Тёмный
No video :(

İşdəki xarici müdirlər II Rafiq Hunaltay (Fil Agency / Təsisçi) 

Business Talks
Подписаться 17 тыс.
Просмотров 922
50% 1

Bizi kimi ölkələrdə çox tez-tez olur belə şeylər. Baxırsan, öz gücünə böyüyən bir şirkətdir. Bir müddət sonra nəyəsə görə qərara gəlir ki, mütləq xarici müdir gətirib işlətmək lazımdır. Biri var işdə xarici kimisə mütəxəssis kimi işlətmək, biri də var xaricdən müdir gətirmək. Bu ikisi fərqli şeylərdir. Mütəxəssis kimi gətirilən xaricilər daha adekvat olur, nəinki xarici müdirlər. Bu videoda mən sizə Azərbaycan şirkətlərində çalışan xarici müdirlərin mənfi cəhətlərindən danışacam. Ənənəmə sadiq qalaraq professional keyfiyyətləri ilə işlədiyi yerə əlavə dəyər qatan xarici müdirlərə isə minnətdarlığımı bildirirəm. Təbii ki, heç nə hamıya şamil edilə bilməz. Mən isə mütləq çoxluqdan danışacağam.
Xarici müdirlər haqqında səhv formalaş(dırıl)an stereotiplər:
Əvvəla səhv formalaşan bir fikir var ki, xaricdə uğurlu bir şirkətin məsələn CEO-sunu gətirəcəksən və o eyni effekti verəcək. Şirkətlərimiz bunun n qədər əksini sübut edən keyslərlə doludur. Əvvəla ona görə ki, işin uğurunda bir nəfərin rolu varsa, zatən o işdə nəsə düz getmir deməkdir. Uğurda isə olduğun yerin iqtisadi şərtləri də çox mühüm rol oynayır. İcra daha çox önəmlidir. Azərbaycan futboluna dünya ulduzlarını məşqçi kimi dəvət etdilər xeyri olmadı. İşçinin, bizim misalda isə futbolçunun yerinə də çıxıb oynayası deyil ki adam?!
Digər səhv addım həmin xarici müdirin komandaya təqdimatındadır. Çox halda onu ağ atlı oğlan, xilaskar mələk və s. qismində təqdim edirlər. Kobud şəkildə komandaya “Siz bilmirdiniz, bu gəlib göstərəcək” deyilir. Bu təqdimatdan da təbii olaraq, xarici müdir havaya girir. Fikirləşir ki, görəsən onun haqqındamı deyirlər ya nə:) Öz tikdiyi məscid özünə möcüzə gəlir bir növ:) Komandanın daxilində “əzilmişlik sindromu” yaranır. Elə ilk təqdimatdan komanda işi pozulmuş olur. Əcnəbi müdir dəvət edilərkən adətən onun qalma, övladının təhsil xərcləri, hüquqi problemləri həll edilir. Hətta Bakıdakı bir çox ekspatlar şirkət hesabına xaricdə MBA falan da oxuyurlar. Təbii ki, bunlar digər yerli işçilərin önündə baş verdiyinə görə şirkət heç cür yerli işçiləri inandıra bilməz ki, maliyyə vəziyyətimiz, məsələn, zəifdir. Yerli o saat xarici işçi ilə müqayisə edir.
Xarici müdirlərin gəlməsi ilə yaranan 7 qüsurdan danışaq
1. Yaltaq yerlilər yaranır - xarici müdir işə başlayır. Bir anda əvvəllər hamıya sakit görünən biri bu müdirin yanında birtəhər olur. Xüsusi nəvaziş, çay, kofe gətirmələr, qapı açmalar, xoş iltifatlar və s:) Qoca kişiyə cavan qızın “siz necə şık görünürsüz bu gün” və s. tipli sözlər:) Başqa vaxt yerli işçi həmkarından söz götürməyən, “mənim atam heç üstümə qışqırmayıb” deyən işçilərə bu xarici müdir qışqırır da, arada zarafata salıb söyür də, amma di gəl ki, qəbuldur:) . Nə bilim, sonra canım Sizə desin, xarici müdirə həmkarı haqqında söz aparıb-gətirənlər də olur ki, elə onları yaltaqlandıqları xarici müdir ilk fürsətdə “baqaj”a qoyur. Bir dəfə mənim xarici müdirim digər həmkarımın mənim haqqqımda neqativ mailini monitorunu çevirib göstərmişdi, məsələn. Yerli işçilərdən bir qism xarici müdirə, xarici müdir özü isə ancaq təsisçiyə, sahibkara yaltaqlanır.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- Əlaqə: / businestalks...​
- Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Kontent Müəllifi: Rafiq Hunaltay(Fil Agency / Təsisçi)
Səsləndirmə müəllifi : Tural Vəliyev
Animasiya müəllifi : Jalə Həsənzadə
Layihə Meneceri : Kamran Tağıyev

Опубликовано:

 

15 апр 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 6   
@dinl2234
@dinl2234 Год назад
Təşəkkür edirəm. 👏
@BusinessTalksAz
@BusinessTalksAz Год назад
Buyurun
@nazaaliyeva599
@nazaaliyeva599 Год назад
Sirket o meblegi potensial milletinden olan sexse qoyub xaricde kursa gonderse günah olar. Mutleq xariciler minmelidir bizim milleti. Yaltaq olanda bele olur. O xaricden gelenlerin 90 faizi bizim milletden az bilir.
@Kanalsilinib777
@Kanalsilinib777 Год назад
Salam kompüter və ingilis dili öyrənib. Yüksək gəlirli iş tapmaq mümkündür? Cavab versəniz sevinərəm. Təqribən maaşıda deyə bilərsiniz? Zəhmət olmasa.☺️
@BusinessTalksAz
@BusinessTalksAz Год назад
Salam, bəli mümkündür. Sizdən asılıdır maaş. Yüksək maaş mümkündür. Uğurlar!
@Kanalsilinib777
@Kanalsilinib777 Год назад
​@@BusinessTalksAz Salam təşəkkür edirəm bəs bu isin adı nədir youtubeda araşdırım deyə deyirəm.
Далее
Şirkətin xarici mühitinin analizi || PESTEL Analizi
7:18
ŞƏBƏKƏ BIZNESINƏ DƏVƏTLƏR NECƏ OLMALIDI?
4:17
İş Həyatında Dəyişim || İmran Bağırov
12:07
Просмотров 1,7 тыс.