Тёмный

Əri gecə qayınanasını çağırıb özünü öldürdü - Tanımadığınız Şövkət Ələkbərova 

TV11
Подписаться 45 тыс.
Просмотров 144 тыс.
50% 1

Əri ilə bir yataqda yatmadı, ölüm ayağında tanınmaz hala düşdü
Azərbaycanın ən böyük sənətkarlarından birini anırıq. Onun ifası heç kəsə bənzəmirdi, bu gün də bənzəmir.
Həyatı isə əksər snət adamlarınınki kimi enişli yoxuşlu oldu...
Biri var idi, Xalq artisti Şövkət Ələkbərova...
Şövkət Ələkbərova 1922-ci il oktyabrın 20-də Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbində Hüseynqulu Sarabskinin sinfini bitirdikdən sonra səhnə yaradıcılığına başlayıb. 1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti işləyib.
Şövkət Ələkbərova gəlinini muğam ixtisasından dərs dediyi Asəf Zeynallı adına musiqi texnikumunda görüb bəyənib. Gələcək gəlinini oğluna göstərəndə deyib: “O qız mənim cavanlığıma oxşayır.”
Səməd Vurğun “Oxu gözəl” mahnısının sözlərini məhz Şövkət Ələkbərova üçün yazıb.
Sinxron: • Şövkət Ələkbərova Güla... 00:49 - 1:06
Xanəndə iki dəfə ailə qurub. Birinci evlilikdən Natella adlı qızı doğulub. Qızının atası hərbi həkim olub. O, cəbhəyə gedib və geri qayıtmayıb. Amma Şövkət xanım müharibədən əvvəl ondan boşanıb qızı ilə birgə yaşayıb. Deyilənə görə bu boşanmaya səbəb ərinin onu hədsiz qısqanması olub. Onun ikinci evliliyi məşhur rejissor Lətif Səfərovla olub. Bu evlilikdən isə Bəşir adlı övladları doğulub. Lakin, Lətif Səfərov bir müddət sonra intihar edib.
Lətif bəy sümük vərəmi xəstəliyindən əziyyət çəkib. Hətta Şövkət xanım sonralar öz tələbələrinə danışırmış ki, o, oğlunu qorxa-qorxa, bağrına basır, hətta onu öpməkdən belə çəkinirmiş. Xəstəliyinin oğluna, həyat yoldaşına keçəcəyindən ehtiyat edərək oğlunu tamamilə evindən uzaqlaşdıraraq Bərdəyə oxumağa göndərib. Şövkət xanıma isə deyirmiş ki, mən yediyim qablarda sən yemək yemə... Son zamanlar onlar bir yerdə yatmırmış.
Lətif Səfərov intiharını bir neçə gün öncədən planlaşdırıb, həmin gün sübhdən Şövkət xanıma deyib ki, anana deyə bilərsənmi, gəlib qalsın bizdə. Gecəyarısı ova gedəcəyik dostlarla. Səni oyatmaq istəmirəm. Ayılıb qorxarsan birdən. Şövkət xanım sonralar yaşadığı bu dəhşətli gün haqqında deyir: “Qəfil atəş səsi gəldi. Qaçdım qonaq otağına, amma gec idi...”
Bu hadisənin heç bir mənbədə göstərilməyən, amma sənət adamları arasında geniş yayılan bir variantı da var. İntihar etmək fikrinə düşən rejissor Lətif Səfərov, xanımı Şövkət Ələkbərovanı o qədər sevir ki, onun əli ilə ölmək istəyir. Buna görə də ov tüfənginin tətiyini iplə qapının dəstəyinə bağlayır. Şövkət xanım qapını açmaq istəyəndə tətik çəkilir və Lətif Səfərov həyatını itirir. Bu iddia isə şaiyə olaraq qalır...
Sinxron: • Video 00:53 - 1:19
Şövkət xanımın birinci həyat yoldaşından olan qızı Natella gənc yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının dərdi ilə yanan Şövkət Ələkbərova gəlinin sözlərinə görə, çox az yaşaya bilib. Şövkət xanım qızının ölümündən sonra bir daha mahnı oxumayıb.
Xanəndənin yaxın rəfiqəsi, müharibə veteranı Fatma Səttarova müsahibəsində Şövkət xanımdan bəhs edir: "Onun qardaşı mənimlə müharibədə olub - 1941-45-ci illərdə. Müharibədə həlak oldu. Onun qızı qalmışdı, Şövkət Ələkbərova o qıza da analıq etdi. Çünki Şövkət xanımın qardaşı həlak olandan sonra qızın anası uşağı qoyub getmişdi. Qızı Natellanın ölümündən sonra Şövkət xanım 3 ilə yaxın yaşadı. O müddətdə kim görsəydi onu, tanımazdı. Saçları, kirpikləri ağarmışdı. Onun o vaxtı yadıma düşəndə indi də kövrəlirəm. Şövkət bəlkə də belə tez ölməzdi, Natellanın dərdi onu öldürdü. Natellanın ölümündən 1 il sonra mənim nəvələrimin toyu oldu, mən onu da dəvət eləmişdim. O toyda Şövkət ancaq ağladı. Natelladan sonra Şövkətin zümzüməsi ancaq onun göz yaşları idi. Ondan sonra bir daha oxumadı".
Deyilənə görə Şövkət xanım qızı ilə bağlı kədərini yenicə doğulmuş qız nəvəsi ilə ovudurmuş. O, hər gün yorulmadan nəvəsinə lay-lay oxuyarmış. Bunu isə belə ifadə edirmiş: “Mənim ömrümə çox az qalıb. Qoyun, doyunca lay-lay deyim balama”.
Şövkət Ələkbərova həm də gözəl müəllimə olub. O, Azərbaycanın hər qarışını diyar-diyar gəzib istedadlı uşaqları seçib Bakıya gətirib. Tələbəsi Aybəniz xanım deyir ki, Şövkət Ələkbərova çox əliaçıq insan olub: Bir dəfə eşitdim ki, Şövkət xanım xəstələnib. Gedib onların qapısının ağzında saatlarla əyləşdim ki, ondan bir xəbər bilim. O, özü də bunu biləndə çox təəccüblənmişdi. Sonralar biz tələbələri onun evinin tez-tez gedib gəlməyə başladıq. O, heç vaxt bizi ac-susuz buraxmazdı
Böyük sənətkar 1993-cü il fevralın 7-də dünyasını dəyişir. Son günündə yanında ailə üzvlərindən başqa heç kimi istəməyib. O, özünə qapanıb və eləcə də rəhmətə gedib.
Son müsahibəsini Rafiq Hüseynova verib. Müsahibəsini bu sözlərlə bitirib:
“Hər kəsin həyatında narahatlıqlar ola bilər. Mənim həyatımda da olub. Amma bütün bunlara baxmayaraq mən xoşbəxt insanam”.

Опубликовано:

 

22 сен 2023

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 85   
@ofahuseynli5508
@ofahuseynli5508 6 месяцев назад
Böyük sənətkarlarınimiza Allah rəhmət eləsin, məkanları cənnət olsun ,yad edənlərə təşəkkür edirik
@umudmemmedbeyli3838
@umudmemmedbeyli3838 6 месяцев назад
Azərbaycan incəsənətinin mədəniyyət incisi, muğam ustası olan kolifey sənətkarımız Şövkət xanım Ələkbərovadan Allah, rəhmətini əsirgəməsin. Amin!..
@turkoqlu234
@turkoqlu234 9 месяцев назад
Allah rəhmət eyləsin , qəbri nurla dolsun Mən indiyə qədər onun səsinə bənzər ikinci bir səs eşitməmişəm .
@YarasaYarasa-ix4jy
@YarasaYarasa-ix4jy 9 месяцев назад
Gözəl sənətkar! Sağ olun ki, belə bayağılığln içində dəyərli verilişlər hazırlayırsız.
@nrgizgulu5514
@nrgizgulu5514 6 месяцев назад
Allah rəhmət eləsin,nur içinde yatsın, Şövkət xanım həmişə xalq tərəfindən çox hörmətlə yad edilir,indi də mahnılarını həvəslə dinləyirik ❤🌹🌹🌹🥀🥀🥀🥀
@aaaaaa-vg6gn
@aaaaaa-vg6gn 9 месяцев назад
NƏ GÖZƏL HÖRMƏTLİ HƏDİYYƏLƏRDƏN BAKI QƏRƏNFİLİ 33İLDİR 1990CI İLDƏN VƏTƏN TORPAQLARININ BÖLÜNMƏZLİYİ UĞRUNDA CANINDAN KEÇƏN ŞƏHİD MƏZARLARININ BƏZƏYİDİR🤲🙏🍂🥀🍂🥀🍂🖤😭🇦🇿🇦🇿🇦🇿💔AĞLA QƏRƏNFİL AĞLA😮😢😮
@nuranaalizada8925
@nuranaalizada8925 6 месяцев назад
Allah rehmet elesin Şövket xanimin timsalinda olan bütün senetçilere
@akifxelilzade5985
@akifxelilzade5985 6 месяцев назад
İstedadlı və gözəl insan. Gəncliyimdə gördüyüm və dinlədiyim korifey. Allah rəhmət etsin.
@user-im9dh6dy4h
@user-im9dh6dy4h 9 месяцев назад
Allah rehmet elesin , boyuk senetkara.. Kenerdan xosbext gorunse de cox acili heyati olub..Mekani cennet olsun
@rafiqismayilov8306
@rafiqismayilov8306 6 месяцев назад
Allah sizə rəhmət eləsin Şövkət xanım. Heyif ki mədəniyyət və incəsənətimizi kimlərə qoyub getdiniz. Səhnələrimiz lütlərin əlində yiyəsiz qalıb.
@kirrbell1556
@kirrbell1556 5 месяцев назад
Tekrar olunmaz senetkarlar. 🥀🥀😔🙏
@user-ks8cz8yp7s
@user-ks8cz8yp7s 9 месяцев назад
Allah rəhmət eləsin.
@user-ow3es8zo4n
@user-ow3es8zo4n 6 месяцев назад
Allah rəhmət eləsin🥀🤲 Yaşanan müxtəlif talehlər müxtəlif ömürlər.
@mikromikro9075
@mikromikro9075 9 месяцев назад
Fikirləşəndə belə sənəkarların ailə ev məsələlərin xalqa təqdim etmək dürüst deyil. Xalq onu məlahətli səsiylə tanıyır,
@dursunrzabeyli5456
@dursunrzabeyli5456 9 месяцев назад
Allah rehmet elesin😢
@balliatakisiyeva5342
@balliatakisiyeva5342 8 месяцев назад
Allah rəhmət eləsin məkanın cənnət olsun gözəl sənətkar.
@sevajavadzade6420
@sevajavadzade6420 8 месяцев назад
Аллах ряхмет элясин!❤😢🤲🤲🤲
@RadaHuseyn
@RadaHuseyn 8 месяцев назад
ALLAH REHMET ELESIN🤲🏻ÕLÜM HAQDIR..COX TEESSUFLER OLSUNKI YAXININI EZIZINI ITIRENLER UCUN BU BIR MEŜEQQETDIR😢
@Rozi-vi7dw
@Rozi-vi7dw 6 месяцев назад
Allah hər ikisinə Lətif Səfərova və unudulmaz sənətkarımız Şövkət xanım Ələkbərovaya və Natellaya qəni qəni rəhmət etsin, nur içində yatsınlar.
@TV11-azerbaijan
@TV11-azerbaijan 9 месяцев назад
Rəylərdə etik qaydalara riayət etdiyiniz üçün təşəkkür edirik.
@madinaazeri4652
@madinaazeri4652 6 месяцев назад
Əvəzsiz sənətkar,bərabəri olmayan səs sahibi Allah rəhmət eləsin 🙏🏻
@saraorucova5367
@saraorucova5367 9 месяцев назад
Ay Muğlan balam Allah səni qorusun gözəl xəbərlərinə görə.
@zenfiragulueva6855
@zenfiragulueva6855 9 месяцев назад
Çox sağolun ❤
@YusifAslanov-wp7gq
@YusifAslanov-wp7gq 5 месяцев назад
Halal olsun. size bu cur gozel senetkarlarin basina gelenleri bizlere catdirirsiniz..
@f.xanoglu.9999
@f.xanoglu.9999 6 месяцев назад
Yenə gəldi qulaq as, səsi Şövkət xanımın Səsi heyran elədi,aləmi Şövkət xanımın Allah rəhmət eyləsin
@stochmiroslav6383
@stochmiroslav6383 8 месяцев назад
Salam Şövkət xanim fevralin 10 da rəhmətə gedib mənim yaxinim həmin vaxt rəhmətə getdiyi üçündəgig yadimdadir
@zeynebhesenova2242
@zeynebhesenova2242 9 месяцев назад
ALLAH RƏHMƏT ETSİN RUHU ŞAD OLSUN NUR İÇİNDƏ YATSIN AMİN
@bakinka3214
@bakinka3214 8 месяцев назад
AMİN AMİN
@guneshgiyasbayli9909
@guneshgiyasbayli9909 8 месяцев назад
Şövkət Xanımın səsi kosmik gözəlliyə malikdir! Onun xəsinə bənzər səs yoxdur ! Dahi Rəşid Behbudov Şövkət xanımın səsinin vurğunu idi! Allah hər ikisinə rəhmət etsin.
@user-kz9mf9bm6b
@user-kz9mf9bm6b 6 месяцев назад
Аллах рехмет елесин, бир дефе мен орта мектебде охуянда, бизим мектемизе гелмишди, чох мехрибан инсан иди. 😢😢😢
@user-mi1ij4zz4o
@user-mi1ij4zz4o 5 месяцев назад
Аллах рехмет елесин езиз муеллимим гебрин нурла долсун ❤
@zeynbxanimabdullayeva6337
@zeynbxanimabdullayeva6337 6 месяцев назад
Allah rəhmət eləsin 🤲 məkanı cənnət olsun inşallah 🙏🌹🌹🌹🌹
@farsaPaz
@farsaPaz 5 месяцев назад
Ərini özünə yaxın buraxmayan qadın 100% başqa yerdən qidalanır
@Mels896
@Mels896 6 месяцев назад
Coox saĝ olun. Wøvkət Xanima da Allah rəhmət etsin
@sukufamusayeva8213
@sukufamusayeva8213 6 месяцев назад
Gozel ses gozel xanim gozel geyim alah rehmet etsin senetkar
@user-ok5po8mr4q
@user-ok5po8mr4q 9 месяцев назад
Allah rəhmət eləsin
@turkishbakili484
@turkishbakili484 9 месяцев назад
Allah rəhmət etsin,amin.
@SerdArt
@SerdArt 9 месяцев назад
❤❤❤
@rehaurehau135
@rehaurehau135 8 месяцев назад
Uca olan Allahdan səhnəmizin gözəl avazlı , xanım -xatın Şövkət xanımımıza qəni -qəni Rəhmətlər diləyirik!
@rubabes8055
@rubabes8055 6 месяцев назад
ALLAH RƏHMƏT ELƏSİN 🤲🏻🤲🏻🤲🏻🤲🏻
@qarabagazrbaycandr8635
@qarabagazrbaycandr8635 8 месяцев назад
Lətif Səfərov barədə ilk dəfə rus kanalında dostu Eldar Ryazanovdan eşitmişdim Allah rəhmət eləsin hamısına Şövkət mənim üçün bir korifey sənətkardır Əvəzedilməz müğənnidir Ölümündən illər keçib amma unudulmur çünki unudulmazdır əsil Sənətkardır
@user-ng8pf8hv4r
@user-ng8pf8hv4r 8 месяцев назад
Allah rəhmət eləsin. Amin
@user-kr7rl4fk5e
@user-kr7rl4fk5e 6 месяцев назад
DÜNYADAN KÖCƏN CƏMİ SƏNƏTKARLARIMIZA ALLAH RƏHMƏT ELƏSİN.
@yaqutbehbudova5780
@yaqutbehbudova5780 6 месяцев назад
Allah rehmet elesin mekani cennet olsun bizde de qonaq olub o
@shine3332
@shine3332 6 месяцев назад
Səhnə mədəniyyəti 🎉🎉🎉 şəxsiyyət 🎉🎉🎉
@VetenEliyev-ib4kw
@VetenEliyev-ib4kw 6 месяцев назад
Allah rəhmət eləsin. 😢😢😢
@aidaefendiyeva5758
@aidaefendiyeva5758 8 месяцев назад
😢😢
@user-hz4we4dy6w
@user-hz4we4dy6w 9 месяцев назад
Allah hec kime bala derdi vermesin
@amaliyaazaryan9395
@amaliyaazaryan9395 6 месяцев назад
Как-то, ещё до известных событий, я была в одном девишнике у моей приятельницы, там я познакомилась с Шовкет Алекперровой и главной героиней фильма-"Мачеха" Наджибой Меликовой, оба были красивыми, Шовкет беленькая с красными волосами, жила на улице тогда- 28 апреля уг пр Ленина, над книжным магазином Военторга, БЫЛИ ВРЕМЕНА. Царство Небесное им. RIP.🥀🥀🥀
@Gurban812
@Gurban812 9 месяцев назад
Gardaşim size bilgi verdiginiz icin teşekkur. Özbekistan
@daltqaziyev1995
@daltqaziyev1995 6 месяцев назад
Аллах рахмет елесин ❤
@SonaSukurova-ke5dx
@SonaSukurova-ke5dx 9 месяцев назад
Allah rehmet elesin
@Tae_team
@Tae_team 6 месяцев назад
❤sağolun
@TV11-azerbaijan
@TV11-azerbaijan 9 месяцев назад
Material diqqətinizi çəkirsə, kanala abunə ola bilərsiniz.
@aliabishov1880
@aliabishov1880 8 месяцев назад
Şövkət Ələkbərova ilə şəxsən tanış olmağımla qürur duyuram.O vaxt hələ gənc ikən Şövkət xanım xəstəxanada müalicə olunanda onun dəfələrlə ziyarətinə getmişik.Ondan avtoqraf da götürmüşdüm.Allah böyük sənətkarımıza qəni-qəni rəhmət eləsin.
@user-be4xd7bq9d
@user-be4xd7bq9d 6 месяцев назад
Allah rəhməteylesun
@ranaibrahimova1277
@ranaibrahimova1277 9 месяцев назад
Azərbaycan mədəniyyətinin gözəl xatirələri və şəxsləri!!!❤ Allah rəhmət etsin!
@bakinka3214
@bakinka3214 8 месяцев назад
AMİN AMİN
@gulzarmmmdova141
@gulzarmmmdova141 6 месяцев назад
O sənətkarlar getdi indikilər Nesibe xanım deməsin Kekilli fereye oxsayir
@serdaramin1910
@serdaramin1910 9 месяцев назад
🎉🎉🎉
@dursunrzabeyli5456
@dursunrzabeyli5456 9 месяцев назад
😮
@meryemibadova9313
@meryemibadova9313 5 месяцев назад
Allah rəhmət eləsin baxsınlar necə xalq artisdiydiler indikilər anca cilpakliga meyillidirlər
@nrmnrza7939
@nrmnrza7939 9 месяцев назад
😮😮😮
@sebineresidzade3784
@sebineresidzade3784 5 месяцев назад
Allah qəni qəni rəhmət eləsin
@Partizan-bh8oz
@Partizan-bh8oz 9 месяцев назад
Bunların da eyiblərini sovet örtüb.
@vesilemammadova2087
@vesilemammadova2087 6 месяцев назад
Xanım xatın gözel Senetkarımız.Şövket xanım Allah rehmet elesin.
@iradeeliyeva5084
@iradeeliyeva5084 6 месяцев назад
COX GÖZEL OLUB REHMETLİK
@SmartTecnolojies-pn6jr
@SmartTecnolojies-pn6jr 5 месяцев назад
Xanım. Xtın. Nazdı. Duzdu. Gözəl. Göyçək. Şövkət. Xanım. Nur. İçində. Yat
@user-xk2rf9uw1s
@user-xk2rf9uw1s 9 месяцев назад
ALLAH RƏHMƏT ETSİN MƏN ONUN OXUDUGU MAHNILARİ KÖRPƏ VAXTLARIMDAN DİNLƏMİŞƏM.ATAM HƏMİŞƏ ŞÖVKƏTİ XANIMI DİNLƏYƏRDİR.
@naibaxanlarova5281
@naibaxanlarova5281 6 месяцев назад
Allah rehmet elesin Onlar esl senetkar idiler Ondan bir de dunyaya gelmez Bu senetkarlar evez edilmezdirler
@SerdArt
@SerdArt 9 месяцев назад
*******
@SmartTecnolojies-pn6jr
@SmartTecnolojies-pn6jr 5 месяцев назад
Heç. Vaxt. Onun səsinə bənzər. Səs. Yoxdur. Olada bilməz onun. Dərələr goygöl mahnısını heç. Kim. Oxuya bilməz
@user-bc6wy5yzwz
@user-bc6wy5yzwz 6 месяцев назад
Аллаh раhmat elesin
@xalidaalirzayeva3670
@xalidaalirzayeva3670 6 месяцев назад
Ruhu wad olsun
@user-vd1xd6vo2l
@user-vd1xd6vo2l 9 месяцев назад
Хайанат мутлагдир
@Gurban812
@Gurban812 9 месяцев назад
Alah rahmet eylesin. Bu arhivi hiç eşitmemişdin. Ahireti gizinida Özinida obod olsin. Buyuk tragedye
@saraorucova5367
@saraorucova5367 9 месяцев назад
Allah hər iki sənətkara rəhmət eləsin.
@senubereyvazova9661
@senubereyvazova9661 9 месяцев назад
Allah rehmet elesin derdi coxmuw
@nrmnrza7939
@nrmnrza7939 9 месяцев назад
Allah rəhmət eləsin
@HusniyyeIsmayilli
@HusniyyeIsmayilli 9 месяцев назад
Allah rəhmət eləsin .
@letifeaxmedova9158
@letifeaxmedova9158 6 месяцев назад
Allah rəhmət eləsin
@tahiraliyev7722
@tahiraliyev7722 6 месяцев назад
Allah rəhmət eləsin
@aynininmtbxi8073
@aynininmtbxi8073 8 месяцев назад
Allah rəhmət eləsin
Далее
ВСЕ СЕКРЕТЫ КОТА В ВР ( I Am Cat VR )
22:46
Onun faciəsi. Şövkət Ələkbərova
9:56
Просмотров 10 тыс.
RAFAEL DADAŞOV HAQQINDA ŞOK FAKTLAR
8:01
Просмотров 52 тыс.