Тёмный
No video :(

Hamlet İsaxanlı - Səni sevdim çox sadəcə - Kamran M. YuniS 

Kamran M. YuniS
Подписаться 40 тыс.
Просмотров 20 тыс.
50% 1

#kamranyunis #kamranmyunis #poeziyateatrı #şeirlər
#sevgişeirləri #şiirler #poeziya #hamletisaxanlı #vasifadıgözəlov
Hamlet İsaxanlı - Səni sevdim çox sadəcə
Bəstəkar - Vasif Adıgözəlov - Şərikli Çörək
Səni sevdim gündən‐günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər‐bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi.
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..
Mahnılarda anılmadım, dastanlarda yoxdur adım;
Kərəm ünlü aşiqlərin cərgəsində yer almadım,
İçimdəki ağrıların atəşindən kül olmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..
Məcnun olub, dərdli eşqlə səhralara üz tutmadım,
İnsanlardan uzaq düşüb ceyran‐cüyür ovutmadım,
Xəyallara səcdə qılıb vüsalını unutmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..
Fərhad olub, dəryaları məcrasından döndərmədim,
Xosrov kimi can yanğımı məhəbbətlə söndürmədim...
Dünyanın naz‐nemətini sənə bəxşiş göndərmədim...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..
Romeo tək tez od alıb yanmaq üçün doğulmadım,
Vaqif kimi pəri, sona göllərində boğulmadım,
Otello tək qısqanclıqdan, ehtirasdan yoğrulmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..
Koroğlu tək eşq yolunda davalara alışmadım,
Haray salıb gözəllərin məclisinə qarışmadım;
İstedadlı aşiq kimi Füzuliylə yarışmadım...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..
Səni sevdim gündən‐günə daha dolğun, daha incə,
Düşünmədən, daşınmadan, bər‐bəzəksiz, çox sadəcə.
Səni sevdim yerə həsrət yağış kimi, leysan kimi,
Səni sevdim gözəlliyə heyran olan insan kimi...
Sadəcə, çox sevdim səni,
Səni sevdim çox sadəcə!..

Опубликовано:

 

29 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 120   
@ceyhunbabayev2589
@ceyhunbabayev2589 2 года назад
Arzular sonsuzdur, ömürlər gısa Sevgi yaşadacag goca dünyanı. İnsan ömrü bənzər aya,ulduza. Bu goca dünyanı bir sen de tanı.
@firuzealiyeva7023
@firuzealiyeva7023 2 года назад
Bu cür gözəl şeiri, sadəcə Hamlet İsaxanlı yaza bilərdi, sadəcə o..Var olun Şair 👏👏👏
@behbudovamanzar
@behbudovamanzar 4 месяца назад
Salamlar!Hamlet İsaxanlını Azərbaycani dünyada təmsil edən çox dəyərli bir ziyalımiz kimi çox sevirəm!Həm də ilk özəl universitetin yaradıcısı kimi! Həm görkəmli riyaziyyat çidır,həm də gözəl insan!Gözəl yumor hissi də var!Geniş dünya görüşü nə heyran am!Məni yalnız intellektual səviyyəli insanlar cəlb eləyir!O ensiklopedik insandır!Onda beyinin hər iki y/kürəsi güclü inkişaf edib! Yəni zamanı kəsiklərə bölən riyaziyyatçıdir,həm də şairdir!Bir sözlə ölkə üçün çox gərəkli bir şəxsiyyətdir!Heyət yoldaşı da gözəl olub!Hamlet müəllimin sevgisinə layiq olmaq özü bir xoşbəxtlikdir!Və...şeirdə həm Qərbin,həm də Sərgin məşhur aşıqlərindən istifadə edib,özünü onlarla müqayisə etməsi lap gözəl alınıb! Dünyagörüşlü aşiqdir!Heç birinə bənzəməyən sadə sevgili olub!Sevgi elə sadə şeydir də!Onu ifrat dərəcəyə də çatdırmaq nəyə lazımdır?Eləcə hiss eləmək lazımdır!Ucadan qışqırmaq yox,belə picildamaq bəs edər!Heyf ki...Hamlet müəllim tək qaldı!😞😞Allah rəhmət eləsin Nailə xanıma!Elə şəklindən gözəlliyi görünür!Kamran bəyin də ata_ anası gözəl olublar!Allah rəhmət eləsin!Özünə də can sağlığı!Hamlet müəllim in" sevgi etirafı" ni gozəl çatdırdı! Gözümüz önündə bir sevgi dastan i canlandı! Təşəkkürlər!
@natellahemzeyeva3675
@natellahemzeyeva3675 2 года назад
Gözəl sözlər gözəl ifanız üçün təşəkkür ♥️ sənətkarımız
@DenizDenz-bf3pd
@DenizDenz-bf3pd 7 месяцев назад
İfanızı çox bəyənirəm,elə sadəcə ifa edirsiniz ki.
@kmalm3909
@kmalm3909 5 лет назад
Halal olsun müəllifə xanımına verdiyi dəyərə görə, gözəl şeirdi, musiqi gözəl, ifa gözəl...Kamran Yunis də əvəzolunmaz təqdim etdi.
@aqabekovarena3508
@aqabekovarena3508 3 года назад
MÖXTƏŞƏM .VAR OLUN. ALLAH SIZI GORUSUN.
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
Seni sevdim coxxxxx sadece...
@gulyaaliyeva1928
@gulyaaliyeva1928 3 года назад
Allah Nailə xanıma rəhmət eləsin.Qəbri nurla dolsun.
@user-hw5ih1sv5w
@user-hw5ih1sv5w 5 лет назад
Kamran beyin sesi seslendirmesi adami ozunnen qoparir..var olasiz....
@esmirakrimova1315
@esmirakrimova1315 5 лет назад
Kamran m coxx mükəmməl.
@minayeazimova6597
@minayeazimova6597 4 года назад
Duz bir il kecdikden sonra yene burdayam. Sadece cox sevdim seni... Seni cox sevdim sadece.... En boyuk en ulvi sevgimiz allahadir. Sonra ise allahin bizim ucun yaratdiqlarini... Cox sagolun Kamran Yunis. Sesiinizin sehrini. ..... Birde rununzu sevirem.... Cox sadece....
@vaqifqurbanov7849
@vaqifqurbanov7849 3 года назад
Hamlet İsaxanlı dahi şəxsiyyətdir.
@anarmamedzadeh6086
@anarmamedzadeh6086 4 года назад
Seir musuqi ifa mukemmeldi her zamanki kimi
@mimimimisha2459
@mimimimisha2459 4 года назад
Qəıbimi, ruhumu bu dünyadan alıb, səmaya uçurdunuz bu təqdimatla... dəfələrlə qulaq asdım amma yenədə doymadım...VAR OLUN
@fatimulusoy4228
@fatimulusoy4228 4 года назад
👍👍👍
@ferahnazdemirci5901
@ferahnazdemirci5901 5 лет назад
Sadece "SENİ" çok sevdim 😔😔😔😔👏👏👏👏tek kelimeyle muhteşem 💚💚💚💖💖💖💖🇹🇷🇦🇿
@minayeazimova6597
@minayeazimova6597 5 лет назад
Seni sevdim cox sadece. Veten oglu coxxxx sevdim. Var ol
@yeganequliyeva664
@yeganequliyeva664 3 года назад
Allah rəhmət eləsin Nailə xanıma. Ruhu şad, məkanı cənnətlik olsun. Allah doğmalarına səbr versin Amin🙏
@teymurmustafayev6837
@teymurmustafayev6837 4 года назад
Əvəzsiz səs,ürəkləri titrədən səs .Var ol ğözəl insan yaxşıki varsınız .Yaxşıki bizim Kamran M Yunisimizsiniz.🙏🙏🙏🙏🙏
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
Sadece.....sevdim seni.
@zumrudhajiyeva5271
@zumrudhajiyeva5271 4 года назад
Ən gözəl sevgilərə....lap filmlərdəki olan sevgilər üçün gəlsin bu şeir...🦋
@leylabaghirova6205
@leylabaghirova6205 4 года назад
Təşəkkürlər!!!Ən sevimli aktyorumuz.Çoxdadır belə gözəl ürəkdən şer deyən yox idi.Halal olsun sizəMin yaşayın🌹🌹🌹🌹🌹🌹🌹
@fatimefatime8870
@fatimefatime8870 4 года назад
🎧 280👍 👏
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Şair elə gözəl qələmə alıb ki, Dəyərli sənətkarımız can verib yaşadıb şeiri.
@lamiyeehmedova4334
@lamiyeehmedova4334 4 года назад
Şeir çox gözəldi,səsləndirmə de gözəldir.👏
@Faridiom
@Faridiom 3 года назад
Allah rəhmət eləsin Naile x.
@zumrudhajiyeva5271
@zumrudhajiyeva5271 4 года назад
Nə gözəl sətirlər...💙💙💙 dəfələrlə dinlədiyim şeirlərdən biri💙💙💙💙
@sevincrehimova4757
@sevincrehimova4757 3 года назад
Men de, sadece, chox sevdim sizi, KAMRAN bey!♥️♥️♥️
@umudeliyev6145
@umudeliyev6145 4 года назад
seni sevdim temennasiz.seni sevdim. ele sevdimki bu sevgi mene ele iz qoyduki sagalmayan iz sagalmayan yara.var olun USTAD ne yaxwiki varsiz.
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Səni sevdim gözəlliyə heyran olan insan kimi... ❤️🙏
@fatimulusoy4228
@fatimulusoy4228 5 лет назад
Seni sevdim gunden-gune daha dolğun,daha ince. KAMRAN melim ne xoşbextsiz sizi bu qeder sevenleriniz var.ALLAH sizi bize çox görmesin.Sade insan,gözel insan. ❤
@mobishop4799
@mobishop4799 3 года назад
Cox deyer verdiym insana ,hec olmasa bir defe gorusmek arzusu ile cox yasa
@cavidqeribov3347
@cavidqeribov3347 4 года назад
Sevib ayrilan sevgini dasdan edenler cox ama ayrilmayib sevənlər kimisi yoxdur
@zakirhsnov7842
@zakirhsnov7842 2 года назад
Mükəmməl.
@poladismin34
@poladismin34 5 лет назад
Ülvi bir sevgi hekayəsini bucür qələmə alan 2ci bir şair yeqinki ola bilmaz.Saf,qelbi temiz ,sevgisi ülvi olan insanlara gelsin bu sevgi hekayəsi...ve hemde ümidle gözleyenlere.
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
Tem-terahsiz ,sadece sevdim seni..... Ber-bezeksiz,coxx sadece..
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Sadəcə çoxx dinlədim bu şeiri.....bu ifanı..
@minayeazimova6597
@minayeazimova6597 4 года назад
Gece yuxuda seni gormuwdum.. Darixdim dedim gedib goruwum. Seninle daniwanda rahat oluram.. Duwunurem ki hele yaxwi duwunen, ruhu saf olanlsr var.... Seni cox sevdim sadece... Sadece sevdim Sagol vetenimin deyerli oglu
@nizamisahgeldiyev4932
@nizamisahgeldiyev4932 2 года назад
Əhsən düşünən zəkaya və kağız üzərinə köçürən barmaqlara.Bax budur sevgi, bax budur unudulmaz məhəbbət. Səni sevdim çox sadəcə.
@cickyags4191
@cickyags4191 3 года назад
Sadəcə çox sevdim,.. ❤️❤️
@osedovsamil7976
@osedovsamil7976 2 года назад
İfanızı sevdim çooooox sadəcə
@ilhamdeniz4987
@ilhamdeniz4987 5 лет назад
Sadece çok sevdim..
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Sevirəm bu şeiri.Sonsuz təşəkkürlər müəllifə və ifaya. Sadəcə çoxxx sevdim..
@mehribansixiyeva6290
@mehribansixiyeva6290 5 лет назад
USTAD VAR OLUN. Kaş ki insanlar bir -birlerini saf ve temiz hisslerle , ve sadece çox seveler..sadece..
@nurcahan6353
@nurcahan6353 3 года назад
Hamlet müəllimədə, Nailə xanıma da Allah Sağlam ömür versin 🌹💓 Qoşa qarışsınlar Amin 😘
@fatimulusoy4228
@fatimulusoy4228 5 лет назад
👍👍👍👍👍👏👏👏👏👏👏💖🌹sizi sevdim sadəcə
@lolaazeri3917
@lolaazeri3917 5 лет назад
Bu şeiri dinləyib şərh yazsamda.....yenidən təkrar dinləyib yazmağı çoxxx sevdim. Sizi sevdik çoxxx sadəcə.
@teymurmustafayev6837
@teymurmustafayev6837 4 года назад
Səni sevdim gündən günə.Səni sevdim çox sadəcə. 👍👍👍👍👍😢😢
@yeganequliyeva664
@yeganequliyeva664 5 лет назад
Gözəl şeir, əvəzsiz səs və ifa. Var olun hər iki dəyərli insan. Allah qorusun sizi 🙏
@mehribilova2925
@mehribilova2925 3 года назад
Allah qorusun Hamlet muellimi ve Naile xanimi sizileri cox sevirem
@slalmrahova6966
@slalmrahova6966 7 месяцев назад
SƏNİ SEVDİM COX SADƏCƏ😊
@eliyevaruqeyya3758
@eliyevaruqeyya3758 4 года назад
Səni sevdim özüm kimi !
@validamamedova2237
@validamamedova2237 5 лет назад
Əsl sevgi də budur.Yerində, dəyərində, ölçüsündə sevmək. Həmişə seviləsiz Kamran bəy.
@user-cb3rq7jv3t
@user-cb3rq7jv3t 5 лет назад
Coxdandi sehhetimle bagli dinleye bilmirdim melahetlu sesinizi,sevĝi ele sede ĝŏzeldi,var olun.
@kamranmyunis
@kamranmyunis 5 лет назад
Allah qorusun sizi, var olaq!!!
@fatimulusoy4228
@fatimulusoy4228 5 лет назад
ALLAH şefa versin
@user-cb3rq7jv3t
@user-cb3rq7jv3t 5 лет назад
@@fatimulusoy4228 Allah razi olsun.
@user-cb3rq7jv3t
@user-cb3rq7jv3t 5 лет назад
@@kamranmyunis Amin.
@sharafatisgandarova4202
@sharafatisgandarova4202 5 лет назад
Gozel.Chox gozel.
@gulshanhuseynova138
@gulshanhuseynova138 4 года назад
Sadəlik gözəllikdir, Gözəl insanın sevgisidə gözəl olur Hamlet İsaxanlı, Kamran M. Yunis Var Olun!
@userzemfira8022
@userzemfira8022 5 лет назад
👍👍👍...........cox gözəl
@renababanli3490
@renababanli3490 4 года назад
"SENI SEVDUM HESRET YAQIEI, LEYSAN KIMI!".....SENI SEVDIM QARWIMA CIXAN HER CETINLIYE VAXMADAN!SENI SEVDIM VE SEVIREM SEN OLMASAN DA! SENI SEVDIM NEFES ALMAQA HAVA KIMI! KAMRAN BEY! BU NE QEDER GOZEK DEYILMIW UREKDEN GELEN SOZLERDIR! SEVGINI BU QEDER O ADINA UYQUN SETIRLERE YAZILIB SOYLENILMESINI COXDAN, LAP COXDAN EWITMEMIWDIM! WAIRE BU HISSLERI YAWAYIB SETIRLERE KOCURTDUYU UCUN , SIZE , USTAD, BU SEVGI DOLU SETIRLERI OZUNEMEXSUS IFANIZ UCUN TEWEKKUR EDIREM! ALLAH SIZLERI QORUSUN, AMIN!
@maqsudehuseynova4480
@maqsudehuseynova4480 5 лет назад
Hamlet muellim yene yaradib.Sizde cox gozel ifa etmisiz.Lap qelbimizin ince telkerine toxunduz var olun👍
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Çoxxxxxx sadəcə....🎧
@zumahuseyinovag2075
@zumahuseyinovag2075 4 года назад
Böyûk úreyli sairimiz sizin seirleriniz menim coxxx xosuma gelir. ❤❤❤
@xurussadiqov8655
@xurussadiqov8655 4 года назад
Təşəkkür
@arzumehdiyeva1744
@arzumehdiyeva1744 3 года назад
👏👏👏👏♥️♥️♥️♥️♥️♥️
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Səni sevdim gündən-günə daha dolğun, daha incə, Düşünmədən, daşınmadan, bər- bəzəksiz , çox sadəcə..
@ulviyyehacili6232
@ulviyyehacili6232 5 лет назад
Çox sadece Var olun böyük sənətkarımız
@validamamedova2237
@validamamedova2237 5 лет назад
Superrr! Şeir də, ifa da.Var olun.
@adilemiriyeva4893
@adilemiriyeva4893 4 года назад
Səni sevdim gözəlliyə heyran olan insan kimi. Sadəcə çox sevdim səni... Səni sevdim çox sadəcə...
@fidanalqayeva8021
@fidanalqayeva8021 4 года назад
Səni sevdim çooox sadəcə 💞:)
@sebrsebr9683
@sebrsebr9683 3 года назад
Səni sevdim...
@cavidqeribov1602
@cavidqeribov1602 3 года назад
Səni sevdiyim o gunə lənət olaydi cixib gəldiyin gunə lənət olaydi mənə yar olmadin sən xəyalimda qalan Xanim bəs niyə səni bu qədə sevmisdim mən sevmisdimki gəlib gedəsənmi həyatima girib cixan. Xanim vicdansizsan sən ((((
@redmimiplay4335
@redmimiplay4335 2 года назад
Indi belə sevən var? Varsa eşg olsun o kişiyə. Belə sevir gadınam belə giymət verir
@drgunelislam45
@drgunelislam45 4 года назад
Sadəcə...
@nuranecemilli8770
@nuranecemilli8770 4 года назад
Kamran Yunis my forever😍
@renaagabekova1741
@renaagabekova1741 4 года назад
SADƏÇƏ SƏNI SEVDIM ÇOX .ÇOX SADƏÇƏ ........SƏNI SEVDIM .INSAN KIMI ..........
@elsenmemmedov7313
@elsenmemmedov7313 5 лет назад
Biz də sevdik sizi gözəl insan kimi .......sevməmək mümkünmü ?:)
@omeryt1601
@omeryt1601 5 лет назад
Təşəkkürlər gözəl sənətkar.
@rufatmammadov5112
@rufatmammadov5112 5 лет назад
👍👍📝🎼ehsen muellife ve gözel ifacimiz Maestroya ❤🙏
@azizabaghishova
@azizabaghishova 4 года назад
Mən də sevdim...çox sadəcə..
@sevdasalayeva9482
@sevdasalayeva9482 Год назад
yorulanda bir ev kimi qaçıram bura,şer dinləməyə...mənə sual verirlər,,"niyə təkcə Kamran bəy"?...,"hamı qışqırır,təkcə Kamran bəy danışır "deyirəm...yaxşı ki varsınız...yaxşı ki varsınız....🤲
@lolaazeri3917
@lolaazeri3917 5 лет назад
Səni sevdim yerə həsrət yagış kimi, leysan kimi.Səni sevdim gözəlliyə heyran olan insan kimi...Səni sevdim çox ....sadəcə....Var olun sevilən sənərkarımız.Vallah bizdə sizi çoxx....sevdik bir gözəl insan kimi.
@kamranmyunis
@kamranmyunis 5 лет назад
Var olun... qarşılıqlıdır sayqılar.
@akifbehbudov1135
@akifbehbudov1135 4 года назад
Çox gözəl ürəyi var sevirəm bu insanı var olsun
@royaismaylova29
@royaismaylova29 5 лет назад
Həmişəki kimi əlaaaaa👍👍👍👍👍👍😊
@leylasuleymanl4090
@leylasuleymanl4090 4 года назад
👌👌
@CavidQeribovdniolsannedrsn
@CavidQeribovdniolsannedrsn 2 года назад
Səni sevmişdim saf sevgiynən ama zalımlar aldılar səni mənnən uzağlara düşdüy sən o üzə mən bu üzə yolumuz da ayrı izimizdə ayrı düşdü görəsən bir gündə olsun sənlə üz üzə gələ biləcəyikmi çətin ki birdə nəsə səni görüm kor gözdəri birdə sənə baxarağ sağaldım
@hesenumid1127
@hesenumid1127 5 лет назад
Cox gözel
@ilhambalayev8375
@ilhambalayev8375 5 лет назад
Cox gözəl, möhtəşəm💝
@omerinkanali8593
@omerinkanali8593 5 лет назад
Men qulaq asmaqdan doymuram.🤗ureyimden xeber verir nelerse.❤❤Kamran bey cox mukemmel teqdim edirsiz😍
@omerinkanali8593
@omerinkanali8593 5 лет назад
Semimi deyecem.ele hamini qarsiliqsiz temennasiz sevdim.Heyat. bunu gosterir teessuf ki😢Kamran bey ne yaxsi ki varsiz heqiqeten de,sizi de qarsiliqsiz sevirem sadece....😊
@sevincsixeliyeva6826
@sevincsixeliyeva6826 3 года назад
Allah sizi qorusun, her soylediyinize bu qeder urey verirsiniz, onu ureyinizde yawadirsiniz, sesinize quvvet ustad.Yanan ureyden, yangili bir ureyden kecirib bizlere catdirirsiniz, Allah bizi sizsiz etmesin.Amin🤲🤲💝💝
@nazehajiyeva9971
@nazehajiyeva9971 5 лет назад
Təşəkkürlər,kamran bəy 👏💐
@leylaeliyeva6557
@leylaeliyeva6557 5 лет назад
Ürəyinə səsinə sağlıq.
@rzayevasebine7419
@rzayevasebine7419 4 года назад
Cox saqolun.
@sadiakperov2791
@sadiakperov2791 5 лет назад
Sadəcə təsəkkurlər coxlu coxlu!!!
@userzemfira8291
@userzemfira8291 3 года назад
👍👍👍🎧
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Sadəcə...çox sevdim bu şeiri ,bu ifanı.Sadəcə çox.Sevgiləriniz tükənməz olsun dəyərli insan.
@senanrustemov4766
@senanrustemov4766 3 года назад
Sizi də çox sevirəm sadəcə...
@nurlanagayev4780
@nurlanagayev4780 5 лет назад
Siqareti tergitmeye qerara aliram ve siz yene de bucur seir yukleyirsiz:( .Gozel seire gore cox sagolun,bey
@nataqubatova5157
@nataqubatova5157 5 лет назад
Zerif hemde sadə
@pervanecafarzada3694
@pervanecafarzada3694 5 лет назад
Səni sevdim çox sadəcə.sevdim
@nezaketletifova1118
@nezaketletifova1118 3 года назад
🎧479👍👍👍
@fatimulusoy4228
@fatimulusoy4228 5 лет назад
Sevine-sevine tez telefonu elime aldim ki,ilk serh yazan men olum,😯ama meni qabaqladilar. yene alinmadı😔
@fatimulusoy4228
@fatimulusoy4228 5 лет назад
@@kamranmyunis gözel qelbli insan💖
@omerinkanali8593
@omerinkanali8593 5 лет назад
Caannn🤗mende inanin ki bele.. isden sadece indi imkan oldu😗
@fatimulusoy4228
@fatimulusoy4228 5 лет назад
@@omerinkanali8593 can deyen diline qurban
@omerinkanali8593
@omerinkanali8593 5 лет назад
@@fatimulusoy4228 🤗🤗🤗
Далее
what will you choose? #tiktok
00:14
Просмотров 7 млн
Sadəcə Sevdim
3:44
Просмотров 6 тыс.
Axund Azər - Eşq karvanı. Məhərrəm söhbətləri
33:29
Nəzakət Teymurova - Qal Sənə Qurban
6:53
Просмотров 6 млн
Sevda - Dönmə istəmirəm
4:42
Просмотров 320 тыс.