Тёмный

Gavalı piroqu | çox dadlı fərqli asan piroq 

ulvis_kitchen
Подписаться 6 тыс.
Просмотров 410
50% 1

Dostlar axşamınız xeyir bu gün fərqli bir piroqla gəldim🙈 xüsusən şirin və turş sevərlər üçün fərqli bir dad olacaq.😎 Qırmızı gavalı ilə heç piroq hazırlamısınız? Əgər hazırlamamısınızsa mütləq bir dəfə də olsa sınayın sonra fikirlərinizi elə bu postun şərhlərinə qeyd edin çox maraqlı olacaq fikirləriniz😊
İndi isə keçəyin videoreseptə xoş seyrlər😊
📌İnstagramda və Tiktokda izləməyi paylaşmağı və bəyənməyi unutmayın😊
📌İNSTAGRAM 👉👉👉 ulvis_kitchen?i...
📌TİKTİOK 👉👉👉 www.tiktok.com/@ulvis_kitchen
🔹🔹GAVALI PİROQU🔹🔹
🔹ƏRZAQLAR🔹
🔹Gavalı - 500 qr
🔹Qəhvəyi şəkər tozu - 4 yemək aşığı
🔹Un - 500 qr
🔹Kərə yağı - 250 qr
🔹Şəkər tozu - 200 qr
🔹Yumurta - 1 əd
🔹Vanil - 2 paket
🔹Qabartma tozu - 1 paket
🔹HAZIRLANMASI🔹
İlk öncə unu, şəkəri, vanili, qabartmanı uyğun qaba əlavə edil yaxşıca qarışdıraq sonra üzərinə xırda doğranılmış soyuq kərə yağını əlavə edib, umac halına gətirək daha sonra yumurtanı əlavə edib yaxşıca yoğuraq xəmir nə çox yumuşaq nə çox bərk olmamalıdır. Xəmir dağılan və normal yumuşaqlıqda olmalıdır. Xəmirin 4/3 hissəsini bişirəcəyimiz qəlibin içərisinə videoda olduğu kimi yerləşdiririk və dinlənməsi üçün soyuducuda saxlayırıq. Qalan 1 hissə xəmiridə soyuducuda ayrıca dinləndiririk. Və bu arada gavalıları tumsuz şəkildə kub-kub doğrayırıq və qəhvəyi şəkər tozunu əlavə edib yaxşıca qarışdırırıq. Həmən sonra soyuducudan xəmirləri çıxarırıq. Qəlibdə olan xəmirin bişən zaman şişməməsi üçün çəngəl ilə deşdəkləyirik. Sonra gavalı qarışımını xəmirin üzərinə əlavə edib hər tərəfə eyni şəkildə yayırıq. Qalan ayrı xəmiri isə əlimizlə ovalayıb xırda umac kimi edib, gavalının üzərini örtəcək şəkildə hər tərəfinə səpirik. Və öncədən isidilmiş sobada 📌180 dərəcədə təxmini 📌 50-55 dəqiqə bişiririk ( üzəri və altı qızarana kimi) və hazırdır. Soyuduqdan sonra zövqə görə üzərinə şəkər pudrası əlavə edə bilərik.
🔹Bəyənməyi , şərh yazmağı , paylaşmağı və ən əsası yaddaşa verməyi unutmayın
🔹Nuş olsun😊
#ulvis_kitchen

Опубликовано:

 

30 авг 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 3   
@arzuhemidova1836
@arzuhemidova1836 9 месяцев назад
👍👍
@AghayevRashad
@AghayevRashad Год назад
👏👏👏👏👏👏👏👏
@gulnaraismayilova4116
@gulnaraismayilova4116 Год назад
Paylaşımlar göz oxşayır
Далее
EID SPECIAL COLD DESSERTS by (YES I CAN COOK)
24:13
Просмотров 12 тыс.
Kabaçki supu
2:14
Просмотров 2,6 тыс.
Vişneli Beyaz çikolatalı Kek
1:30
Просмотров 63
Göbələk supu
2:15
Просмотров 2,1 тыс.
Yeni İl Üçün Salat
1:25
Просмотров 463