Тёмный

Mərhum Hacıbaba Bağırovun qızı Şölə Bağırova atası ilə bağlı xatirələrini bölüşdü 

Baku TV
Подписаться 1,2 млн
Просмотров 2,5 тыс.
50% 1

Mərhum Hacıbaba Bağırovun qızı Şölə Bağırova atası ilə bağlı xatirələrini bölüşdü
Mərhum Xalq artisti, görkəmli sənətkar Hacıbaba Bağırovun qızı Şölə Bağırova atası ilə bağlı xatirələrini bölüşüb.
Hazırda Ankarada təhsil alan 22 yaşlı Şölə Bağırova Medianews.az-a bildirib ki, atasının anım günü səbəbi ilə Bakıya gəlib: “Atamın çalışdığı Azərbaycan Dövlət Akademik Musiqili Teatra getdim. Bir neçə tamaşaya baxmamışdım, onlara gedib baxdım. Teatrda Üzeyir Hacıbəyli həftəsi idi. “Məşədi İbad”, “Leyli və Məcnun” və s. tamaşalara baxdım. Teatrda atam haqqında danışıb onu yad etdilər”.
İllər əvvəl atasını itirən Şölə Bağırova ona çox ehtiyacı olduğunu bildirib: “Hər qız övladının atasına ehtiyacı olur. Mənim də bu gün atama çox ehtiyacım var. Sözsüz ki, anam heç vaxt mənə atasızlığı hiss etdirməyib. Atamdan sonra anamı arxamda özümə dağ kimi görmüşəm. O həm təhsilimlə maraqlanıb, həm də bütün ehtiyaclarımı ödəyib. Amma atanın yeri tam başqadır. Onun üçün bir gözüm hər zaman arxada qalıb. Əlbəttə, elə sözlər olub ki, mən onu heç kimlə bölüşməmişəm, kimsəyə deməmişəm. O sözlərin ünvanı atam olub. Təəssüf ki, mən onu erkən itirdim. Atamı itirəndə hələ yeni-yeni dil açırdım”.
Mərhumun qızı qeyd edib ki, atasının arzusu onu həkim kimi görmək olub: “Siyasətə bağlı olduğumdan fikrimdən döndüm. Həkimlik və hüquq fakültələrini də qazanmışdım, amma mən siyasəti seçdim. Uşaq olanda aktrisa da olmaq istəyirdim. Lakin sonradan düşündüm ki, bu sənət sonsuzdur. Yəni ömrünün axırına qədər öyrənməlisən, çalışmalısan. Məni bu qorxutmadı. Sadəcə düşündüm və ehtiyat etdim ki, atam kimi sənətkar ola bilmərəm. Həqiqətən də, düz fikirləşmişəm”.
Bizi WhatsApp-da izləyin whatsapp.com/c...
t.me/bakutvxeber
/ baku.tv
/ bakutvofficial
www.baku.tv
ARZUNUN VAXTI ➧ • ARZUNUN VAXTI
QAPQARA ➧ • QAPQARA
AYDIN TARİX ➧ • AYDIN TARİX
ORALARDA NECƏDİR? ➧ • Oralarda necədir?
O VAXTLAR ➧ • O VAXTLAR
SONUNCU ŞAHİD ➧ • SONUNCU ŞAHİD
BAKU ANALİTİK ➧ • BAKU ANALİTİK
BAKU MED ➧ • BAKU MED
RƏSMİLƏR ➧ • RƏSMİLƏR
BAKU AKTUAL ➧ • BAKU AKTUAL
RETRO BAKU ➧ • RETRO BAKU
ARAŞDIRMA ➧ • ARAŞDIRMA
44 GÜN ƏSGƏR RƏŞADLA ➧ • 44 GÜN ƏSGƏR RƏŞADLA
QARABAĞ XRONİKASI ➧ • QARABAĞ XRONİKASI
QƏRBİ AZƏRBAYCAN XRONİKASI ➧ • QƏRBİ AZƏRBAYCAN XRONİ...
Mərhum Hacıbaba Bağırovun qızı Şölə Bağırova atası ilə bağlı xatirələrini bölüşdü
2024 © All Rights Reserved ℗ "Baku TV" LLC ™
#bakutv #hacıbababağırov #şöləbağırova #ankara #medianewsaz #üzeyirhacıbəyli #aktyor #xalqartisti #aktrisa #həkim #siyasətçi #bakutvreels

Опубликовано:

 

8 окт 2024

Поделиться:

Ссылка:

Скачать:

Готовим ссылку...

Добавить в:

Мой плейлист
Посмотреть позже
Комментарии    
@Roma-qr7ug
@Roma-qr7ug 2 часа назад
Allah rehmet elesin boyuk senetkarimiza.Menimde oglum atasini itirende 1 yas 2 ayliqidi,yeni yeni dil acirdi,hec yadinda da qalmayib oglumun atasi,Allah hec bir ovladi ata anasiz qoymasin🤲
@АртёмАртёмГоловонов
@АртёмАртёмГоловонов 43 минуты назад
Бойук сенетин бойук устасы мерхум Гаджыбаба Багырова гени гени рехметлер олсун ⚘️⚘️ . Еле бир евез олунмаз актёрун гызычин хер заман йашыл ишыг олмалыдыр
@ИсмаилДжафаров-щ3ы
MasAllah boyuyub gozel qiz olub.
Далее
نترس تو برق نبود😅😅
00:17
Просмотров 1,4 млн
🕊️Valera🕊️
00:34
Просмотров 885 тыс.
КОГДА НЕВЕСТУ ВЫБИРАЕТ МАМА
00:56
Xəyanət (2-ci mövsüm 207-ci Seriya)
54:57
Просмотров 30 тыс.
نترس تو برق نبود😅😅
00:17
Просмотров 1,4 млн