Тёмный

Məmməd Araz - Mən belə dünyanın nəyindən küsüm - Kamran M. YuniS 

Kamran M. YuniS
Подписаться 40 тыс.
Просмотров 65 тыс.
50% 1

#kamranmyunis #kamranyunis #memmedaraz #poeziyateatrı
#şeirlər #sevgişeirləri #eminsabitoğlu #şiirler #poeziya
Məmməd Araz - Mən belə dünyanın nəyindən küsüm
Bəstəkar - Emin Sabitoğlu - "Dədə Qorqud" film musiqisi
Söz verdim, söz adlı dəfinə verə,
Tək bircə ölümsüz qərinə verə.
Umdum nə verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?
İtirib özündə özünü dünya,
Toyların, yasların özülü dünya...
Əlim ətəyindən üzülü dünya...
Mən belə dünyanın nəyindən küsüm?
Ömrünə vay salar, vaydan utanmaz,
Saç yolub-hay salar,
Haydan utanmaz,
Günəşdən utanmaz, Aydan utanmaz,
Mən belə dünyanın nəyindən küsüm?
Çaydı dəhnəsində xırsız əjdaha,
Gecəsi salamat çıxmaz sabaha.
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?
Dağ olsan, istəsə qolunda saxlar,
Büküb bir hörümçək torunda saxlar,
Yüz illik odunu qorunda saxlar,
Mən belə dünyanın nəyindən küsüm?
Bir gözü işıqdı,
Bir gözü buzdu,
Məkrli qadındı, gülçöhrə qızdı,
Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...
Mən belə dünyanın nəyindən küsüm?
Ayağı altına yastıq qoyanlar,
Başının altına qumbara qoydu!
Nadanlar dünyanı qumara qoydu!
Mən belə dünyanın nəyindən küsüm?
Olsan öz haqqının köləsi belə,
Əri öz içində, öləzi belə,
Ondan inciyənin beləsi belə...
Mən belə dünyanın nəyindən küsüm?
1989.
Söz verdim, söz adlı dəfinə verə,
Tək bircə ölümsüz qərinə verə.
Umdum nə verdi ki, küsdüm nə verə?
Mən belə dünyanın nəyindən küsüm?
İtirib özündə özünü dünya,
Toyların, yasların özülü dünya...
Əlim ətəyindən üzülü dünya...
Mən belə dünyanın nəyindən küsüm?
Ömrünə vay salar, vaydan utanmaz,
Saç yolub-hay salar,
Haydan utanmaz,
Günəşdən utanmaz, Aydan utanmaz,
Mən belə dünyanın nəyindən küsüm?
Çaydı dəhnəsində xırsız əjdaha,
Gecəsi salamat çıxmaz sabaha.
İti bazarında atından baha,
Mən belə dünyanın nəyindən küsüm?
Dağ olsan, istəsə qolunda saxlar,
Büküb bir hörümçək torunda saxlar,
Yüz illik odunu qorunda saxlar,
Mən belə dünyanın nəyindən küsüm?
Bir gözü işıqdı,
Bir gözü buzdu,
Məkrli qadındı, gülçöhrə qızdı,
Həlimdi, kövrəkdi, sərtdi, quduzdu...
Mən belə dünyanın nəyindən küsüm?
Ayağı altına yastıq qoyanlar,
Başının altına qumbara qoydu!
Nadanlar dünyanı qumara qoydu!
Mən belə dünyanın nəyindən küsüm?
Olsan öz haqqının köləsi belə,
Əri öz içində, öləzi belə,
Ondan inciyənin beləsi belə...
Mən belə dünyanın nəyindən küsüm?

Кино

Опубликовано:

 

24 апр 2020

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии : 103   
@user-xz1wu9ze8c
@user-xz1wu9ze8c 11 месяцев назад
Her kelmesi dur olan xalgimin boyuk dahi wairi Memmed Araz Allah mekanini cennen elesin
@jennaabbas7380
@jennaabbas7380 4 года назад
Cox gozel weir ve mukemmel ifa
@_mlyim_1605
@_mlyim_1605 4 года назад
Bir gözü işıqdı bir gözü buzdu....
@kizilelma7692
@kizilelma7692 4 года назад
Men bele dünyanin neyinden kusum😕var olun ustad👍👍👍👍👍👏👏👏
@gulnazsadqova28
@gulnazsadqova28 2 месяца назад
Mükəmməl,məna dolu şeir,səlist,gözəl ifa 🙌👏🙏👍🌹
@userzemfira8022
@userzemfira8022 4 года назад
👍👐👐👐
@tuncayomer7471
@tuncayomer7471 4 года назад
👏👏👏👏
@minayeazimova6597
@minayeazimova6597 4 года назад
Umdum ne verdi ki.... Kusum ne vere Boyuk Memmed Araz ve Kamran Yunis. Mukemmel
@eliyeddincumwudov8970
@eliyeddincumwudov8970 Год назад
Şairi möhtəşəm ifası əla mən belə dünyadan nə üçün küsum.
@nezaketletifova1118
@nezaketletifova1118 3 года назад
🎧321👍👍👍
@xalidequliyeva9449
@xalidequliyeva9449 3 года назад
👏👏
@asud8143
@asud8143 9 месяцев назад
Allah'ım bu nasıl güzel bir şiir, bu nasıl güzel bir icra. Biraz Azerbaycan Türkçesi öğreneyim diye dinlemeye başladım dertli oldum🙂 Tamam güzel yazıyorsunuz da bu kadar güzel mi okunur be!
@user-ww5qk4zs5j
@user-ww5qk4zs5j 4 года назад
Əla cöjləjırcız eş olcyn ındı cox azdır cızın kımı ıncanlar gryrymcyz 👍👍👍👍👍
@fatimefatime8870
@fatimefatime8870 4 года назад
🎧 64👍 👏
@gsgsvsgsgsvsv688
@gsgsvsgsgsvsv688 2 года назад
Boyuk Memmed Arazdan mohtewem bir weyir...Tewekkurler,Мастер...
@gsgsvsgsgsvsv688
@gsgsvsgsgsvsv688 2 года назад
Тешеккурлер...
@HeyatMirzeyev-cv2vd
@HeyatMirzeyev-cv2vd 5 месяцев назад
Allah böyük şairimiz rəhmət eləsin,
@user-my2zl1fk9j
@user-my2zl1fk9j 4 года назад
Dahi Məmməd Araza Allahdan rəhmət diləyirəm.Mən bilmirəm şair bu şeiri necənçi ildə yazıb,amma dediyim odur ki,bu şeir bugünki günü əks etdirir.Kamran saq olun.
@renaagabekova1741
@renaagabekova1741 3 года назад
UMDUM ,NƏ VERDIKI , KÜSÜB .NƏ VERSIN
@fatimefatime8870
@fatimefatime8870 4 года назад
👍👍👍👍👍👍
@duygu4342
@duygu4342 3 года назад
gözəl şer gözəl səs var olsun daima
@miragahesimov2668
@miragahesimov2668 Год назад
Belə gözəl səs, gözəl intonasiya📍👍
@aruhumunmlyi4361
@aruhumunmlyi4361 4 года назад
Ayağı altına yastıq qoyanlar Başının altına qumbara qoydu! Nadanlar dünyanı qumara qoydu! Mən belə dünyanın nəyindən küsüm?!
@nurlanamammedova8026
@nurlanamammedova8026 4 года назад
Şer,ifa,musiqi👍
@vaqifmemmedov2191
@vaqifmemmedov2191 3 года назад
Poyeziya dunmızın əbədi sərkədəsi M.Araz allah Sizə rəhmət elləsin. Siz də sağ olun Kamran bəy ruhumuzu bir qədər təzələdiniz.Bəzən bu dunyadan hamının kusən vaxtları olur.Buşeri dinlədikdən sonra dahi şairin kusmədiyi dunyadan mən niyə kusum fikirləşirsən.
@kizilelma7692
@kizilelma7692 4 года назад
Allah Memmed Araza da rehmet elesin dahi sair🙏
@arzumehdiyeva1744
@arzumehdiyeva1744 2 года назад
Var olun 🤲👏👏👏
@user-zy7vj2xy9n
@user-zy7vj2xy9n 7 месяцев назад
მამედ არაზ აზერბაუწანულ ფოეზიას მეფეა.❤❤❤❤❤
@manafmanafov870
@manafmanafov870 4 года назад
Allah M.Araza rəhmət etsin sizə isə can sağlığı versin.Allah sizdən razı olsun.
@behbudovamanzar
@behbudovamanzar 5 месяцев назад
Salamlar!Məmməd Araz dahi şairdir!Dünyaya şeir qoşmağı da sənətindən irəli gəlir!Bir coğrafiya müəllimi kimi gözəl yazıb!Nəinki bu şeiri,o biri ləri də vətən eşqi ilə yoğrulub!Və...Həmişə dillər əzbəridir!Mahnıları da bizə vətənpərvik hissləri aşılayır,hər zaman!Qəşəng sözlər də seçib:Məkrli qadındır,gülçöhrə qızdır!İti bazarında atından baha!Və...nadanlar qumara qoyan dünyadır!Axırda da gözəl söyür dünyanı..."Beləsi belə!"🤣Emin Sabiroğlunun musiqisi də bir gozəl rəng qatdi!Siz isə?Bizə olub kecənləri bir daha xatilatdiniz!Səsinizin həzinliyi adamın başını elə sakit eləyir ki...hər şeyi unutdurur!Elə şeirin və səsin sehrinə düşürsən!Gözəl caqlar yada düşür!Gəncliyimiz,gözəl yurd yerlərimiz,təbiətimiz,basimiza gətiriləcək fəlakətdən uzaq ,xosbəxt günlərimiz!İndi onlar da xatirədir,Məmməd Araz da!Özü gedib, sözü qalıb!Allah sizə can sağlığı versin!Necə də gözəl səsləndirdiniz!Bizim dövrdə Əminə Yusif qızı və Həsən Əbluc yalnız şeir deyirdi!Sizsə?Hamıdan gözəl deyirsiniz!Maşallah olsun!Allah sizi və səsinizi qorusun!Amin!👍👏💯🤲🌹
@user-sv5bc9gi7l
@user-sv5bc9gi7l 3 года назад
Ити базарында, атындан баха. Респект ✊
@okukitabn2555
@okukitabn2555 4 года назад
Emeğinize sağlık.. Allah can sağlığı versin inşaallah. Selamlar
@baharmemmedova3068
@baharmemmedova3068 2 года назад
Bu dunyada yasayirsan ki kusesen.bu dunya nece dunyadir basa dusmedim.
@xurussadiqov8655
@xurussadiqov8655 4 года назад
Təşəkkür
@_mlyim_1605
@_mlyim_1605 4 года назад
İlkk💐🎀💐🎀💐🎀
@minayeazimova6597
@minayeazimova6597 4 года назад
Aferin ilk sen oldun
@user-ie2uk7uk5k
@user-ie2uk7uk5k 10 месяцев назад
Dilinə saqliq şair nə gözəl deyirsən
@user-er7zh4vp7n
@user-er7zh4vp7n 2 года назад
Mekaniniz cennet olsun MEMMED ARAZ ARAZ RUHUN WAD MEKANIN CENNET OLSUN CANIM BALAM
@gulnaraabasquliyeva6571
@gulnaraabasquliyeva6571 6 месяцев назад
,,İti bazarında atından baha, Mən belə dünyanın nəyindən küsüm?,,Şair necə düz söyləyib...elə bil bu gün üçün yazılıb bu şer..Allah dahi Şairimizə rəhmət eləsin.Ruhu şad olsun.
@reyhanhesenova6827
@reyhanhesenova6827 3 года назад
Men bele dunyanln neyinden kusum
@ifritlrshzadsi4870
@ifritlrshzadsi4870 2 года назад
Küsüm.
@AlmazCefrova-fk4fi
@AlmazCefrova-fk4fi 10 месяцев назад
Möhtəşəm,heyrətamiz var olun,sənətkar
@eminhuseynov5708
@eminhuseynov5708 4 года назад
Allah Rəhmət eləsin Məmməd Arazı... Yaşayın, yaradın Bəy!
@nartavantagiyeva1535
@nartavantagiyeva1535 4 года назад
Can 😔💔
@aygunaziz3166
@aygunaziz3166 Год назад
Var olun, Kamran bəy!
@parvanamuradova1894
@parvanamuradova1894 2 года назад
Əhsən
@aygunaygun8263
@aygunaygun8263 4 года назад
Dunya gozeldi yawamaq da gozeldi Sesiniz hamisinnan gozeldi
@vuqareliyev8378
@vuqareliyev8378 3 года назад
Şokdayam
@paradiseflower5015
@paradiseflower5015 4 года назад
Belə dünyanın nəyindən küsək...😞
@user-gl9ur9fh1v
@user-gl9ur9fh1v 4 года назад
Rebbim sizi gorusun Kamran bey, bize bu anlari yasatdiginiz ucun.🤲💖 Sairimizin yeri cennet olsun. 🤲🤲🤲🙏🙏🙏. Bestekarimiz Emin Sabitogluna allah rehmet elesin. 🤲🤲🤲
@vquseynov
@vquseynov 4 года назад
Allah şairə rəhmət eləsin,Sizə can sağlığı
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Umdum nə verdi ki, küsdüm nə verə?
@El-Nara-H
@El-Nara-H 2 года назад
Bravo! 👍👍👍
@konulesedova934
@konulesedova934 4 года назад
Küsmək üçün o qədər səbəb var ki... Amma biləndə ki dünya fanidir....
@_mlyim_1605
@_mlyim_1605 4 года назад
💥Möhtəşəm💥
@likali4769
@likali4769 3 года назад
Mentig sozler ☀🍁
@mehribanelekberli8889
@mehribanelekberli8889 3 года назад
Məmməd Araz ruhu insanı yeni bir dünyaya aparır.Söz sənətinin sultanı Araz dərdli əvəzedilməz sənətkarımız Aılah sənə rəhmət eləsin.🙏🏼🙏🏼🙏🏼🙏🏼👍👍👍🤲🤲
@sebaallahverdiyeva8061
@sebaallahverdiyeva8061 3 года назад
Mənim sevdiyim şerlərdən biri
@sevincm6747
@sevincm6747 4 года назад
Məmməd Araz dəryasında üzən Kamran bəy, sizdən yoxdu ...Doğurdan biz belə dünyanın nəyindən küsək????
@natellahemzeyeva3675
@natellahemzeyeva3675 Год назад
Hər vaxtınız xeyir Sevimli sənətkarımız təşəkkürlər Nadanlar dünyani qumara qoydu Mən belə dünyanın nəyindən küsüm
@aygunaygun8263
@aygunaygun8263 4 года назад
Kamran bey .Ne gozel eserler oxuyursuz .Adama cox weyleri bawa salirsiz . Ne gozel musiqi .Mence Dede QORQUD filminnendi .
@ferecadigozelov9642
@ferecadigozelov9642 12 дней назад
Gəlim li, gedimli dünya
@yeganehemidova5014
@yeganehemidova5014 4 года назад
Allah ürəyinizi fərah etsin, əziz Kamran bəy💖🌸
@konulbayramova6840
@konulbayramova6840 4 года назад
Bu mükəmməl ifaya görə var olun.selist,ürəyə tuxunacaq ifa.caniniz heç bir zaman dərd görməsin.UDTAD.
@sevincnovruzova9686
@sevincnovruzova9686 4 года назад
Əlim ətəyindən üzülü dünya😔
@nurlanamammedova8026
@nurlanamammedova8026 4 года назад
Nadanlar dünyanı qumara qoydu..
@xediceseyidzade6471
@xediceseyidzade6471 4 года назад
Çox sağ olun.Məmməd Araz bir dəryadi.Bir ümmandı qərq olmağa ürək istər.Bu ifaların davamını çox istərdik
@yeganequliyeva664
@yeganequliyeva664 4 года назад
Böyük zəhmət, vaxt sərf edilmiş bir əsər! Dinlədikcə dinləyir adam. Təşəkkürlər💐 Zəhmətinizə sağlıq Ustad🙏❤️
@Meherrem-ug7hr
@Meherrem-ug7hr 7 месяцев назад
Masallah
@lolaazeri3917
@lolaazeri3917 4 года назад
Var olun Kamran müəllim. Olduqca Mükəmməl ifa oldu.
@marioremington345
@marioremington345 3 года назад
You prolly dont care but does anyone know of a tool to get back into an instagram account? I somehow lost the login password. I would appreciate any tricks you can give me
@issackylo2019
@issackylo2019 3 года назад
@Mario Remington instablaster ;)
@esmirakrimova1315
@esmirakrimova1315 4 года назад
67❤👍❤
@besdimemmedova8341
@besdimemmedova8341 4 года назад
Men bele dunyanin neyinden kusum
@renaagabekova1741
@renaagabekova1741 3 года назад
MƏN , BELƏ DÜNYANIN, NƏYINNƏN KÜSÜM?
@gulyakocharli164
@gulyakocharli164 4 года назад
Nadanlar dünyanı qunara doydu! Mən belə dünyanın nəyindən küsüm?! Allah rəhmət eləsin Məmməd arazı nə qədər mənalı sözlər,cümlələr Təşəkkürlər,səsinizə qüvvət!❤🌷🙏
@rafaelshiraliyev9519
@rafaelshiraliyev9519 4 года назад
Tewekkur.hemiwe oldugu kimi gozel.
@letifequliyeva9552
@letifequliyeva9552 4 года назад
Var olun👏👏👏👏👏👏
@sevincabbasova7122
@sevincabbasova7122 4 года назад
Mən belə dünyanın nəyindən küsüm? 👏👏👏
@anarsgrov8044
@anarsgrov8044 Год назад
Allah rəhmət etsin Məmməd Araz.
@ulviyyehacili6232
@ulviyyehacili6232 4 года назад
Ən sevimli şairlərimizdəndi. Təşəkkür edirəm Kamran müəllim. Şeir və musiqi möhtəşəmdi.
@gulbaharr
@gulbaharr 4 года назад
Allah dahi şairimizə rəhmət eləsin!Şerlə səsiniz o qədər bir-birini tamamlayır ki..Allah bizə sizi, səsinizi çox görməsin,daima var olasız,sizdən bir də olmayacaq...Allah sizi qorusun!🙏🙏🙏👏👏👏😍
@mirtaghsimov4764
@mirtaghsimov4764 Год назад
Məmməd Araz yaradıcılığına üstünlük verin Kamran bəy çox xahiş edirəm sizdən
@validamamedova2237
@validamamedova2237 4 года назад
Sabahlarınız xeyirli-uğurlu gəlsin.Kamran M.Yunis, Allah o gözəl,səlis, aydın nitqinizi bizə cox görməsin.Allah sizi qorusun!Allah Məmməd Arazımıza rəhmət eləsin. Sizə öz sözlərinizlə desək, cızma-qaramı göndərirəm.Amma sizdə cızma-qara deyil. Ummağına dəyərmi? Deyilsə, dünyada heç nə əbədi, Bu dünyadan ummağına dəyərmi? Dünya özü başdan-başa kədərdi Bu dünyadan ummağına dəyərmi? Haqq dalınca qaçıb haqq axtaranlar, Haqq yolunda gördü böhtan, yalanlar, At belinə qoyulubsa palanlar, Bu dünyadan ummağına dəyərmi? Dünya özü elə yalan dünyadır, Yaranandan dərdə salan dünyadır. Haqlı kasad, haqsız kalan dünyadır Bu dünyadan ummağına dəyərmi? Qalmısansa bu dünyanın çölündə, Soluxubsa dağların da, çölün də, Qəvvassansa, yalan, hiylə gölündə Bu dünyadan ummağına dəyərmi? Dünya qananlara qənim, yağıdır, Özü öz qurduğun vurub dağıdır. Validə, ömrünün qürub çağıdır, Bu dünyadan ummağına dəyərmi?
@user-mh8tr8vu7i
@user-mh8tr8vu7i 10 месяцев назад
Прекрасные произведения❤
@cickyags4191
@cickyags4191 3 года назад
❤️685❤️
@HeyatMirzeyev-cv2vd
@HeyatMirzeyev-cv2vd 5 месяцев назад
Yerində deyilən hər bir sözünə, hər bir kəlmənə görə nur içində yatasan, həqiqi insan, əsl vətəndaş
@mkstks3202
@mkstks3202 3 года назад
Üreyimin derinliyine getdi
@goygolkanal2384
@goygolkanal2384 4 года назад
👏👏👏çox möhtəşəm
@yeganequliyeva664
@yeganequliyeva664 9 месяцев назад
🎧🌺🌺🌺🌺🌺🌺🌺🤲
@misterpuaro265
@misterpuaro265 4 года назад
Dünyanın nə günahı var....İnsan çiy süd əmib.Naşükürlük edə edə ...Allaha edir.. valideynə edir.. yaxşılıq edənə edir... pisə yaltaqlanır..bir tikə çörəyə vicdanın satır..dara düşəndə mələk olur əlinə fürsət düşəndə iblis..
@sebrsebr9683
@sebrsebr9683 3 года назад
🤔
@baharagayevs9048
@baharagayevs9048 4 года назад
Salam. Kamran bəy sonsuz təşəkkürüm var. İnanın sizə yazmaq istəyirdim ki, Məmməd Araz poeziyasına müraciətiniz varmı? Rastıma çıxmamışdı və sizin ifanızda Məmməd Arazın "Ey ilham pərisi" (səhv etmirəmsə şerin adı belə olmalldır) şeri çox gözəl. səslınər. O şerdə " Bir evdə olmayım beşinci divar" deyilən bir misra illərdir beynimdə fırlanır. Axı ətrafımızda "beşinci divarlar" çoxdu. Cəsarətim üçün üzr istəyirəm.🙄
@amidbabayev2850
@amidbabayev2850 4 года назад
Sizin Genceli olmağinizla fexr edirem. Size uğurlar arzulayiram.
@kamranmyunis
@kamranmyunis 4 года назад
Mən Azərbaycan türküyəm. Ərazini daraltsağ - Balakənliyəm.
@kemrankerimov4197
@kemrankerimov4197 4 года назад
Сенирли.сес.сизин.сесинизин..сайесинде.инсан.бу.шеирлери.дерк.едир
@nadirrzayev4755
@nadirrzayev4755 3 года назад
Haçandır şer yaza bilmirəm Qələm məndən küsüb söz inciyibdir Bir gözəl danışıb deyib dinmirəm Dərin məna yoxdur,çıxıb gedibdir Qeşəh söhbətin qadasın alım Bilmirəm nə dəyib sözün xətrinə Söz mənim qaymağım,bəhməzim ,balım Qayıt gəl şerim,gəl yazım yenə Yaxşı şer yazım - çətin deyldir Axtarıb arayıb düzəltmək olar Şeriyyat özü boyük elmdir Məni əks etdirsin gərək misralar Yazdığıma gərək əməl eləyim İşimlə düşüncəm bir olsun yanı Qorxuram yaza-yaza axırda olum Söz qəhrəmanı,dil qəhrəmanı Ona görə biraz arada susdum Bilmədiyimi bəzən danışdım Yaxşı söhbəti ovçu tək pusdum Bacarmasamda yenə çalışdım Hər düşüncəmə hər bir sözümə Nəzarət etməyə cəhd eləyirəm Bu çətin iş yaman durub gözümə Yersiz əsassız söz söyləyirəm Susub pis sözdən qorunmaq asan “Hamı danışsın məndə dinləyim” Gərəkdir danışıb işıq saçasan Bunu bacarmıram,axı neyləyim???
@user-xz1wu9ze8c
@user-xz1wu9ze8c 11 месяцев назад
Her kelmesi dur olan xalgimin boyuk dahi wairi Memmed Araz Allah mekanini cennen elesin
@renaagabekova1741
@renaagabekova1741 4 года назад
MƏN, BELƏ DÜNYANIN , NƏYINNƏN KÜSÜM?
@user-xz1wu9ze8c
@user-xz1wu9ze8c 11 месяцев назад
Her kelmesi dur olan xalgimin boyuk dahi wairi Memmed Araz Allah mekanini cennen elesin
@user-xz1wu9ze8c
@user-xz1wu9ze8c 11 месяцев назад
Her kelmesi dur olan xalgimin boyuk dahi wairi Memmed Araz Allah mekanini cennen elesin
Далее
Məmməd Araz - Dünya düzəlmir - Kamran M. YuniS
4:43
Я НЕ ОЖИДАЛ ЭТОГО!!! #Shorts #Глент
00:19
Yol ayrıcında söhbət- Məmməd Araz
20:10
Просмотров 9 тыс.
Flora Kerimova, Yubiley Sumqayit Sehri.
48:28
Просмотров 51 тыс.
Aparma Memmed Arazı - Vilayət Abbasov
4:35
Просмотров 81 тыс.
Ramiz Rövşən Şeirləri (1 Saat)
1:00:33
Просмотров 115 тыс.
ПИРАТСКИЙ ЗАЖИМ ФРЕГАТАМИ
0:51