Тёмный

Günəş eynəyi almadan öncə videonu izləyin  

Dr.Rəfadar Xəlilov
Подписаться 5 тыс.
Просмотров 6 тыс.
50% 1

😎Bu dəfəki videom digərlərindən bir az fərqlidir. 👓Gözlərinizi yaya hazırlamağınız üçün bəzi bilgiləri sizinlə bölüşməyə qərar verdim. Bu demək olar bütün izləyicilərimi maraqlandıracaq mövzudur. İzləməyi unutmayın.😎
Aşağıdakı linklərə daxil olaraq məni digər sosial şəbəkələrdən də izləyə bilərsiniz.
Facebook: / rafadarxalilov
İnstagram: / rafadarxali. .
Günəş eynəyi seçimi ilə əlaqədar bir mövzunu sizinlə paylaşmaq istəyirəm. İlk olaraq artıq yaz gəldi, bizim yazda nəyə ehtiyacımız var? Günəş eynəyinə də ehtiyacımız var və mənim bu gün sizinlə bölüşmək istədiyim fikirlərim “Günəş eynəyi seçimini necə etməliyik və ya mən bir günəş eynəyini seçmək üçün hansı kriteriyaları əsas götürürəm?”.
İlk olaraq bir günəş eynəyi seçimini, məncə, nəyi isə alırmış kimi deyil, bir əyləncə kimi və ya bir istirahət kimi görmək lazımdır. Onun üçün özümüzü rahat hiss edə biləcəyimiz bir məkan seçəcəyik.
Mən günəş eynəyi seçəndə nələrə diqqət edirəm? Mənim üçün birinci eynəyin xarici görünüşü çox önəmlidir. Yəni bu geyindiyim eynək və ya bəyəndiyim eynək mənim üz quruluşuma otururmu, mənə uyğun gəlirmi? Əgər birinci etapı keçirəmsə, yəni xarici görünüş olaraq məni qane edirsə, hər kəsin zövqü fərqlidir. Mənə uyğun gəlirsə, deyə düşünürəmsə, növbəti etapa keçirik.
Eynəyin rahatlığı. Rahatlıq deyəndə nəyə diqqət etməliyik? Önəmli nöqtələr buradakı buruncuqların bizim burnumuzu sıxmaması və eynəyin qolunun qulağımızın arxasını sıxmamağı, incitməməyidir. Əgər bunlar komfortlu olarsa, biz eynəyi taxanda əlavə heç bir yük və ya gərginlik hiss etmirik. Əgər, doğurdan da, bizə rahatdırsa, yük və gərginlik hiss etmiriksə, deməli, bu eynək bizə uyğun bir eynək ola bilər. Günəş eynəyinin çərçivəsi nə qədər geniş sahəni tutarsa bir o qədər günəş şüalarından gözümüzü qorumuş olur, həm də göz ətrafı dərilərin günəş şüaları nəticəsində erkən yaşlanmağını, erkən qocalmağını önləmiş oluruq.
Bundan sonraki etap şüşələrin keyfiyyəti haqqındadır. Şüşələrin keyfiyyətində əsas nöqtə bu şüşələrin işıq keçiriciliyi, şüa keçiriciliyi çox önəmlidir. Əgər bir şüşə ona düşən şüanın nə qədər böyük hissəsini gözümüzə ötürürsə, o bizə o qədər daha aydın görmə təmin edir. Yəni biz günəş eynəyini geyinəndə ətraf mühit qaranlıqlaşmamalıdır, tam əksinə daha aydın olmalıdır. Yəni mən eynəyi taxıram, daha da rahat görürəm, hətta bəzən günəş eynəkləri o qədər komfortlu günəş eynəkləri olur ki, gecə belə, gecə saatlarında belə bu günəş eynəyini geyindiyimizdə heç bir görüntü obyektini itirmirik. Bəzən bəzi eynəklər var onları geyinirsən, bir müddətdən sonra insanın yuxusu gəlir. Yəni qaranlıq çökür və elə bilirsən ki, axşam olub. yuxun gəlir. Bunların şüa keçiriciliyi önəmlidir.
Daha sonra bu şüşələrin ultrabənövşəyi bloku var, ya yoxdur? Buna diqqət edəcəyik. Sağlamlığımız cəhətdən ən önəmli nöqtələrdən biri də günəş şüasının tərkibində olan ultrabənövşəyi şüaların bizim torlu qişanın üstünə düşüb oradakı hüceyrələri zədələməsidir. Məhz, yayda günəş eynəyinin populyar olmasının əsas səbəbi, məqsədi də bu ultrabənövşəyi şüalardan torlu qişamızı qorumaqdır. Mütləq eynək alanda şüşələrin ultrabənövşəyi şüaları blok etdiyinə əmin olmalıyıq. Bunların da blok faizləri var, amma nə qədər yüksək faiz olarsa, yəni 100% ultrabənövşəyi şüa blok edən şüşələri, əlbəttə ki, daha keyfiyyətli şüşə sayırıq və onları almaqlarını istəyərik və ya onları seçmələrini istəyərik.
Daha sonra polarizə xüsusiyyəti olsa, daha yaxşı olar. Polarizə xüsusiyyəti nədir? Ətraf obyektlərdən düşən işıqları, dağınıq işıqları cəmləşdirib daha aydın, dəqiq görüntü olaraq bizə əks elətdirir. Yəni biz bəyaz rəngdə bir avtomobilə baxırıqsa, avtomobilin konturları dağınıq olur. Eynəyi geyindiyimiz zaman konturlar toparlanır və daha aydın bir görüntü əldə etmiş oluruq.
Və ən axırıncı mövzumuz günəş eynəklərində yansımalar, yəni eynəyə düşən şüanın geri qaytarılmağıdır.Yansımalar nə qədər az olarsa, yenə də görüntü o qədər keyfiyyətli olar. Yansımalarda bir şüşənin cilalanma texnologiyası önəmlidir. İkinci rəngləri önəmlidir. Düzdür, bütün rənglər yansımanı azaldır, amma tünd boz və yaşıl rənglər yansımaları daha çox azaldan rənglərdir. Ona görə də əgər seçim haqqı, imkanı varsa, tünd boz və yaşıl rənglər seçilsə, daha yaxşı olar.
Məncə bir günəş eynəyi seçimi üçün bu kriteriyalar yetərli olar. Əgər bu kriteriyalara uyğun gələn bir eynəkdirsə, istənilən halda əlavə olaraq həmin optikadakı əməkdaşların tövsiyələrinə də diqqət edib, onları da nəzərə alıb, uyğun bir qərar verilə bilər. Çünki ola bilsin ki, biz bu işin içində deyilik. Hər şeyi tam detallarına qədər bilmirik, ancaq onlar bu işin içindədilər və bizə ən doğru məsləhəti verəcəklərinə əminəm, yəni onların fikirlərinə də əhəmiyyət vermək lazımdır.

Опубликовано:

 

17 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 6   
@haqqyerinitapar3567
@haqqyerinitapar3567 Год назад
Salam Sizin magaza harada yerleşir Palaroid eynek varmı ve qiymet texmini hansı qiymetedir
@resulovaarzu5918
@resulovaarzu5918 3 года назад
hansi uz quruluwuna nece eynek geder deyinde zehmet olmasa
@resulovaarzu5918
@resulovaarzu5918 3 года назад
menim gozume tel qoruyucusu deymiwdi xirda bir parca saxsi .gozumun alti wiwdi hekime getdim iwigla baxdi gozumu yudu saxsi falan yoxdu dedi ola bilsen deyib cixib gozu zedeliyib ama gormem 100%di havaya qarwi heddinen artig alergiyam var gozlerim cox yawarir agri olur damci ve maz yazdi sizce ziyanli biwey olmazki 0%li eynek dedi al
@razdanrazdan2375
@razdanrazdan2375 Год назад
Katarakta əməliyyatı etmək olarmı şəkər 7,5 olarsa?
@RafadarXalilov
@RafadarXalilov Год назад
Salam. Bəli.
@kamranqedirov7880
@kamranqedirov7880 Год назад
Salam bu dediyiniz kefiyətdə eynək neçiyə olar
Далее
🧙‍♀️☃️💥 #ice #icequeen #winter
00:14
Просмотров 44 тыс.
Dora was kidnapped and then… 😨 #shorts
00:18
Просмотров 2,8 млн
Ice Bear would appreciate some cheese 🧀
00:18
Просмотров 12 млн
Günəş eynəkləri seçərkən bunlara  diqqət edin
4:32
Boşanmaların səbəbləri | Nizami Orucov
46:37
Просмотров 26 тыс.