Тёмный

Məmməd Araz - Unut məni 

biraddimla YOL
Подписаться 4 тыс.
Просмотров 284
50% 1

Şeir: Məmməd Araz - Unut məni
Səsləndirmə: Mehriban Zəki
Musiqi: Şəfiqə Axundova - Həsrətindən
Biraddımla'ya RU-vidda abunə olmaq: bit.ly/3gsJpm1
Biraddımla'nın sosial şəbəkə ünvanları:
Instagram: bit.ly/3gsKkms
Facebook: bit.ly/3GoODKl
TikTok: bit.ly/3r3sAHt
Telegram: bit.ly/3unQMn8
E-poçt: biraddimlayol@gmail.com
MƏMMƏD ARAZ - UNUT MƏNİ
Dilim dinməz, kirpıklərim səs elər,
Necə xoşdu - ürəyimi kəs elə...
Qalan ömrə yarım ürək bəs elər,
Unut məni, aldat məni, at məni.
Enişi qar, yoxuşu qar bu yolun,
Yad nəfəsdən buz qayası su olu...
Yalan yolu beş addımlıq su yolu,
Aldat məni, unut məni, at məni.
Sən ömrünün atəşində yananda,
Kölgəndən də gərəksizdim yanında.
Qiymətli bir itik saxla yadında,
Unut məni, aldat məni, at məni.
Gözdən gözə körpü salmaq nər işdi,
Baxışların meylini tez dəyişdi.
Təzə addım özü təzə döyüşdü,
Aldat məni, unut məni, at məni.
Bu sevdadan nə yetirdik, nə üzdük?!
Dalğasına nə qərq olduq, nə üzdük.
Axır səni düzdə qoydu bu düzlük...
Unut məni, aldat məni, at məni.
Pitsunda, 1 sentyabr, 1981
Məmməd Araz:
“Şeir nədir sualına cavab (hamını qane eləyən cavab) verən anasından doğulmayıb hələ. Odur ki, ŞEİR BİR QƏDƏR MÖCÜZƏDİR. Müəmmadır şeir! Zamana verilən böyük sualdır şeir! Zamanın sualına bir sualla cavabdır şeir! İnsanı dərddən xilas eləyən insanın dərd yüküdür şeir! Hardasa xoş, hardasa giley-güzardır. Bir az nəsihətdir, bir az vəsiyyətdir. Yurdun üfüqünə boylanmaq üçün bir-iki pillədir şeir.
Şeirin tarixinə doğru getsək görərik ki, Nizamidə dərsdir şeir: əxlaq dərsi, qəhrəmanlıq dərsi, mərifət dərsi! Nəsimidə özünü tanımaqdır, özünü tanıtmaqdır. Nəsimi şeiri insan səviyyəsinə, insanı da şeir səviyyəsinə qaldırmaq qüdrətində idi. Füzuli şeiri ürəkdə közərən məhəbbət idi. Sabir qeyrət qılıncı ilə şeiri eyniyyatda görürdü. Min şairə min dəfə sual versəniz ki, şeir nədir? Bir-birinə oxşamayan min cavab alacaqsınız. Mən «Şeir nədir, şeir necə olmalıdır?» - sualına cavab verməkdə çətinlik çəkirəm, necə olmalıdırsa, elə də olmalıdır.
Poeziya dil açan gündən indiyədək həmişə qadın mehrindən, qadın hənirindən, yol-yoldaşlığından, ana şərəfindən, yar ünsiyyətindən su içib, mövzu alıb. Qadın «cazibəsindən» uzaqlaşan poeziya müəllifsizdir. Müəllifsiz olan poeziya oxucusuzdur. Mən bu mövzuda yazmışam və yaza bilmişəmsə, bu, qəlbin diqtəsi, ağlın hökmüdür. «Qələm gəldi əlimə». Səbəb nədir? Qadın qəhrəmanların özündən soruşmaq lazımdır: səbəb nədir?
Tit Mak Plavtın belə bir fikri var: «Bu dünyada gözəl olmaq dəhşətli bir bədbəxtlikdir». Ola bilər Tit Mak Plavt bu fikrində təkcə qadın gözəlliyini nəzərdə tutub. Qadın gözəlliyi olmasa, bir qısa ömrü yaşamağa dəyməzdi. Gözəlliyi qorumaq və gözəllərdən qorunmaq lazımdı.
Amma məncə gözəllik deyəndə təkcə xarici cizgiləri nəzərdə tutmaq düzgün olmaz. Bəs insanın daxili gözəlliyi necə? Bunsuz bəşəri tərəqqidən nə danışmaq olar? Bəşərin əsl yolu gözəlliyə gedən yoldur.
Sevgi hər zaman sevgidir. Ona münasibət mühitlə, zamanla əlaqədar dəyişir. Onun bəzi «şərtləri» dəyişsə də, sədaqət sədaqətliyində qalsa yaxşıdır. Müasir cavanlara deyərdim: sözünüzlə hərəkətiniz, vədinizlə ilqarınız, səmimiyyətinizlə etibarınız arasında uçurum olmasın”.
#məmmədaraz #unutməni #mehribanzəki #şeir #şair #biraddimla #biraddimlayol

Опубликовано:

 

30 сен 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
Далее
Məmməd Araz | Ötən günlər | 14.10.2023
1:27:19
Просмотров 22 тыс.
I Took An iPhone 16 From A POSTER! 😱📱 #shorts
00:18
FATAL CHASE 😳 😳
00:19
Просмотров 1,6 млн
Лайфак года 😂
00:12
Просмотров 93 тыс.
ŞUKUR EDƏNLƏR İZLƏSİN - Haci Şahin Həsənli
27:38
Xəzər Süleymanlı-Sevgi
4:09
Просмотров 349 тыс.