Тёмный
No video :(

İllərlə kirayələrdə yaşadı. gec ailə qurdu, ərinin xəstəliyini hamıdan gizlətdi, Elmi dərəcə aldı 

1000 Production
Подписаться 155 тыс.
Просмотров 109 тыс.
50% 1

Məmmədova Gülyanaq Zakir qızı 10 iyun 1973-cü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində, on uşaqlı fəhlə ailəsində dünyaya gəlib. Ailədə altı bacı, dörd qardaş olublar. Uşaqlıq və yeniyetməlik illəri kolxozda, əkin-biçində keçən Gülyanaq keçmiş illər haqqında danışanda deyir: “Mən zəhmətkeş bir ailədə böyümüşəm. Tütün əkirdik, barama saxlayırdıq. Biz o qədər əziyyətlərdən, zəhmətlərdən keçmişik ki. Ailəlikcə fəhləliyə, işə bağlı olmuşuq. Gecə-gündz əkin sahələrində işləmişəm. Əllərimiz işləməkdən qabar-qabar olub. Tütün sahələrində səhərə qədər gecələdiyimiz olub ki, su növbəsini qaçırtmayaq, gecə tütünlərimizi suvaraq. Tütün yarpaqlarını iynəyə düzə-düzə bir gözüm kitabda dərs oxumuşam”.
Orta məktəbi Böyük Dəhnə 1 saylı orta məktəbdə başa vurub. 1992-ci ildə Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin, köhnə adı ilə A. Zeynallı adına Musiqi texnikumunun muğam şöbəsində Nəriman Əliyevin sinfində təhsil almağa başlayıb. Onunla eyni sinifdə Xalq artisti Nəzakət Teymurova da oxuyub. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib.
Bakıda kirayədə yaşayan Gülyanağın çətin, kasıblıq günləri çox olub. Günlərin birində isə bəstəkar Şəfiqə Axundovanın Filarmoniyada yubileyi keçirilib. Səhnədə Gülyanaq da oxumalı olub. Ancaq onun yaxşı səhnə geyimi olmadığından o, rəfiqəsi Nəzakət Teymurovanın paltarını geyinib səhnəyə çıxıb.
1996-2000-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "musiqili teatr və kino aktyoru" fakültəsində aktyor ixtisası üzrə təhsil alıb. 2002-ci ildə magistr dərəcəsi ilə universiteti bitirib. 1990-1992-ci illərdə Şəki rayon Mədəniyyət evində fəaliyyət göstərib. 1993-cü ildən bu günə kimi R. Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında vokalist vəzifəsində çalışır. 1995-1997-ci illərdə İsveçin Malmo şəhərində, "Malmo" festivalında çıxış edib, Stokholm və Koteburq şəhərlərində konsertlər verib, 2000-ci ildə Almaniyanın Hannover şəhərində EKSPO - 2000 sərgisində, 2000-ci ildə Türkiyədə "Boğaziçi" festivalında İstanbul - Ankara şəhərlərində konsertlər verib.
Gülyanaq Türkiyədə konsert verən zaman orda yaşayan bir azərbaycanlı ailə onun konsertində iştirak edi . Daha sonra onlar müğənnini bacısı Gülyazla birgə evlərinə qonaq dəvət ediblər. Qonaqlıqda Gülyanaq gələcək həyat yoldaşı Ziya ilə tanış olub. Onu sənəti ilə birgə qəbul edən bəy düz beş il Gülyanaqdan “hə” cavabı alacağı günü gözləyib. Nəhayət onlar ailə qurublar. Bu evlilikdən cütlüyün 3 övladı dünyaya gəlib.
Müğənni haqqında son illər yayılan şayiələrdən biri isə onun həyat yoldaşından ayrılması xəbəri olub. Ancaq bu barədə ondan soruşanda, deyib: “Yanlış xəbərdir. Çox xoşbəxt ailəm, üç gözəl balam var. Allah hər kəsə belə gözəl ailə nəsib etsin. Ailə qurmaq üçün gec qaldım. Sənətə yönəldim, daha da püxtələşmək, öz sözümü deyə bilmək üçün evliliyi sonraya saxladım və 33 yaşımda ailə qurdum. Buna baxmayaraq, sevinirəm ki, dərk etdiyim bir vaxtda ailə qurmuşam. Şükür ki, həyat yoldaşım da anlayışlıdır, məni başa düşür. Hamiləliyin doqquzuncu ayında Beynəlxalq Muğam Mərkəzində Gülyaz xanımla konsert verdim. Çox uğurlu alındı. Elə başa düşülməsin ki, mən hamiləliyin doqquzuncu ayında oxudum, konsert verdim. Oturmuşdum, qavalı da qabaqda tutmuşdum. Dedilər ki, müğənnilər bu vəziyyətdə konsert verirlər ki, gündəmə gəlsinlər. Dedim ki, yox. Əksinə, mən elə bir paltar geyinmişəm ki, hamiləliyi gizlətməyə çalışmışam”.
Bir müddət əvvəl isə müğənni həyat yoldaşının xəstəliyi ilə bağlı açıqlama verərək deyib: “Həyat yoldaşım xəstə idi. Onun xəstəliyini gizlədirdim. İndi şükür, yaxşıdır. İstər Azərbaycanda, istər Türkiyədəki həkimlər sağ olsun. Onların sayəsində indi hər şey yaxşıdır".
1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adına, 2014-cü ildə Xalq artisti adına layiq görülüb. O eyni zamanda 2022-ci ildən Özbəkistan Respublikasının Xalq artistidir. Özü bu haqqda müsahibələrinin biri də deyib: “Həm Azərbaycanın, həm də Özbəkistanın Xalq artisti olmaq çox qürurvericidir. Buna görə şəxsən öz adımdan cənab Prezidentimiz İlham Əliyevə sonsuz minnətdarlığımı bildirirəm. İki-üç il əvvəl Özbəkistan-Azərbaycan dostluğuna həsr olunmuş “Uluğumsan Vətənim, Özbək mahnısı” nəğməsinə klip çəkdirdim. O klipi izləyib, özbəkistan xalqına və mədəniyyətinə böyük sevgimi görə bilərsiniz. Bizim tariximiz, mədəniyyətimiz kökdən bir-birinə sıx bağlarla bağlıdır. O qədər yaxındır, hətta eynidir”
Fəlsəfə doktoru elmi dərəcəsi alan Gülyanaq Məmmədova özünü aktrisa kimi də sınayıb. 2005-ci ildə Nəriman Əliyev, 2007-ci ildə Bəylik dərsi, 2020-ci ildə Ana və poçtalyon filmlərində rol alıb. O eyni zamanda 20 iyun 2011-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Опубликовано:

 

26 авг 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 106   
@aynurqasimova3305
@aynurqasimova3305 6 месяцев назад
Sizi cox cox sevirem Gülyanaq xanım Allah sizi ve balalarınızı xoşbext elesin
@zuleyxacebrayilova
@zuleyxacebrayilova 6 месяцев назад
Çox səmimi mehribanXanimdir Gülyanaq eyni zamanda çox istedadli Sənətkardir Sevimli Xanəndə həmdə gözəl müəllim Pedaqoqdur bu gün Sənət əsəri yaradir Əsil Sənətkar Özundən sonra İZ qoymalidir Gülyanaq Xanimin Tələbələri buna misaldir❤❤❤🧿🧿🧿💯💯💯
@user-kf5nq8be7b
@user-kf5nq8be7b 6 месяцев назад
😊😊
@Ilhamezimova
@Ilhamezimova 6 месяцев назад
Ovladi 4- du. Ve hem de her davranisi ile fexrimizdi Gulyanaq. Hem de Gulyaz💐
@SSSSSS-hp7zd
@SSSSSS-hp7zd 6 месяцев назад
GÜLYANAQ XANIM ƏN ÇOX SEVDİYİMİZ USTAD XANƏNDƏMİZDİ.SƏSİ SEÇİLƏN SƏSLƏRDƏNDİR. ONUN SƏSİ BÜTÜN MUĞAMLAR ÜÇÜN BİR VERGİDİR.ONA UZUN ÖMÜR ARZU EDİRİK
@fatmaaliyeva8975
@fatmaaliyeva8975 6 месяцев назад
Əsil azerbaycan xanimi.Həyatda və isində uğürlar.❤
@gulusuleyman910
@gulusuleyman910 3 месяца назад
Çox gözəl agilli səmimi tərbiyəli geyiminə fikir verən və gözəl səsə sahib olan bacılardi halal olsun olara tərbiyə verən ata anaya
@AybenizAaa
@AybenizAaa 5 месяцев назад
Nəinki GÜLYANAQ ELƏ AİLƏSİ HALAL İNSANLARDIRLAR ,ONLARA YENİ XOŞ GÜNLƏR ❤, UĞURLAR ARZULAYIRAM ❤❤❤❤❤
@retro_771
@retro_771 6 месяцев назад
Zəhmət olmasa bacısı Gülyaz xanım haqqında da video hazırlayın 🙏🏼
@user-tx1su2zs7i
@user-tx1su2zs7i 6 месяцев назад
Tocno mənim uşaqlıq həyatımı yaşayıb. Bu qünümüzə şükür olsun. Sizə ugurlar olsun qözəl xanım ❤️❤️
@babat3lekom907
@babat3lekom907 6 месяцев назад
Səmimi,mehriban kövrək ,həssas,çox sevilən ,dəyərli sənətkar, xalq artisti, gözəl ana,òmûr-gün yoldaşı ,zərif Azərbaycan xanımı,hər kəsin sevimlisi Gülyanaq xanım Allah sizi ,səsinizi,ailənizi qorusun!Daim var olun!Amin👐Sizi çox sevirik qəlbi nurlu xanım!❤
@user-lo8ub2cs4t
@user-lo8ub2cs4t 6 месяцев назад
34 yaşında evlenib 4 övladı var
@Xabarman123
@Xabarman123 6 месяцев назад
Kamal bala, bu kimi sənətkarlara sağlığında qiymət verib, onlarda az da olsa motivasiya yaratdığın üçün çox sağol. Çox yaxşı iş görürsən. Uğur olsun
@azerbaycan9987
@azerbaycan9987 6 месяцев назад
Dövlət ev, xalq artisti, hər il mükafat ay baay, hər şey veriber ona. Nə verməlidir ki?
@user-zo9yo9hq5s
@user-zo9yo9hq5s 6 месяцев назад
Bu ifaçı niyə efirlərdə yoxdur?Görmək istərdim,çox ehtiyacımız var belə ifaçılara,qulağımız gözəl səslər eşidir.Halal olsun!Elza xanıma da sllah rəhmət eləsin,qəni-qəni!
@qurbanhuseynov6552
@qurbanhuseynov6552 6 месяцев назад
Cox gözəl sənətgar .
@ZemfiraAliyeva-ij5jf
@ZemfiraAliyeva-ij5jf 4 месяца назад
Gülyanaq Məmmədovanın ,,Mən bu ömrü elə-belə yaşadım" mahnısını çox sevirəm. Bu mahnı sanki mənə yazılıb.....mənim taleyimi danışır. Gülyanaq xanım siz əsl müğənnisiz. Sizə sənətinizdə uğurlar arzulayıram.❤❤❤
@gencegence9481
@gencegence9481 6 месяцев назад
Gözəl. Mügəni. Gözəl anadlr
@Bilginize
@Bilginize 6 месяцев назад
Gözəl səsi var
@nargulaliyeva3183
@nargulaliyeva3183 6 месяцев назад
Cox+ cox sevdiyim Gulyanaq x.
@ilhamasdavof8135
@ilhamasdavof8135 6 месяцев назад
Masallah möhtəşəm Gülyanaq xanım
@dastagul1808
@dastagul1808 6 месяцев назад
Allah həmişə xoşbəxt eləsin. Çox gözəl və mədəni xanımdır. Ona böyük hörmətim var. Mən onu televiziyada hamiləliyin axrıncı günündə də görmüşəm, verliş başa çatmamış birbaşa doğum evinə getdi. Amma həmən günü də elə geyinmişdi, özünü elə göstərirdi ki, heç inanmazdım ki, hamilədir. Sonradan bildim ki, yşaq dünyaya gətirib və verlişdə sona qədər qalmadığını səbəbi də bu olub. Həmən gündən ona olan hörmətim birə - yüz artdı. Bəli, Gülya aq xanım əsl xanımdır. Allah onu qorusun. Xalqımız onu çox sevir.
@user-vb1dv6mu5y
@user-vb1dv6mu5y 3 месяца назад
Bütün gözəl sözlərə layiq bacılar.
@user-vb1dv6mu5y
@user-vb1dv6mu5y 3 месяца назад
Sizinlə fəxr edirik.
@raminmuradli4335
@raminmuradli4335 6 месяцев назад
Mən bu gozəl xanim xanendəye o vaxtin dəbdə olan haminin sevimlisi olan .Zeynəb Xanlara deyirem ..Bu dovrun Zeynebidir ...Cox mukemmel sesi olan xanenedemiz...Seni cox səvirem
@mercanqehramanova5013
@mercanqehramanova5013 4 месяца назад
Çox sevdiyim gözəl sənətçi.
@snva1603
@snva1603 6 месяцев назад
3 oğlu 1 qızı var
@user-yu8el5on6f
@user-yu8el5on6f Месяц назад
Gülyanağ xanımı mənim əmim üzə çıxrtdı məhşurlaşdırdı.
@abgggg1659
@abgggg1659 4 месяца назад
Cooox sevdiyim, sesine vurqun olduqum, xanım xatın efendi bir senet ustadıdır, Gûlyanaq xanım... Uqurların cox olsun, gözel bacımız, maşaAllah olsun 🤲👌👍❤️💋🌹
@SebreMemediva
@SebreMemediva 4 месяца назад
Çox gözəl şirin ağıllı bacılar Allah sizi qorusun
@qusiqasanov7928
@qusiqasanov7928 6 месяцев назад
Xowbext olsunlar,heyat yoldawlna allah wefa versin.
@mohubbetveliyev3459
@mohubbetveliyev3459 4 месяца назад
Şükür ki bu gün övladları var allah qorusun
@kontakthome4950
@kontakthome4950 6 месяцев назад
Cox sevimli ❤❤❤❤❤❤❤
@orxanabbasov3772
@orxanabbasov3772 6 месяцев назад
Qızımın və oğlumun toyunda oxuyub əsl xanımdır
@user-vr5ce2wr8m
@user-vr5ce2wr8m 4 месяца назад
Xalq artisti adi ona halaldir. Xoshbext olsun.
@Joker_870
@Joker_870 3 месяца назад
Uğurlar Gülyanaq xanım❤❤❤❤🌹🌹🌹♥️♥️
@qarabagazrbaycandr3185
@qarabagazrbaycandr3185 6 месяцев назад
Cavan vaxtında daha şirin idi səsi
@ArzuBehbudova-wi1io
@ArzuBehbudova-wi1io 3 месяца назад
Cavansir Feyziyevin hesanina her sey sahibdir
@tahireehedzade
@tahireehedzade 4 месяца назад
Sehnemizin gözel bacilari exlaqlari terbiyeleri sesleri geyimleri ile xalqin ureyinde taxt quran bacilar sizi cox sevirik
@arzumanresulov1304
@arzumanresulov1304 4 месяца назад
Gülyanaq xanım əsl Azərbaycan xanımıdı gözəl sənə 3:23 tkar gözəl ana dır.Uğurları bol olsun
@Aida0424
@Aida0424 4 месяца назад
Men Gulyanaq xanim yaxsi taniyiram telebelik illeri idi Gulyanaq xanimin emisi qiz Ile yaxin refiqe idim men onlarin evinde qonaq da qalmisam unudulmaz zamanlar idi❤
@sitareaqasiyeva6465
@sitareaqasiyeva6465 6 месяцев назад
Gülyanag xanim ürəkdi .❤❤❤❤❤❤❤❤❤
@mexfipirali1347
@mexfipirali1347 6 месяцев назад
4 Övladi Var Xəbəri Dəqiq Verərlər
@arzuefendiyeva7600
@arzuefendiyeva7600 3 месяца назад
❤❤❤
@karaplagg4628
@karaplagg4628 6 месяцев назад
İndi sağlığına qismət olsun biləcəridə villası var.
@xxxxxxx7695
@xxxxxxx7695 6 месяцев назад
Cox aqilli cox terbiyeli bacilar Xanim adli qadinin evinde kiraniwin qalirdilar ve her konsertlerinde butun qonwulara pulsuz biletler verirdiler Allah can saqliqi versin olara
@user-qp8co9dc6n
@user-qp8co9dc6n 6 месяцев назад
Gözəl səs
@imperatoragcebedi1056
@imperatoragcebedi1056 6 месяцев назад
Gülyanaq xanım 4 uşaq anasidi,Gülyaz xanimin 1 övladı var
@user-vb1dv6mu5y
@user-vb1dv6mu5y Месяц назад
Aglınıza gələni yazmayın, ayıbdır. İsmətli, agıllı xanımlardı
@esmramusdafayeva8262
@esmramusdafayeva8262 6 месяцев назад
OHEQİQETLERİ GİZLEDİR ONA KÖMEK ELİYEN AİLE ATASIN DOSTUN AİLESİN KÖMEKLİYİ İLE SENET YOLUNA CIXIB DOXSAN İKİNCİ İLDE NE TEZ YADDAN CIXARDI HAĞ HEQİQET YERİNİ TAPACAK O BAŞ KÜNGÜT KENDİNE QACMASAYDI OSENETDE OLMAZDI
@NazileEzizova-ix9bj
@NazileEzizova-ix9bj 6 месяцев назад
COX. GÖZƏL. XANİMDİR. ÇOX GÖZƏL. SAXAVƏTLİ. İSMƏTLİ. VƏ. GOZƏL. XANƏNDƏDİ. GOZƏL. ANADİ. VƏ. SAİRƏ S S S S SSAİRƏ
@adileabdullayeva5647
@adileabdullayeva5647 6 месяцев назад
❤❤❤❤❤❤❤
@user-ym4nv1hq5y
@user-ym4nv1hq5y 6 месяцев назад
4 ushaqi var mence
@user-bm2xh4nd7e
@user-bm2xh4nd7e 6 месяцев назад
Bizim məhlədə podvalda kirədə qalırdılar tələbə vaxtı.
@user-xk8hb5jy4l
@user-xk8hb5jy4l 6 месяцев назад
Çoxda yaltaqdı(((((:
@user-di2rm9qy4m
@user-di2rm9qy4m 6 месяцев назад
Bərəkallah sənə
@user-xk8hb5jy4l
@user-xk8hb5jy4l 6 месяцев назад
@@user-di2rm9qy4m hə nədi.....?Düz söz acı olur?????!!!!!!!(((:
@user-xk8hb5jy4l
@user-xk8hb5jy4l 6 месяцев назад
@@user-di2rm9qy4m nədi....????!!!!Düz söz acı olur?????!!!!((((:
@cahangireliyev9507
@cahangireliyev9507 6 месяцев назад
Tanımadan bu sözü dediyin üçün yaşayışına tüpürüm elə
@user-xk8hb5jy4l
@user-xk8hb5jy4l 6 месяцев назад
@@cahangireliyev9507 tüpürüm sənin elə nəslinə bir də sənin üzünə!Kor ,kor,gör,gör!Heç kim çörəyi qulağına yemir((((;
@agayevaafaq561
@agayevaafaq561 4 месяца назад
4 övladı vare 3 yox
@yeqanahuseynova3540
@yeqanahuseynova3540 6 месяцев назад
Bir dəfə özü danışanda baxmışam. Birinci yoldaşından bir oğlu, ikincidən 3 uşağı var. Hətta 1 ci dəfə boşanandan sonra Teymur Əmrah elçi çıxıb, elə bilib subaydır. Sonra eşidib ki, uşağı da var. Teymur danışırDı televizorda ki sevirdim onu. Amma öyrəndim ki boşanıb özü də oğlu varSonradan bu kişiyə gedib. Yəni biznesmenə
@user-qu1bd6lc2r
@user-qu1bd6lc2r 4 месяца назад
Teymur Gulyaza elci dusub, Gulyanaga yox
@retro_771
@retro_771 4 месяца назад
Dəqiq araştırıb sonra danışın Teymur Əmrah Gülyaz Məmmədovanı sevdiyini demişdi
@azadrzazad112
@azadrzazad112 4 месяца назад
Gülyanaq xanım bir dəfə ailə qurub, dörd balası var, şükür Allaha ki,hələ də ailəsi bir yerdədir
@NicatQardas
@NicatQardas 4 месяца назад
Salam.Böyük bacısı ayrılıb bir oglum var. Bu isə ailə bir dəfə qurub
@VuqarQuliyev-qf1eh
@VuqarQuliyev-qf1eh 3 месяца назад
Eyyy biləndə danışır bilməyəndə bu nə deməkdir axı...
@user-pu8tb3tx8i
@user-pu8tb3tx8i 6 месяцев назад
Amma çox simic və eqoist xanımdl.Gülyaz bundan milyon qat yaxşıdl.
@user-xk8hb5jy4l
@user-xk8hb5jy4l 6 месяцев назад
Ay ölənləriniz rəhmət!
@user-pu8tb3tx8i
@user-pu8tb3tx8i 6 месяцев назад
@@user-xk8hb5jy4l Sizində ölənlərinizə rəhmət Lalə xanım.Deyəsən ürəyinizdən xəbər verdim.
@user-pu8tb3tx8i
@user-pu8tb3tx8i 6 месяцев назад
@@user-xk8hb5jy4l Sizinkilərlə bahəm.Tanıyıram,Yasamalda qalır. 👋♥️⚘️♥️🌷♥️👩‍🦰♥️🙏♥️💯♥️🌹
@user-pu8tb3tx8i
@user-pu8tb3tx8i 6 месяцев назад
@@user-xk8hb5jy4l sizinlə bahəm,deyəsın sizdə sevmirsiz? 👋🌷⚘️❤️👍♥️💯👩‍🦰🌹
@user-pu8tb3tx8i
@user-pu8tb3tx8i 4 месяца назад
@@user-xk8hb5jy4l sizində ölənlərinizə min rəhmət Sevgi kəlmələr Sən cahan mülkünün laləzar qızı Əlçatmaz göylərin parlaq ulduzu Səhərin jaləsi,şehli çiçəksən Ənliksiz,kirşanslz sən elə gözəlsən Bəzəkdir qara xal büllur sinənə İncəlik yaraşır səntək sənəmə Biçarə Nasirə bir əlac eylə İsti ağuşunda mənə yer eylə Qəlbimdə ümidsiz qalmasın sözüm Mən sənin yoluna çiçəklər düzüm 🌷🌹🌷🌹🌷🌹
@matanatamirova373
@matanatamirova373 6 месяцев назад
Fəlsəfə doktoru….😅😅😅😅😅😅daha belə də yox daaa… bu milıətin doktorları, generalları yaman həddini aşıb 😂😂😂
@arzuagayeva8129
@arzuagayeva8129 4 месяца назад
Hansı sahədə elmlər doktoru dərəcəsi alırsansa,indi belə deyilir.Məs,hüquq elmləri doktoru,tibb elmləri doktoru ,filologiya elmlər doktoru və.s və.s deyilmir
@user-fc2sd6wd7w
@user-fc2sd6wd7w 6 месяцев назад
TÜTÜNÜ BİZİM ZONAYA SIRIYANIN VARINI YOXUNU,,,,,,, 😢😢😢😢😢 UŞAXLIĞIMIZ CAVANLIĞIMIZ MƏHV OLDU ONUN YİYƏSİ ÖLSÜN TÜTÜNÜN SEZONU 32 DEKABIRDA BAŞLAYIIIIR 31 DEKABIRDA QUTARIR 😡😡😡😡😡😡😡😡😡
@user-on1rm2tj3x
@user-on1rm2tj3x 6 месяцев назад
En esasi odurki,YAP in uzvudur 😂
@user-mk3hl6tb2t
@user-mk3hl6tb2t 6 месяцев назад
Gülyanaq xanima
@seltenetrzayeva8259
@seltenetrzayeva8259 6 месяцев назад
BU ARVATDANDA OXUMAĞINANDA ZƏHLƏM GEDİR😅😢
@zeynebsadigova494
@zeynebsadigova494 6 месяцев назад
Hee ama bir xanlma xanlm hakta xoşa gəlmiyən söz dümesi hec yaxşl adama oxşamlr yeqin anladlz sadəcə aylbdlr
@user-si9vs2uq1s
@user-si9vs2uq1s 6 месяцев назад
Təsəvvür edirəm zövqünü
@SS-ec3fw
@SS-ec3fw 6 месяцев назад
Onun dörd uşaql var
@user-qu1bd6lc2r
@user-qu1bd6lc2r 4 месяца назад
Men bileni, onun heyat yoldasi turkdur
@user-mk3hl6tb2t
@user-mk3hl6tb2t 6 месяцев назад
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 3:54
@user-qp6kc5cf1k
@user-qp6kc5cf1k 6 месяцев назад
Nen bu sesldfi sevmirem
@user-ch3eb4gc6q
@user-ch3eb4gc6q 6 месяцев назад
4 ovlad deyilmi var siz 3dene dediz
@user-sv6qs3os3m
@user-sv6qs3os3m 6 месяцев назад
Глупее рекламу не видел...
@user-zb6tw3cg8g
@user-zb6tw3cg8g 6 месяцев назад
неджа уджуз рекламадыр
@RugiyaMustafayeva-ns4ks
@RugiyaMustafayeva-ns4ks 4 месяца назад
Heyatda gorsez,adami gorende bir sir sifet edir ki, adam gorxur ,hec beyenmirem,ne ozunu,ne de oxumagini
@telmanchelebiyev9363
@telmanchelebiyev9363 6 месяцев назад
Cunki o bir denedir.
@user-xk8hb5jy4l
@user-xk8hb5jy4l 6 месяцев назад
Allahdı tək!!!!!
@telmanchelebiyev9363
@telmanchelebiyev9363 6 месяцев назад
@@user-xk8hb5jy4l Hörmetli Lale x.Senatkar kimi Gulyanaq x gözel deyerli aielsi olan ınsankimi birdenedir............!
@telmanchelebiyev9363
@telmanchelebiyev9363 6 месяцев назад
Hörmetli Lale x.Gulyanaq x senatkarkimi gözel qurur duyucu fexr edici insankimi birdenedir.
@user-xk8hb5jy4l
@user-xk8hb5jy4l 6 месяцев назад
@@telmanchelebiyev9363 sənin üçün ((((:
@user-xk8hb5jy4l
@user-xk8hb5jy4l 6 месяцев назад
@@telmanchelebiyev9363 sənə görə ((((:
@user-jz1sp7lm4t
@user-jz1sp7lm4t 4 месяца назад
Rəşid yox Rəşid.
@user-mw8iu6sm2d
@user-mw8iu6sm2d 6 месяцев назад
❤❤❤🎉🎉🎉Gulyanaq.Gilyaz❤❤❤❤🎉
@user-tb5mr2cz8x
@user-tb5mr2cz8x 6 месяцев назад
10-ушаглыдан сонра фаhла созу ясень пень!!!!!!
@user-ys5to3cz5h
@user-ys5to3cz5h 6 месяцев назад
Salam mənim gözəlim, siz çox gözəl xanımsız, mənim ürəyimə yatıbsan mən hazıram gəl evlənək mən Rusiyada yaşayıram Bakıda evim var düşün və cavab ver, Allah səni qorusun !!!!
Далее
СМАЗАЛ ДВЕРЬ
00:31
Просмотров 161 тыс.
СМАЗАЛ ДВЕРЬ
00:31
Просмотров 161 тыс.