Тёмный

Kamran M. YuniS - Bəlkə elə biz nağılıq?.. 

Kamran M. YuniS
Подписаться 40 тыс.
Просмотров 504
50% 1

#kamranmyunis #kamranyunis #xəyyammirzəzadə #şeirlər
#poeziyateatrı #şiirler #sevgişeirləri #poeziya #cızmaqara
Kamran M. YuniS - Bəlkə elə biz nağılıq?..
Bəstəkar - Xəyyam Mirzəzadə - "Arxadan vurulan zərbə" filmindən musiqi
Hər kəsin bu dünyada
Kimsəyə söyləyə bilməyəcəyi nağılı var...
Və bu nağıllar:
“Biri vardı, biri yoxdu” ilə də başlamaz...
Bax dostum,
Gör indi dünyada nə qədər nağıllar var,
Bizim bilmədiyimiz,
heç vaxt da bilə bilməyəcəyimiz.
Dostum...
Heç kimə də demə heç vaxt
Bəlkə biz heç insan da deyilik
Sadəcə hər birimiz bir nağılıq,
Allahın nağıllar kitabında.
Bəlkə elə o üzdəndir ki,
Bir gün varıq, bir gün yoxuq
Və...
Gün gəlir,
Üç alma kimi düşürük ömür ağacımızdan
Biri kimin, o biri kimin... bilmirik.
Vəssalam.

Опубликовано:

 

8 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 22   
@YaqutOsmanov
@YaqutOsmanov Месяц назад
Hər vaxtiniz hüzur icində olsun dəyərli sənətkar.
@vusalemelik.8108
@vusalemelik.8108 Месяц назад
Var olun Kamran bəy🙏✨️
@sevdasalayeva9482
@sevdasalayeva9482 Месяц назад
gözəldi....
@yeganequliyeva664
@yeganequliyeva664 Месяц назад
Hər vaxtınız xeyir olsun sevimli Sənətkarımız!🤲
@YaqutOsmanov
@YaqutOsmanov Месяц назад
Biz özümüz də nağiliq.. Allahin nağillar kitabinda... Nağil ömrümüzdə qarşımıza divlər cııxır... İki ayaqli canavarlar cıxır.. İnsan sifətli şeytanlar .. Ürəyi kif bağlayan insanlar.... Bunlari görəndə kaşki nağıl oleydi ......... Yaşadıqlarımız.....
@sevdasalayeva9482
@sevdasalayeva9482 Месяц назад
hərvaxtınız xeyir olsun Kamran bəy
@useruser5401
@useruser5401 Месяц назад
🙏
@zemfirababayeva4926
@zemfirababayeva4926 Месяц назад
👍🎧
@user-nigar_237
@user-nigar_237 Месяц назад
Nağıllarımız gözəl olsun❤
@vuqarali6713
@vuqarali6713 Месяц назад
Razıyam.Hər kəsin yalnız Tanrısı ilə bölüşdüyü bir nağılı var.Orada hər şey müqəddəsdir.
@raulagayev1657
@raulagayev1657 Месяц назад
🙏🙏
@nezaketletifova1118
@nezaketletifova1118 Месяц назад
Geceniz xeyir deyerli senetkar
@nurcahan6353
@nurcahan6353 Месяц назад
Xeyirli axşamlar Bəy!
@Əbülfəzqızı
@Əbülfəzqızı Месяц назад
Səsinizə, sözünüzə qüvvət, dəyərli Kamran bəy- sevimli sənətkarımız. Bəli, nağıla bənzər yuxu adlı dünyadayıq, sonu xoşbəxtliklə bitən süjet xəttini arzu edərkən, " Div"- lərə, " "Təpəgöz"-lərə rast gəlirik. Əsl gücümüz- silahımız isə ağıldır. Ümid edirəm bu nağılın sonuna qədər silahımız bizlə olar ki, Şər qüvvələrə əsir düşməyək.
@elmarammmdova882
@elmarammmdova882 Месяц назад
Hər vaxtınız xeyirli olsun,dəyərli sənətçi.
@behbudovamanzar
@behbudovamanzar Месяц назад
Kamran bəy!Salam!Biz qaçqın olan vaxtı heç yuxumuza da gəlməzdi ki..bizim torpaqlarımız azad olacaq!Və.. Burada yaşa yanlara oradan danışdığımız nağıl kimi gəldiyi kimi,həmişə buradakilarin da nağıl olacağını düşünməzdik!Ancaq? O vaxt şəhər məktəbinin uşaqları məni o qədər sevirdilər ki...Onlar da inanırdılar! Bilirsiniz,böyüklər bizə inanmayanda uşaqlar həmişə inanırdı və deyirdilər ki,Siz çox güclü sunuz!İnanırıq ki,siz ev də tikə bilərsiniz! Nədənsə inanırdıq ki,nə vaxtsa olacaq!Bilmirəm.mən həmişə nağıllara inanmışam!Və...bizim buradakı həyatımız dəhşətli nağıl oldu! Əzizlərimizi də itirdik,gəncliyimiz də getdi...Amma?Nağılın sonunda göydən 3 yox,çox almalar düşdü!Uşaqlarımız ali təhsil aldılar,dövlətimizə xidmət də etdilər!Öz uşaqlarıda oldu!Və.. Biz nənələrimizin yaşına catdiq!Amma?Daxilimiz heç dəyişmədi!Elə oradan çıxdığımız yaşda qaldıq!Ona görə də ...İndi gedəcəyimiz yerdə buradakı nağıllari danışacağıq!Sonra da ...orada təzə nağıl başlayacaq! Ömrümüz də nağıl kimi olacaq!Köhnə, müasir və hələ yazilmamiş...
@Sladonej
@Sladonej 26 дней назад
Bəzilərinin nağılının sonu bəllidir,,tek öleceysen, hec rahatlanmıyacaqsan ,esl ailə nedir bilmeyeceksen. Bu senin aqibətindən, biləsən.
@azreynullazd3966
@azreynullazd3966 Месяц назад
Maraqlı bənzətmədi.
@ulviyyahajili9267
@ulviyyahajili9267 26 дней назад
Hər şey nağıl kimidi sanki
@behbudovamanzar
@behbudovamanzar Месяц назад
Salamlar! Bəli!Hər kəsin ömrü bir nağıla bənzər!Və...hər kəs öz nagil ömrünü yaşayır!Və...birdən ağlına da gəlməyən basina gəlir!Rahatca ömrünü sürdüyü yerdə bir nağıldaki gözəl pəri rastına çıxır və həyatını tar_ mar edir!Sonrası da nağıl kimi...gedir!Və yaxud da ...gözəl bir qızın qabağına ağ atlı oğlan çıxmaq əvəzinə bir bədheybət div çıxır!Və...div onu heç kəsə vermək istəmirAparib mağarada saxlayır!Beləliklə...nə vaxtsa bir bəni_ adəm oğlu gəlib çıxsa,onu azad edir! Çıxmasa elə ... o mağara da çürüyür!Və ...
@behbudovamanzar
@behbudovamanzar Месяц назад
Hələ alma kimi düşməyimizə çox var!Hələ dərviş gələcək,bizə gözəl alma verəcək,onu yeyib yuxumuzda bizə buta verilən gözəl oğlan və ya qızı görəcəyik!Sonra da onun axtarışına çıxacağıq! Ayağımıza dəmir çarıq geyib,əlimizə dəmir əsa alacağıq və....bir gün gedib nağıldaki kimi öz butamizi tapacağıq!Onda görəcəyik ki, əsanın ucu yeyilib,çarığın da altı deşilib!Və ..bu 7 il olmayacaq!Daha tez olacaq! Çünki nağıl dili yiyrək olar!Və...nağılın sonunda 3 alma düşəcək!O almaları da biz öz nagilimizi söyləyərək basimiza toplaşan nəvə_ nəticelərimizə verəcəyik! İnşallah!Hələ bizi qabaqda nələr gözləyir,bilmirik!Bəlkə təzə nagliar???
@naziranurmammadova1027
@naziranurmammadova1027 Месяц назад
Almanın axırıncısı torpağındı,yüzdə yüz.O biriləri fikirləşmək olar.
Далее
Kamran M. YuniS - Adını da qoyduq ömür
3:28
Bike vs Super Bike Fast Challenge
00:30
Просмотров 10 млн
Sevgi şeirləri(#1) - Ramiz Rövşən
30:19
Просмотров 18 тыс.
Mehelle 1 - Planet Parni iz Baku ( KVN 2000)
23:26
Просмотров 2,8 млн
Onun faciəsi. Şövkət Ələkbərova
9:56
Просмотров 52 тыс.