Тёмный

Gəlir və xərclərinin uçotunu aparanlara vergi güzəştinin tətbiq edilməsi ilə bağlı dəyişikliklər 

Dövlət Vergi Xidməti
Подписаться 19 тыс.
Просмотров 1,3 тыс.
50% 1

Məlum olduğu kimi, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin (fərdi sahibkarların) sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin (gəlirin) 75 faizi mənfəət (gəlir) vergisindən azaddır. “Kölgə iqtisadiyyatı”nın qarşısının alınması və uçotun şəffaflaşdırılması məqsədilə qanunvericiliyə edilmiş dəyişiklik nəticəsində həmin güzəştin bütün vergi ödəyicilərinə deyil, yalnız gəlir və xərclərin uçotunu aparan və şəffaf şəkildə fəaliyyət göstərən vergi ödəyicilərinə şamil edilməsi nəzərdə tutulur. Belə ki, vergi ödəyicilərinin fəaliyyəti üzrə uçot intizamının təmin olunması vergi siyasətinin əsas istiqamətlərindən birini təşkil edir və malın (işin, xidmətin) təqdim olunması üzrə uçot intizamını pozan vergi ödəyicilərinə münasibətdə cəza tədbirləri sərtləşdirilir.
Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, uçot intizamını pozmaqla gəlirlərini gizlədən və vergidən yayınan vergi ödəyicilərinin belə güzəştlərdən istifadə etməsi intizamlı vergi ödəyicilərinə münasibətdə ədalətsiz rəqabət mühiti yaradır. Bu səbəbdən həmin dəyişiklik son illər ərzində uçotun şəffaflaşdırılması ilə bağlı həyata keçirilən vergi siyasətinin ümumi prinsipləri baxımından xüsusi əhəmiyyət kəsb edir.

Опубликовано:

 

7 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 1   
@shamilrzayev5879
@shamilrzayev5879 2 года назад
Harada və necə aparmalıdır vergi ödəyicisi bu uçotu?
Далее
Vergilər və vergitutma - Aksiz vergisi. Əmlak vergisi
1:04:12
Мама знает где все документы
00:21
"FACE-vizit"in ilk qonağı: Çingiz ABDULLAYEV
24:56
Tır'cılıkta Para var mı ?
4:46
Просмотров 157 тыс.
Vergi nədir?
2:44
Просмотров 8 тыс.
Мама знает где все документы
00:21