Тёмный

Gülər Qasımova - "Şahsənəm" operasından "Şahsənəmin mahnısı" 

Guler Qasimova
Подписаться 155
Просмотров 2,2 тыс.
50% 1

Cümhuriyyət günümüzdə böyük qürurla sizlə paylaşdığım bu layihənin uzun bir yolu, öz hekayəsi var.
Azərbaycan mövzusunda yazılmış ilk klassik tipli opera sayılan R.Qlierin "Şahsənəm operasından" "Şahsənəmin mahnısını" uşaq ikən "Uzun ömrün akkordları" filmindən, şərqin ilk qadın opera ifaçısı olmuş, əvəzedilməz Şövkət Məmmədovanın ecazkar ifasında izləyib valeh olmuşdum. Elə o vaxtdan bu əsərin izinə düşdüm, Bakı Musiqi Akademiyasında təhsil müddətim və sonrasında da kitabxanalar, arxivlər gəzərək əsərin not yazısının uzun müddət axtarışında oldum. Və illər sonra müəlliməm Jalə xanımın qəfil sürpriz zəngi ilə mənim üçün yeni bir dönəm başladı. Beləliklə, 1938-ci ildən bu yana "Şahsənəmin mahnısının" Şövkət xanımdan sonra ikinci ifaçısı mən oldum. Sizlər üçün sevərək təşəbbüskarı olduğum layihənin yeni not tərtibatı , səsyazma, təqdimat və tanıtım, vizual tərtibat və ssenaridən sonra nəhayət mahnının klipi bu gün işıq üzü görür. Əziz dinləyicilərimə töhfəmiz olsun.
Bu yolda mənlə yol yoldaşı olan, xidməti keçən hər kəsə sonsuz təşəkkürlərimi bildirirəm:
Musiqi: Reynhold Qlier
Sözlər: Cəfər Cabbarlı
Aranjman: Nazim Əhməd
Səs rejissoru: İmran İbrahimov
Əsərin not əlyazmasını təqdim etdi - Bakı Musiqi Akademiyasının Dosenti: Jalə Cəfərova
Əsərin not tərtibatçısı: Gülnarə Səfərəliyeva
Press Reliz: "Təzadlar" qəzeti - Asif Mərzili, Yasəmən Məmmədli
Rejissor: Orxan Bektaş
Prodüser: Hüseyn Aydınov
Ssenari: Əsmər Qasımova
Operatorlar: Elgün Akay, Elmir Xasiyev
Makeup: Xoşqədəm Hüseynova
İnzibatçı: Rəşad Məmmədov
"Şahsənəmin mahnısı"
Gözəllər bağında
Bir gözəl gördüm
Eşqinə bağlandım,
Könlümü verdim
Məni bir baxışla eşq oduna saldı o getdi...
Ala gözlərində
Eşqi gülümsər
Yerişi can alan,
Gülüşü dilbər.
Məni bir baxışla eşq oduna saldı o getdi...

Видеоклипы

Опубликовано:

 

27 май 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 79   
@lamiyeeliyeva570
@lamiyeeliyeva570 25 дней назад
Çox gözəl ifa etmisiniz 😍😍😍 Uğurlarınız daimi olsun❤️❤️❤️❤️
@xuramanmamedova378
@xuramanmamedova378 24 дня назад
Guler xanim size uqurlar arzulayiram. Hemise xos sesinizi esidek 🙏🙏🙏🥰🥰🌹🌹🌹🌹🌹
@khatirahasanzade1758
@khatirahasanzade1758 24 дня назад
Çox gözəl, özünəməxsus ifa. Uğurlar sənə qızım. Klipdə gözəldi, təravətlidi.
@xosqdmhuseynova3115
@xosqdmhuseynova3115 27 дней назад
Mükəməl ifa. səsi gözəl ,özü gözəl Gülər xanim davami gəlsin❤
@westender1
@westender1 27 дней назад
Öncelikle bugün Azerbaycan'ın 28 Mayıs Bağımsızlık Günü'nü tebrik ediyor Vatan icin Şehid olanlara ALLAH' tan rahmet diliyorum. Bu güzel günde bu güzel mahniyi paylaşmak da ancak sizin gibi Vatan sevdalısı şahsiyetlere yakışırdı. Güzel sesinize ve yüreğinize sağlık kardeşim. Mahniyi çok beğendim. Hayırlı uğurlu olsun. Basarilariniz daim olsun InsaALLAH. 🇹🇷❤️🇦🇿👏👏👏👏👏☝️
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Min kere teşekkür ederim 🙏🇹🇷🇦🇿🙏 Allah razı olsun 🙏💐
@eslieliyeva649
@eslieliyeva649 27 дней назад
GÖZEL QIZIM GÜLER XANIM ALLAH YOLLARINI HEMİŞE AÇIQ ELESİN. ÇOX SEVİNDİM. MARAQLI VE MENALI KLİPDİR. ESER DE, İFA DA MÖHTEŞEM. MENE GÜLÇÖHRENİ XATIRLATDIN. ARŞIN MAL ALANDA. ELA. ARDI , DAVAMI GELSİN. SEN ESL SENETKARSAN. HALAL OLSUN. BÖYÜK SEHNELERDEN SESİN GELSİN, İNŞALLAH. SEN AZERBAYCAN MUSİQİSİNİN PARLAYAN İNCİSİSEN. ALLAHIN HEMİŞE XOŞ NEZERİNDE OLASAN. YAŞASIN KLASSİKA.
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Min kərə təşəkkür 🏵️ Allah razı olsun 🙏💐
@Gulsen-vt3be
@Gulsen-vt3be 25 дней назад
Bu başga məsələ. Darixmişig belə ifalar ücün. Mükəmməl. Ugurlariniz bol olsun Gülər xanim 🎉
@nuranarasizade2150
@nuranarasizade2150 22 дня назад
İfa, səs, görüntü möhtəşəm Gülər xanım! Zövq aldım! Uğurlar! ❤
@tebismamedova1915
@tebismamedova1915 27 дней назад
Sanki ötən əsrin əvvəllərinə aid bir film seyr etdik. Gülər xanım, unudulmuş musiqi sərvətimizi araşdırıb yeni nəfəs verdiyiniz , yaşatdığınız üçün Sizə təşəkkür edirəm. Çəkdiyiniz zəhmət itmədiyi üçün təbrik edirəm. İnanıram ki, siz hələ çox böyük uğurlara imza atacaqsınız. İstedad bulaq kimidi , özünə yol açacaq.❤
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Çox çox təşəkkürlər!!!!!!! Allah razı olsun 🙏💋💋🙏
@user-wc4sv9vw3t
@user-wc4sv9vw3t 26 дней назад
Çox gözəl bir ifa, var olun uğurlar arzulayıram sizə, hər zaman səsiniz yüksəklərdən gəlsin inşallah 👍👍👍👏👏👏👏
@gulerqasimova9783
@gulerqasimova9783 26 дней назад
Minnətdaram! Allah razı olsun 🙏
@azizganbarov5035
@azizganbarov5035 17 дней назад
Musiqi savadı olan adamları dinləmək zövq verir mənə. Əhsən səsiniz var olsun👏🏻
@gulerqasimova9783
@gulerqasimova9783 17 дней назад
Təşəkkür edirəm 🙏💐
@sevilunal253
@sevilunal253 25 дней назад
Gülər Qasımova, sən elə əsil bir Şahsənəmsən, Azərbaycan Türklərinin xanımlığını çox gözəl tərənnüm edirsən.
@gulerqasimova9783
@gulerqasimova9783 25 дней назад
Duqqətə görə çox sağ olun Sevil xanım. Min kərə təşəkkür 🏵️🌸💐💞💙
@SenuberMikayilova
@SenuberMikayilova 13 дней назад
Cox gozel mukemmel bir ifa . Qizim mawaAllah olsun sene. Qulaq asdiqca insanin ruhu qidalanir,dincelir. 😘🌹🌹🌹🧿
@iftixarismayilov2693
@iftixarismayilov2693 25 дней назад
Gözəl ifa gözəl musiqi. Təşəkkürlər sizə Güler Xanım👏👏💐
@gulerqasimova9783
@gulerqasimova9783 25 дней назад
Təşəkkürlər 🙏🙏
@z.veli.1239
@z.veli.1239 27 дней назад
Mükəmməl ifa, 👍 klip, möhtəşəm müsiqi 👍🌷🌷🌷👏👏👏 bravo !! Unudulmuş sərvətimizə yeni həyyat verdiyiniz üçün, əməyi keçən hər kəsə təşəkkürümü bildirirəm. 🙏✋👏👏👏 RESPECT
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Thanks my dear 🙏
@user-xc9cp7xb5i
@user-xc9cp7xb5i 24 дня назад
Çox gözəl bir səs insanın ruhunu oxşayir buna deyirəm sənət ❤
@sevdaahadzadegul
@sevdaahadzadegul 27 дней назад
Ifaniz hər zaman ürəklərə yol taparaq ,qəlbləri sevindirərək , bizləri şad edir.Mən sizə neçə neçə böyük maştablı projelər diləyirəm. O gün olsun ,səsiniz operanın beşiyi olan İtalyadan gəlsin!❤❤❤
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Təşəkkürlər 🙏 Minnətdaram ❤️
@mehparhmd4103
@mehparhmd4103 27 дней назад
Əla!
@Gulsen-vt3be
@Gulsen-vt3be 25 дней назад
Cox mükəmməl ifa. Darixmişig belə ifalar ücün. Ugurlariniz bol olsun Gülər xanim🎉
@gulerqasimova9783
@gulerqasimova9783 25 дней назад
Çox təşəkkür edirəm 🙏💐
@user-cn7ns8vq4g
@user-cn7ns8vq4g 22 дня назад
Mohtesem ifa yolunuz aciq olsun davamini da gozleyirik🙏❤️
@aynahuseynova9759
@aynahuseynova9759 26 дней назад
Möhtəşəmmm🎉❤
@seymurqasimov657
@seymurqasimov657 27 дней назад
Ecazkar ifa.Unudulmus bu ərsiyə gətirən hər bir şəxsə təşəkkürümü bildirirəm ❤
@Leyliashrafii
@Leyliashrafii 27 дней назад
Cox cox cooooox beğendim Mmm necede zovglu klip di gozel ifadi 😍😍😍söz tapa bilmirem bu gozeliye 👏🏻👏🏻👏🏻
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Təşəkkür edirəm 🙏 Minnətdaram!🙏💐
@18101964istanbul
@18101964istanbul 4 дня назад
tebrikler sesine yüreğine sağlık
@nazirrustemov7296
@nazirrustemov7296 27 дней назад
Super...əvəzedilməz bir ifa...uğurlar arzulayıram...
@Jalzizova-dm8kq
@Jalzizova-dm8kq 27 дней назад
Çoxxx gözel ifa,Uğurlarrr😍😍👍👍
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Təşəkkürlər ❤️
@orxan.mirzeyev.
@orxan.mirzeyev. 29 дней назад
GÜLƏR XEYİRLİ UĞURLU OLSUN TƏBRİKLƏR. 🎉❤ ALLAH BOL BOL UĞUR XEYİR VERSİN İNŞALLAH. TƏBRİK EDİRƏM.👍👏📽📺🎵👑🇦🇿
@gulerqasimova9783
@gulerqasimova9783 29 дней назад
Çox sağ olun 🙏 Bahəm🙏
@sunbulmamedova8369
@sunbulmamedova8369 27 дней назад
Ugurların bol olsun. Çox bəyəndim. Ardı gəlsin. ❤😍 Gözəl ifa. Halal olsun👍👍❤️
@tahsinunal
@tahsinunal 27 дней назад
Tebrik ediyorum, çok beğendim devamını bekliyorum başarılar
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Teşekkür ederim 🙏🇹🇷🇦🇿🙏
@op.dr.yusifabdulov
@op.dr.yusifabdulov 27 дней назад
Səsinizə, əməyinizə sağlıq. Klip uşaqlıq çağında oxuduğum nağılları xatırlatdı 😊
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Çox təşəkkürlər!!!!!!! Allah razı olsun 🙏💐
@huseyingulsk2835
@huseyingulsk2835 22 дня назад
Harika yüreğine sağlık 🎤🎤👏👏
@ulyaaliyeva3004
@ulyaaliyeva3004 26 дней назад
Çox zövqlü klip alınıb.Musiqi,gözl,ifa professional,görüntü ürəkaçan.Ruhun oxşadığı mənəvi qida! Gülər,bu cür ifalar və gözəl kliplərin ardı arası kəsilməsin.Daim yaradıcılıqda və populyarlığın zirvəsində olasan!❤
@gulerqasimova9783
@gulerqasimova9783 26 дней назад
Min kərə təşəkkür edirəm 🏵️ Çox sağ olun 🙏💐
@jalcfrova7858
@jalcfrova7858 27 дней назад
Gülər, uğurlarınız bol olsun!!!
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Çox sağ olun 🙏 Minnətdaram əziz müəlliməm!!!
@jalcfrova7858
@jalcfrova7858 27 дней назад
Gözəl səs, gözəl ifa!!!
@mehparhmd4103
@mehparhmd4103 26 дней назад
Gözəllər bağındakı gözəl sənsən, gözəl qızım!
@gulerqasimova9783
@gulerqasimova9783 26 дней назад
Gözəl görən sizin gözləriniz.🥰🙏💐
@elchinshirxankompozitor987
@elchinshirxankompozitor987 27 дней назад
ƏLA. UĞURLAR ARZU EDİRƏM GÜLƏR XANIM.
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Təşəkkür edirəm 🙏💐
@aydanquliyeva9326
@aydanquliyeva9326 27 дней назад
Gulər,təbrik edirəm.Cox gozəl ifa,gozəl klip.Cox gozəl də gorunursən.Xeyirli olsun.Davami gəlsin.Ugurlar sənə ❤
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Diqqətə görə təşəkkür edirəm. Çox sağ olun 🙏💐
@VaqifAzizoff
@VaqifAzizoff 27 дней назад
Çox gözəl . Əla super Maşallah 👍👍👍👍
@jalcfrova7858
@jalcfrova7858 27 дней назад
Çox gözəl klipdir!!!
@Elmar-td1bv
@Elmar-td1bv 27 дней назад
MaşaAllah
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Təşəkkürlər 🙏
@kamalaabbasova7140
@kamalaabbasova7140 28 дней назад
Allah. xeyirli. uğurlu. olsun! Təbriklər!
@gulerqasimova9783
@gulerqasimova9783 28 дней назад
Təşəkkürlər 🙏
@orxan.mirzeyev.
@orxan.mirzeyev. 27 дней назад
İZLƏDİM ÇOX GƏŞƏNG MÖHTƏŞƏM İŞ ƏRSİYƏ GƏTİRDİNİZ GÜLƏR TƏBRİK EDİRƏM BİR DAHA ƏSƏR İFA VƏ EKRAN İŞİ OBRAZLARINIZ BİR PEŞƏKAR İFAÇILIQ VƏ AKTİRİSALIQ NÜMAYİŞ ELƏDİZ. HƏR BİR İŞİNİZDƏ HƏR TƏRƏFLİ PEŞƏKARLIQ TƏQDİM EDİRSİZ SİZİ GÜLƏR ÜRƏKDƏN TƏBRİK EDİRƏM. UĞURLARINIZ BOL OLSUN İNŞALLAH.🎵📽📺👍🥰👏🇦🇿🇦🇿🇦🇿
@gulerqasimova9783
@gulerqasimova9783 26 дней назад
Çox sağ olun 🙏💐
@vafa_baghirzadeh
@vafa_baghirzadeh 22 дня назад
Möhtəşəmm🥰❤️
@xhh8566
@xhh8566 27 дней назад
Uğurlar
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Təşəkkürlər 🙏
@zaramammadli8825
@zaramammadli8825 25 дней назад
Supet
@azadeabdullayeva
@azadeabdullayeva 26 дней назад
can brava ❤ super 👏🏼
@gulerqasimova9783
@gulerqasimova9783 26 дней назад
Grazie cara 🙏❣️
@vokalistaysel8034
@vokalistaysel8034 27 дней назад
Uğurlar🌹♥️👍
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Təşəkkürlər ❤️
@user-gf1wo8pj1p
@user-gf1wo8pj1p 27 дней назад
Molto bello😍😍😍😍😍
@gulerqasimova9783
@gulerqasimova9783 27 дней назад
Grazie caro 🙏
@newsmedia789
@newsmedia789 26 дней назад
Uğurlar olsun
@gulerqasimova9783
@gulerqasimova9783 26 дней назад
Təşəkkür 🏵️
@mooncrownworld9002
@mooncrownworld9002 24 дня назад
Çəkiliş aparılan yer haradır?
@lamiyeeliyeva570
@lamiyeeliyeva570 25 дней назад
Çox gözəl ifa etmisiniz 😍😍😍 Uğurlarınız daimi olsun❤️❤️❤️❤️
Далее
#kikakim
00:20
Просмотров 3,5 млн
MTV/Ulduzlu saat - Gülər Qasımova
39:01
Просмотров 555
TALIB TALE və BAHARIN toyu - TAM HİSSƏ
19:24
Просмотров 335 тыс.
Gülər Qasımova - "Bayatılar"
5:12
Просмотров 710
Malohat
3:05
Просмотров 368 тыс.
GONE.Fludd, ЛСП - Ути-Пути
3:07
Просмотров 136 тыс.
AD AKA DILOVAR - MILANA  ( 2024 )
3:19
Просмотров 1,1 млн