Тёмный

Məhəmməd İsmayıl-Bir adam yol gedir bizdən qabaqda🚶🏻‍♂️ 

Rəna Qarazadə
Подписаться 3 тыс.
Просмотров 114
50% 1

Videonu bəyənib paylaşmağı və kanala abunə olmağı unutmayın 😇
#ədəbiyyat #şeir #şair #poeziya #məhəmmədismayıl #mehemmedismayıl #azərbaycan #azerbaycan #azerbaijan #azərbaycanədəbiyyatı #retro #reels #literature #2024

Опубликовано:

 

29 май 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 2   
@rnaqarazad8676
@rnaqarazad8676 2 месяца назад
Videonu bəyənib paylaşmağı və kanala abunə olmağı unutmayın 😇
@rnaqarazad8676
@rnaqarazad8676 2 месяца назад
Bir adam yol gedir bizdən qabaqda Hərdən üz çevirib taleyə, baxta, Çıxdığı səfərdən qorxub qaçan var. Bir adam yol gedir bizdən qabaqda, Yaxşı ki, dünyaya cığır açan var. Bizi səsləyirdi verdiyi vaxtda, Biz hələ dünyaya gələnə kimi. Bir adam yol gedir bizdən qabaqda, Anadan olandan ölənə kimi. İnanma, qəm qəmə yovuşar çətin, Düzlüyün eləsi, beləsi yoxdu. Kərəm sevgisinə qovuşar çətin, Kimin ki, qarşıda Lələsi yoxdu. Talanar sevdalar, bulanar sular Yağanda hicranın kəpənək qarı. Ürəklər qırılar, yollar ayrılar, Olmasa qabaqda bir İpək qarı. Yaz da Yer üzünə boşuna gəlmir, Boşuna sovuşmur ağır xatalar. Qabaqda gedənin xoşuna gəlmir Qabağa düşəndə harın atalar. Gedir qədəmindən nur yağa-yağa, Yolları ölümdü-itimdi, bilmir. Qəlbinə yatanı çəkir qabağa, Arxalı, arxasız, yetimdi, bilmir. Yolundan döndərməz duman da, çən də, Kiminsə sözünü deməyə gedir. Yerin bu üzündən duyuq düşəndə Yerin o üzünə köməyə gedir. Kələfin ucunu axtar özündə, Hazır ol qəfildən gələn qəmə də. Ağ atlı oğlan var bu yer üzündə, Çıxar qabağına hər məhkəmədə. Nədir anaların dilində muraz, Görən gələcəyi gözündən öncə?.. Maşın işığına bənzəyir bir az İnsanın əməli özündən öncə. Bir nurlu sahil var hələ sabahda Qaranlıq sulara yol açar avar. Bir adam yol gedir bizdən qabaqda, Amma bir adam da bizdən sonra var!
Далее
МЕСТЬ МАЛОГО
00:52
Просмотров 75 тыс.
Ramiz Rövşən Şeirləri (1 Saat)
1:00:33
Просмотров 115 тыс.
Mirzə Ələkbər Sabirin ilk və yeganə müsahibəsi
6:24
Ilham Eziz Porodiya
36:23
Просмотров 4,1 млн