzade288 Год назад
Men abituriyent vaxtı kimyadan o qədər zeif idim ki orta məktəbdə kecilmediyi üçün hec elementlərin adini da bilmirdim ona görə hazırlığa gedende utanirdim ve muellimim şoka düşmüşdü ki sənin riyaziyyatin bu qədər güclü olduğu halda nece olub ki kimyan bu gunde olub)ve bir hazırlıq yoldasim var idi ingilis dili ve kimya məşğələsinde bir yerde idik ingilis dilinde men cox super olmusam hemise usaq bir defe soka dusdu ki Nigar yeni sen her iki məsgelede deqiq eyni adamsan birinde müəllimden oyrene bilmediklerini usaqlar menden öyrənirdi o birinde ise berbad idim)amma netice olaraq oz üzərimdə isledim ve kimyadan qebulda 25 sualdan 23 yazdim)iki suql da əzbərci formul sehvleri idi mesele misal deyildi besit seyler idi)
@cicek___2345
@cicek___2345 Год назад
Assalamu aleykum. Leyla, belə bi kanal açdığın üçün, belə bir videolar çəkdiyin üçün sənə təşəkkür edirəm😊 Nə yaxşı ki, varsan. Sənə hər baxdığımda hansı mövzu olsun fərq etmir, məndə həvəs yaranır. Səni dinlədikcə yeni bir şeylər öyrənmək mükəmməldir. Yaxşı ki, varsan🥰
@moonlight__6
@moonlight__6 Год назад
Leyla, 1 ildən çoxdur ki, səni izləyirəm. Mənə o qədər yaxşı təsir edirsən ki, həqiqətən..Sözlərlə ifadə edə bilmərəm. Sadəcə yaxşı ki, varsan deyə bilərəm, özünə yaxşı bax, səni sevirik :)
@minakhaligzada
@minakhaligzada Год назад
Çox xoş söhbət oldu❤Təşəkkürlər
@kh-laz2206
@kh-laz2206 Год назад
Leyla xanim menim üçün çox dəyərlisiz. Və sizdən az şey öyrənməmişəm. ♥♥♥
@huseynovas8028
@huseynovas8028 Год назад
Çox gözəl məlumatlar öyrəndim əla çox sağ ol.Amma ses zəif idi .heç kimə fikir vermə.sen elasan.
@yunismemmedov4504
@yunismemmedov4504 Год назад
Leyla çox gözəl idi. Davamı gəlsin.Xahiş edirəm vloq çəkməyə davam et 🙏.Bu vidioda çox səmimi idin😍.Səni sevərək izləyirəm.Son olaraq bir daha deyirəm xahiş edirəm vloq çək.💟💟
@bagyevaceyran20
@bagyevaceyran20 Год назад
Uğurlar, Leyla❤ inşAllah arzuna çatarsan. Azərbaycanca çox sərbəst danışırsan. Halaldır!
@leylajafarova9000
@leylajafarova9000 Год назад
Leylaaaa 5 saat da danisha bilersiz ❤❤ Chox zovq aldim, teshekkur edirem 🥰
@niseaslanova649
@niseaslanova649 Год назад
Çox sağ ol video üçün. Maraqla dinlədim. Çox yeni nüanslar oldu mənin üçün 🥰🤩😍
@halfmoon3017
@halfmoon3017 Год назад
Çox gözəl izah etdiniz it didn't start with you məsələsini
@aytajabasli9105
@aytajabasli9105 Год назад
Ne yaxşı ki varsız 🙏🏻🥰
@un.known1
@un.known1 Год назад
men ozum de riyaziyyatdan cox zeyif idim. hazirliga bele getmeye utanirdim ki muellim deyecek bu usaq niye bu veziyyetdedir ya da qebul etmeyecek deye. Hazirliga getdim muellime evvelceden yoxlama testi verdi ve gordum ki o qeder de pis deyilem. eslinde menim ozumu bu qeder zeyif hiss etmeyim muellimim ile de baglidir. sinif muellimim her adi sehfimi qisqiraraq ele izah edirdi ki ozum ozumu cox pis hiss edirdim. sanki dunyada menim kimi riyaziyyati pis olan insan yoxdu. hetta o qorxuya gore men riyaziyyatdan bu qeder geride qalmisdim.indi her sey yaxsidir ve gorurem ki her ne qeder 3 cu qurp olsam da " riyaziyyat ucun basim var imis"😄
@nigar-vu3yw
@nigar-vu3yw 5 месяцев назад
Menim de bashima gelib. Men Menecment ixtisasini bitirmishem. 35 yashinda istedim master tehsili alim ve Data analitika diqqetimi celb edirdi. Girdim amma ne danishilirsa anlamiram. Statistika vapshe catmir mene. Halbuki men riyaziyyati cox yaxshi bilirem . Neyse ushaq falan dedim yox ey menlik deyil nese dondurdum. Sonra bir muellim tapdim Xasay adinda ozel hazirlashmaq istedim. Duzdu 1 ay gedib dayandirdim Amma onun sayesinde oz guven yarandi izahi falan. Gelen il berpa eledim Statistikani bashladim ozum oxumaga ve diger dersleri de. Men Statistikadan 97 bal aldim. Halbuki Riyaziyyat ixtisasindan gelen telebe yoldashim 94 aldi. Bezen sadece oyrenme yolu sehv olur, ya da gozumuzde boyuduruk neyise
@billurshukurlu6929
@billurshukurlu6929 8 месяцев назад
Məncə insan həmişə günahı öz üzərindən atmağa çalışır. Ona görə də etdiyi səhvləri ata-baba ana-nənədən genetika ilə gəldiyini deyib özünə təsəlli verməyə çalışır. Düzdür genetikanın insan həyatında çox böyük rolu olduğuna inanıram, ama insanın yaxşıya doğru dəyişmək və ata-baba ana-nənəsinin etmədiyi doğru addımları atmalı olduğunu düşünürəm
@Irada_Mamedova
@Irada_Mamedova Год назад
Sağ ol,Leyla,maraqlı və faydalı video üçün.Moskvadan salamlar!Sizə uğurlar arzu edirem.🙏🌺
@comedytv609
@comedytv609 Год назад
Cooooxxx maragli idi sohbetiniz. ❤ Ev vloguda gelsin
@nuraymammadova6357
@nuraymammadova6357 Год назад
@nurayrhimova51
@nurayrhimova51 Год назад
Sən Möcüzəsen ,Leyla! ✨🌝
@aygun.asgarr
@aygun.asgarr Год назад
əla bir video 🎉
@Butterfly__44326
@Butterfly__44326 Год назад
Salam leyla səni çox sevirəm ❤ indi hansı şirkətdə işləyirsən çox maraqlıdır
Далее
İrade Terbiyesi - Jules Payot FULL #SesliKitap
2:59:19
Просмотров 870 тыс.
ДОМИК ДЛЯ БЕРЕМЕННОЙ БЕЛКИ #cat
00:38
ДОМИК ДЛЯ БЕРЕМЕННОЙ БЕЛКИ #cat
00:38