Тёмный

Optik eynək seçimində nələrə diqqət edək?  

Dr.Rəfadar Xəlilov
Подписаться 4,9 тыс.
Просмотров 15 тыс.
50% 1

Optik eynək seçimində seçimimizi eynəyin keyfiyyəti ilə məhdudlaşdırmamalıyıq. Daha aydın görmək üçün başqa amillərdən də xəbərdar olmağımız lazımdır.
Bu videodan sonra siz eynək seçiminizi daha rahat edəcəksiniz.
Videonu izləməyi və suallarınız varsa, rəy bölməsində qeyd etməyi unutmayın.
Aşağıdakı linklərə daxil olaraq məni digər sosial şəbəkələrdən də izləyə bilərsiniz.
Facebook: / rafadarxalilov
İnstagram: / rafadarxali. .
Dəyərli dostlar, bu gün sizə optik eynək seçimi ilə əlaqədar məlumat vermək istəyirəm. Optik eynək seçimi ilk olaraq eynəyin üz quruluşumuza necə oturmağı ilə əlaqədar, yəni xarici görünüş, yaraşmağı ilə əlaqədar başlayır. Əgər eynək üzümüzə rahat yaraşırsa və aynadakı aldığımız görüntü bizi qane edirsə, ondan sonra eynəyin xüsusiyyətlərinə keçirik. Eynəyin xüsusiyyətlərində bir neçə parametr var. O parametrlərə diqqət etsək, alacağımız eynəkdən daha razı qalacağıq. Yəni daha faydalı olacaq, istifadəli olacaq. Ən birinci, mümkün qədər eynək seçərkən yüngül eynək seçməyə çalışırıq. İkinci, mümkün qədər elastik eynək seçməyə çalışırıq və komfort yenə də çox önəmlidir. Komfort dediyimizdə buruna oturan, eynəyin buruna oturan yastı hissələri və qulağın arxasına uyğun gələn sapları çox önəmlidir. Onlar həm burnumuzun üstünü incitməməlidirlər, həm də qulağımızın arxasını sıxmamalıdırlar. Bunlar xarici görünüş ilə əlaqədardır. Bunun xaricində yazılan optik eynək reseptinə uyğun eynək çərçivəsinin bəzi xüsusiyyətlərinə diqqət etmək lazımdır. Əgər astiqmatik eynək yazılıbsa, xüsusilə də astiqmatı yüksək dərəcədirsə, belə eynəklərdə mümkün qədər böyük çərçivə seçilməlidir. İkincisi, mümkün qədər kənarları bağlı çərçivə seçilməlidir və girdə, dairəvi çərçivələr seçilməməlidir. Birinci, geniş çərçivə niyə seçilməlidir? Daha geniş sahədə, daha aydın görmə təmin olunsun deyə. İkinci, kənarları niyə bağlı olmalıdır? Şüşələrin kənarı açıq olduqda düşən şüalar oradan sınma verir və həmin hissədə yansımalar daha çox olur, görüntü bizi aldadır. Üçüncü, niyə girdə olmasın? Çünki astiqmatik şüşələr çərçivə çox girdə olarsa, şüşə çərçivənin içərisində hərlənir, fırlanır, yerini dəyişdirir. Yəni astiqmatizmin bucağı dəyişmiş olur, görüntünün keyfiyyəti aşağı düşür, hətta pisləşə bilir. Ona görə də çərçivələr olmamasına diqqət edəcəyik. Digər nöqtə, miyop insanlarda yenə də eynək çərçivəsi geniş ola bilər, niyə? Çünki şüşələrin mərkəzi hissəsi nazik olur, geniç çərçivə seçdikdə görmə sahəsi daha genişlənmiş olacaq. Amma hipermetroplar üçün tam tərsinə, hipermetrop şüşələrin mərkəzi hissəsi qalın olduğuna görə şüşə ağırlaşır. Çərçivə böyüdükcə şüşənin kütləsi böyüyür və ağırlıq əmələ gətirir. O ağırlıq nə olur olsun, bizim burnumuzun üstünü sıxır və orada iz buraxır. Ona görə də hipermetrop şüşələrdə, yəni müsbət şüşələrdə mümkün qədər çərçivəmiz daha kiçik olsa, daha az sıxıntı yaşayarıq, daha qısa müddətdə adaptasiya olarıq.
Şüşələrin keyfiyyəti nece seçilməlidir?
Şüşələrin çox fərqli növləri var. Material olaraq 2 ana qrupa bölünür: Minerallar, orqanik şüşələr. Son zamanlar mineral olan, yəni tam təbii şüşə olanları seçməməyə diqqət edirik. Çünki bu cür şüşələr asanlıqla qırılır və qırıldığı zaman çiliklənir. Həmin o şüşə qırıntıları gözümüzə düşüb gözümüzü zədələyib, cızıb, hətta kəsə bilər. Ona görə tövsiyə etdiyimiz orqanik şüşələrdir. Çünki orqanik şüşələr gec qırılır. Qırılsa da, çiliklənib kəskin kənarlı kəsik əmələ gətirmir. Bundan başqa, şüşələrin ultrabənövşəyi şüa bloklama xüsusiyyəti var. Bundan əlavə olaraq onların səthində müxtəlif, fərqli örtüklər olur. Antirefle örtüklər ki ətrafdan gələn şüaları azaltsın, yansıyan şüaları azaltsın. Ondan sonra bunların üstündə yenə əlavə örtüklər olur. Sərt örtüklər şüşələrin tez cızılmağının qabağını almaqdan ötrüdür və bəzi şüşələr var, həm rəngli ola bilir. Bəziləri var xamilyondur, rəng dəyişdirə bilən şüşələr ola bilir. Bayaq unutdum, çərçivə seçimində bəzi çərçivələr var ki son zamanlar çıxıb, belə maqnitli çərçivələrdir. Bu eynəklərin üstün cəhəti odur ki, əslində, xamilyonlarda, yəni Rəng dəyişdirən eynəklərdə xamilyonların əksəriyyəti tam içəridə istədiyiniz qədər şəffaflaşmır, günəşdə də istədiyiniz qədər tündləşmir. Onların tündləşməsi üçün birbaşa günəş şüası düşməlidir. Məsələn, avtomobildə oturmuşuq, birbaşa günəş şüası düşmür, amma ona görə də şüşəmiz tündləşmir, rəngi dəyişmir. Ona görə onlardan bəzən çox da faydalana bilmirik. Bu maqnitli eynəklər daha üstünlük təşkil edir bu mövzularda. Niyə? İçəridə olduğumuz zaman onsuz da tam şəffafdır. Çölə çıxdığımız zaman da bunun üzərinə fərqli qoruyucu örtüklər var. Örtükləri əlavə etməklə tamamilə bir günəş eynəyinə asanlıqla çevirilir və bir günəş eynəyindən gözlədiyimiz bütün tələbləri yerinə yetirmiş olur. Optik eynək seçimi haqqında tövsiyələrim bunlardır. Ümid edirəm ki, insanlar bu tövsiyələrdən faydalanarlar və onların işinə yarayar.

Опубликовано:

 

15 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 64   
@zaurabbasov264
@zaurabbasov264 Месяц назад
Çox sağolun dəyərli doktorumuz məlumat verdiyiniz üçün .Mənimdə oğlumun həkimi sizsiniz Allah bütün balalara şəfa versin.
@emilsukurov3550
@emilsukurov3550 4 года назад
Məlumatiniza görə çox sağ olun həkim.
@nargizbagiyeva3837
@nargizbagiyeva3837 Год назад
Cox sağ olun həkim Geniş məlumatlar ücün.
@sukurrehmanov6681
@sukurrehmanov6681 8 месяцев назад
Minnətdarıq sizə bilmədiyimiz məlumatları çox asanlıqla dərk etdik.
@RafadarXalilov
@RafadarXalilov 8 месяцев назад
Dəyərləndirdiyiniz üçün təşəkkür edirəm.
@cansumemmedova2578
@cansumemmedova2578 17 дней назад
Yungul eynek Elastik Komfort buruna oturan yastiq ve qulaq arxasi Boyuk cercive Kenarlara bagli cercive Orqanik şuşe Şuaya qarşi Seth ortuk Maqnitli eynek
@Səninbəstən
@Səninbəstən 3 года назад
Cox sag olun Hekim.Var olasiniz.
@oghesenov1178
@oghesenov1178 6 месяцев назад
Cox sagolun doktor. Eyneyimi bugun aldim bu videoyada aldiqdan sonra baxib melumat topladim. Amma goruremki duzgun secim etmiwem cox sagolun
@sarahe3181
@sarahe3181 2 года назад
Salam həkm biz yaxın və uzaga görmək üçün eynəkləri harada yəni hansı optika magazlarında düzəltdirək düzgün olar? olçüsnü 1 ay əvvəl xaricdə həkim yazıb. düzgn istiqamətləndirsəz minnətdar olarıq.
@elmiramemmedova4295
@elmiramemmedova4295 2 года назад
Allah qorusun. Bizim həkimimizi
@user-fo5le6yn7u
@user-fo5le6yn7u Год назад
SUPER IZAG. 18IL EYNƏK TAXIRAM. -5,5. MƏSLƏHƏTLƏRİNİZ ÖZ KƏŞFİM KİMİ DÜŞÜNÜRDÜM. SƏN DEMƏ DAHA DÜZGÜN BAŞA DÜŞÜB VƏ SEVMİŞƏM EYNƏYİ😊
@qurbancopurov
@qurbancopurov Год назад
astigmat eger varsa lazerede olulmaqmi yaxwidi yoxsa ackiyle mualice yaxwi olar
@almazzeynalova8564
@almazzeynalova8564 2 года назад
Salam doktor şüa açkisi nəyçindi onu hər kəs alıb taxa bilərmi.mənim gpzüm müsbət 2yarimdi eynək taxıram ama şüa eynəyin üstünlüyün bilmək istərdim
@nicatisgenderli6154
@nicatisgenderli6154 3 года назад
Salam eynəyin məsafəsi nə qədər olmalıdı
@kbrovamleyk3049
@kbrovamleyk3049 3 года назад
Salam keretekonus xestesi şüadan qorumaq üçün eynək taxa bilərmi
@gunelaxundova8596
@gunelaxundova8596 3 года назад
Salam hekim. Men 9 aydi emeliyat olmuşam. Hal hazirki işim kompterle baglidi. Komputer ucun eyney istifade etmeliyemmi?
@sevdabagrzad2330
@sevdabagrzad2330 2 года назад
Zəhmət olmasa məlumatlayardız
@user-fo5le6yn7u
@user-fo5le6yn7u Год назад
Məhz bu eynəkdən 8ildir istifadə edirəm. Nə qədər fərqli eynəklər alsamda yenə 8 ildə 5 dəfə Bu opravanın şüşəsini dəyişdim😊
@HsyN-77
@HsyN-77 11 месяцев назад
Bəs kompüter kimi əşyaların şüalarından qorunmaq üçün hansı etnıklər məsləhətdir? Öncədən təşəkkürlər
@amargafarov5249
@amargafarov5249 3 года назад
Salam hekim.Menim oglumda bir gozunde iceri dogru ceplesme gedir hekim bize bir gozunu baglamaq tapsirip ama menim oglum nece ildi oyresmir her defe aglayir qoymur .Bildiyime gore elektronnaya ocki olur isag hiss elemir hansi gozu aciqdi qapalidir .Eger bir bilginiz varsa meni bilgilendire bilersiniz.Indiden cox sagolun
@ayxanverdiyev8306
@ayxanverdiyev8306 2 года назад
məndə istiyirem xanim tapa bilmisiz?
@ulviyyhmdzad2508
@ulviyyhmdzad2508 3 года назад
Təşəkkürlər Həkim
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Mən də təşəkkür edirəm.
@cyber_k1ng348
@cyber_k1ng348 2 месяца назад
Salam doktor. İncəlmiş şüşə ilə adi şüşənin fərqi var? Qızım miopdu.ona görə soruşuram
@RafadarXalilov
@RafadarXalilov 2 месяца назад
Salam. Görüntü baxımından yox.
@sevdabagrzad2330
@sevdabagrzad2330 2 года назад
Salam mən zəif gözə eynək aldım dünən bu gün eynək partladı optikaya müraciət etdim dedi spirt vurubsuz partlayıb ancaq spirt vurmamışdıq
@ayazagammedov
@ayazagammedov Год назад
Salam həkim 9 aylıq uşağa enək yazıblar onun malicəsi varmı eynəyi uşaq saxlamlr həkim deyir tənbə gözdü
@resulovaarzu5918
@resulovaarzu5918 3 года назад
salam menim gozum tez alergiya goturur havaya cixanda falan hekim 0%li eynek al dedi yeni gunluy uzum oval formadi nece eynek geder uzume rahat olsun hemde
@Quliyeva....
@Quliyeva.... 3 года назад
Həkim mən sizin əlinizdəki eynəydən seçmişəm cərcuvəsini assimetrikdir məndə buynuz qişanın əyilməsi duzgun secmisem?zehmət olmasa məlumatlandirardiz.cox sag olun.
@MuhammedAli-fy5hj
@MuhammedAli-fy5hj 28 дней назад
Salam Həkim uşağın gözünda birində zəiflik var 90 faizdi görmə həkim eynək yazıb amma deyir ki 100 faiz olana kimi taxmalıdır bu ne derecede düzgündü 90 faiz az göterci deyil axı
@RafadarXalilov
@RafadarXalilov 28 дней назад
Gözün vəziyyətinə görə dəyişir. Bəzən yorğunluğu azaltmaq uçun də görməsi yaxşı olsa da eynək taxdırırıq.
@dniz5388
@dniz5388 3 года назад
Həkim xahiş edirəm cavab verin uşağın 13 yaşı var yeni bilmişik indi deyir zəiflik var .bir gözündə _4du bir gözündə_3,75 müalicə yazdı birdə eynək bunların köməyi olacaqmı? əməliyyatın əleyhinəyəm dedi həkim birdə necə çərçivə olsun
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam . Eynəyin pasientə faydalı olub olmaması barədə bilgini eynəyi yazan həkimdən ala bilərsiniz. Eynəyin keyfiyyət mövzusu isə texniki mövzudur və bu məsələdə optikada çalışan əməkdaşlar sizə kömək edə bilər.
@Quliyeva....
@Quliyeva.... 3 года назад
Salam hekim mənim gozumde assitmatikdir buynuz qişanın əyilməsi eyneyin arginal olduğunu harda yoxlaya bilərik yaponiyanin eynəyini almusam nəmləndirib isiga tutanda onun susesinə firmanin adi yazilir bu arginal sayilir?
@sbnmazadxanl3028
@sbnmazadxanl3028 3 года назад
Salam Şüşənin orginalligi barədə bütün məlumatlar sizə verilən şüşənin lisenziyasinda qeyd olunur. Əgər sizə şüşənin lisenziyası verilibsə ordan oxuya bilərsiz.
@ruqyyamhrrmli1154
@ruqyyamhrrmli1154 9 месяцев назад
Gözündə spazma olan xəsdə üçün şua üçün istifadə edilən eynəl taxmag ziyandı?
@RafadarXalilov
@RafadarXalilov 8 месяцев назад
Salam. Xeyr.
@iboseferov291
@iboseferov291 3 года назад
Salam həkim xayiş edirem cavab yazardiz da menim oğlumun anadan gelmə çəplik var hər iki gözdə zeyfdi 4 yaşinda əməliyat oldu çəpliyə görə 6 aydı əməliyat olduğu və hər iki gözdə çəplənməsi düzəlmiyib hər iki gözdə oy uyur sizin fikircə əməliyat doğruyudumu yoxsa yaniliş olub cavab versəniz çox sevnərik
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Pasiyentin göz parametrləri və əməliyyat planı barədə bilgim olmadığına görə bu suala cavab vermək mümkün deyil.
@yeganequliyeva4530
@yeganequliyeva4530 Год назад
Həkim zəhmət olmasa cavab yazın oğlumun 13yaşı var burnunu yanlarını yara edib burun 👃 ucuda duşub aşagı necə edim bilmirəm eyneyini deyişim?
@RafadarXalilov
@RafadarXalilov Год назад
Eynək çərçivələri ilə ən doğru məsləhəti sizə optika əməkdaşları verə bilər. Göz həkimi optik eynəyin dərəcəsini və zəruri hallarda eynəyə əlavələri təyin edir.
@muradalimusali5897
@muradalimusali5897 3 года назад
Salam doktor xahiş edirəm cavablandirasiz hamiləlik gözü zəiflədirmi çünkü mən altı aylıq hamiləliydə gözlərim uzağı biraz bulanıq görür amma hamiləlikdən əvvəl aydın görürdüm şikayətim yox idi sadəcə beş faizliy bir zəiflik olsada aydın görürdüm hamiləlikdən sonra keçərmi bəs
@nrminliyeva429
@nrminliyeva429 Год назад
Salam. Sizdə təzyiqlə əlaqədardı. Təzyiqiniz ola bilsin yuxarı olur. Bu da tədricən gözü zəiflədir
@dniz5388
@dniz5388 3 года назад
Salam həkim uşağa uzağı görməsi üçün eynək yazıblar Alman şüşəsindən olacaq deyirlər onu biz necə bilərik? Zəhmət olmasa cavab verərdiz
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam . Eynəyin pasientə faydalı olub olmaması barədə bilgini eynəyi yazan həkimdən ala bilərsiniz. Eynəyin keyfiyyət mövzusu isə texniki mövzudur və bu məsələdə optikada çalışan əməkdaşlar sizə kömək edə bilər.
@jalemuxtarova8633
@jalemuxtarova8633 3 года назад
Salam hekim mümkünsə cavablandirin mənə həkim eynək yazıb uzaqdı görmədən problem var eynək məni çox narahat edir başımı qarışır başım gicəllənir həkim deyir ki taxmalisiz mütləq bu nə dərəcədə düzgündür
@rasimsariyev2
@rasimsariyev2 3 года назад
Sizin basinizin gicəllənməsi 2 gozunuzun hərəsinin gormə faiz ləri fərqli olmasidir
@RAMON_MAMMADOV
@RAMON_MAMMADOV Год назад
Hekim, italiya rosso ,yoxsa fransa cantilen blue block susesi hansi daha keyfiyetlidir ?
@RafadarXalilov
@RafadarXalilov Год назад
Salam. Bu mövzuda sizə ən doğru məsləhəti optika əməkdaşları verə bilər.
@asifrehimov6346
@asifrehimov6346 Год назад
fransada blublock olmur blue cut olur onun qoruma seviyesu 70faizdi max oncun rosso daha meslehetdi
@said8921
@said8921 2 года назад
Salam hekim. Menim gözüm astigmatimdi. 8 ci sinif şagirdiyem. Men eynek deyişimi etmek isteyirem. Hem şüşesi hem apravası .Meslehetinizi çox beyendim. Zehmet olmasa Ünvan yaza bilersiz? Teşekür edirem.
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam. 050 391 94 22 - qeydiyyat nömrəmizdir. Ünvanımız: Spero Klinikası (köhnə Dobromed klinikası), 2-ci mərtəbə, Ayna Göz Lazer mərkəzi, 20 Yanvar küçəsi 1/ B, Şamaxinka.
@said8921
@said8921 2 года назад
@@RafadarXalilov çox sagolun . Allah razı olsun. Metleq gelecem.
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Cümləmizdən. Gözləriniz nurlu olsun.
@said8921
@said8921 2 года назад
@@RafadarXalilov sizinkimi hekimler biz xestelere allah çox görmesin. Şükür varsınız. 🙏🏻Minetdaram.
@amilqurbanov4739
@amilqurbanov4739 3 года назад
Salam mənim oğlumun 1 gözunde tenbellik var həkim müalicevi eynek yazıb köməyi olacaqmı eyneyin?
@RafadarXalilov
@RafadarXalilov 3 года назад
Salam. Tənbəlliyin eynək müalicəsi mütləqdir . Köməyi olacaqmı və ya gələcəklə bağlı proqnoz vermək mümkün deyil. Müalicənin nəticəsinin dinamikasına görə təxmini fikir bildirmək olar.
@sahverdiyeva2168
@sahverdiyeva2168 2 года назад
Men 2 ildi eynəyimi deyismemisem zerer olar goze?
@RafadarXalilov
@RafadarXalilov 2 года назад
Salam . Eynəyinizdəki görməniz sizi qane edirsə və dəyişmək ehtiyacı hiss etmirsinizsə bir problem olmaz.
@emilsukurov3550
@emilsukurov3550 4 года назад
Salam həkim.Uşağa həkim məsləhəti olmadan xamilyon açki almaq olar?Gözündə bahar xəstəliyi var uşagin amma görməsi yaxşidir.
@RafadarXalilov
@RafadarXalilov 4 года назад
Salam, optik eynək nəzərdə tutursunuzsa , bəli , olar. Hətta xamilyon eynəyə alternativ maqnitli eynəklər də ola bilir. Ancaq optik eynək istifadə etmirsə adi günəş eynəyi də istifadə edə bilər.
@xeyalememmedova6383
@xeyalememmedova6383 Год назад
Salam optik eyneklerin qiymeti neceden baslayir
@RafadarXalilov
@RafadarXalilov Год назад
Salam. Bu sualı optika əməkdaşına verməyiniz daha doğru olardı.
@rayan13800
@rayan13800 7 месяцев назад
ایرانی کسی اینجا هست؟! تا حالا آنلاین عینک خریدین مثل سایت بلوبای بای ؟! خوشحال میشم تجربه تون را بدونم
Далее
Батя всех бургеров на 7000 ккал!
00:55
МАМА И КОММУНАЛКА
00:59
Просмотров 106 тыс.
Какой звук фальшивый?
00:32
Просмотров 154 тыс.
Батя всех бургеров на 7000 ккал!
00:55