Тёмный

İşdə düz bilinən səhvlər || Rafiq Hunaltay(Fil Agency / Təsisçi) 

Business Talks
Подписаться 17 тыс.
Просмотров 2,9 тыс.
50% 1

İşdə düz bilinən səhvlər adını verdiyim bu yazıda alt başlıqlar vasitəsilə fikrimi ifadə etməyə, beynəlxalq araşdırma nəticələrini öz şərhlərimlə təqdim etməyə çalışacam. Beləliklə, görək işdə düz bilinən 7 səhv hansılardır?!
Düz bilinən səhv 1: İŞ 8 SAATDIR
Ənənəvi 8 saatlıq iş rejiminin kökü 1817-ci ilə gedib çıxır. Robert Owen tərəfindən o zamanlar sənayə inqilabı ərəfələrində istifadə edilən 16 saatlıq iş rejimini 8-ə dəyişmək təklif edilmişdi. Həftədə 40 saatlıq iş rejimi təklifi məhz Owen-ə məxsusdur. Araşdırmaya görə hazırda inkişaf etmiş ölkələr arasında ən çox işləyən ölkə Cənubi Koreya 41 saat, Almaniya 26 saat, Amerika 32 saat, Kanada 33 saat, İngiltərə isə həftəyə 34 saatdır.
Ortalama həftəlik 40 saatlıq iş rejimi elə o vaxtdan da hamı tərəfindən qəbul edilib. Robert günü 3 yerə - 8 saat yuxu, 8 saat iş, 8 saat istirahət kimi bölmüşdü. Hərçənd ki, islam dinində bu 7-ci əsrdən var, amma kimsə bunu işə tətbiq etməyi düşünməmişdi. Bu arada 8 saatlıq iş rejiminə ilk keçən şirkətlərdən biri də Ford olub. O dövr üçün 2 ilə gəlirlərini 30 milyondan 60 milyona qaldırandan sonra digər şirkətlər də iş rejimlərində dəyişiklik etmişdilər.
Araşdırmaya görə ofis işçilərinin 80%-i qeyri-iş vaxtlarında da emaillərini kontrol edir, işlə əlaqədar müəyyən məsələlərin həllində iştirak edirlər. Yenə bir araşdırmaya görə Y nəslinin y]ni, 1980-ci illərdən sonra doğulanların 45%-i daha çox əmək haqqı əvəzinə elastik iş qrafikinə üstünlük verir.
Azərbaycan reallığında isə sahibkarların bir çoxu işçiləri bütün günü gözünün önündə görmək istəyir. Bir çox şirkətlərimizdə işdən sonra qalma hətta təbliğ edilir, amma əksərində “overtime” məfhumu tam oturuşmayıb və daim mübahisələrə səbəb olur. İntizam önəmlidir, amma onu çox həssaslıqla tətbiq etmək lazımdır. İşdə olmaq ilə işləmək ayrı-ayrı məfhumlardır. İşdə olmaq hələ işləmək demək deyil. İşdə olmamaq isə işləməmək anlamına gəlmir. Önəmli olan qarşıya qoyulan hədəf və nəticədir. Müasir menecmentdə müzakirə predmeti hədəf və nəticə ola bilər deyə düşünürəm. Azərbaycanda çalışan menecerlərin bir çoxu sahibkarların bu xüsusiyyətini bilib ona uyğun davranır, yəni işdən daim gec çıxmağa çalışır. Səmimi olaraq bunu etmək olar, amma şirkət mədəniyyəti tələb edir deyə edilməsini düzgün hesab etmirəm. İşkolik insanlar var, onları təqdir etmək lazımdır, amma onların davranışı qayda deyil, istisnadır. Bu halda işdən gec çıxan adam səhv etmədiyi kimi işdən zamanında çıxan adam da səhv etmir. İşini görürsə zaman və məkan fərq etməz. Praktikamda n qədər axşam 10-11-ə kimi işdə qalıb, amma faydalı iş əmsalı çox aşağı olan, bəzi hallarda isə ümumiyyətlə olmayan xeyli adam görmüşəm. Onsuz da telefon həyatımıza girəndən bizə hər saat iş, hər yer iş yeri olub. Bir də bunun üstünə işçini iş qrafiki ilə “sıxmaq” ədalətli addım hesab edilə bilməz.
-------------------------------------------------------------------------------------------------------------------------------------------------------
- Əlaqə: / businestalks...​
- Animasiyanı Animators ( animators.az ) şirkəti təqdim edir.
--------------------------------------------------------------------------------------------------------------------------------------------------------
Kontent Müəllifi: Rafiq Hunaltay(Fil Agency / Təsisçi)
Səsləndirmə müəllifi : Tural Vəliyev
Animasiya müəllifi : Jalə Həsənzadə
Layihə Meneceri : Kamran Tağıyev

Опубликовано:

 

29 окт 2022

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 11   
@user-sl9wm1if1y
@user-sl9wm1if1y 9 месяцев назад
Faydalı bilgilər ücün sağ olun,
@chef_aydin
@chef_aydin Год назад
Yenə gəldi o faydalı bildiriş təşəkkürlər 😊
@BusinessTalksAz
@BusinessTalksAz Год назад
Buyurun!
@biologiyatedrisi
@biologiyatedrisi 7 месяцев назад
Bu videonu butun bank sektorlari gormelidir.
@vusalerustemova8329
@vusalerustemova8329 Год назад
Faydalı videolar üçün təşəkkürlər
@BusinessTalksAz
@BusinessTalksAz Год назад
🙏🏻
@nurlan9190
@nurlan9190 Год назад
Əla
@BusinessTalksAz
@BusinessTalksAz Год назад
🙏🏻
@xeqanimammadov4818
@xeqanimammadov4818 Год назад
Gozel Melumatlar ehsen
@BusinessTalksAz
@BusinessTalksAz Год назад
🙏🏻
@ceyrantagiyeva3507
@ceyrantagiyeva3507 Год назад
BİR SÖZIƏ ƏLADI
Далее
İş Həyatında Dəyişim || İmran Bağırov
12:07
Просмотров 1,7 тыс.
7 Days Stranded In A Cave
17:59
Просмотров 37 млн
Вся Правда Про Хазяевов !
41:02
Просмотров 2,2 млн
BUNU BİLMEDEN BAŞARAMAZSIN!
23:41
Просмотров 118 тыс.
Pul motivasiya edirmi?|| Allahverdi Bağırov
3:20
Просмотров 1,5 тыс.
Rebrendinq nədir?
3:35
Просмотров 1,5 тыс.
7 Days Stranded In A Cave
17:59
Просмотров 37 млн