Тёмный

Müşfiqi Dilbərə görə güllələyiblər? - Onu ölümə kim və niyə göndərib? - Faktlar! 

TV11
Подписаться 46 тыс.
Просмотров 67 тыс.
50% 1

Dilbər Müşfiqdən sonra yaşadığı kişi ilə rəsmi nikaha girməyib - Gizlinlər
O, çox gözəl idi. Bir gün buraxılışda saçını arxaya atanda Müşfiqin üzünə dəyməsəydi, bəlkə də evlənməyəcəkdilər, bəlkə də o saçı leyladan ayrılmaq çətin olmayacaqdı. Bu adam bir qara dağlının sevgilisi, Müşfiqin yanında qala bilməyən Dilbər Axundzadədir.
Foto...
Dilbər Hacı qızı Axundzadə 29 may 1914-cü ildə Gəncə şəhərində anadan olub. O, körpə olanda valideynləri ayrılır. Dilbər atası ilə qalır. Atası ikinci dəfə ailə qurur. Əmisi tərcüməçi-dilçi alim İdris Axundzadə Hüseyn Cavid və Əhməd Cavadla yaxın dost imiş. Bir dəfə İdris Axundzadə Gəncəyə qardaşıgilə gedəndə görür ki, qardaşıqızı üçün ata evində ögey anası ilə çox çətindir. İdris Axundzadə çox düşünmədən onu özü ilə Bakıya gətirir. 5 yaşından sonra əmisi, tanınmış alim və repressiya qurbanı İdris Axundzadənin himayəsində Bakıda yaşayır.
Dilbərin əmisinin arvadı Fəramüş Mikayıl Müşfiqlə tələbə yoldaşı idi. Fəramüş institutu bitirmələri münasibətilə APİ-də təşkil olunan buraxılış gecəsinə bacısı Həcəri və qaynı qızı Dilbəri də aparır. Dilbər ilk dəfə orada Mikayıl Müşfiqi görür. Buraxılış gecəsi başlayanda Müşfiq bilərəkdənmi, yoxsa təsadüfənmi Dilbər xanımdan arxa cərgədə, düz onun tuşunda oturur. Dilbər xanımın uzun hörükləri varmış, onu arxaya atanda Müşfiqin üzünə toxunur. Müşfiqin Dilbər xanıma həsr etdiyi ilk şeiri elə hörüklərlə bağlı olub:
Xeyir, hörüklər deyildi ilan deyildi,
O, əski şairlər yalan deyirdi.
Dilbər xanım Əli Nəzminin qızı Pirayə xanımla bir oxuyurdu, yolda Müşfiq onu görür, xəbər alır. Pirayə xanım da deyir ki, elə indi Dilbərin yanındaydım, oradan gəlirəm. Soruşur Dilbər neyləyirdi? Pirayə xanım da deyir ki, yatmağa hazırlaşırdı. Müşfiq qayıdır ki, səndən bir xahişim var, get onlara bax gör, onun hörükləri yorğanın altındadırsa, onları çıxarıb yorğanın üstünə qoy.
1932-ci ilin aprelində onlar nişanlanırlar. Nişanda Hüseyn Cavid həyat yoldaşı Müşgünaz xanım, Əhməd Cavadın həyat yoldaşı Şükriyyə xanım, Səməd Vurğun, Rəsul Rza, Məmməd Rahim, həmçinin məşhur müğənni Bülbül də iştirak edir. 1933-cü ilin iyunun 20-də isə onlar ailə həyatı qururlar. Onların Yalçın adlı övladları doğulur. Lakin, o, xəstəlikdən dünyasını dəyişir.
Müşfiq məşhur tarzən Qurban Primovla dost idi. Tarın qadağan edilməsi onun üçün bir faciə idi. Çünki Müşfiqin özü də tarı çox sevirdi. Yaxşı ifa etməyi bacarmasa da, Dilbər xanım da tar çalmağı bacarırdı. Qurban Primov "Yetim segah"ı ifa edir, Müşfiq isə bu ifada məşhur "Oxu tar" şeirini yazır...
1937-ci il repressiyaları zamanı Müşfiq iyunun 4-də evində həbs edilir. Dilbəri Müşfiqdən sonra, 1937-ci ilin noyabrında həbs edirlər. Qadınlar saxlanılan ümumi kamerada saxlanılır.
Bəzi versiyalara görə, Dilbər Axundzadə gözəl qadın olduğuna görə, onu əldə etmək üçün Müşfiqi aradan götürmək istəyiblər. Burada hətta Mircəfər Bağırovun da adı hallandırılır. Digər versiyaya görə, Müşfiqin gənc yaşında ikən ölkədə tanınması, ard-arda uğur qazanması onun həmkarları tərəfindən qısqanılmasına və satılmasına səbəb olur. Dilbər Axundzadə də ikinci faktı təsdiqləyir:
Dilbərə də həbs olunandan sonra olmazın işgəncələr verilir. Onunla eyni kamerada dustaq həyatı yaşayan qadınlardan biri öz xatirələrində yazır: “Bütün gecə gözümü yummadım. Dilbər özündə deyil. Onu xəstəxanaya, düz bizim üstümüzdəki bir nəfərlik palataya apardılar. Dünən ona iynə vurdular və sakitləşdirdilər. O, axşama kimi yatdı. Gecə hər şey yenidən başladı. Səhərə kimi kamerada ayaq döydü, nə isə deyirdi, isterika içində çırpınırdı. Sözlərini tam anlamaq olmurdu. “Müşfiq gəlsin... Atamı çağırın... Atama deyin ki, məni buradan aparsın... Sevdiyim üçün ölərəm... Burada hamı hesab edir ki, mən dəli olmuşam... Ay Allah, onlar deyir ki, sən yoxsan, mənə rəhm et...” O, nəvazişlə Müşfiqlə danışırdı, sanki o kamerada idi. Sonra yenə qışqırır və yenə də isterikaya düşürdü.
O, Gəncəyə, anasının yanına gedir və uzun müddət orada müalicə olunur. İlk vaxtlar o heç nə danışmır, heç nə anlamır, nə özünün, nə də Müşfiqin kim olduğunu bilmir... Həkimlər ona yeni həyata başlamağı, ailə qurmağı məsləhət gördülər.
Sağalandan sonra Dilbər Axundzadə ailə həyatı qurur. Onun bir qız övladı doğulur. Qızının bir yaşı olanda həyat yoldaşı dünyasını dəyişir. Qızı Leyla Axundzadə müsahibəsində deyir ki, o, ikinci həyat yoldaşı ilə rəsmən nikaha girməyib, dini kəbinləri olub.
Dilbəri ən çox istəyənlərdən biri Mikayıl Müşfiqin bacısı Balacaxanım idi. Ağır xəstəlikdən sonra son nəfəsində o, can verə bilmir, Müşfiqin şəklini qucaqlayır. Nəhayət qərara gəlirlər ki, Dilbəri onun yanına aparsınlar. Gecə gəlib Dilbər xanımı aparırlar, Balacaxanım onu görən kimi rahatlanıb gözlərini yumur.
Bakıda yaşamağa başlayan Dilbər şairəliklə məşğul olub, Mikayıl Müşfiqə həsr olunan kitab yazıb. Həyatının son dövründə əsəb pozğunluğu, şəkər və ürək problemləri yaşayıb. 1990-cı ildə Müşfiqin təbiri ilə desək, “təbiətin ən şux şaqraq zamanı”nda, Bakıda gözlərini dünyaya əbədi yumur...” .

Опубликовано:

 

11 сен 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 118   
@ilahaaajjkkxhhhh
@ilahaaajjkkxhhhh 10 месяцев назад
Çox kədərli həyatları olub heyif bu sevgiyə Allah onları ayıranlara lənət etsin😢😢😢
@ZerrinMemmedova-lh7lf
@ZerrinMemmedova-lh7lf 10 месяцев назад
Musviqe qalxan eller qırılsın.Musviq her zaman qelbimizde olacaq❤❤❤❤❤❤
@fear-pubgmobile4594
@fear-pubgmobile4594 9 месяцев назад
Allah hər ikikisinə rəhmət eləsin, bu gəc ləri bir birindən ayiranlara Allah lənət eləsin, Allah bizim xalqımıza zülm edənlərə bəla versin
@zahramammadova6487
@zahramammadova6487 8 месяцев назад
Şair demişkən, " kimlər gəldi, kimlər getdi, bu dünyadan, bu dünyadan"! Allah M. Müşviqə rəhmət eləsin! Ruhu şad olsun! Amin! 🤲😔🥀
@hokumhuseynova5530
@hokumhuseynova5530 10 месяцев назад
UNUDULMAZ NAKAM ŞAİRİMİZIN MƏKANI BEHİŞT OLSUN.XANIMINIDA ALLAH RƏHMƏT ELƏSİN.
@RahileImanova
@RahileImanova 9 месяцев назад
Nə qədər acı bir həyat.Allah hər ikisinə rəhmət etsin,ruhları şad,məkanları cənnət olsun.amin.
@aygunhmdova1140
@aygunhmdova1140 9 месяцев назад
Hec vaxt unudulmayacaq şair imiz
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 10 месяцев назад
Allah rehmet elesin. 😢😢😢😢
@IkrameliyevIkrameliyev
@IkrameliyevIkrameliyev 10 месяцев назад
Bu ölkede her dövrde satqınlıq xainliq olub,şair Muşviqi öldurenlere ALLAH Lehnet etsin amin 🤲
@tamillasahar3095
@tamillasahar3095 9 месяцев назад
Amin
@user-vs4st4rk8g
@user-vs4st4rk8g 10 месяцев назад
Allah rehmet elesin
@XanimMamedova-sc9bh
@XanimMamedova-sc9bh 3 месяца назад
KAS DİLBƏRLƏ EVLƏNMƏYƏYDİ, SAG OLARDİ, YASARDİ, YARADARDİ, COX HEYİF,
@elsenmustafayev720
@elsenmustafayev720 9 месяцев назад
Allax muwfiqe qeni -qeni rehmet elesin
@eliskeserli4489
@eliskeserli4489 9 месяцев назад
Unudulmaz sairimiz Mùsviqe Allah rehmet elesin ,lenet olsun onu òldùrenlere .
@NargizShabanova
@NargizShabanova 10 месяцев назад
Allah rehmet elesin mekani cennet olsun 😢
@emilmemmedli2588
@emilmemmedli2588 10 месяцев назад
Ebedi dunyada Allaha nece hesab verecekler insanlarin heyatini zulmete cevirenler. Heyatlarin ellerinden alanlar. Allahim leneti uzerlerine olsun
@zrif4459
@zrif4459 10 месяцев назад
Qoyun onları necə tanıyırdıqsa eləcə də yaddaşımızda qalsın.Qurdalayıb qurdun çıxarmayın.Nəyə lazımdı
@danizmammadova9944
@danizmammadova9944 9 месяцев назад
Cox agladim..heyif hər ikisinə.😢😢
@hevvamammadova
@hevvamammadova 9 месяцев назад
Hayf şairimize cox gözel şerleri var ,cavan getdi ,yoldaşida cox eziyyet cekib ,Allah yeni dunyasini versin.
@iradavaliyeva
@iradavaliyeva 10 месяцев назад
Cox kədərli,cox faciəli həyat.Övladını itir,həyat yoldaşını itir,ağlını itir.
@user-rr6rz2pn6s
@user-rr6rz2pn6s 8 месяцев назад
Allah rəhmət eləsin ikisinədə bu nakam dünyada çox əzab çəkdilər. Allah məkanları cənnət eləsin haqq dünyasında bir birlərinə qovuşsunlar
@nrmnrza7939
@nrmnrza7939 10 месяцев назад
Allah rəhmət eləsin
@zerifeahmedova3798
@zerifeahmedova3798 9 месяцев назад
Hər dəfə Müşfiqdən soz düşdükdə qeyri ixtiyari ğözümdən yaş axır
@tamillasahar3095
@tamillasahar3095 10 месяцев назад
Allah rehmet elesin. Dilber de evezinde başga kişiden iki uşag dünyaya getirib.Dünya fani insan vefasiz
@user-ix7cd8tq4c
@user-ix7cd8tq4c 9 месяцев назад
Mən indiyə qədər elə bilirdim Dilbər xanım ailə qurmayıb
@tamillasahar3095
@tamillasahar3095 9 месяцев назад
@@user-ix7cd8tq4c Dilber xanim Müşvigden sonra aile gurdu. İki uşagi oldu. Biri giz idi. O birini bilmirem giz idi oglan idi. Son zamanlar Süleyman Rüctem 33 nömreli xruşevka tikili binada olurdular. Dilber xanim ve iki uşagi. İkinci eri de ölmüşdi. Sonra köçdiler o binadan.
@intiqameliyev2927
@intiqameliyev2927 9 месяцев назад
Allah rəhmət etsin Müşfiq
@dursunrzabeyli5456
@dursunrzabeyli5456 10 месяцев назад
Müşfiq təkrarsızdı. Allah rəhmət eləsin
@taranaaliyeva9985
@taranaaliyeva9985 9 месяцев назад
Amin 🤲
@Zara-go9vu
@Zara-go9vu 9 месяцев назад
Allah RƏHMƏT EYLESİN MEKAN CENET OLSUN MİKAİL MUSVİQ RUHU ŞAD OLSUN 🥀🥀🥀🥀😢😢😢
@user-bq5ke9dn9d
@user-bq5ke9dn9d 10 месяцев назад
HƏYATDA KİMİSƏ QINAMAQ ÇOX ASANDIR, AMMA NƏLƏR YAŞADIĞINI TƏSƏVVÜR ETMƏYİ DÜŞÜNMƏK BELƏ İSTƏMİRLƏR. DİLBƏR XANIMİN İKİNCİ DƏFƏ AİLƏ QURMASINDA HEÇ BİR QƏBAHƏT YOXDUR.
@user-jo4lj3cu1t
@user-jo4lj3cu1t 10 месяцев назад
Gözəl şairimiz.Allah rəhmət eləsin😭😭😭😭
@renav1757
@renav1757 10 месяцев назад
😪🌹Allah rəhmət eləsin
@govherbayramova5508
@govherbayramova5508 7 месяцев назад
Allah Sizləri rəhmət eləsin.
@taranaaliyeva9985
@taranaaliyeva9985 9 месяцев назад
Allah rəhmət eləsin 🤲
@user-ks8cz8yp7s
@user-ks8cz8yp7s 10 месяцев назад
Təşəkkür edirik.
@FatimeEhmedova-rv5cd
@FatimeEhmedova-rv5cd 10 месяцев назад
Cox gozel izahli danisiqiniza gore tesekkur unudulmaz şair onun faciəli dilberi cox pis oldum😢
@kera-ve1vv355
@kera-ve1vv355 9 месяцев назад
Не изаhы, бу кеде аглына келенлери данышыр hемише.
@pervanekerimova6741
@pervanekerimova6741 6 месяцев назад
Təsüff ki 37 davam edir😢
@agarzaismayilov144
@agarzaismayilov144 6 месяцев назад
Kaş ederdi həqiqətən
@ilahhmdova1131
@ilahhmdova1131 10 месяцев назад
Həmişə Azərbaycanın seçmə savadlı , ziyalı insanları öz əclaflarımız tərəfinnən aradan ğötürüldü.Mən həmişə bu iki sevğiyə çox üzüldüm.Mircəfər kimi sapı özümüzdən olan baltalar Azərbqycanın qiymətli oğullarını və qızlarını aradan ğötürdülər.
@agamehdimovsumov4796
@agamehdimovsumov4796 Месяц назад
AY SƏRDAR AMİN , YAŞINDAN QABAQ , HƏM DƏ DƏQİQ BİLMƏYİB , ONDAN-BUNDAN EŞİTDİYİN SÖHBƏTLƏRİ DANIŞMA , AY OĞUL ! BİZ HƏLƏ Kİ ,ALLAHA ŞÜKÜR Kİ , SALAMATlQ , ÖLMƏMİŞİK.
@start4292
@start4292 9 месяцев назад
37ilin məshur ev ylxan, torba tikən , uzə durub qol cəkən beslik var idi.Allah onlara lenet eləsin.Necə ziyalllarl, sairləri oz mənfur əməlləri ilə məhf elədilər.S Vurgun, S Rustəm, M Rahim və s.Umumiyyətlə 37 dən sag qalan sair və yazlcllarln arxivini yoxlasan, cox sirlər ortaya clxacaq..
@user-mb1hy9mj8h
@user-mb1hy9mj8h 9 месяцев назад
Salam ən çox sevdiyim şayir mikayıl müşviq
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 10 месяцев назад
Müşfiqdən sonra başqa kişinin qoynuna girmək olar? Ona görə deyirlər ki, ölən aradan gedir.
@mehinaz9881
@mehinaz9881 10 месяцев назад
Dilbər canını nkvd alcaqlarindan qutarmaq üçün onu müalicə edən həkimlə ailə qurur.....
@sefevi.6219
@sefevi.6219 10 месяцев назад
Müşviq Dilbər kimi gözəllə evli ola ola yazıcı Ənvər Məmmədxanlının bacıdı Arifə xanıma necə aşiq ola bilirmiş bəs? "Yenə o bag olaydı" şeirini də (Söhbət Anarın atası Rəsul Rzanının bagından gedir) o qıza yazıbmış. Yazıq Dilbər özünə yazıldıgını zənn edirdi. Gəncədə dənizin qumlu sahilimi vardı? Hər şey Rəfael Hüseynovun kitabında qeyd olunub, həmin Arifə xanımla müsahibə də var.
@Rufo313
@Rufo313 10 месяцев назад
​@@sefevi.6219Kitabın adını zəhmət olmasa qeyd edin
@ehmedelesgerov795
@ehmedelesgerov795 9 месяцев назад
​@@sefevi.6219təşəkürlər.dovrunu yazdığınız ücün..
@mehinaz9881
@mehinaz9881 9 месяцев назад
@@sefevi.6219 boş söhbətdir
@user-bp8rd1rs6b
@user-bp8rd1rs6b 9 месяцев назад
Nigaha girmiyib qoynuna girməkdənsə , nigaha girib çalı quşu kimi namusla yaşasa yaxşı olmazdımı?
@nrmnrza7939
@nrmnrza7939 10 месяцев назад
😢😢😢
@safiyarmajnun6340
@safiyarmajnun6340 10 месяцев назад
😢
@user-pi9vl9wf6z
@user-pi9vl9wf6z 9 месяцев назад
Allah rəhmət eləsın
@tahirexudaverdiyeva3655
@tahirexudaverdiyeva3655 6 месяцев назад
Zaman - zaman belə gözəl insanları məhv etdikləri üçün indi alçaqların sayı artıb.
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 10 месяцев назад
Hamini bagislamaq olar. Onu tenqid edenleri esla
@user-qg4es2lt3z
@user-qg4es2lt3z 9 месяцев назад
Müşfiqin günlərim.
@elfiramelikova9074
@elfiramelikova9074 10 месяцев назад
Müşfiqin ölümü çox yandırır. Çox.
@oricelioruceli6847
@oricelioruceli6847 10 месяцев назад
Hec 10 faiizi duz deyil
@rmedetova2457
@rmedetova2457 9 месяцев назад
Ruslar bize nece urek daqlari cekib😔
@novruzovatamam1855
@novruzovatamam1855 7 месяцев назад
Muşviqin güllələmiyndə Məmməd Rahimin də adı vardı
@serdaramin1910
@serdaramin1910 10 месяцев назад
🧡🧡🧡
@islamkazimov122
@islamkazimov122 10 месяцев назад
@m.o.d.e.r.a.t.o.r
@m.o.d.e.r.a.t.o.r 4 месяца назад
BU HAQDA DÖVLƏT FİLM ÇƏKİB ŞAİRİN XATİRƏLƏRİNƏ SAHİB ÇIXMALIDIR MƏN BİR AZƏRBAYCAN VƏTƏNDAŞI OLARAQ MƏDƏNİYYƏT NAZİRLİYİNDƏN XAHİŞ EDİRƏM Kİ BU HAQDA ÇOX GÖZƏL BİR FİLM ÇƏKİLSİN
@Abdullayev_Laçın
@Abdullayev_Laçın 9 месяцев назад
Allah Müşviqə, Dilbər xanıma rəhmət eləsin. Məkanları cənnət olsun. Rejim, Stalin, Bağırov neçə-neçə ziyalını məhv etdilər. Ancaq onlar Müşviq də başda olmaqla xalqın qəlbində əbədi yaşayacaqlar. Onları məhv edənlər nifrətlə lənətlənir. Yaxşı olardı ki, onların ruhuna toxunan ordan burdan nəsə tapıb paylaşmayalar. ..."Hələ də bu cinayətə zirvələrdən baxar MÜŞVİQ"...
@dursunrzabeyli5456
@dursunrzabeyli5456 10 месяцев назад
😮
@nrmnrza7939
@nrmnrza7939 10 месяцев назад
😮😮😮😮😮
@Partizan-bh8oz
@Partizan-bh8oz 10 месяцев назад
❤❤❤❤🎉🎉🎉🎉
@NrgizXlfov-eg5jp
@NrgizXlfov-eg5jp 6 месяцев назад
hetif😢 hər ikisindən Allah rəhmət etsin xanım ərindən sonra nələr yaşayıb keçmişini tamamilə unudub heyif
@vafakaradjaeva919
@vafakaradjaeva919 10 месяцев назад
Ilahi genc bir aileni darmadaqin edibler
@sarabbirova2358
@sarabbirova2358 8 месяцев назад
Aman Allah Allah neler. Var var 😢
@orkhanjuvarli9727
@orkhanjuvarli9727 10 месяцев назад
😐
@namikbaqirov8534
@namikbaqirov8534 9 месяцев назад
Girib,girməyib,axir ki girib.
@renaqocayeva5827
@renaqocayeva5827 10 месяцев назад
mən7m anam Bakıll idi həmişə danışardı deyərdiki nüşfiq mırdakanda bağ qinşumuz idi çox yaraşığlı idi tar ifa edərdi
@Amaliamamadova05050
@Amaliamamadova05050 9 месяцев назад
Vefadsz dunya Heyif Musfiqden
@sevdabayrambeyova322
@sevdabayrambeyova322 6 месяцев назад
Seni Cehennemde yanasan Mircefer bagırov. Üreyim darmadahın olur ..Mikayıl.Müşfiqden eşudende Mekanın cennet ruhun şad olsun Böyük Şair . Dlilber xanım aile qurmamalıudi 😢😢😢😢😢😢😢😢😢
@elmael2906
@elmael2906 10 месяцев назад
Мен о гедер пис олурам м. МУШФИК йадыма дюшенде Нече ондан сонра башгасы иле эвленмек оларды? Аллах она гени гени рехмет элесин.
@xaliq2926
@xaliq2926 2 месяца назад
Nə olsun ki nigaha girməyib nigah nəyi dəyisir oləydi kas
@TV11-azerbaijan
@TV11-azerbaijan 10 месяцев назад
Material diqqətinizi çəkirsə, kanala abunə ola bilərsiniz. Öncədən təşəkkür edirik.
@sarabbirova2358
@sarabbirova2358 8 месяцев назад
Heyf imkan vermedler yasamaga 😢
@xaliq2926
@xaliq2926 Месяц назад
Nə olsun ki nikaha girməyib ya. a ki girib
@vusalquliyeva2476
@vusalquliyeva2476 10 месяцев назад
2 🎉
@RahileImanova
@RahileImanova 9 месяцев назад
Azərbaycan xalqı, sən nə qədər bədbəxt xalq olmusan.Harda Vətənpərvər övladların var zaman-zaman olmazın işgəncələrə məhkum olublar.Fikirləşirsən görəsən bu xalq nə edib ki bu qədər haqsızlıqlara düçar oluruq?Torpağını ,suyunu,çörəyini hamı ilə bölüşən bir xalqa bu qədər düşmənçilik etmək nə üçün?
@sonazeynalova772
@sonazeynalova772 9 месяцев назад
Аллах хер икисинеде рехмет елесин
@SerdArt
@SerdArt 10 месяцев назад
*******
@agamehdimovsumov4796
@agamehdimovsumov4796 Месяц назад
HAYIR , HÖRÜKLƏRİN DEYİLDİR İLAN , O ƏSKİ ŞAİRLƏR SÖYLƏMİŞ YALAN.MƏNİ XƏYAL KİMİ BU EŞQƏ SALAN O OYNAQ DALĞALI TELİN İŞİDİR. ( SƏRDAR AMİN , OXUDUĞUN ŞEİRİN ƏSL VARİANTI BUDUR ).
@XanimMamedova-sc9bh
@XanimMamedova-sc9bh 8 месяцев назад
Kişiyə nə olursa, arvadın əli ilə olur.
@sevilia.m.1078
@sevilia.m.1078 9 месяцев назад
Necə insamlarin həystini alt- ust ediblər.Necə insanlari bədbəxt ediblər lənətə gəlmişlər.
@anarbayandurlar9463
@anarbayandurlar9463 3 месяца назад
Bu jurnalistə belə verilişlər yaraşmadı, kriminal😮
@rahilacalilova3699
@rahilacalilova3699 Месяц назад
Belə lazımlı şəxsiyyətlərin həyatını bizlərə bir daha tanıtdığınız üçün sizə minnətdaram Mənasız ,bayağı ,heç kimə lazım olmayan seryalları çəkib zorla bizlərə göstərməyə cəhd edənlər ,reallığı və tarixin amansız üzünü görmüşlərin həyatını işıqlandırın
@user-az5119
@user-az5119 9 месяцев назад
Stalindən, Beriyadan, Bağırovdan qəhrəman düzəltmək istəyənlər üçün soyuq duş.
@SsSss-tw9wc
@SsSss-tw9wc 8 месяцев назад
Film kimi hıyat hekayəlıri olub ikisinində.Noolardı onların hıyatından gözəl film çəkilərdi.
@maxoguz7400
@maxoguz7400 9 месяцев назад
Микайыл Мушвиги меhв еден Мирчевер Багыров иди! Дилбер ханым чох гезел иди,она коре де ограш Багыров она вурулур. О доврде Берия,Багыров ве башга раhберлер hарда гезел гадын,гыз ушагы корсейдилер,тапшырырдылар ки,онларын йанына гетирсинлер! Бу бир " мод" иди! Бу аилени дагыдан Багыров олду! Аллаh она ланет етсин,горбагор одсун!
@user-kd2oc1jy7q
@user-kd2oc1jy7q 6 месяцев назад
Мирзафар Багировприядични очин чесни пориядични чалевекам был
@user-tf7bd5yq6o
@user-tf7bd5yq6o 10 месяцев назад
Bu verilişi yersiz hesab edirəm...
@sefevi.6219
@sefevi.6219 10 месяцев назад
Niyə ki, cox gözəl verilişdi. Düzdü, arada bəzi ideal hesab etdiyimiz insanların ic üzünü acır. Biz örtbasdır edib ancaq tərif, yalan yagdırmagı sevən millətik.
@baharfazilova9163
@baharfazilova9163 9 месяцев назад
Niyə?
@user-tf7bd5yq6o
@user-tf7bd5yq6o 9 месяцев назад
@@baharfazilova9163, Mikayıl Müşfiq milli fikirlərinə ğörə xalq düşməni hesab edilib və ğüllələnib. Diğər fikirlər isə verilişin "ğözəlliyinə" ğörə yapışdırılıb...
@zahidhuseynli2596
@zahidhuseynli2596 9 месяцев назад
Stalin represyasının, talehləri oxşar, milyonlarla qurbanlarından biri....
@geyratcavadov3446
@geyratcavadov3446 8 месяцев назад
Erməni üzdeniraq tarixçiləi bunları görə görə niyə yalan danışırlar
@hacinrmhmmd5682
@hacinrmhmmd5682 9 месяцев назад
SUS TAR ŞERİNİ KİM YAZİBSA ODA SATIB.
@smayazizova5577
@smayazizova5577 7 месяцев назад
S. Rüstəm yazıb Sus tar Sevmir səni prolitar
@faiqadigozelov3606
@faiqadigozelov3606 8 месяцев назад
M.Müşfiqin ölümünə S.Rüstəm,A.Şaiq,S.Vurğun danos yazıblar.Çünki M.Müşfiq dahi dramaturq H.Cavidin üzünə durmayıb və sonda onu Sibirə sürgün edirlər
@medinamemmedova7887
@medinamemmedova7887 2 месяца назад
Salam. A. Şaiq də?
@faiqadigozelov3606
@faiqadigozelov3606 2 месяца назад
@@medinamemmedova7887 Salam.Bəli A.Şaiqdə.Bildiklərimdən.Hər vaxtı belələri olub.Allaha əmanət olsız.Çox heyif Müşfiqdən.Allah ruhunu şad eləsin
Далее
아이스크림으로 체감되는 요즘 물가
00:16
POLI зовет Газана
00:12
Просмотров 794 тыс.
Макс Пэйн - ТРЕШ ОБЗОР на фильм
47:02
Dilbər Axundzadə Mikayıl Müşfiq haqqında
11:46
Просмотров 108 тыс.