Тёмный
No video :(

Hüquq təhsili alanlara qızıl məsləhətlər | Hüquq təhsili | Xaricdə təhsil 

Xəyal Əsədzadə
Подписаться 1,3 тыс.
Просмотров 1,5 тыс.
50% 1

Bu videoda hüquq təhsili alan və yaxud da almağı planlaşdıran adamlar üçün öz məsləhətlərimi paylaşacağam. Diqqətlə, sonuna qədər qulaq asın ki, dediklərimi daha yaxşı qavrayıb tətbiq edəsiniz. Eyni zamanda, xaricdə təhsil barədə də müəyyən məsləhətləri vermişəm bu videoda. Keyfli izləmələr!
🎬KANAL HAQQINDA
Bu kanalda paylaşdığım fikirlərin sizin üçün faydalı olacağına inanıram. Kanalda şəxsi inkişaf, xaricdə yaşam, təhsil və s. kimi mövzular barədə danışıram.
Abunə olub zəng düyməsinə basmağı unutmayın.
📧ŞƏXSİ İNKİŞAF TƏLİMİ VƏ YA İNGİLİS DİLİNDƏ DANIŞIĞIN İNKİŞAF ETDİRİLMƏSİ XİDMƏTLƏRİ:
bu e-mailə yazın: khayal.asadzade7@gmail.com
📢Digər Sosial Şəbəkə Hesablarım:
Kanalın yuxarı hissəsində digər sosial şəbəkə hesablarımın linklərini də tapa bilərsiniz.

Опубликовано:

 

23 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 119   
@Educatianinthevillage
@Educatianinthevillage 7 месяцев назад
Salam video nəinki hüquq oxuyanlara ,o cümlədən mənədə(abituriyentəm) faydalı oldu,hüquq oxuyanlara baxıb həvəslənmişdim,çünki hüququn çox prestijli, cool nəbilim belə peşə olduğunu düşünürdüm.Əvvəlki hüquq haqqında videonuza baxmışdım və anladım ki, hər şey internettə göstərilən kimi deyil..Hüququ seçməyəcəm bu dəqiqdir lakin,müəllimlik də oxumaq istəmirəm,xaricə oxumağa getmək istəyirəm lakin müəllimliyi,hüququ çıxanda 3-cü qrupda bir ixtisas tapmıram özümə,gələcəkdə biznes qurmaq fikrim var….başım çox qarışıqdı,hansı ixtisası seçməliyəm,nə etməliyəm,bu barədə tam ərtaflı məlumat verən isə yoxdur….kaş hər məktəbdə ixtisas seçimi,və bu kimi məsələlərə kömək edən müəllim olsaydı,indi əziyyət çəkməzdim(k)..🥲Videonuza isə söz ola bilməz!🙂
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
Bəyəndiyinizə çox sevindim! Sizə uğurlar arzu edirəm və bir məsləhət vermək istəyirəm ki, əgər xaricə getmək istəyirsinizsə qrup falan söhbətlərini boş verin. İxtisaslara fokuslanın, qruplara yox. Maliyyə və ya İqtisadiyyat ya da İT falan da oxuya bilərsiniz. Yeri gəlmişkən, ixtisas seçimi ilə bağlı kanalda bir video olmalıdır. Ona da baxmağınızı tövsiyə edirəm.
@uwp4779
@uwp4779 7 месяцев назад
Çox sağ ol ki, şərhimi nəzərə alıb belə uzun video çəkmisən. Hələ tam baxmamışam, amma əməlli-başlı "insight"-lar verəcəyinə əminəm. Var ol.
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
Buyur qardaş. Buyur bax. Ümid edirəm ki, sənə və sənin kimi hüquq tələbələrinə faydalı olacaq.
@iraneidayetova5601
@iraneidayetova5601 7 месяцев назад
Video çox faydalı oldu. Kaş sizə də vaxtında düzgün yol düzgün məsləhət verən olardı. Amma yenə də nə isə təzədən başlanaq öyrənmək sizin üçün heç də gec deyil.
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
Onsuz da belə də edirəm. Çox sağolun!
@KenanMehdizade-tf7oi
@KenanMehdizade-tf7oi 25 дней назад
Bu videonu indi gördüm,çox faydalı video oldu və mən 600 bal toplayan biri olaraq hüquq ixtisasın seçməyi düşünürəm,inşəAllah qəbul olub təhsil aldıqdan sonra sizin məsləhət gördüyünüz yolla getməyi düşünürəm.Birdə vaxtım olduqca oxuduğum müddətdə İT üzrə biliklər əldə etməyə çalışacam.Çox sağ olun video üçün.
@khayalasadzade1019
@khayalasadzade1019 25 дней назад
@@KenanMehdizade-tf7oi bəyəndiyinizə sevindim! Sizə bol-bol uğurlar!
@KenanMehdizade-tf7oi
@KenanMehdizade-tf7oi 25 дней назад
@@khayalasadzade1019 çox sağ olun
@qasimelitagiyev5053
@qasimelitagiyev5053 7 месяцев назад
Məlumatlandırıcı gözəl bir video idi Düzü BDU ADA DİA kimi universitetlərdə hüquq təhsilinin nə qədər keyfiyyətli olduğu haqqında məlumatım yoxdur Amma mən hal hazırda Türkiyədə təhsil alıram və müəllimlərin ilk sözu “sizə qanunu əzbərləmək üçün yox öyrətmək üçün gəldik” və həqiqətən bu müəllimlər öz sözlərinin üstündə dururlar Məsələn videoda cinsi zorakılıq haqqında dərslərin keçilmədiyi haqqında dediniz Məncə burada tələbələrdən ziyadə müəllimin də çox böyük işi var. Əgər o özünə güvənmirsə dərsdə uşaqların gülüşü ilə tez sönəcəyini bilirsə böyük problem var P.S Hüququn xaricdə oxunulması gözəldir tək problem nostrifikasiyadır🙃
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
Şərhiniz üçün çox sağolun. Maraqlı məsələlərə toxunmusunuz. Nostrifikasiyadan isə heç danışmağına dəyməz. Cəhənnəmə döndəriblər o məsələni(((
@sabosbma
@sabosbma 7 месяцев назад
Çox sağ olun! Faydalı məlumatlar verdiniz.
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
Kömək edə bildimsə xoşdur
@user-yk1zc5fb2k
@user-yk1zc5fb2k Месяц назад
Salam ilkin olaraq çox saqolun faydalı məlumatlar verdiniz. Mən də hüquq isdəyirəm ancaq ailəm və yaxınlarım mənə deyir ki, sən oxuyandan sonra işləmək üçün çox pul lazımdı. Siz bu hakda nə düşünürsüz həqiqətən işə girmək üçün pul lazımdı??
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
Salam. Əgər HMO-da işə düzəlmək istəyirsinizsə, bunun üçün dövlət imtahanları var. Vəkillik üçün də dövlət imtahanları var. Yəni başqa sözlə əgər ixtisasınızı yaxşı bilirsinizsə, demək ki, hər yerdə sizə yol açıqdır.
@user-yk1zc5fb2k
@user-yk1zc5fb2k Месяц назад
@@khayalasadzade1019 çox saqolun Allah razı olsun
@nigar.huseynv
@nigar.huseynv 2 месяца назад
Çox sağ olun , Video çox faydalı oldu.Amma mənimdə ağzımın üstünə sanki yumruq vuruldu.
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
Təşəkkür edirəm bəyəndiyiniz üçün. Niyə belə düşünürsünüz?
@AleksandraSara-xl5oc
@AleksandraSara-xl5oc Месяц назад
Super video ❤️👏🏻 inşallah məndə hüquqşünas olacam.
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
@@AleksandraSara-xl5oc amin! Uğurlar sizə!
@AleksandraSara-xl5oc
@AleksandraSara-xl5oc Месяц назад
@@khayalasadzade1019 🌹🙏🏻
@AleksandraSara-xl5oc
@AleksandraSara-xl5oc Месяц назад
@@khayalasadzade1019 Çox sağolun
@Xumarmusazade
@Xumarmusazade 4 месяца назад
Video çox faydalı oldu təşəkkürlər ✨ Arzusunda olanlara qismət🤗
@khayalasadzade1019
@khayalasadzade1019 4 месяца назад
Kömək edə bildimsə, minnətdaram! Siz də hüquq oxumaq arzusundasınız?))
@Xumarmusazade
@Xumarmusazade 4 месяца назад
​@@khayalasadzade1019bəli)✨
@Xumarmusazade
@Xumarmusazade 4 месяца назад
​@@khayalasadzade1019 bəli)💫
@khayalasadzade1019
@khayalasadzade1019 4 месяца назад
@@Xumarmusazade sizə bol bol uğurlar!😉
@Xumarmusazade
@Xumarmusazade 4 месяца назад
​@@khayalasadzade1019təşəkkürlər)
@M_myjenryr
@M_myjenryr 24 дня назад
Salam video əladı çox faydalı oldu.Amma size bir sualım var.Sizcə Azerbaycanda hüququ oxusam geleceyim parlaq ve maaşım yaxsi olar yoxsa beynelxalq munasibetler(diplomatiya)ixtisasını?Cavab versez çox sevinerem
@khayalasadzade1019
@khayalasadzade1019 24 дня назад
@@M_myjenryr salam. Hüquq oxuyun
@eldarliyev-os6mv
@eldarliyev-os6mv 7 месяцев назад
Kaş sizin İT nin prestijli olduğunu keçən il 10 cu sinifdə öyrənə bilərdim.Qrup seçimi edəndən beynimə yeridiblər ki hüquq ən prestijli ixtisasdır. Ancaq sizin videonuzdan görürəm ki çox da belə deyil
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
Xaricdə gedib oxuya bilərsiniz İT-ni. Hələ də gec deyil
@eldarliyev-os6mv
@eldarliyev-os6mv 7 месяцев назад
@@khayalasadzade1019 Necə yəni? Magistraturanı?
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
@@eldarliyev-os6mv bakalavrı. Sadəcə yenidən başlayacaqsınız təhsilə.
@eldarliyev-os6mv
@eldarliyev-os6mv 7 месяцев назад
@@khayalasadzade1019 Deyirsiniz qrupumu dəyişim?
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
Xaricdə qrup falan söhbəti yoxdur, ixtisaslar var. Əgər işdir-şaiyətdir humanitar ixtisasa girsəniz, sonradan hansısa xarici universitetə müraciət edib yenidən bakalavr oxuya bilərsiniz. Yəni məsələn 2-ci kursda hüquqdan çıxıb təzədən 1-ci kursdan İT-yə başlayırsınız, amma xaricdə
@uwp4779
@uwp4779 7 месяцев назад
14:09 cinayətin tərkibindən danışanda demişdi(cinayət hüququ fənni üçün).
@sabosbma
@sabosbma 7 месяцев назад
Sizcə AI (Süni intellekt) gələcək üçün nə dərəcədə hüquq üzərində təsirli görünür?
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
Hələ ki, çox da təsirli olacağını düşünmürəm (yəni növbəti 5-10 il ərzində). Amma lap uzaq gələcəkdə isə məhkəmə qərarlarını belə süni intellekt verə bilər))
@almazhemzeyeva8604
@almazhemzeyeva8604 Месяц назад
Salam mən kimyani bitirmişəm amma uşaqlıqdan hüquq oxumaq istəmişəm indidə özümü tapa bilmirem düşünürəm ki Almaniyada 0 dan hüquq təhsili alım orda işləyim sizcə buna dəyər? Gedəcək illərimə, əziyyətimə,maddiyatıma
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
Salam. Vallah, deyə bilmərəm dəyər ya yox. Məqsədlərinizə bağlıdır. Elə axırıncı cümləni gözünüzün qabağına gətirin və qərarınızı verin.
@miina_h
@miina_h Месяц назад
Salam. Mən aşağı siniflərdən hüquq oxuyacam deyirdim amma son 1-2 ildə hüquqa marağım öldü. Sadəcə oxuyacam dediyim üçün məcburiyyətdən ciddi hazırlaşdım imtahana. Indi balım hüquqa çatır, tc ilə də imtahana girmişdim beynəlxalq münasibətlərə də balım çatır. Hüququn dezavantajlarını nəzərə alaraq dil və ya bm oxumağı da düşündüm. Amma ətrafımdakı hərkəs bu balla hüquqdan başqa heçnə seçmə deyir. Mən gələcəyimi düşünərək peşə seçmək istəyirəm siz də fikrinizi deyə bilərsiz? Və əgər hüquq oxusam tədris azerbaycan dilinde yoxsa ing dilində tövsiyə edərdiz? Magistraturanı xaricdə oxumaq fikrim var amma hüquq oxumuş qohumumuz deyir ki ing dilində oxusan sənin üçün çox çətin olacaq az dilində oxu. Biraz uzun oldu ama oxuyub cavablandırsaz çox sevinərəm
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
@@miina_h Salam. Hüququ seçin amma məsləhətim bu olar ki, elə Azərbaycanda qalıb karyera qurasınız. Xaricdə biraz çətin olacaq.
@miina_h
@miina_h Месяц назад
@@khayalasadzade1019 çox sağolun
@ocean.test1
@ocean.test1 16 дней назад
Salam.Mende de eyni sizin kimi veziyyetdir.Dovlet ve ictimai munasibetleri istemirsiz?
@ocean.test1
@ocean.test1 16 дней назад
Salam.Melumatlandirici videonuza gore cox sag olun.Gelecekde heyatimi xaricde davam etdirmek arzumdu.Sadece buna hansi fakulte daha uygundur onu bilmirem.Sizce dovlet ve ictimai munasibetler daha yaxsidir karyera baximindan (hem Azerbaycanda hem Avropa olkelerinde) yoxsa beynelxalq munasibetler?Melumatiniz varsa deyerdiz zehmet olmasa.
@khayalasadzade1019
@khayalasadzade1019 16 дней назад
Salam. Məncə bütün humanitar ixtisaslar xaricdə lazımsızdır. Birincisi ona görə ki, hər ölkədə özünəməxsus bir siyasi və hüquqi sistem var. İkincisi də ki, özlərində belə ixtisasları oxuyan doludur. Öz adamlarını qoyub Azərbaycandan gələn birini işə götürən deyillər. Mən özüm SQL, Excel, Python öyrənməyə məcbur oldum ki, Estoniyada iş tapım.
@lonelywolf_alfa
@lonelywolf_alfa 2 месяца назад
3-cü qrup üzrə hazırlaşıram gələn il artıq imtahan verəcəm inşAllah . Xaricdə təhsil almaq istəyirəm görürəm ki, " Vəkil" xaricdə oxumaq elə də asan deyil, düzü asan heç nə yoxdu amma indi həyatımızda var , yaşamalıyıq ən azı. Filologiya və psixoloq kimi ixtisasları özümə yaxın görürəm sevdiyim üçün. Xaricdə bəs bunlara tələb var sizcə ? Ən azı filologiya? Yaxşı bir universitet və karyera cəhətdən .
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
Salam. Dediyiniz ixtisaslar xaricdə çox da tələbatda deyil və ciddi deyirəm ki, gəlib oxusanız nəsə yeni bir bacarıqlar öyrənməyə məcbur olacaqsınız (öz sahənizdən kənar - Proqramlaşdırma dilləri və s.).
@lonelywolf_alfa
@lonelywolf_alfa 2 месяца назад
@@khayalasadzade1019 Salam , 3-cü qrup üzrə tələbat olan ixtisas belə görürəm yoxdur xaricdə o zaman . Təşəkkür edirəm cavablandırdığınız üçün.
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
@@lonelywolf_alfa hüquq üzrə nəsə etmək olar. Onun üçün də gərək dilini və hüququnu bildiyiniz ölkəyə gedəsiniz. Əgər 3-cü qrup ixtisaslarına, başda da hüquq olmaqla, çox marağınız varsa, məsləhətim budur ki, elə bakalavrı gedib xaricdə oxuyasınız. Belə olan halda daha çox imkanlarınız yaranır ki, yerli şəraitə uyğunlaşasınız.
@lonelywolf_alfa
@lonelywolf_alfa Месяц назад
@@khayalasadzade1019 minnətdaram, çox sağ olun
@nurayhuseynova1327
@nurayhuseynova1327 Месяц назад
Salam sizcə hüquq təhsilini Azərbaycanda hansi universitetdə alsam daha yaxsi olar ADA-dan basqa birdə əgər bakalavrdan sonra magistr imtahanını xaricdə alsam orda isləyə bilərəm?
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
@@nurayhuseynova1327 salam. ADA-dan başqa DİA və BDU təbii ki. Magistr təhsilini xaricdə alıb işləyə biləcəyiniz barədə çox da ümidli deyiləm. Mən özüm də xaricdə Magistr bitirdim amma indi IT sahəsi üzrə işləyirəm. Hüququn başını buraxmışam.
@nurayhuseynova1327
@nurayhuseynova1327 Месяц назад
@@khayalasadzade1019 çox sağ olun
@JaləBabayeva
@JaləBabayeva Месяц назад
Salam men 633 bal toplamıșam etrafimdakì her kes hüququ seçmeyimi söyləyir men isə iş tapmamaqdan qorxuram ingilis dili müəllimliyi ile hüquq arasında qalmışam sizcə hüququ seçmeliyem?
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
@@JaləBabayeva hüququ seçin. Amma vizyonunuz da olsun.
@ocean.test1
@ocean.test1 16 дней назад
Eger maraginiz ve hevesiniz yoxdusa huquqa ingilis dili muellimliyi secun
@mineverftulayeva3248
@mineverftulayeva3248 16 дней назад
Salam siz hüququn artıq öldüyünü dediniz,bəs xaricdə təhsil almaq ,orda yaşamaq üçün dövlət və ictimai münasibətlər fakültəsi necədi?
@khayalasadzade1019
@khayalasadzade1019 16 дней назад
Salam. Dövlət və ictimai münasibətlər ondan da pisdir. Əgər xaricdə yaşamaq istəyirsinizsə, daha yaxşı ixtisas IT və ya Maliyyə tipli ixtisaslar ola bilər.
@sehlamustafayeva4722
@sehlamustafayeva4722 2 месяца назад
Men hüquqşünaslıq üzrə bakalavr təhsilini Azərbaycanda almışam. Xaricdə huquq sahesinde calismaq ucun magistratura oxusam olar?
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
Elə videoda da dediyim kimi, magistratura oxusanız belə xaricdə hüquqşünas kimi iş tapmaq çətindir. Karyeranızın istiqamətini dəyişməli olacaqsınız böyük ehtimalla
@sehlamustafayeva4722
@sehlamustafayeva4722 2 месяца назад
@@khayalasadzade1019 meselen, nece dəyişə bilerem?
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
Məsələn öz təcrübəmdən deyim ki, mən AML/KYC sahəsinə keçdim. Sonra da ordan İT sahəsinə keçdim. İndi də data sahəsində işləyirəm. Siz də özünüz baxın hansı sahəni istəyirsiniz.
@AleksandraSara-xl5oc
@AleksandraSara-xl5oc Месяц назад
Sizcə politoloq yoxsa hüquq? Mənə deyirlər hüquq oxusan iş tapmayacaqsan irəli gedə bilməyəcəksən belə deyirlər. Sizcə gələcəkdə politoloq daha lazımlıdı yoxsa hüquqşünaslıq?
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
@@AleksandraSara-xl5oc Onu sizə kim deyibsə, deyəsən dünyadan aləmdən xəbəri yoxdur. Politologiyada iç tapmaq olmur. O sahə ölü sahədir. Hüquqda isə var. Yaxşı hüquqşünasa hər yerdə yer var.
@AleksandraSara-xl5oc
@AleksandraSara-xl5oc Месяц назад
@@khayalasadzade1019 Çox sağolun ❤️
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
@@AleksandraSara-xl5oc buyurun
@cavidabbasov3940
@cavidabbasov3940 Месяц назад
​​@@khayalasadzade1019 salam,mən bu il 11əm, qalmışam bdu hüquqa gedim,ya polis akademiyasına ?əslində hüquq istəyirəm,amma iş tapmaq derdine göre deyrem gedim polise,siz necə fikirləşirsiz?
@user-xe1nv4et6g
@user-xe1nv4et6g 14 дней назад
Salam mən hal hazırda ixtisas seçimi edirəm sizcə hansı üniverstetdə hüquq təhsili almalıyam? Xahiş edirəm tez cavab yazın son 8 günüm var ada ndu yoxsa bdu? Mən adaya daxil olmağı çox istəyirəm amma atam razı deyil yəni sizcə bunun üçün dirəşməyə dəyər yoxsa elə fərqi yoxdu
@khayalasadzade1019
@khayalasadzade1019 13 дней назад
Salam. ADA yaxşıdır. Mən başa düşmürəm ki, atanız niyə razı deyil. Təhsil haqqı çoxdur?
@user-xe1nv4et6g
@user-xe1nv4et6g 12 дней назад
Bəli əslində tələbə krediti var dedim razı sala bilmədim ndunu seçdik bu gün inşallah magistr orda davam etdirəcəyəm
@khayalasadzade1019
@khayalasadzade1019 12 дней назад
@@user-xe1nv4et6g uğurlar sizə!
@watchaapgozlstatuslar4318
@watchaapgozlstatuslar4318 7 месяцев назад
Salam. Əvvəlcə təşəkkür edirəm, maraqlı və faydalı video üçün) Bir mövzu haqda məsləhət almaq istəyirəm. Bu il bdunun hüququna daxil olmuşam.amma heç vaxt özümu bu ixtisasda fikirləşməmişəm. Az dili müəllimi olmaq istəyirdim sadəcə balım hüquqa çatdı deyə hüquq oxuyuram. Anlayışım yoxdu hüquq ixtisası haqda, gələcəkdə hansı sahədə çalışacağımı belə seçməmişəm. Məqsədim yoxdu eyni zamanda hüququ oxumağa həvəsim yoxdu. Kiməsə bunu deyəndə reaksiya ları bu olur "prestijli ixtisasdır nə istəyirsən?" Hal hazırda özümü konkret olaraq məcbur edirəm dərs oxumağa təbii ki məcburiyyət ugur gətirmir. Nə məsləhət verə bilərsiniz? Dərs oxumağa həvəs yaratmaq üçün? Və zəhmət olmasa hüquq sahələri, peşələri haqda ətraflı video çəkə bilərsiniz?
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
Salamlar. Təşəkkür edirəm şərhinizə görə. Bu videoda aşağı-yuxarı müəyyən qədər hüquq sahələri və peşələri barəsində danışdım. Yenə bu barədə bir video çəksəm biraz təkrarçılıq ola bilər. Ona görə də qısa olaraq məsləhət verim ki, biraz maraq yaratmaq istəyirsinizsə, ən yaxşısı vəkillik, hüquq-mühafizə orqanlarında müstəntiq-prokuror, eyni zamanda akademik hüquq peşələrini araşdırın. Bu barədə filmlərə və seriallara baxın. Məsələn, bizimkilər axırıncı dəfə "Əqrəb Mövsümü" adlı çox gözəl serial çəkiblər. Ona baxandan sonra hətta mənim belə müstəntiqliyə (ümumiyyətlə, cinayət təqibinə) çox böyük marağım yarandı.))
@user-xx1cs5vu4g
@user-xx1cs5vu4g 6 месяцев назад
Salam mən dövlət və ictimai münasibətlər ixtisasını 3 kurs telebesıyəm, lakın hüquq arzum olub sizce 4 kursda mən yenıden DİM in imtahanını verıb 2 ci bakalavr təhsili alım yoxsa dövlət qulluqu öz ixtisasım üzrə? Ikıncı alı təhsildə gecikmiş sayılıram iş imkanları az olacaq deyır ətrafım (20 yaşım var) cavablandırsaz sevınerem fıkırlerım çox garısıgdı
@khayalasadzade1019
@khayalasadzade1019 6 месяцев назад
Salam. Məncə elə dövlət qulluğuna getsəniz daha yaxşı olar. Təzədən bu vaxtı durub hüquq oxumaq sizə bir şey verən deyil. Yox əgər çox istəyirsinizsə, məncə oxuya bilərsiniz. Yenidən DİM qəbul imtahanını verin və hüquqa girin.
@themis8210
@themis8210 13 дней назад
Salam, mən 3 gün sonra ixtisas seçimi edəcəm. 680.3 bal toplamışam III qrup üzrə. Bdu eng, DİA, ADA bu üç univeristet arasında qalmışam. Sizcə hansını seçim? Beynim çox qarışıqdır. Xahiş edirəm mənə cavab verin
@khayalasadzade1019
@khayalasadzade1019 13 дней назад
Salam. Yaxşı tələbə həyatı üçün - BDU. Ortalamanızın yüksək olması üçün DİA. Yaxşı təhsil və karyera irəliləyişi üçün - ADA. Amma ADA deyəsən pulludur. Tam dəqiq bilmirəm. O vaxtı pullu idi.
@themis8210
@themis8210 13 дней назад
​@@khayalasadzade1019bəli, pulludur. İlliyi 8000. Birillik güzəştə düşürəm balıma görə. Foundation təhsil də almalıyam orda həmçinin ingilis dili sertifikatım olmadığı üçün. O qədər pulu verməyə dəyərmi bilmirəm
@khayalasadzade1019
@khayalasadzade1019 11 дней назад
Mənim də ADA barədə çox da dərin məlumatım yoxdur. Amma eşitdiyimə görə çox yaxşı təhsil verilir.
@themis8210
@themis8210 9 дней назад
​@@khayalasadzade1019artıq seçimi etdim. Seçimim ADA oldu, görək necə olacaq
@khayalasadzade1019
@khayalasadzade1019 9 дней назад
@@themis8210 uğurlar sizə!
@aimerien
@aimerien Месяц назад
salam mən ADA'da oxumaq istəyirəm, amma fakülte məsələsində biraz tərəddüdlüyəm bu videodan sonra , sizcə ADA HÜQUQ yoxsa ADA DÖVLƏT VƏ İCTİMAİ MÜNASİBƏTLƏR ?
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
Salam. Dövlət və ictimai münasibətləri oxuyacağınıza, elə hüquq oxuyun. Bu videoda mən daha çox hüququ IT və Maliyyə tipli ixtisaslarla qarşılaşdırdım.
@aimerien
@aimerien Месяц назад
@@khayalasadzade1019 IT tehsili üzre məlumat verersiz zəhmət olmasa, hüququ bitirdikten sonra IT tehsili ala bilerem komputer təhlükəsizliyi üzre ya da maliyə?
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
@@aimerien xeyr. Estoniyada IT Law oxuya bilərsiniz ancaq.
@aimerien
@aimerien Месяц назад
@@khayalasadzade1019 almaniya da mümkün olar?
@aimerien
@aimerien Месяц назад
@@khayalasadzade1019 almaniyada mümkündür ?
@maqamedsafarov9272
@maqamedsafarov9272 7 месяцев назад
Avropa olkelerinde bakalavr tehsilinde yas limiti var ? Meselen polsa litva estoniya 27-28 yasinda gelib bakalavr oxumaq olar ?
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
Bakalavr oxumaq üçün məncə yoxdur. Amma təqaüd almaqda yaş limiti var
@maqamedsafarov9272
@maqamedsafarov9272 7 месяцев назад
@@khayalasadzade1019 cox sagolun amerika kanadani bilirem yas limiti yoxdu ama avropani bilmirdim ona gore soruwdum sizden polsa yoxsa litvani meslehet gorerdiz rus dilin temiz bilirem men gelmey isdiyirem insallah
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
@@maqamedsafarov9272 Rus dilinin işlənilməsinə görə deyirsinizsə, Litva daha yaxşıdır. Amma nəzərə alın ki, gənc əhalinin çoxusu rusca danışmır.
@maqamedsafarov9272
@maqamedsafarov9272 7 месяцев назад
@@khayalasadzade1019 hem rus diline gore hemde polyak dili daha rahatdi yoxsa litva sizce ?
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
@@maqamedsafarov9272 o dillərdən heç biri məncə rahat deyil. Ələlxüsus da polyak dili. Sadəcə Litvada rus dilində danışanlar çoxdur. Özüm orda qısa bir müddət yaşamışam ona görə bilirəm.
@anartagiyev100
@anartagiyev100 7 месяцев назад
Qardaşım salam mən sizə yazmıdim cavab vermədiniz Xahiş edirəm zəhmət olmasa yazarsınız maşın ustasına görə Talinə gəlməyi planlaşdırıram
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
Salam. Məlumatım yoxdur
@anartagiyev100
@anartagiyev100 7 месяцев назад
@@khayalasadzade1019 təşəkkür edirəm
@Studywithgulu
@Studywithgulu 4 месяца назад
Sentyabrda görəsən olacammı o universitetdə🥲 Olacam
@khayalasadzade1019
@khayalasadzade1019 4 месяца назад
Amin inşallah. Uğurlar sizə!
@Studywithgulu
@Studywithgulu 4 месяца назад
@@khayalasadzade1019 Çox sağ olun.Hələ də videonu izləməyə davam edirəm çox qəşəng danışmısız.Sizə də uğurlar !
@khayalasadzade1019
@khayalasadzade1019 4 месяца назад
@@Studywithgulu minnətdaram!
@TayyubaRustamova
@TayyubaRustamova 4 дня назад
Necə oldu
@Studywithgulu
@Studywithgulu День назад
@@TayyubaRustamova Fikrimi dəyişdim və dəyişdiyim ixtisas və uniyə düşdüm
@iraneidayetova5601
@iraneidayetova5601 7 месяцев назад
IT öyrənmək sənin üçün də hələ ki gec deyil axı..
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
Tez də deyil)
@user-vq3hk5hj8l
@user-vq3hk5hj8l 11 дней назад
DTX YAXŞIDIR YOXSA HÜQUQ VƏ NİYƏ XAHİŞ EDİRƏM CAVAB VERİN😊
@khayalasadzade1019
@khayalasadzade1019 11 дней назад
İstəyinizdən asılıdır 😁
@HuseynEynullayev-
@HuseynEynullayev- 18 дней назад
Siz Vəkilsiz?
@khayalasadzade1019
@khayalasadzade1019 17 дней назад
Xeyr.
@HuseynEynullayev-
@HuseynEynullayev- 17 дней назад
@@khayalasadzade1019 bəs nə?
@khayalasadzade1019
@khayalasadzade1019 17 дней назад
@@HuseynEynullayev- Data Steward 😁
@HuseynEynullayev-
@HuseynEynullayev- 17 дней назад
@@khayalasadzade1019 bəs niyə hüquq haqqında qorxutucu sözlər deyirsiz?
@khayalasadzade1019
@khayalasadzade1019 17 дней назад
@@HuseynEynullayev- çünki 6 il özüm hüquq oxumuşam. Bilmirəm videonu sona qədər izləmisiniz yoxsa yox. Amma dediyim kimi hüquq oxumaqda bir problem yoxdur. Amma ambisiyalarınız xaricə gəlib yaşamaqdırsa və işləməkdirsə, bunun üçün daha yaxşı ixtisaslar var.
Далее
Bakı Dövlət Universitetinin Bufetləri
9:43
Просмотров 23 тыс.
Xaricdə Təhsil - 2-ci Veriliş
19:21
Просмотров 1,6 тыс.
XARİCDƏ TƏHSİL. HARADAN VƏ NECƏ BAŞLAMALI?
17:56