Тёмный

Şəhla Qəmgin - Ruhumla çoxdan yoxam - Kamran M. Yunis 

Kamran M. YuniS
Подписаться 41 тыс.
Просмотров 18 тыс.
50% 1

Ruhumla çoxdan yoxam
Sən mənim sirrimsən... Deyə bilmədiyim.
Saxladığım, gizlədiyim.
Unutmaq istədiyim.
Sən mənim dərdimsən. Bölə bilmədiyim.
Qəlbimi incidən, ömrümü yeyən,
Səni xatırladıb öz sözün deyən.
Sən mənim arzumsan. Çata bilmədiyim.
Ömrümdən gedən, dərdimdə itən.
Qəlbimdə sızıntım, qəlbimdə sitəm.
Mənim həsrətimsən. Ata bilmədiyim.
Qəlbimdə bəslənən, qəlbimdə bitən.
Günbəgün böyüyən qəmli abidəm.
Gizli nifrətimsən... Boğa bilmədiyim.
Ömrümü talan edən, sevinci haram edən,
Könlümü viran edən...
Acımsan, içimdəki sancımsan,
Acımayan zalımsan
Hicrini məhrəm bilib qəlbimə hərəm edən...
Səadətimi alıb mənə naməhrəm edən.
Düyümlənib boğazda eləcə düyüm qalan,
Qəhərimlə yoğrulan,
İnləməkdən yorulan, boğulan fəryadımsan.
Mənim doğma yadımsan...
Səssiz bir firtinamsam...
İcimdə tuğyan edən,
Gözümdə fəğan edən,
Aram-aram kiriyən, ara-sıra kükrəyən,
Qəfildən üsyan edən.
Mənim səadətimsən.
Ömrümə doğulmayan, için-için ağlayan
Könlümü giryan edən, könlümü hüsran edən.
Həsrəti usanmayam.
Həsrətli baxişımda gözləri zindan edən,
Qəlbi tarimar edən...
Tutduğum azarımsan könlümü bimar edən.
Qəlbimdəki sevgimsən gizli ahu-zar edən.
Ümidimsən son olən, dərdi qəm ilə bolən
Qəbir əzablarını elə qəlbimdə çəkən
Hələ qəlbim sağikən...
Azıb qalan ruhumsan.
Canimdan ayrı düşüb, ayrı gəzib dolanan,
Canımı oda salan, canı yandırıb yaxan.
Qəlbimdəki yaramsan...
Qaysağı qurumayan.
Adın hər çəkiləndə qopub yenə qanayan,
Qəlbin hər atışında qan qusub, qan ağlayan...
Damarımda qan deyil sənin adındır axan.
Sən mənim bir paramsan...
Səndən ayri düşdüyüm günlərdən daha toxam.
Firqətindən, hicrindən bilmirəm varam, yoxam.
Dərdi bölə bilmədim, derddən bölünmüş çoxam.
Cismim yerdə dolasır, ruhumla çoxdan yoxam.

Опубликовано:

 

15 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 220   
Далее
Ali Asgar Mammadov - Ölsəm Bağışla
5:46
Просмотров 2,3 млн
Musa Yaqub "Sənin günahındır" / Huzur
4:26
Maradona da bunu dərk etdi, amma biz... Seyyid Elman
15:36
Şamil Ənvəroğlu - Yorğunam - Kamran M. YuniS
3:51
Ali Asgar Mammadov - Qəlb Atəşi
5:08
Просмотров 2,2 млн