Тёмный

Hər gün gəzsəniz, orqanizimdə nə baş verər? 

Demədi Demə
Подписаться 975 тыс.
Просмотров 29 тыс.
50% 1

Hər gün gəzintiyə çıxsanız, orqanizmdə nə baş verər?
“Həkimlərin atası” sayılan Hippokrat deyib: “Yerimək insanın ən yaxşı dərmanıdır”. Həqiqətən də, yerimək pulsuz dərmandır. Asandır, çox fiziki gərginlik tələb etmir, həm fiziki, həm də zehni sağlamlığa faydalıdır.
Hər gün gəzintiyə çıxsanız, orqanizmdə müəyyən dəyişikliklər baş verəcək. Bunlar nələrdir? Buyurun, baxın...
10. Beyinin funksiyalarının artması. Kanzas Universitetində aparılan bir araşdırmada məlum olub ki, gəzintiyə çıxmaq demensiyanın erkən başlamasının qarşısını alır. Həmçinin, alzeymer riskini azaldır. Statistikaya əsasən, dünyada 35 milyondan çox insanın alzeymerdən əziyyət çəkdiyini söyləmək olar. Təəssüf ki, bu rəqəm getdikcə böyüyür. Elm adamları qarşıdakı 20 il ərzində bu göstəricinin iki dəfə artacağını ehtimal edir. Yeganə təsəlli odur ki, aktiv həyat tərzi keçirənlər oturaq həyat tərzi keçirənlərə nisbətən daha az risk altındadır. Bunun da səbəbi yaddaşa və istiqaməti təyin etməyə məsul olan hipokampusun aktivliyini qoruyub saxlamasıdır. Bundan əlavə, gəzmək stressi azaldır, endorfin ifrazatını artırır. Beyinə lazım olan kimyəvi maddələrin ifrazı da yüksəlir. Gəzintiyə çıxmaq neyronlara, kiçik qan damarlarına da xeyirdi.
9. Görmə qabiliyyətinin güclənməsi. Təəccübləndiniz? Necə yəni, ayaqlar hərəkət edir, amma gözlərə xeyirdir? Bu iki orqanın arasında hansı əlaqə mövcuddur? Əvvəlcə, onu deyim ki, yerimək göz təzyiqini aşağı salır. Həmçinin, qlaukoma da azalır. Qlaukoma gözdə maye yığılmasıdır. Bu zaman daxili təzyiq artır. Bu təzyiq göz sinirlərinə təsir edir və görmə problemləri yaradır. Qlaukoma Araşdırmaları Fondu da qlaukomanın simptomlarını azaltmağın ən yaxşı üsullarından biri kimi, uzun məsafəli gəzintini tövsiyə edir. Qlaukoma ilə bağlı narahat olmaq üçün hələ gənc olduğunuzu düşünürsünüzsə, gəzintiyə çıxmağı həyat rituallarınız sırasına daxil edin. Ətraf mühitlə təmasda olduğumuzda beynimizin gördüklərimizi analiz edən hissəsi-korteks güclənir.
8. Ürək problemlərinin qarşısının alınması. Qaçmaq ürəyi gücləndirir. Amerikan Ürək Dərnəyinə görə (American Heart Association), gəzintiyə çıxmaq da ürək problemlərinin qarşısını almaq və ürəyi gücləndirməkdə qaçmaq qədər faydalıdır. Gündə yarım saat yerimək yüksək təzyiqi və pis xolesterolun səviyyəsini aşağı salır. Qan dövranını nizamlayır. Beləcə, xroniki ürək çatışmazlığının yaranmasına mane olur.
7. Ağciyərin nizamlı fəaliyyəti. Yerimək aerobik idmandır. Yəni, qan dövranında oksigeni artırır, toksinlərin atılmasını sürətləndirir. Bu da ağciyərlərin təmizlənməsi deməkdir. Yeriyərkən, hələ təbiət qoynunda daha keyfiyyətli və daha nizamlı nəfəs alırıq. Bu zaman ağciyər xəstəlikləri simptomları azalır. Ağciyər problemlərinin ən çox stressdən və lazımi qidalanmamaqdan qaynaqlandığı məlumdur. Onun müalicəsi üçün qəbul edilən dərmanlar immuniteti zəiflədir. Açıq havada keçirilən zamanın immuniteti gücləndirdiyini bilirik. Bunu bilə-bilə, gündəlik həyat tərzimizə müəyyən müddətli gəzintini salmağa bizə nə mane olur?
6. Pankreasın qazanclı çıxması. İntizamlı gəzinti diabetin qarşısının alınmasında qaçmaqdan daha faydalıdır. Bunu 6 ay davam edən bir araşdırmada müəyyən ediblər. 6 ay ərzində tez-tez gəzintiyə çıxan insanlar qaçanlarla müqayisədə qan şəkəri problemlərindən 6 qat sürətlə xilas olublar. Qandakı şəkərin faydalı mənimsənilməsi pankreasın daha az insulin ifraz etməsinə səbəb olur. Bu da pankreasın daim ehtiyac duyduğu istirahətlə təmin olunması deməkdir.
5. Həzm prosesinin nizamlanması. Gün ərzində, sadəcə, yarım saat yerimək bağırsaq xərçəngi riskini azaldır. Həmçinin, bağırsaq hərəkətlərini də nizamlayır. Xroniki qəbizlikdən əziyyət çəkənlər üçün bu, yaxşı xəbərdir. 150 mindən çox qadın və kişinin iştirak etdiyi geniş bir araşdırma zamanı məlum olub ki, aktiv həyat tərzi keçirənlərin bağırsaq xərçəngindən ölmə riski nadirdir.
4. Əzələlərin elastiklik qazanması. Bəli, yeriməklə əzələləriniz elastikliyini artırır və siz artıq çəkidən xilas olmaq üçün daha bir şans əldə edirsiniz. Gün ərzində atılan 10 min addım idman zalında keçirdiyiniz 5 saata bərabərdir. Uzun məsafədə, yaxud yoxuş yuxarı yerisəniz, daha effektiv üsul sayılar. Bu arada, yeriyərkən bədən quruluşunuza da fikir verin:
-onurğanızı dik tutun;
-dirsəklərinizi 900 bucaq altında bükün;
-qollarınızı sallayın;
-çanağınızı balanslaşdırın;
Özünüzə müəyyən bir sürət tənzimləyin, amma qaçmayın. Çox sürətli qaçmasanız yorulmazsınız və hər hansı bir dincəlmə müddəti də axtarmazsınız. Yəni, sabahı gün eşiyə çıxa bilməyəcəyiniz qədər xamlamazsınız.
3. Sümük və oynaqların möhkəmlənməsi. Yerimək oynaqları, belə demək

Опубликовано:

 

29 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 69   
@sefiqebaleliyeva7960
@sefiqebaleliyeva7960 2 года назад
ÇOX TƏŞƏKKÜR EDİRƏM DƏYƏRLİ MƏLUMATA GÖRƏ, ALLAH KÖMƏYIN OLSUN 🤲
@senanmammadov
@senanmammadov 2 года назад
Yaxşı kanaldı, amma cəlb eləmək üçün video yaya camaatın baxmağı üçün bu qızı qoymağınız yaraşmadı.
@demedideme1
@demedideme1 2 года назад
Salamlar, izlədiyiniz üçün təşəkkürlər. Örtük Şəklini əməkdaşımız düzəldir. İradları nəzər alaraq düzəliş etdim. Təşəkkür edirəm ki, fikir bildirisiz.
@gunelhumbetov9855
@gunelhumbetov9855 2 года назад
Cox sag olun meni heveslendirdiz men demek olar ki oturaq heyat terzi yasiyiram
@elchinhasanzada936
@elchinhasanzada936 2 года назад
Keyfiyatsiz arzaq,insanlarl diz çökdurur...
@zizseyidova8103
@zizseyidova8103 2 года назад
Çox maraqlı videodur. Çox sağ olun. 👍👍👍
@allah6324
@allah6324 2 года назад
Hemiweki kimi mukemmel paylawım.yegane kanaldi ki axıra kimi baxıram😊🤲
@demedideme1
@demedideme1 2 года назад
Təşəkkür edirəm
@feqanabbasov7811
@feqanabbasov7811 2 года назад
Salamlar herkese,sagol mariflendirirsen dogrudanda bilmediymizi anladlrsan davamlolsun
@forever1690
@forever1690 2 года назад
Hər gün azı 2 saat gəzirəm. Çox rahatdır. İşə üç kilometr piyada gedib,piyada da qayıdıram. Üstəlik evdə gəzmək. Kilo problemi yoxdur,ürək problemi yoxdur, sağlam həyat 👍
@xalidmehdi7813
@xalidmehdi7813 2 года назад
👍
@forever1690
@forever1690 2 года назад
@@xalidmehdi7813 Siz də gəzin,çox rahat olacaqsınız.. Maşın insanı qocaldır
@computerscience23
@computerscience23 2 года назад
Bəli elədir
@masumamirieva1211
@masumamirieva1211 2 года назад
Cox maraqli vido idi 👍hemise izliyirem sizin vidolarinizi cox gozeldi👍 Kazandan salamlar🙏
@Yashar707a
@Yashar707a 2 года назад
Allah Hipokratin atasına rəhmət etsin. Aparıcı qardaşa da minnətdarlığımı bildirirəm! Həə millət durun getdik. Əsasən də oturaq həyat tərzi keçirən avtomobil sürücüləri, bu sizə də aiddir, bəsdir sükan arxasında siqaret çəkdiniz. Qardaşin dediklərinə onu da əlavə edim ki, yağlını, şirini məhdudlaşdırıb gündə 5 km piyada gəzən adama ölüm yoxdur.
@ulviyysuleymanova1940
@ulviyysuleymanova1940 2 года назад
Çox sagolun . Məndə gəzirəm kefim- halım olanda. Ancaq istəyərdimki həvəsim olsun hərgün gəzim.
@eldenizveliyev9645
@eldenizveliyev9645 2 года назад
Bir ay hər cün gəzin..sonra vərdiş eliyəsiniz.....ən azi bir saat dəyanmadan..gəzin......özüdə səhər tezdən...
@seymurkerimov7355
@seymurkerimov7355 2 года назад
Bizdə sizə təşəkkür edirik
@zaurhd3149
@zaurhd3149 2 года назад
Axşama qədər gəzirəm işləyirəm heç istirahət etmirəm, səhər yuxudan durmaq mümkün deyil çarəsiz dururam işə görə, 30 dəqiqə nədir ki 10, 11, saat ayaq üstəyəm.
@testaccount8681
@testaccount8681 2 года назад
Hemde formada saxliyir insani👍
@xeyalsuleymanov8293
@xeyalsuleymanov8293 2 года назад
Kənd yerinde qalıram 30 dəqiqə nedi 30 kilometri gezirem.ariqlayib yoxa çıxmışam.
@azerbaycanliqizi3498
@azerbaycanliqizi3498 2 года назад
Gezmek basqa,yerimek ve idman basqa Amma bunu eden insanlar aq cörek,shirniyyat,qazli ickiler,siqarer,alkol ickileri ve s uzaq olmalidilar
@nika3213
@nika3213 2 года назад
Illerdi yuksek tezyiqden eziyyet cekirem derman da komek etmirdi gezmeyin vacib oldugunu esitdim cox xeyrini gorurem her gun 1 saat gezirem netice eladi
@elnurheyderli689
@elnurheyderli689 2 года назад
3 gündü hər sabah yarım saat gəzirəm, bu videodan sonra hər gün gəzəcəm cox sağ olun
@elnarzerbaliyev4166
@elnarzerbaliyev4166 2 года назад
Eşq olsun hocamiza
@samsungbaku2689
@samsungbaku2689 2 года назад
Allah sizi var elesin. Supersiz
@bakustyle
@bakustyle 2 года назад
başlıq şəkili kreativ idi ))
@turanesedova2566
@turanesedova2566 2 года назад
Cox faydali video oldu tesekkur edirem
@rovwenosmanov4666
@rovwenosmanov4666 2 года назад
Tenbel qizsan sen onsuz 😏🙄
@ДеньиНоч-ь3д
@ДеньиНоч-ь3д 2 года назад
Her gun seher tezden dururam bir saat gezirem sonra idman edirem ozumu gumrah ve aktiv hiss edirem.
@birmilletikidovlet4053
@birmilletikidovlet4053 2 года назад
Qardaw men hergun seher saat 05:30 dururam duz 12 km yol yeriyirem iti yeriwle 2 saat erzinde yeriyirem vallah cox gumraham vaxtinda yatram nedede kop baw aqrim hamsi kecib gedib
@smdzeynalov1626
@smdzeynalov1626 2 года назад
Çox sağ olun. Dəyərli məlumatlara görə .
@senanagal6610
@senanagal6610 2 года назад
nəqədər çox hereket etsek bir o qədər yaxşıdır?
@senanagal6610
@senanagal6610 2 года назад
?
@aiselshukhurzadeh6740
@aiselshukhurzadeh6740 2 года назад
​@@senanagal6610 minimum 35 dəq-maksimum 1 saat
@LaysLays-ek6bk
@LaysLays-ek6bk 2 года назад
ALLAH ISINI AVAND ElESIN ÇOX LAZIMLI SƏMƏRƏLİ VİDYODUR
@elvahyeyn
@elvahyeyn 2 года назад
4 saat 10 dəq 27553 addım ataraq 19km yol durmadan gəzib şəhərdən şəhərə keçmişəm, ondan sonrakı xeyiri görmüşəm deyə, sizlərə gəzməyi məsləhət görürəm.
@gulzarlutfi2147
@gulzarlutfi2147 2 года назад
Oqlum çox saqol gözəl məsləhətlər verirsən yaşıma görə çox yeriyə bilmirəm amma elə həvəsnən danışdın ki bu gündən söz verirəm çıxacaqam gəzintiyə Allaha amanət ol Oqlum Allah əmanəti qoruyandı
@yeraz8634
@yeraz8634 2 года назад
30 dəqiqə cox azdir mən 4 saat meşədə gəzirəm 2 saat səhər 2 saatda axşam hər gun ancaq hələdə idial saqlamliq əldə edə bilməmişəm
@tarlang12
@tarlang12 2 года назад
🔥🙏🙏🙏🙏
@gulnarseyidova5194
@gulnarseyidova5194 2 года назад
Gəzmək çox faydaldr əgər gündəlik qayğlardan vaxt ayra bilsək təşəkkürlər.
@Aynaz14
@Aynaz14 2 года назад
Tawakkur!!
@elchinhasanzada936
@elchinhasanzada936 2 года назад
Azərbaycanda siyasi vatandaş muharibasidir... Sağlamlıqdan danlsmaq, özü özünü aldatmaq demakdir...
@njcaat4
@njcaat4 2 года назад
Gezmek hemde adami ariqladir balam eyyyy💃💃💃💃buda menden size meslehet😀
@ilhameismayilova3649
@ilhameismayilova3649 2 года назад
Teşekkùr edirik
@faiqclilov2045
@faiqclilov2045 2 года назад
Mən gündə 6-7 saat piyada gəzirəm.Özüdə 3 il
@validebagrzade5820
@validebagrzade5820 2 года назад
Çox təşəkkürlər.Məni həvəsləndirdiniz.❤🇦🇿🇹🇷🇵🇰❤
@ehedhasilov438
@ehedhasilov438 2 года назад
Beyendim
@samirshekerov9625
@samirshekerov9625 Год назад
Bir sutkada 25+30 dəqiqə gəzirəm.
@Cema-cu1nk
@Cema-cu1nk 2 года назад
🙏🏼🤲
@yolarimoldudawli9222
@yolarimoldudawli9222 2 года назад
Bu yaşda ayaxlarimda agri var Cox sagolun
@neymetbesirov8800
@neymetbesirov8800 2 года назад
Hər gün gəzirəm amma heç formada deyiləm
@muhhammedsonmez3866
@muhhammedsonmez3866 2 года назад
🏃‍♀️
@qedirqedir4700
@qedirqedir4700 Год назад
Çox gözəl izahat!
@ДеньиНоч-ь3д
@ДеньиНоч-ь3д 2 года назад
Her gun seher tezden dururam bir saat gezirem sonra idman edirem ozumu gumrah ve aktiv hiss edirem.
@Азербайджан-ъ7в
@Азербайджан-ъ7в 2 года назад
Gəzirsənsə bəsdir, idmana ehtiyac yoxdur.
@ilqarhaciyev3126
@ilqarhaciyev3126 2 года назад
Cox sagolun sabahdan yuruyuwe start
@camalhuseyinov6048
@camalhuseyinov6048 2 года назад
Men de her gun gezirem mekteb yollarini.seher ve gunorta.gunde 8defe o baw bu baw gedib gelirem.ayaqlarim gedmir uje.yol da bir az uzaqdi😃
@МаджидПашаев-ш3г
@МаджидПашаев-ш3г 2 года назад
@ganiramaharramova8541
@ganiramaharramova8541 2 года назад
Tesekur edirem
@yolarimoldudawli9222
@yolarimoldudawli9222 2 года назад
İstəyirik
@muhhammedsonmez3866
@muhhammedsonmez3866 2 года назад
🏃‍♀️
@nuranbayramov1355
@nuranbayramov1355 2 года назад
Biz kendde yawayiriq men seher 7den axsam 10kimi geziremmm
@vusalliyev5836
@vusalliyev5836 2 года назад
Əla
@azersellugur7503
@azersellugur7503 2 года назад
Allah kömek olsun hamiya inshallah.Cox sag olun.Supersiniz.
@rsulliyev7189
@rsulliyev7189 2 года назад
Həmişə gəzirəm
@bizimknd1896
@bizimknd1896 2 года назад
Maraqlı məlumat idi hoca
Далее
КОТЯТА В ОПАСНОСТИ?#cat
00:36
Просмотров 1,4 млн
50m Small Bike vs Car FastChallenge
00:22
Просмотров 4,1 млн
Uşağa dərs oxutmaq üçün - Uşaq psixologiyası
16:30
Piyada gəzməyin 10 faydası.
7:20
Просмотров 24 тыс.
Beş əlamət kimdə varsa Allah onu sevir deməkdir!!!
29:50
КОТЯТА В ОПАСНОСТИ?#cat
00:36
Просмотров 1,4 млн