Тёмный

Hüquq təhsili barədə | Hüquq təhsili | Xaricdə təhsil 

Xəyal Əsədzadə
Подписаться 1,4 тыс.
Просмотров 1,2 тыс.
50% 1

Опубликовано:

 

12 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 100   
@iraneidayetova5601
@iraneidayetova5601 11 месяцев назад
Çox dəyərli məsləhətlərdir. Kaş elə vaxtında sizə də belə məsləhətlər verən olardı. Seçiminizi düzgün edərdiniz. Hər halda işlərinizdə uğurlar arzu edirəm.
@khayalasadzade1019
@khayalasadzade1019 11 месяцев назад
Təşəkkür edirəm!
@Eminhmdov-zf3xw
@Eminhmdov-zf3xw 11 месяцев назад
Video üçün təşəkkür edirəm
@Movludhmdov
@Movludhmdov 11 месяцев назад
Əla 👍🏻
@ƏsgərovaLəman
@ƏsgərovaLəman 20 дней назад
Videonuz menim ucun cox yararli oldu, sizce kommunikasiya ve reqemsal media nece ixtisasdir ? Cox da bilinmeyen ixtisasdir. Geleceye is var mi sizce bu ixtisasla bagli? 🙏🏼
@khayalasadzade1019
@khayalasadzade1019 20 дней назад
deyə bilmərəm. Amma çox cəlbedici səslənir məncə
@user-no7vp7jr3x
@user-no7vp7jr3x 11 месяцев назад
👍
@sevincramazanova848
@sevincramazanova848 2 месяца назад
9cu sinfi bitirdim... Hüquqdan başqa bir ixtisas istəmirəm ama bu aralar başım çox qarışıb. Əslində 1ci Azərbaycanda hüquq təhsili alıb xaricdə işləmək istəyirdim. Bu mümkündürmü yoxsa mən birbaşa mı xaricdə hüquq təhsilli almalıyam?
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
@@sevincramazanova848 Xaricdə hüquq təhsili alsanız daha yaxşı olar, əgər xaricdə yaşamaq fikriniz varsa gələcəkdə.
@sevincramazanova848
@sevincramazanova848 2 месяца назад
@@khayalasadzade1019 Təşəkkürlər.
@Nargishhhhh
@Nargishhhhh 9 месяцев назад
Hal hazırda 11-ci sinifəm. Hüquqa hazırlaşıram. Hüquq mühafizə orqanlarına böyük marağım var. Lakin ilin günün bu vaxtı imtahana bu qədər az qalmış bu videonu görməyim məni məyus etdi. Mən də istəyirdim bakalavr təhsilimi xaricdə alım. Lakin ailəmin onu qarşılayacaq imkanı yoxdur. Neynim indi mən((( Fikirlərinizə böyük hörmətim var
@khayalasadzade1019
@khayalasadzade1019 9 месяцев назад
Video sizi motivasiyadan qəti şəkildə salmasın. Əgər hüquq ixtisasını istəyirsinizsə, oxuyun. Videoda əsas danışdığım odur ki, bu ixtisası oxuyub sonra xaricə gəlib burda yaşayıb karyera qurmaq istəyən insanlar çox zaman uğursuz olurlar. Amma təbii ki, əgər siz ABŞ, İngiltərə kimi ölkələrdə common law (presedent hüququna əsaslanan) oxusanız çox rahatlıqla karyera qura bilərsiniz. Əgər imkanınız çox yuxarı deyilsə, çalışın təqaüd alın. Əgər təqaüd almaq çətindirsə, Azərbaycanda hüquq təhsilini alın. Hüquq mühafizə orqanlarında işləmək istəyirsinizsə, məncə xaricdə oxumaq sizə çox şey verən deyil. Azərbaycanda təhsilinizə başlayın, magistri xaricdə oxuya bilərsiniz sonradan. Bilmək olmaz, bəlkə fikrinizi dəyişdiniz və hüquq mühafizə orqanları yox, vəkil kimi karyera qurmaq istədiniz. Ya da ki, hüquqa girdikdən sonra, bir iki il oxuyub görə bilərsiniz ki, hüquq sizə maraqlı deyil və ixtisasınızı dəyişmək istədiniz. Yəni hər şey ola bilər. Mənim sizə məsləhətim odur ki, həm Azərbaycanda, həm də xaricdə hüquq təhsili üçün sənədlərinizi verin. Təqaüd qazansanız xaricə gedin, qazanmasanız, Azərbaycanda oxuyun.
@Nargishhhhh
@Nargishhhhh 9 месяцев назад
@@khayalasadzade1019 bu nöqteyi nəzərdən baxanda fikirləriniz mənə tam aydın oldu. Anladım nəyi nəzərdə tutursunuz videoda. Məsləhətiniz üçün çox çox təşəkkür edirəm. Dəyərləndirəcəm💖
@Nargishhhhh
@Nargishhhhh 9 месяцев назад
Baxmayaraq ki 17 yaşım var, bir çox çətinliklə qarşılaşmışam. Dəfələrlə çıxdığım yolda məğlub olmuşam, ucqar ərazidə yaşadığım üçün mənim fikirlərim çoxlarına gülünc gəlib. Və ən əsası "qız nədi o nədi" deyən mühitdə böyümüşəm. Lakin fikrimdən dönən deyiləm. Çox çətin olacaq mənə istədiyim həyatı qurmaq, lakin bacaracam💓 Bir daha təşəkkür edirəm sizə
@khayalasadzade1019
@khayalasadzade1019 9 месяцев назад
@@Nargishhhhh təşəkkür edirəm gözəl sözləriniz üçün. Sizə bol bol uğurlar arzu edirəm. Əgər məqsədiniz varsa, bacaracaqsınız. Uğurlar!
@sedaqetserdarova5789
@sedaqetserdarova5789 11 месяцев назад
Sizə işlərinizdə müvəfəqiyyətlər arzulaylram
@khayalasadzade1019
@khayalasadzade1019 11 месяцев назад
Çox sağolun!
@novruznebiyev3241
@novruznebiyev3241 Месяц назад
Salam,xahis ediremm sualimi cavablandirasiniz.Deyirler,vekil olmaq "dayday"in ve ya pulun olmalidi bu duzgundur mu? Odenis etmeden hec cur ise qebul olmaq olmaz?
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
Salam. Heç bir daydaya ehtiyac yoxdur. Elə öz savadına görə də vəkil olmaq olar. Ödənişsiz də işə qəbul olanlar en qədərdir.
@Fidaes
@Fidaes 2 месяца назад
Salam, hüququ oxuyub bitirmiş biri olduğunuz üçün məsləhətləriniz mənim üçün çox vacibdir mən 11 ə keçdim və hüquqa böyük həvəsim var bu videonu görənnən sonra nə yalan deyim gələcəyimi korlayacağımı düşünürəm amma başqa ıxtisas istəmirəm xahiş edirəm mənə köməklik göstərəsinuz😢 sizcə bakalavr təhsilini Azərbaycanda alıb magistr təhslini xaricdə alsam gəlirim olar?? Azərbaycanda bu gün o qədər işsiz hüquqşünaslar var ki...iş tapa bilmirlər mən necə tapacam😭😪💔
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
Salam. Əvvəla onu deyim ki, xaricdə təhsil almaq məcburiyyətində deyilsiniz. Elə Azərbaycanda da təhsil alıb hüquq sahəsində yaxşı işləmək olar. Üstəlik də, bu düşüncə sizi çox geri ata bilər. Siz elə edin ki, o işsiz hüquqşünaslardan olmayın. Universitetə girən kimi hüquq sahəsini həm nəzəri, həm praktiki cəhətdən yaxşı yaxşı öyrənin. Networking qurun, başqa tələbələrlə əlaqələr qurun. Belə olan təqdirdə elə Azərbaycanda da hüquq oxuyub, böyük nailiyyətlərə imza atmaq olar. Motivasiyadan düşməyin. Bu videoda mən sırf ambisiyaları xaricdə yaşamaq olan adamlar üçün demişəm ki, hüquq oxumağına dəyməz.
@Fidaes
@Fidaes 2 месяца назад
@@khayalasadzade1019 Allah razı olsun sizdən aydınlıq gətirdiniz bu vaxtı fikir götürmüşdü məni Allah yolunuzu gözəlliklərə açsın bizlərə yol göstərirsiz💫🤲(( Əgər İnşəAllah Hüququ oxuyub bitirsəm 2 ci bir ixtisas olaraq hansı ixtisası tövsiyyə edərsiz? ((Tərcüməçiliyə marağım birdə var xarici ölkəri gəzmək...
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
Buyurun. Kömək edə bildimsə, mənə xoşdur. Hüquq işində işləyib kifayət qədər pul yığa bilərsiniz ki, dünyanı gəzəsiniz. Tox əgər yaşamaq istəyirsinizsə xaricdə, onda İT, Maliyyə tipli şeylər oxuyun.
@Fidaes
@Fidaes 2 месяца назад
@@khayalasadzade1019 başa düşdüm çox sağ olun minnətdaram 💎👑oxuyub xarici ölkələrə gedə biləcəm onda??
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
@@Fidaes yəni xarici ölkəyə getmək üçün bir pul lazımdır bir də viza😁 başqa nə istəyirsiniz ki?
@user-tx7iu7mo2m
@user-tx7iu7mo2m 9 месяцев назад
Hüququ bitirib Türkiye’de çalışmaq olarmı?
@sabosbma
@sabosbma 11 месяцев назад
Çox faydalı oldu!😊
@khayalasadzade1019
@khayalasadzade1019 11 месяцев назад
😁👍🏼
@NəciməMəmmədova
@NəciməMəmmədova 6 дней назад
Hüququ oxuyub işsiz qalma ehtimali çoxdu?😐
@khayalasadzade1019
@khayalasadzade1019 5 дней назад
Əgər yaxşı hüquqşünassınızsa və yaxşı vizyonunuz və planınız varsa xeyr.
@mineverftulayeva3248
@mineverftulayeva3248 Месяц назад
Bu bloggerliyi necə öyrənmək olar? Düzü mən 3 cü qrupam ,burda hər hansısa bir ixtİsas istiyirəm ki,Xaricə gedim .Dövlət və ictimai münasibətlər fakültəsi necədi?Ya da bu qrupda başqa bir ixtisas önərə bilərsinizmi?
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
@@mineverftulayeva3248 bu suallarınıza artıq 2 dəfə cavab vermişəm məncə)) bloggerliyə qalanda isə əlinizə kameranızı alın, ağlınıza nə gəldi danışın. Bloggerlik sənət falan deyil ki onu öyrənəsiz
@SultanJabrailov
@SultanJabrailov 5 месяцев назад
Salam sizcə hüquqşunasılığı oxuyub hüquq mühafizə orqanlarında işkəmək üstütündür yoxsa polis akademiyasında oxumaq ?
@khayalasadzade1019
@khayalasadzade1019 5 месяцев назад
Salam. Məncə birinci variant
@novruznebiyev3241
@novruznebiyev3241 Месяц назад
sizce 2-ci qrupda biznesin idare edilmesi yoxsa 3 cu qrupda huquq? Is tapmaqda ve.s hansi daha yaxsidir?
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
Mən şəxsən biznesin idarəedilməsini seçərdim
@Karimoff_97
@Karimoff_97 2 месяца назад
Bir hüquqşünas kimi dediklərinin 100 faizi doğrudur. əlavə olaraq hüquq bitirib işsiz qalan minlərlə adam var çünkü Azərbaycanın gerçəkliyi budur. Kaş ki tibb seçərdim
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
Hüquq qəliz məsələdir biraz))
@Karimoff_97
@Karimoff_97 2 месяца назад
@@khayalasadzade1019 düzdü qardaş. Bir də neçə yaşın var çünki mən də xaricə getmək istəyirəm amma başqa ixtisas üzrə- 28 yaşım var gec olmaz ki??
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
@@Karimoff_97 məncə heç vaxt gec deyil. Amma o da sizin məqsədlərinizə bağlıdır.
@aynuralakbarova7206
@aynuralakbarova7206 2 месяца назад
Salam,Azerbaycanda hüquq oxuyub daha sonra magistaturani xaricde maliyye uzre davam etdirmek mumkundur?
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
Salam. Xeyr
@sevincramazanova848
@sevincramazanova848 2 месяца назад
İT üzrə oxumaq çox istəyərdim. Ancaq riyaziyyatım o qədər də yaxşı deyil və düşünürəm ki o üzrə getsəm riyaziyyat balımı aşagı salacaq. Ancaq Humanitar fənləri yaxşı bilirəm və həvəsimdə var. Elə ona görə 3cü qrup seçmişəm
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
@@sevincramazanova848 həvəsiniz varsa elə humanitar ixtisasları oxuyun. Və özünüz üçün plan qurun. Növbəti 5 ildə 10 ildə nə etməyi düşünürsünüz? Bunu müəyyənləşdirin özünüz üçün.
@sevincramazanova848
@sevincramazanova848 2 месяца назад
@@khayalasadzade1019 Xaricdə hüquq təhsili almaq barədə nə deyə bilərsiz? İdeal ölkə haradır bunun üçün
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
@@sevincramazanova848 bu barədə kanalda bir neçə videoda danışmışam. Ən yaxşı ölkələr təbii ki, ABŞ, UK, Avstraliya tipli ölkələrdir.
@gozelinkanal8783
@gozelinkanal8783 8 месяцев назад
Dim imtahanı ile turkiyede huquq oxumaq olur??
@khayalasadzade1019
@khayalasadzade1019 8 месяцев назад
Bildiyim qədərilə yox
@a.f.a8098
@a.f.a8098 Месяц назад
Salam. Mən xaricdə huquq təhsili alib gəlib öz olkemde DİN də işləyə bilərəm?
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
@@a.f.a8098 elə təcrübəm yoxdur deyə bilmirəm.
@JavidanHusseinJr
@JavidanHusseinJr 28 дней назад
ishleye bilersiz gardash,polis bir yana prokurorlugda da icaze vaar ve girib prokurorlugun saytinda oxuya bilersiz bu haqqda melumati
@Eminhmdov-zf3xw
@Eminhmdov-zf3xw 11 месяцев назад
Salam birdə IELTS və TOEFL haqqında danışsaz olar həmdə xaricə təkcə bu sertifkatlar lazımdır elə deyilmi təşəkkür edirəm😊😊
@khayalasadzade1019
@khayalasadzade1019 11 месяцев назад
Salam. İngilis dilini öyrənməklə bağlı ayrıca bir videom olacaq.
@Eminhmdov-zf3xw
@Eminhmdov-zf3xw 11 месяцев назад
Təşəkkür
@Eminhmdov-zf3xw
@Eminhmdov-zf3xw 11 месяцев назад
Qebul haqında da olsun zəhmət olmasa deyirlər riyaziyyat dan da verirsən imtahan düzdü
@mineverftulayeva3248
@mineverftulayeva3248 Месяц назад
Salam mən Dövkət və ictimai mübasibətlər oxusam gedib harda işləyə bilərəm tqrkiyəyə getmək iatiyirəm.Ya hüquq ya da ictimai münaaibətlər oxumaq istəyirəm xaiş edirəm məsləhət verəsiniz.
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
@@mineverftulayeva3248 salam. O ixtisasla Azərbaycanda qalsanız yaxşıdır. Ondansa hüquq oxuyun və Azərbaycanda çox yaxşı vəkil ola bilərsiniz.
@SevincEliyeva-fy9ov
@SevincEliyeva-fy9ov Месяц назад
Salam sizce huququ dia bduda oxuyum?
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
@@SevincEliyeva-fy9ov salam. Hansında istəyirsiniz onda da oxuyun. Böyük fərqi yoxdur
@sevincramazanova848
@sevincramazanova848 2 месяца назад
Salamm. Hüquq təhsili üçün ideal ölkə haradır?
@khayalasadzade1019
@khayalasadzade1019 Месяц назад
Salam. Azərbaycan 😁
@sevincramazanova848
@sevincramazanova848 Месяц назад
@@khayalasadzade1019 😅
@user-fi7hg7ze5q
@user-fi7hg7ze5q 8 месяцев назад
Hüquq fakultəsinin tələbələri Azərbaycanlı olub xarici ölkədə təhsil alırsa hansı ölkənin hüquq kitabını öyrənməlidir?
@khayalasadzade1019
@khayalasadzade1019 8 месяцев назад
Beynəlxalq tələbələr bir çox hallarda beynəlxalq hüquq öyrənir. Hansısa ölkənin hüququnu öyrənmir. Ona görə də, elə beynəlxalq hüququ öyrənsələr bəsdir. Amma həmin sahə üçün iş imkanları çox məhduddur. Yerli hüququ öyrənmək üçünsə yerli dili bilməlisən. Bu da vaxt aparır.
@user-fi7hg7ze5q
@user-fi7hg7ze5q 8 месяцев назад
@@khayalasadzade1019 təşəhkürlər!
@lilmanbyt
@lilmanbyt 13 дней назад
Bakalavr?
@LeylaSəttarova
@LeylaSəttarova 3 месяца назад
Sizcə Azərbaycanda hüquq oxumaq yoxsa ingilis dili müəllimliyi oxumaq?
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
Məncə hüquq. HMO-da yaxşı işə girə bilərsiniz və yaxud da vəkil ola bilərsiniz.
@LeylaSəttarova
@LeylaSəttarova 2 месяца назад
@@khayalasadzade1019 Bəs Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik akademiyasında hüquq yoxsa beynəlxalq əlaqələr?
@khayalasadzade1019
@khayalasadzade1019 2 месяца назад
@@LeylaSəttarova əlbəttə ki hüquq
@LeylaSəttarova
@LeylaSəttarova 2 месяца назад
@@khayalasadzade1019 niyə məhz hüquq
@Eminhmdov-zf3xw
@Eminhmdov-zf3xw 11 месяцев назад
Kiber təhlükəsizlik gəlsin😢😢
@khayalasadzade1019
@khayalasadzade1019 11 месяцев назад
Gələcək qardaş təşəkkür edirəm!😉
@Eminhmdov-zf3xw
@Eminhmdov-zf3xw 11 месяцев назад
1 mənəm😊😊
@khayalasadzade1019
@khayalasadzade1019 11 месяцев назад
Eşq olsun! 😁
@Eminhmdov-zf3xw
@Eminhmdov-zf3xw 11 месяцев назад
😊😊
@lslcd670
@lslcd670 8 месяцев назад
Salam.Çin dili tərcüməçilik oxumaq sizcə necədir?hüquq ilə Çin dili tərcüməçilik arasında qalmışam,xaricdə yaşamaq istəyirəm həm də ama ətrafdakılar hüquq oxumağımı istəyir çox qərarsoz qalmışam;(
@khayalasadzade1019
@khayalasadzade1019 8 месяцев назад
Salam. Hüquqla xaricdə yaşamaq mümkün deyilsə, Çin dili ilə yaşamaq heç mümkün deyil. Mən sizin yerinizə olsa idim IT və ya Maliyyə-İqtisadiyyat oxuyardım. Əgər hüquq oxusanız, xaricə gəlib təhsil ala bilərsiniz. Amma işləmək nə dərəcədə mümkündür o qəliz məsələdir.
@lslcd670
@lslcd670 8 месяцев назад
@@khayalasadzade1019 3cğ qrupam və imtahana çox az vaxt qalıb deyə o ixtisasları seçmə imkanım yoxdur təəssüfki🥲kursa getsəm yenə də xaricdə iş tapa bilərəm dediyiniz ixtisaslarda
@khayalasadzade1019
@khayalasadzade1019 8 месяцев назад
Biraz gecdir məncə də. Sizin yerinizə olsam, imkan varsa, bir il də gözləyib xaricə gedərəm oxumağa. Ya da ki, Azərbaycanda 3cü qrupa hazırlaşıb daha yaxşı bir ixtisasa hazırlaşaram
@letaisacook7
@letaisacook7 7 месяцев назад
​@@khayalasadzade1019 məsələn, 3-cü qrupda "yaxşı" ixtisas hansılara deyərdiniz?
@khayalasadzade1019
@khayalasadzade1019 7 месяцев назад
@@letaisacook7 əgər xaricdə təhsil və yaşam üçün soruşursunuzsa, məncə heç biri. O ixtisasların hamısı beynəlxalq səviyyədə ölmək üzrədir. Amma Azərbaycanda qalmaq fikriniz varsa, hüquq əladır. İngilis dili müəllimliyi də pis deyil. İngilis dilindən uşaq hazırlaşdırmaq olar
@uwp4779
@uwp4779 8 месяцев назад
Xəyal, səncə universitet dövründə bizə keçilən hüquq dərslərini öyrənməliyik, yoxsa öyrənməyib yola versək də olar? Tənbəl tələbə yoldaşlarım var, mənim əməlli-başlı həvəsdən salıblar ki, bu dərslərin heç biri lazım olmayacaq, boş-boş qanun əzbərləyirik. Amma müstəntiqlə danışanda mənə demişdi ki, o dərsləri oxu, mən oxumadım sonra məcbur işləyəndə öyrəndim. Nə fikirləşirsən bu barədə? Həvəsimi çox pis öldürüblər, universitetdən qovulmaq dərəcəsində oxuyuram, fikirləşirəm ki, əgər maddə əzbərləyiriksə, bunun bizə xeyri yoxdusa niyə oxuyum? Halbuki oxuyub bilik mənimsəməkdən ötrü ürəyim gedir. Sadəcə yenə deyirəm, həvəsdən salıblar, heç bir faydası olmadığını deyirlər.
@khayalasadzade1019
@khayalasadzade1019 8 месяцев назад
Mənim sənə məsləhətim - universitet dərslərini ancaq qiymətə oxu. Çünki, əgər sən Azərbaycanda qalıb müstəntiq, prokuror və ya vəkil işləyəcəksənsə o dərslərin heç biri sənə lazım olmayacaq, çünki onsuz da imtahanlara hazırlaşanda (vəkillik və ya dövlət qulluğu) bütün qanunları yenidən oxumağa məcbur olacaqsan. Əgər o müstəntiqin dediyi kimi, nəzəriyyə dərslərini də oxumaq istəyirsənsə, mən sənə məsləhət görürəm ki, müstəqil şəkildə evdə otur oxu. Xüsusən də, əgər oxumağa çox həvəslisənsə. Müstəqil şəkildə hüquq nəzəriyyəsi, tarixi, fəlsəfəsi, cinayət hüququ fəlsəfəsi, mülki hüquq fəlsəfəsi barədə kitablar al və otur oxu (hətta məsləhət görərdim ki, ingiliscə ya da rusca). Tələbə yoldaşlarına da qulaq asma. Onlar belə düşüncə ilə uzaq başı gedib ya paykavoy vəkil olacaq ya da ki hansısa məhkəmədə katib (ən yaxşı halda). Əgər xaricdə oxumaq fikrin varsa, onda universitet dərslərini ümumiyyətlə yola verə bilərsən. Çünki orda onlar lazım olmayacaq. Bəlkə, nəzəriyyə dərsləri xaricdə lazım oldu, onu da ki, dediyim kimi, müstəqil oturub oxusan daha yaxşı olar.
@uwp4779
@uwp4779 8 месяцев назад
Problem orasındadı ki, bu fərsizlərin məni həvəsdən salmağından 2 kursu pox günündə oxumuşam. Cəmi 1 A almışam, GPA it günündədi. Bizə daha sonra yaxşı, savadlı bir müəllim gəldi, əməlli-başlı elm keçirdi. Bu tüləklərdən soruşdum ki, deyirdin elm yoxdu, mənasız dərslərdi, indi gözəl dərs keçən müəllim var. Oxuyacaqsan? Sir-sifət elədi, yenə "yox" dedi. Zəhmətdən qorxur sadəcə gic-gic bəhanələr gətirir. Heyif ki, belə lox adamları yanıma aldım. İndi açığı gündə bir qərar verirəm. Gah xaricdə maliyyə oxumaq istəyirəm, gah computer science, onlara da ki, təqaüd imkanlarım azdı. Səncə hansı yol izləyə bilərəm? Məqsədim prestijli, pullu, sevdiyim bir işlə məşğul olmaqdır. Səncə hüquqda nəsə var? Varsa nə edə bilərəm? Dediyim kimi xaricə getmə ehtimalım azalıb. Burada hüquq sahəsində harada işləyə bilərəm? Və bir də özümü hüquq üzrə necə təkmilləşdirim? Hansı ədəbiyyatları məsləhət görürsən? Yuxarıda yazmısan, amma bir az da spesifikləşdirsən əla olar (çox sual verib başıvı ağrıtdım, üzrlü say).
@khayalasadzade1019
@khayalasadzade1019 8 месяцев назад
Onları boş ver. Özləri bir şey ola bilmirlər və üstəlik səni də yanlarına çəkirlər. Mənə görə şəxsən xaricdə oxumaq üçün hüquq da yaxşı ixtisasdır. Amma əgər orda yaşamağa davam etmək istəyirsənsə, məncə elə maliyyə ya IT seçsən daha yaxşı olar. Bakalavr səviyyəsindən get oxu, yaxşı inkişaf elətdir özünü və qal. İş imkanları çox genişdir. Hüquqda isə çox da yoxdur. Azərbaycanda hüquq sahəsində çox yerdə işləyə bilərsən. Mən sənin yerinə olsam, prokurorluq ya da digər hüquq mühafizə orqanında işə girib, bir neçə il işləyib sonra vəkil olmağı seçərəm. Hüquq ədəbiyyatına gəlincə, mən özüm şəxsən o vaxtlar "теория государства и права" kitabını oxuyurdum (müəlliflər: Matuzov və Malko). Bizimkilərdən Fərhad Mehdiyevin Hüquq Nəzəriyyəsi kitabı var. O yaxşıdır. İngilis dilində isə yaxşı kitab çoxdur. Google-da bax, Oxford və Cambridge universitetlərinin nəşriyyatlarının hüquq kitabları çox yaxşıdır.
@khayalasadzade1019
@khayalasadzade1019 8 месяцев назад
Bir də ki, sənin kommentin əsasında bir video çəkmək istərdim. Sırf hüquq təhsili ilə əlaqədar məsləhətlərlə bağlı. Əgər icazə verirsənsə sənin kommentini screen edib o videoda nümayiş etdirərdim)))
@uwp4779
@uwp4779 8 месяцев назад
@@khayalasadzade1019hə, əlbəttə, buyur.
@user-tx7iu7mo2m
@user-tx7iu7mo2m 9 месяцев назад
Hüququ bitirib Türkiye’de çalışmaq olarmı?
@user-tx7iu7mo2m
@user-tx7iu7mo2m 9 месяцев назад
Hüququ bitirib Türkiye’de çalışmaq olarmı?
@user-tx7iu7mo2m
@user-tx7iu7mo2m 9 месяцев назад
Hüququ bitirib Türkiye’de çalışmaq olarmı?
@khayalasadzade1019
@khayalasadzade1019 9 месяцев назад
Türk hüququnu bilirsinizsə əlbəttə
@user-tx7iu7mo2m
@user-tx7iu7mo2m 9 месяцев назад
Hüququ bitirib Türkiye’de çalışmaq olarmı?
Далее
УДОЧКА ЗА 1$ VS 10$ VS 100$!
22:41
Просмотров 337 тыс.
Xaricdə Təhsil - 2-ci Veriliş
19:21
Просмотров 1,8 тыс.
NORVEÇDƏ PULSUZ TƏHSİL ALMAQ
9:27
Просмотров 4,1 тыс.
Azərbaycanda hüquq təhsili | 4üz4
22:48
Просмотров 9 тыс.